ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə116/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   112   113   114   115   116   117   118   119   ...   132

C
əsur qardaşlar 
338 
 
Qeyd ed
ək ki, Xosrov bəyin bu vəzifəyə təyinatını ermənilər istəmirdi. Onun 
qardaşının  da  ermənilərə  qarşı  mübarizə  etdiyini bilirdilər. Ona görə  də  erməni 
m
ətbuatı  və  xarici  işlər nazirliyi bir çox dövlətlərə  müraciət edib öz 
narahatçılıqlarını  bildirirdilər. Hətta,  onlar  Qarabağ  qubernatorluğunun  ləğv 
olunması  üçün  xarici  havadarlarından  kömək istəyirdilər. Ermənilər  Qarabağda 
İngilis  qubernatorluğunun  yaradılmasını  xahiş  edirdilər. Bununla əlaqədar AXC-
nin Xarici Işlər Nazirliyi bir neçə nota vermiş və Qarabağın, Zəngəzur qəzasının 
q
ədim Azərbaycan-türk  torpağı  olduğunu  bildirmişlər. Üç aprel 1919-cu il 
tarixind
ə  tarixi həqiqətlər  qarşısında  aciz  qalan  ingilis  komandanlığı  bəyanət 
ver
ərək  Andranikin  qoşunlarının  buradan  çıxarılmalı  olduğunu  və  Xosrov bəyin 
Qarabağın general-qubernatorluğunu qəbul etdiklərini bildirmişlər.Lakin, ingilislər 
günümüzd
ə  olduğu  kimi  az  sonra  verdikləri bu bəyanatdan üz döndərmiş, 
erm
əniləri müdafiə edərək hər vəchlə bölgədə hakimiyyətin Erməni Milli Şurasına 
verilm
əsini və Xosrov bəyin vəzifəsindən uzaqlaşdırılmasını istəmişlər. AXC-nin 
Xa
rici  İşlər Nazirliyi 25 iyun 1919-cu il tarixində  Ermənistana  Ədilxan 
Ziyadxanovun  imzası  ilə  224  saylı  nota  vermişdir.  Notada  deyilir:  –  “Mən 
hökum
ətimiz  adından,  onun  tapşırığı  ilə  sizə  xəbərdarlıq  edirəm ki, X.Sultanov 
Az
ərbaycan  Respublikası  hökumətinin 1919-cu  il  15  yanvarında  Azərbaycan 
Respublikasının  ayrılmaz  hissəsi olan Zəngəzur,  Şuşa,  Cavanşir  və  Cəbrail 
q
əzalarının  generalqubernatoru  təyin  edilmiş  və  o,  aprel  ayının  3-də  rəsmən 
tanınmışdır.  Ermənistan  Respublikasının  Hökumətinin X.Sultanovun fəaliyyətinə 
v
ə göstərilən qəzalarda Azərbaycan qoşunlarının yerləşdirilməsinə qarşı etirazları, 
Az
ərbaycan  Respublikasının  daxili  işlərinə  qarışmaq  sayılır.  Qarabağ  general-
qubernatoru Xosrov b
əy  Sultanovun  apardığı  ciddi  tədbirlər nəticəsində  Şuşada 
qaydaqa
nun  yaradılmış  və  həyat qismən normal ahəng  almışdır.  Xosrov  bəyin 
r
əhbərliyi və səlahiyyətində olan Zəngəzur qəzasında isə Andranik öz qoşunları ilə 
oturmuşdu,  160-dan  artıq  kəndi  xarabazarlığa  çevirmişdi,  xarici  ölkələrdən 
g
ətirilən erməniləri bu torpaqda məskunlaşdırırdılar.  Həmin dövrdəki prosesləri 
erm
ənilər  hazırda  da  eyni  qaydalarla  təkrarlayırlar.  Xosrov  bəyin elə  bir  silahlı 
qüvv
əsi yox idi ki, Andraniki Zəngəzurdan çıxarsın. AXC-nin də belə bir imkanı 
yox idi ki, Xosrov b
əyin tələbələrini yerinə  yetirə  bilsin. Ölkədə  çox  acınacaqlı 


Əşir Bəşiroğlu 
 
339 
 
v
əziyyət hökm sürürdü. Zəngəzur məsələsində  ancaq  qardaşı  Sultan  bəy onun 
karına gəlirdi.  
Xosrov b
əy 2 aprel 1919-cu il tarixində  və  başqa-başqa  vaxtlarda  Nazirlər 
Şurasına  ünvanladığı  məktublarda  yazırdı  ki,  sondərəcə  ağır  şərait  yarandığı  bir 
vaxtda h
ərbi hissələrin ona tabe olmaması daha ağır nəticələrə gətirib çıxaracaqdır. 
S
əbəb isə zəruri məqamlarda o, hərbi qüvvələrə göstəriş verə bilmir və ya yaranmış 
v
əziyyət barədə nazirlər şurası ilə, eləcə də müdafiə nazirliyi ilə ortaq məxrəcə gələ 
bilmirdi. Xosrov b
əy hökumətdən tələb edirdi ki, ordu üzərində onun səlahiyyətləri 
olmalıdır və qubernatorluğun ərazisində olan hərbi qüvvələr onun göstərişləri ilə 
h
ərəkət etməlidirlər. Xosrov bəy onun tələbləri müsbət həll olunmadığı halda istefa 
ver
əcəyini də dilə gətirmişdi. O, “geciksək Zəngəzur və digər qəzaları itirə bilərik, 
Az
ərbaycanda hərc-mərclik yaranar”– demişdir.  
Xosrov b
əy rəhbərlik etdiyi bölgələrdə  gedən prosesləri  yaxşı  dərk edir, 
ölk
ənin taleyini ermənilərdən və  yadellilərdən xilas etmək üçün bütün mümkün 
vasit
ələrə əl atırdı.  
Xosrov b
əy çalışırdı ki, təxirə salınmadan hərbi hissələr Zəngəzura yeridilsin 
v
ə  İrəvandan Azərbaycan  torpaqlarına  ermənilərin hərbi  yürüşlərinin  qarşısı 
alınsın.  
Xosrov b
əy istəyirdi ki,  Dağlıq  Qarabağda  yaşayan  ermənilərə  Azərbaycan 
hakimiyy
ətini tanımaq barədə ultimatum verilsin və onlara altı gün vaxt qoyulsun. 
Eyni zamanda bütün erm
ənilərə Azərbaycan bölgələrindən getməyi təklif etmək və 
ultimatum müdd
ətində onlarla bütün əlaqələrin kəsiləcəyini bildirmək. Ultimatumu 
yalnız Şuşa şəhəri üçün bir istisna olaraq qəbul etmək nəzərdə tutulurdu. Xosrov 
b
əy tələb edirdi ki, Azərbaycan hökuməti altı gün müddətində ermənilər tərəfindən 
tanınmazsa,  yeddinci gün hərbi  əməliyyatlara başlamaq və bunun məsuliyyətinin 
tam olaraq erm
əni əhalisi rəhbərlərinin üzərinə düşəcəyini bildirmək gərəkdir. 
X.Sultanov general-qubernator kimi f
əaliyyətə  başlayarkən  yaranmış 
v
əziyyətlə  əlaqədar  bildirmişdir  ki,  öz  həyatını  xalqının  azadlığına,  Azərbaycan 
torpaqlar
ının bütövlüyünə qurban verməyə hazır olan bir dövlət adamı kimi, ancaq 
qanun v
ə  ədalətə  xidmət edəcəkdir. Bu bölgədə  olan hakimiyyət Azərbaycana 
m
əxsusdur və  hər kəs milliyyətindən  asılı  olmayaraq  bərabərdir, qanunlara tabe 
olmayanları isə ciddi cəza gözləyir.  


C
əsur qardaşlar 
340 
 
Xosrov b
əy  Baş  Nazir  N.Yusifbəyliyə  göndərdiyi məktubunda  yazır:  -  “.... 
Erm
ənilərin hərəkətlərindən  görünür  ki,  onlar  hücum  üçün  hazırdırlar.  Ona  görə 
xahiş edirəm hərbi nazirə göstəriş verərsiniz ki, hərbi çağırışdan əvvəl əsgərlərin 
geyim  hazırlığı  olsun.  Yerli  batalyonda  ayaqqabı  və  geyim  çatışmamazlığından 
narazılıqlar  olduğundan  mən dünən  işə  qarışmalı  oldum,  əks halda bu ciddi 
xarakter  alardı.  Hələlik qəzaların  dördündə  də  sakitlikdir. Onu da deyim ki, vəd 
olunmuş  patronları da  almamışam”.  Xosrov bəy öz vəzifəsinə  çox ciddi  yanaşır, 
heç n
ədən geri çəkilmirdi.  Şuşa  şəhərinin özündə  ermənilər  atışmadan  əl 
ç
əkmirdilər. Özləri də  hamılıqla  silahlı  idilər. General-  qubernatorun  tapşırığına 
m
əhəl qoymayan ermənilər  üçün  o,  demişdir:  “...Bundan  sonra  atışma  bir  daha 
t
əkrar olarsa, erməni Milli Şurasının üzvləri Şuşadan sürgün edilsin, əks təqdirdə 
zor t
ətbiq etmək məcburiyyətində  olacam”... Xosrov bəyin bu fikrindən sonra 
ingilisl
ər erməni  Abetisyanı,Tumanyansı  və  İşxanyanı  nəinki  Şuşadan,  eyni 
zamanda Az
ərbaycandan sürgün etdilər. Bu məsələdən sonra da ermənilər Xosrov 
b
əydən beynəlxalq təşkilatlara  şikayət etməyə  başlayırlar.  Xosrov  bəyin ciddi 
c
əhdi,  Andranikin  silahlı  qüvvələrinin Sultan bəy tərəfindən  Laçın  bölgəsinin 
zabux d
ərəsində  məhvi  yuxarı  Qarabağda  nisbətən  sakitlik  yaratmağa  imkan 
yaradır və erməni əhalisi Azərbaycan hökumətini tanımağa qərar verməyə məcbur 
olurlar. Ümumilikd
ə erməni insanları ancaq güc qarşısında təslim olurlar. 1919-cu 
ilin avqust ayında Qarabağ erməniləri yığıncaq keçirir və Azərbaycan hökumətinə 
tabe olurlar. 23 noyabr 1919-cu ild
ə  isə  ABŞ  nümayəndələrinin təşəbbüsü və 
vasit
əçiliyi ilə  münaqişələrə  son  qoyulmasına  dair  Azərbaycan və  Ermənistan 
arasında  müqavilə  imzalanır.  Müqavilə  bağlamalarına  baxmayaraq  bu  imza 
m
ərasimindən az sonra ermənilər Zəngəzurda və  Qarabağda  azərbaycanlılar 
yaşayan kəndlərə hücumlar edirlər. Ona görə də Xosrov bəy 1919-cu ilin dekabr 
ayında bir neçə dəfə Azərbaycan hökumətinə, Azərbaycan Xarici İşlər Nazirliyinə 
bu bar
ədə  məlumat verməklə  yanaşı, kömək də  istəmişdir.  Hətta, böyük qüvvə 
mümkün olmasa, heç olmasa Z
əngəzurda azərbaycanlıları  müdafiə  üçün onun 
s
ərəncamına Qaryagin (Füzuli) bölgəsində yerləşən 600 türk əsgəri ilə birlikdə iki 
pilamyotla üç n
əfər zabit verilsin. Bu müraciət yerinə  yetirilmədiyindən Xosrov 
b
əy 1919-cu  il  dekabrın  sonlarında  Azərbaycan hökumətindən  tutduğu 
v
əzifəsindən azad olunması haqqında xahiş etmişdir. 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə