Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   52   53   54   55   56   57   58   59   60

 
 
127 
göstərən  leksik-semantik  məzmun,  onların  əsas  xüsusiyyətləri  haqqında,  habelə  bu 
qruplardan  biri  olan  hərəkət  feilləri  və  onların  dildəki  mövqeyi,  morfoloji  quruluşu, 
mənası,  leksik  və  sintaktik  funksiyaları  haqqında  daha  geniş  və  əhatəli  məlumata 
V.F.Veşilovanın “Türk dilində hərəkət feilləri” adlı məqaləsində rast gəlmək olar. Şərti 
olaraq üç bölmədən ibarət olan bu məqalədə müəllif türk dili feillərinin leksik-semantik 
baxımdan dörd qrupunu (hərəkət, iş, həyati proses və təbiət hadisələrini bildirən feillər) 
müəyyənləşdirir və bu feillərin morfoloji quruluşu, qrammatik xüsusiyyətləri və leksik 
mənası  haqqında  müfəssəl  məlumat  verir.  O,  hərəkət  feillərini  subyektin  məkanda 
(fəzada)  yerdəyişməsi  ilə  bağlayır,  leksik  mənasına    xüsusi  diqqət  yetirməklə  hərəkət 
feillərini dörd qrupa bölür: 1) Hərəkətin istiqamətini bildirmədən onun icra tərzini ifadə 
edən  feillər;  2)  Ancaq  hərəkətin  istiqamətini  bildirən  feillər;  3)  Hərəkətin  həm 
istiqamətini, həm də icra tərzini bildirən feillər; 4) Hərəkətin nə istiqamətini, nə də icra 
tərzini ifadə edən feillər (7, 101-116).   
V.F.Veşilova  türk  dillərindəki  hərəkət  feillərini  morfoloji  strukturuna  görə  kök 
feillər, düzəltmə (adlardan düzələn) feillər və mürəkkəb feillərə bölmüş, onların spesifik 
əlamətləri  haqqında  konkret  dil  materialları  üzrə  ətraflı  söhbət  açmışdır.  Düzəltmə 
quruluşlu  hərəkət  feillərinin  isimdən,  sifətdən  və  nidalardan  yarandığını  qeyd  edən 
tədqiqatçı,  düzəltmə  hərəkət  feillərinin  əmələ  gəlməsində  iştirak  edən  sözlərin  feilin 
ifadə  etdiyi  hərəkət  prosesinin  mənasını  bu  və  ya  digər  cəhətdən  konkretləşdirdiyini, 
onu  müxtəlif  cəhətdən  aydınlaşdırdığını  göstərməklə  həmin  feillərin  də  altı  qrupunu 
müəyyənləşdirmiş,  doğru  olaraq  yazmışdır  ki,  bu  tipli  feillərin  yaranmasında  iştirak 
edən adlar fərqli məna kəsb etdikdə hərəkət anlayışı mürəkkəb feillərlə ifadə olunur və 
bu cür feillərin yaranmasında köməkçi və ya müəyyən məqamlarda həm müstəqil, həm 
də  köməkçi  feil  kimi  işlənə  bilən  sözlər  iştirak  edir.  Türk  dillərində  hərəkət  feillərini 
araşdıran  tədqiqatçı,  eyni  zamanda  onların  qrammatik  xüsusiyyətləri  haqqında  da 
məlumat  vermiş,  bu tipli feillərin, əsasən, məkani  hallarla bağlı olduğunu, bu və  digər 
hərəkətlərin  müəyyən  məkan  daxilində  baş  verdiyini  önə  çəkmiş,  bu  zaman  onların 
qrammatik mövqeyinə də aydınlıq gətirmişdir. Bu isə türk dillərində hərəkət məzmunlu 
feillərin  qrammatik  xüsusiyyətləri  haqqında  daha  geniş  məlumatın  əldə  olunmasına 
imkan yaradır.   
Müəllifin  adı  çəkilən  məqaləsində  hərəkət  feillərinin  leksik  mənasına  da  xüsusi 
diqqət  yetirilmiş,  N.K.Dmitryev,  V.M.Çistyakov,  N.Z.Bakeyevanın  fikirlərinə  əsasən 
onlar hərəkətin istiqamətini və vasitəsini bildirən feillər olmaqla iki qrupa bölünmüşdür. 
Müəllif hərəkət feillərini bu şəkildə qruplaşdırmaqla onun haqqında daha geniş məlumat 
vermiş  və  gələcəkdə  bu  sahədə  aparılacaq  tədqiqatları  müəyyən  qədər  istiqamətlən-
dirmişdir.  
V.F.Veşilovanın türk dilində hərəkət feilləri ilə bağlı apardığı bu araşdırma elmi 
və  nəzəri  baxımdan  çox  əhəmiyyətli  olmaqla  digər  türk  dillərində,  o  cümlədən 
Azərbaycan  dilində  də  hərəkət  feillərinin  semantik  baxımdan  daha  ətraflı  və  elmi 
şəkildə  araşdırılması  üçün  dəyərli  elmi  mənbə  rolunu  oynaya  bilər.  Lakin  
V.F.Veşilovanın  tədqiqatlarında  mübahisə  doğuran  bəzi  məqamlar  da  vardır  ki,  bunu 
nəzərə  alan  H.K.Quliyevin  həmin  araşdırmadakı  «həyati  prosesləri  ifadə  edən  feillər» 
adlandırılan  qrupun  fərqləndirilməsinə  etirazı  haqlı  sayıla  bilər:  «Bizim  fikrimizcə, 
“həyati  proses  feilləri”  termini  bu  məqamda  uğursuz  seçilmişdir,  çünki  hərəkət,  iş 
feilləri və digər feillər də həyati proses məzmunu ifadə etdikləri üçün onlar da bu qrupa 
daxil edilə bilər». 
Hərəkət  feillərini  ayrı-ayrı  türk  dillərinin  materialları  əsasında  K.Xalikov  da 
tədqiq  etmişdir.  V.V.Kulmaqemetovanın  tədqiqatında  isə  hərəkət  feilləri  ilə  iş  feilləri 
bir-biri ilə qarışıq salınmışdır. 
Hərəkət  feillərinin qrup  şəklində olan həсmi  müxtəlif kriteriyaları təyin  edir.  Bir 


 
 
128 
qrup  dilçilər  (A.A.Şaxmatov,  A.V.İsaçenko,  A.A.Potebnya)  həmin  feillərin  əsasında 
semantik  və  morfoloji  uyğunluğun  (korrelyasiya)  mövсud  olduğunu  isbatlayır;  digər 
qrup dilçilər (X.Vostokov və b.) hərəkət feillərini subyektin məkana münasibəti ideyası 
ilə  əlaqələndirir.  Üçünсü  qrup  tədqiqatçılar  isə  (L.P.Klimenko,  N.S.Dmitrieva, 
R.İ.Sirota  və  b.)  hərəkət  feillərinin  əsasında  semantik  sözyaradıсılığı  və  sintaktik 
əlamətlərin dayandığını bildirirlər.  
Hərəkət  feillərinin  növləri  ayrı-ayrı  türk  dillərində  müxtəlif  сür  qruplaşdırılır. 
Məsələn,  T.Vasilyevanın  namizədlik  dissertasiyası  müasir  çuvaş  dilində  hərəkət 
feillərinin  leksik  sistemdə  yerinə,  struktur-semantik  təşkilinə,  sintaqmatik  xüsusiy-
yətlərinə  və  sözyaradıсılığı  tiplərinə,  сümlə  strukturunda  hərəkət  feillərinin  yaratdığı 
əlaqəyə, söz birləşmələrinin yaranmasındakı roluna həsr edilmişdir.  
Qazax dilçisi M.Orazov qazax dilindəki feilləri semantik сəhətdən təsnif etmiş və 
hərəkət feillərini semantik baxımdan 9 qrupa bölmüşdür. Müəllif hərəkətin yerdə, suda, 
havada baş verdiyini göstərmiş, onun istiqamətlərini müəyyənləşdirmişdir. M.Orazovun 
tədqiqatında hərəkət feillərinin 20 kiçik qrupunun mənası, valentlikləri və etimologiyası 
təhlil edilmişdir.  
A.Salkalamanidze özbək dilindəki feilləri semantik – sintaktik сəhətdən iki qrupa 
bölür.  1)  semantik  əlaməti  istiqamətlənmiş  hərəkətlərlə  fərqlənən  feillər;  2)  semantik 
əlaməti  istiqamətlənməmiş  hərəkətlərlə  fərqlənən  feillər.  Birinсidə  hərəkətin  üsulu, 
sürəti  və  manerası  əsas  götürülür.  Həmçinin  bu  qrupa  qeyri-ixtiyari  hərəkətlər, 
diferensial əlamətli dinamik feillər daxil edilir. Belə feilləri subyekt (mütləq) feillər də 
adlandırmaq  olar.  İkinсi  qrupda  isə  ümumi  semantik  əlamətinə  görə  birləşmiş  hərəkət 
obyektin müəyyən sahədə yerdəyişməsini bildirir.  
Qazax  dilçisi  S.Maralbayeva  intensiv  hərəkətləri  ifadə  edən  feilləri  öyrənmişdir. 
O,  hərəkət  feillərini  funksional-semantik  aspektdə  tədqiq  etmişdir.  S.Maralbayevanın 
tədqiqatında  həmin  feillərin  mahiyyəti  və  təbiəti  təyin  edilmiş,  əsas  xarakterik 
əlamətləri  göstərilmiş,  semantik  strukturu  müəyyənləşdirilmişdir.  Eyni  zamanda 
intensiv  hərəkət  feillərinin  hər  bir  semantik  tipi  səсiyyələndirilmiş,  dil  sistemində, 
həmçinin  funksional  planda  intensiv  hərəkətləri  ifadə  edən  feillərin  ifadə  vasitələri 
konkretləşdirilmişdir.  
N.Haсıeminoğlu «Türk dilinde yapı bakımından fiiller» adlı kitabında türk dilinin 
feillərini  semantik  prinsipə  görə  4  qrupa  ayırır  ki,  bunlardan  biri  də  «hareket  bildiren 
fiiller»dir.  
Uyğur  dilçisi  V.Maxpirov  yazır  ki,  uyğur  dilində  feillərin  leksik-  semantik 
qrupları içərisində hərəkət feillərinin öz yeri var. Bu dildə hərəkət feilləri qədim və sadə 
tiplərini qoruyub saxlamışdır. Məs.: k ə l, k ə t, ç ü ş (düş), b a r,  m i n,  k a y t,  u ç,  a 
k,  a ç və s. Bu dildə qədim sinkretik əsas m a n (addım, addımlamaq, getmək (DTS) öz 
varlığını  və  feili  mənasını  olduğu  kimi  saxlamışdır.  Ümumtürk  feil  kökü  olan  k  a  y  t  
feili  ilə  yanaşı,  y  a  n    (DTS:  yan)  feili  də  işlənməkdədir.  Hazırda    n  a  n,  ç  a  n 
formalarına tuvin, altay, xakas, şor dillərində rast gəlirik. Qədim türk lüğətində işlənmiş 
t o l ğ a hərəkət feilinə t o l ğ a k, ç o l ğ a variantlarında təsadüf olunur.  
Azərbaycan dilçiliyində feillərin leksik-semantik baxımdan qruplaşdırılmasına ilk 
dəfə “Azərbaycan dilinin qrammatikası” adlı kitabda rast gəlirik. Burada feillər leksik-
semantik baxımdan beş qrupa bölünür: hərəkət feilləri, iş feilləri, nitq feilləri, təfəkkür, 
görmə  və  eşitmə  prosesi  ilə  bağlı  olan  feillər  və  hal-vəziyyət  feilləri  Bu  bölgü  və 
bölgülər haqqında verilmiş izahatlar bu bölmənin müəllifinin “Müasir Azərbaycan dili. 
Morfologiya  (1980)”  əsərinin  uyğun  bölməsində  müəyyən  fərqlərlə  təkrar  olunur  və 
qeyd edilir ki, “Feillərin lüğəvi məna qruplarına verilən bölgülərin müxtəlifliyi feillərin 
zəngin  məna  xüsusiyyətlərinə  malik  olması  ilə  əlaqədardır”.  Doğrudan  da  Azərbaycan 
dilindəki  feillər  özünün  müxtəlif  xüsusiyyətləri,  bu  xüsusiyyətlərin  zənginliyi  ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə