Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   52   53   54   55   56   57   58   59   60

 
 
134 
 
M.Mansuroğlu türk dilindəki şərt cümlələrini mürəkkəb cümlə hesab edir. Onun 
fikrincə,  türk  dilindəki  budaq  cümlələr  içərisində  yalnız  şərt  cümlələrini  əsil  türk 
mənşəli cümlə quruluşu hesab etmək olar. Digər cümlə quruluşları isə yad dillərin təsiri 
altında  uyğurların  dönəmindən  türk  dilində  görünməyə  başlamışdır.  Tədqiqatçı  qədim 
və  orta  əsrlər  türk  yazılı  abidələrinin  dilindən  gətirdiyi  bir  çox  misallarla  (müq.  et:  Ol 
yirgerü  barsar  türk  budun  ölteçisen  "O  yerə  getsən,  türk  xalqı,  öləcəksən";  Tapuğçı 
yanılsa, okıtğu kerek "Xidmətçi yanılsa, çağırmaq gərəkdir"; Kim anı binden seçerse, ol 
bayık  düşmenümdür  "Kim  onu  məndən  seçərsə  (ayırarsa),  o  mənim  açıqca 
düşmənimdir" və s.) bu fikrini sübut etməyə çalışır (18, 61). 
 
Şərt  cümlələrini  mürəkkəb  cümlə  hesab  edən  tədqiqatçılardan  biri  də 
T.Banquoğludur.  Tədqiqatçı  türk  dilçiliyində  "şartlı  birleşik  cümle"  termini  ilə  ifadə 
olunan  cümlə  tipini  "şart  cümlesi"  adlandırır  və  onun  iki  növünün  olmasını  -  "olağan 
şart  cümlesi"  və  "olmayası  şart  cümlesi"  göstərir  (5,  549).  Şərt  cümlələrinə  uyğun 
yanaşmaya  H.Ediskunun  əsərində  də  rast  gəlirik.  Onun  fikrincə,  şərt  cümlələri  (şartlı 
birleşik  cümleler)  türk  dilinin  ən  qədim  cümlə  tiplərindən  biridir  və  türk  dilinin  ən 
qədim  yazılı  abidələrindən  olan  Orxon  abidələrində  də  bu  cümlə  tipi  geniş  şəkildə 
müşahidə  olunur.Müq.  et:  Kül  tigin  yok  ersər  kop  ölteçi  ertiniz  "Kül  tigin  olmasaydı 
hamınız öləcəkdiniz" (8, 384). Qazax dilindəki mürəkkəb cümlə tipləri ilə türk dilindəki 
mürəkkəb  cümlə  tiplərini  bir-biri  ilə  müqayisə  edən  E.Ayan  da  şərt  cümlələrini 
mürəkkəb  cümləyə  aid  edir.  O  bu  qəbildən  olan  cümlələri  "şartlı  birleşik  cümle" 
adlandırır. Tədqiqatçıya görə, bu cümlələr -sa, -se şəkilçisinin köməyi ilə əmələ gəlir və 
müstəqil  şəkildə  hökm  ifadə  edə  bilmir.  Bu  tip  cümlələr  baş  cümlənin  xəbərinə 
bağlanaraq  hökm  ifadə  edirlər  (4,  629).  Uyğun  mövzuda  tədqiqat  aparan  N.Birayın 
fikrincə,  bu  tip  cümlələrdə  budaq  cümlə  baş  cümlənin  xəbərinin  ifadə  etdiyi  hökmü 
müəyyən  şərtə  bağlayır,  baş  cümləni  zaman,  şərt,  səbəb  və  bənzətmə  mənaları  ilə 
tamamlayır (6, 288). 
 
Türk dilçiliyində -sa, -se şəkilçiləri ilə düzələn budaq cümlələri H.Develi ayrıca 
tədqiq  etmişdir.  O  da  digər  tədqiqatçılar  kimi  -sa,  -se  şəkilçiləri  ilə  düzələn  cümlələri 
əsil  türk  mənşəli  budaq  cümlə  quruluşu  hesab  edir.  H.Develi  bu  münasibətlə  yazır: 
"Türkcənin  başqa  bir  dilin  cümlə  quruluşundan  təsirlənməyən  əsil  cümlə  quruluşu 
xəbərini -sa şəkilçisinin təşkil etdiyi bir budaq cümlə ilə bunun mənasını şərt, istək və s. 
yönlərdən  əhatə  etdiyi  bir  baş  cümlədən  əmələ  gələn  mürəkkəb  cümlələrdir.  Bu 
mürəkkəb  cümlə  tipi  qədim  türk  dövründən  bəri  geniş  istifadə  dairəsinə  malikdir. 
Xüsusilə  buddist  və  manixey  mədəniyyətlərinin  təsiri  altında  olan  qədim  uyğurca 
dövründə  yad  dillərdəki  cümlə  quruluşlarının  qarşılığı  kimi  -sa  morfemi  ilə  qurulan 
cümlələrə əlavə funksiyalar da əlavə olunmuşdur" (7, 117). 
 
R.Rüstəmov  da bu qəbildən olan cümlələri mürəkkəb cümlə  hesab  edir və şərt 
budaq  cümləsi  (koşul  yan  tümcesi)  adlandırır:  "Şərt  budaq  cümləsi  şərt  əlamətinin 
iştirakı  ilə  qurulur,  baş  cümlədə  ifadə  olunan  hərəkət  və  əlamətin  şərtini  bildirir.  Bu 
quruluşda budaq cümlə əsasən əvvəlki, baş cümlə sonrakı tərkib hissələrdir. Müasir türk 
ədəbi dilində şərt budaq cümləli tabeli mürəkkəb cümlənin ən çox işlənən növündə baş 
cümlədən əvvəl gələn budaq cümlə tərkib hissələri feilin şərt şəklinin əlamətinə malik 
olur" (3, 176).     
 
 A.Mehmedoğlu  da  -sa,  -se  şəkilçilərinin  köməyi  ilə  meydana  çıxan  cümlə 
tiplərini (Müq. et: Eger dersi iyi dinlesen, iyi anlarsan) "şart yan cümlesi" adlandırır və 
onların zərflik budaq cümlələrinə aid olduğunu söyləyir (19, 1505).  
 
Türk  dili  tədqiqatçılarının  bəziləri  -sa,  -se  şəkilçisini  feilin  təsriflənən  forması 
kimi  qəbul  etmir.  Onların  fikrincə,  bu  şəkilçinin  feillərə  qoşulması  nəticəsində  ortaya 
çıxan söz-formaları feili bağlama hesab etmək lazımdır. Məsələn, G.Gülsevin (11, 276-
279),  L.Karahan (14, 50-52;  13, 16-24), Z.Turan (23, 299-311), N.İlhan (12, 253-260) 


 
 
135 
və  başqaları  məhz  bu  mövqedə  dururlar.  Onların  fikrincə,  şərt  cümlələrində  hökm 
olmadığına  görə,  başqa  sözlə,  bu  cümlələrdə  iki  deyil,  bir  hökm  olduğuna  görə  belə 
cümlələri  mürəkkəb  cümlə  hesab  etmək  olmaz.  Məsələn,  G.Gülsevin  -sa,  -se 
şəkilçisinin feilin təsriflənən forması hesab edilməsinə etiraz edərək yazır: "-sa şəkilçisi 
feilin təsriflənən formasından daha çox feili bağlama şəkilçiləri ilə funksional baxımdan 
ümumilik  göstərməkdədir.  Bu  səbəbdən  də  qrammatika  kitablarının  feili  bağlama 
bölümündə verilməlidir" (11, 276). Türk dilçisi L.Karahan da eyni mövqedə durur. O, "-
sa,  -se  Eki  Hakkında"  adlı  məqaləsində  -sa,  -se  şəkilçisinin  feili  bağlama  şəkilçiləri 
arasında yer almasını daha düzgün hesab edərək yazır: "Belə bir yanaşma, təbii olaraq, 
"şərtli  mürəkkəb  cümlə"  (yəni  şərt  budaq  cümləsi)  anlayışımıza  da  yenidən  baxmağı 
tələb edir" (14, 50-52). Tədqiqatçı "Cümlələrin quruluş baxımından təsnifinə dair" adlı 
məqaləsində  bu  problem  üzərində  xüsusi  dayanır  və  -sa,  -se  şəkilçisi  ilə  formalaşan 
cümlələri sadə cümlə kimi təqdim edir. Tədqiqatçı "Ayşe iyileşirse okula gidecek","Ayşe 
iyileşince okula gidecek", "Ayşe iyileştigi takdirde okula gidecek" cümlələrini nümunə 
gətirərək  yazır: "-sa şəkilçili bir söz və ya söz birləşməsi şərt, zaman və sair ifadələrlə 
xəbərin  mənasını  tamamlayır.  Feili  bağlama,  feili  sifət  və  məsdər  tərkiblərində  olduğu 
kimi, -sa şəkilçili söz, yaxud söz birləşməsi də hökm ifadə etmir, yəni fikrin bitməsini 
bildirmir. Başqa sözlə, bu quruluş cümlə olmayıb, cümlənin bir ünsürüdür, daha dəqiq 
desək  cümlənin  zərfliyidir.      "Ayşe  iyileşirse  okula  gidecek","Ayşe  iyileşince  okula 
gidecek",  "Ayşe  iyileştigi  takdirde  okula  gidecek"  cümlələri  arasındakı  fərq  "şərt  / 
zaman"  ifadə  edən  ünsürün  quruluşundan  ortaya  çıxır...  Feli  bağlama,  feili  sifət  və 
məsdər  tərkibli  cümlələri  mürəkkəb  cümlə  qəbul  etməyən  bir  yanaşmanın  -sa  şəkilçili 
söz  və  ya  söz  birləşməsi  daşıyan  bir  cümləni  "şərt  budaq  cümləsi"  adlandırması  bir 
paradoksdur.  Çünki  hər  iki  quruluşun  "hökm  ifadə  edə  bilmək"  anlayışı  baxımından 
aralarında fərq yoxdur" (13, 19). 
 
L.Karahan  daha  əvvəllər  çap  etdirdiyi  əsərlərdə  tərkibində  -sa,  -se  şəkilçisi  ilə 
formalaşan cümlələr olan cümlə tipini mürəkkəb cümlə içərisində nəzərdən keçirir (15, 
61-67).  O,  ayrı-ayrı  məqalələrində  (13,  16-24;  14,  50-52)  irəli  sürdüyü  fikirləri 
ümumiləşdirmiş,  türk  dilində  cümlələrin  quruluş  baxımından  təsnifini  qəbul  etməmiş, 
cümlələrin bağlanma şəkillərinə görə təsnif etməyi daha məqsədəuyğun hesab etmişdir 
(16, 85-94).    
 
-sa, -se şəkilçisinin feili bağlama şəkilçilərinə aid edən türk dilçilərindən biri də 
N.İlhandır.  -sa,  -se  şəkilçisi  barədə  ayrı-ayrı  tədqiqatçıların  fikirlərinə  münasibət 
bildirən  tədqiqatçı  Ali,  Ayşe  ve  Ömer  gelirse  yarın  biz  ders  çalışacağız;  Ali,  Ayşe  ve 
Ömer  gelince  yarın  biz  ders  çalışacağız;  Ali,  Ayşe  ve  Ömer  geldiğinde  yarın  biz  ders 
çalışacağız cümlələrini bir-biri ilə müqayisə edərək belə bir nəticəyə gəlir ki, biz ders 
çalışacağız əsas cümləsinə bağlı olaraq gelirse // gelince // geldiğinde fərqliliyi ilə əsas 
cümlədən əvvəl gələn bölüm əsas cümlənin zərfliyidir və bu səbəbdən də onlar arasında 
məna  baxımından  bir  yaxınlıq  var.  N.İlhana  görə,  bu  cümlələr  inkarda  işlədildikdə 
həmin yaxınlıq daha aydın şəkildə özünü göstərir: Ali, Ayşe ve Ömer gelmezse yarın biz 
ders çalışmayacağız; Ali, Ayşe ve Ömer gelmeyince yarın biz ders çalışmayacağız; Ali, 
Ayşe ve Ömer gelmediğinde yarın biz ders çalışmayacağız (12, 256). Tədqiqatçı sonda 
belə bir nəticəyə gəlir: "Şərt forması adlandırılan quruluş ayrıca tamamlanmış bir hökm 
ifadə  edə  bilmədiyinə  görə  hökm  ifadə  edən  digər  formalardan  fərqlənir.  Şərtin 
hökmünün  ancaq  mürəkkəb  cümlə  kimi  qəbul  edilən  vahid  içərisində  ortaya  çıxdığı 
qəbul  edilir.  Bu  vəziyyətdə  şərtin  özü  ayrıca  hökm  ifadə  edə  bilmədiyinə  görə  digər 
formalarla  qurulan  vahidlər  kimi  cümlə  olaraq  dəyərləndirilməməli,  cümlədəki 
funksiyası  etibarı ilə zərf // zərf qrupu kimi qəbul  edilməlidir. Onun cümlə üzvü kimi 
zərflik  olması  da  unudulmamalıdır.  Bu  şəkilçi  bir  forma  şəkilçisi  olmadığı  üçün  bu 
şəkilçi  ilə  meydana  çıxan  (istifadə  olunan)  söz  və  söz  qruplarının  adlandırılması  da 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə