Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   47   48   49   50   51   52   53   54   ...   60

 
 
115 
işlənmiş bəglər, ekelerim, öglerim, kunçuylarım sözlərini göstərir. Uyğur abidələrində -
lar
2
 şəkilçisinin istifadəsinə diqqət çəkən A.fon Qaben qeyd edir ki, bir çox isimlər bu 
şəkilçini qəbul etsələr də, məntiqi baxımdan təkdə hesab olunurlar. Çünki buradakı -lar 
morfemi  cəmlik  bildirməyib,  hörmət,  sayğı  ifadə  edir.    Müq.  et:  bodisawatlar  "bir 
bodisatva"  (18,  62).  Uyğun  fikir  C.Başdaş  tərəfindən  də  söylənilmişdir  (13,  55).  Orta 
türk  dövrü  abidələrinin  dilində  də  uyğun  vəziyyətlə  qarşılaşırıq  (14,  21-25).  Bütün 
bunlar  türk  və  Azərbaycan  dillərində  şəkilçisiz  formanın  təklik  ifadə  etməsi  barədə 
geniş yayılmış mülahizəyə yenidən baxmağı gündəmə gətirir.  
 
Azərbaycan  dilində  tək-cəm  qarşıdurmasını  araşdıran  Y.M.Seyidov  yazır  ki, 
bəzən kəmiyyət  kateqoriyasına məxsus  tək-cəm  qarşıdurması  zəifləyir, hətta sıfra enir. 
Məsələn,  birinci  -  birincilər,  o  -  onlar  qarşıdurmaları  təbii  səslənirsə,  uzaq  -uzaqlar 
formalarını  eyni  mənada  işlətmək  olur:  Dostum  çox  uzaqda  yaşayir  //  Dostum  çox 
uzaqlarda yaşayır. 13-lər formasına isə tək qarşı tərəf müəyyən etmək mümkün olmur. 
Bu rəngarəngliyə baxmayaraq, -lar, -lər şəkilçisi qəbul etmiş müxtəlif nitq hissələrində 
cəmliyin ümumi qrammatik əsası pozulmur (9, 162). 
 
Həm  türk,  həm  də  Azərbaycan  dilində  -lar
2
  şəkilçisinin  yaratdığı  semantika 
uyğun  gəlir.  Bu  dillərdə  -lar
2
  şəkilçisinin  yaratdığı  semantikanı  aşağıdakı  şəkildə 
ümumiləşdirmək olar:  
 
1.  Təkdə  olan  isimlərə  artırılaraq  əşyaların  sayının  birdən  çox  olduğunu  ifadə 
edir.  Məsələn,  azərbaycanca  kitablar,  qələmlər,  ağaclar;  türkcə  kuzular,  insanlar, 
kadınlar  və  s.  Ç.Hüseynzadə  -lar
2
  şəkilçisinin  bu  şəkildə  işlənməsini  Azərbaycan  dili 
üçün  norma  hesab  edir  (23,  94).  M.Ergin  bu  mövqedəki  -lar
2
  şəkilçisinin  əşyanın 
sayının  birdən  çox  olmasını  ifadə  etdiyini  göstərərək  qeyd  edir  ki,  əşyanın  təklik 
formasına cəmlik şəkilçisi gətirilərək çoxluq forması yaradılır: Müq. et: ağaçlar, kuşlar, 
çiçekler, eskiler (17, 220). 
 
2.  Topluluq  ifadə  edən  isimlərlə  işlənərək  növ,  hissə,  çeşid  semantikası  ifadə 
edir,  eyni  zamanda  qoşulduqları  sözlərin  semantikasını  gücləndirməyə  xidmət  edir. 
Məsələn, azərbaycanca  sular, daşlar,  qumlar, göylər;  türkcə  ordular,  havalar,  sürüler, 
diziler və s. Əslində istər türk, istərsə də Azərbaycan dilində topluluq semantikası ifadə 
edən  isimlər  cəm  şəkilçisi  qəbul  etməməlidir.  Çünki  onların  semantikasında  kəmiyyət 
anlayışı ifadə olunmuşdur. T.Banquoğlu yazır ki, bu mövqedə -lar
2
 şəkilçisi qəbul etmiş 
isimlər  toplu  anlayışların  özünün  cəmliyini  bildirməyə  xidmət  edir  (12,  322). 
F.R.Zeynalov qeyd edir kiağac, daş və s. bu qəbildən olan topluluq anlayışı əks etdirən 
isimlər  həmin  qrupa  daxil  olan  bütün  ağacları,  daşları  bildirməyə  xidmət  edir.  Başqa 
sözlə, burada konkret ağacdan, daşdan söhbət getmir. Toplu isimlərə -lar/ -lər şəkilçisi 
əlavə edildikdə ümumi anlayış bir növ məhdudlaşır, konkretləşir (10, 117).  
 
Qeyd  etmək  lazımdır  ki,  toplu  isimlərin  cəm  şəkilçisi  qəbul  etməsi  orta  türk 
dövründən  başlayaraq  ayrı-ayrı  alimlər  tərəfindən  göstərilmişdir.  Ərəb  dilçilik 
məktəbinin görkəmli nümayəndələrindən biri olan Əbu Həyyan özünün "Kitab əl idrak 
li-lisan əl-ətrak" ("Türk dillərini dərketmə kitabı") adlı əsərində  yazır: "Cəmin əlaməti, 
ümumiyyətlə, -lar//-lər-dir. Türk dilində təsniyə də cəmdir. Məsələn, qullar həm təsniyə 
və həm də cəmin müqabilində işlənməkdədir. Təsniyə olduğu bildirilmək istənilirsə, iki 
ədədi  əlavə  olunur.  Tək  isimdən  cəm  düzəldiyi  kimi,  toplu  isimdən  də  cəm  düzəlir. 
Məsələn: atlar, yılqılar" (2, 61).  
 
3.  Xüsusi  isimlərə  əlavə  olunaraq  həmin  adları  ümumiləşdirməyə  xidmət  edir. 
Məsələn,  azərbaycanca  nizamilər,  füzulilər,  səmədlər,  rəsullar;  türkcə  Mevlanalar, 
Fatihler, Yunuslar, Sinanlar, Karacaoğlanlar və s. B.Xəlilov bu münasibətlə  yazır ki, 
xüsusi isimlər varlığı tək olan anlayışları bildirir. Ona görə də xüsusi isimlər adi halda 
cəm  şəkilçisi  qəbul  edə  bilmir.  Lakin  bəzən  qürur,  vətənpərvərlik,  fərəh  hisslərini 
qabarıq vermək üçün xüsusi isimlər -lar, -lər cəm şəkilçisi ilə işlənir. Məs.: Koroğlular, 


 
 
116 
Nizamilər,  Füzulilər,  Babəklər  və  s.  (4,  240).  Əlavə  edək  ki,  -lar
2
  şəkilçisi  xüsusi 
isimlərlə  işlənərək  tayfa,  nəsil,  sülalə  anlayışlarını  da  ifadə  edə  bilir.  Türk  dilçisi 
Z.Korkmaz  bu  dil  hadisəsini  bir  az  fərqli  şəkildə  izah  edir:  "Xüsusi  isimlər  tək  varlığı 
ifadə  etdikləri  üçün  cəmlik  şəkilçisi  qəbul  etməzlər.  Lakin  bunlar  ailə,  boy,  millət,  bir 
dinin  mənsubları  və  qrup  kimi  topluluqları  bildirdikləri  zaman          -lar
2
  şəkilçisi  qəbul 
edirlər: Avşarlar, Osmanlılar, Karakeçililer, Budistler və s." (24, 257). T.Banquoğluna 
görə, -lar
2
 cəm şəkilçisi xüsusi isimlərə artırılmaqla "və bənzərləri" semantikası yaradır 
və  mübaliğə  mənası  ortaya  çıxır:  Mithat  Paşalar,  Namık  Kemaller...,  Londralarda, 
Parislerde (12, 189). 
 
 Azərbaycan  dilində  də  -lar  şəkilçisi  bu  semantikanı  ifadə  edə  bilir.  Müq.  et: 
Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Şirvanşahlar, Salarilər və s. 
 
4. Bəzi isimlərə və əvəzliklərə artırılırkən cəmlik bildirməyib, hörmət və nəzakət 
ifadə edir. Bu cəhət Azərbaycan dili ilə müqayisədə türk dilində daha açıq şəkildə özünü 
büruzə verir. Müq. et: Bu toplantı sayın Cumhurbaşkanının himayelerinde yapılmışdır; 
Sayın  Başbakan  Operayı  işleriyle  birlikte  şereflendirdilər  (24,  258).  F.R.Zeynalov  da 
türk  dillərində  I  və  II  şəxsi  ifadə  edən  əvəzliklərin  cəm  formalarına  cəm  şəkilçisi 
artırmaqla hörmət və nəzakət semantikasının yaradıldığını göstərir. Müq. et: biz - bizlər, 
siz - sizlər (10, 119). Həqiqətən də, təkcə türk və Azərbaycan dillərində deyil, digər türk 
dillərində də bu di təzahürü ilə qarşılaşırıq.  
 
Türk və Azərbaycan dillərində -lar
2
  morfeminin  istifadəsində  müəyyən  fərq  də 
müşahidə  olunur.  Belə  ki,  türk  dilində  -lar
2
  şəkilçisinin  yerinə  yetirdiyi  bir  funksiya 
Azərbaycan dilində -gil şəkilçisi ilə verilir. Müq. et: türkcə Aliler, Hasanlar, Turqutlar, 
dayımlar,  halamlar,  ablamlar  ~  azərbaycanca  Əligil,  Həsəngil,  Turqutgil,  dayımgil, 
bibimgil,  (böyük)  bacımgil.  Qeyd  edək  ki,  Azərbaycan  və  qismən  də  türk  dili  istisna 
olunmaqla  bütün  türk  dillərində  -lar
2
  şəkilçisi  bu  mövqedə  işlənir.  Bu,  reprezentativ 
çoxluq semantikasıdır. M.Qıpçaq reprezentativ çoxluqla bağlı yazır: "Çoxluğun bu tipi 
şəxs  adları  (qohumluq  terminləri)  və  xüsusi  isimlər  vasitəsi  ilə  ifadə  olunur.  Xüsusi 
ismə cəmlik  şəkilçisi artırılır və  sözün tərkibindəki  cəmlik  şəkilçisi göstərir ki,  məlum 
şəxs  müəyyən  şəxslər  qrupunun  içərisindədir.  Beləliklə  də,  bu  qrup  şəxslər  həmin 
müəyyən  şəxsin  nəzərində  xarakterizə  olunur,  başqa  sözlə  desək,  həmin  şəxsləri 
birləşdirir. Çoxluğun reprezentativ tipi bir o qədər də geniş yayılmamışdır. Bu tipə türk 
dillərində, eləcə  də  yapon, koryak, nivx və  bir sıra digər dillərdə  rast  gəlmək olar"  (7, 
233).  
 
Çoxluğun  reprezentativ  tipi  barədə  nəzəri  dilçilikdə  də  müəyyən  fikirlər  var. 
Məşhur  "Qrammatikanın  fəlsəfəsi"  əsərinin  müəllifi  O.Yespersen  çoxluğun 
reprezentativ  tipini  "nisbi  cəmlik  şəkli"  (plural  of  appoximation)  adlandırır.  Bu 
münasibətlə  o  yazır  ki,  dəqiq  mənada  bir  növə  aid  olmayan  bir  neçə  əşya  və  şəxs  bir 
formada  birləşən  zaman  onu  "nisbi  cəmlik  şəkli"  (plural  of  appoximation) 
adlandıracağız (26, 229-230). 
 
Azərbaycan dilində kəmiyyət kateqoriyasını tədiq edən A.Aslanov yazır ki, -gil 
şəkilçisinin  başlıca  vəzifəsi  topluluq  ifadə  etməkdir.  Bununla  ifadə  edilən  topluluq 
qeyri-müəyyən  xarakter  daşıyır  ‹...›.  -gil  şəkilçisi  vasitəsilə  ifadə  olunan  topluluq  öz 
obyektinə görə, əsasən, iki xarakterdə olur: 
 
1)  eyni  bir  ailəyə,  familiyaya  mənsub  olan  üzvlərin  topluluğunu  bildirir. 
Məsələn,  xalamgil,  nənəmgil,  Salmangil,  Rüstəmgil  deyildiyi  zaman  müəyyən  bir  ailə 
toplu şəkildə başa düşülür
 
2) eyni bir sahədə işləyən, peşə, sənət və ya vəzifə etibarı ilə bir-biri ilə əlaqədə 
olan bir neçə şəxsin topluluğunu bildirir (bax: 7, 230). 
 
Nəzərə  almaq  lazımdır  ki,  -gil  şəkilçisini  qəbul  etmiş  sözlər  canlı  xalq  danışıq 
dilində,  eləcə  də  Azərbaycan  dilinin  şivələrində  ədəbi  dillə  müqayisədə  daha  çox 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə