ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə112/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   108   109   110   111   112   113   114   115   ...   132

Əşir Bəşiroğlu 
 
329 
 
sübutlu faktda vardır. Müseyib bəy isə ona bir qamçı çəkərək kəs səsini bolşevik 
köp
ək  oğlu  cavabını  verir  və  sürücüyə  Yoluğa  (Yevlax)  sür  əmri verir. Onlar 
Yevlax d
əmir yol məntəqəsinə  kimi  danışmırlar  (Şuşada  Müseyib  bəyi  başa 
salmışdılar ki, Bağırov çox böyük bolşeviklərdəndir, həm də o da qoçaq adamdır, 
ehtiyatlı  ol  yolda  qaça  bilər). Yevlaxda isə  Müseyib bəy  ətrafındakı  polisləri 
yem
əkxanaya  aparıb,  onlara  çay-çörək  alır  və  qeyd edir ki, çörəklərini rahat-
ayxayın  yesinlər.  O,  özü  Bağırovun  qarovulunda  duracaqdır.  Müseyib  bəy 
Bağırovun əl-qolunu açır, bəyə layiq onu yedizdirir və Yevlax-Bakı qatarına bilet 
alıb  onu  yola  salır.  Bağırov  isə  bir  kağız  parçası  taparaq  yazır:  “Bütün 
kommunistl
ərə – Müseyib bəy əsl kommunist, proletariatın dayağıdır, Bağırovun 
xilaskarıdır. Mir.Cəfər .” Sonra Müseyib bəyə Bağırov bildirir ki, sən bu gündən 
bolşevik partiyasının üzvüsən, yerli bolşeviklərlə əlaqə qur, onlara dayaq dur, kim 
s
əni incidərsə, sənə  verdiyim  kağızı  ona  göstərərsən. Bu həm də  sənin partiya 
biletindir. Onlar ayrıldıqdan sonra Müseyib bəy adamlarını götürərək Gəncəyə üz 
tutur. Yevlax-G
əncə yolunda böyük bir sahədə biçilmiş taxıl zəmisinə rast gələndə 
qazalağı  saxlatdırır  və  göstəriş  verir  ki,  iki  nəfər küləş  toplasın,  diğərlər isə 
z
əminin içində bir xəndək qazsınlar. Yığılmış küləşi qazılmış xəndəyə tökdürür və 
qızıl alışqanı ilə ona od vurur. Sonda küləş külünün üstü torpaqla basdırılır və baş 
daşı  yerinə  “burada  qatı  bir  bolşevik  əclafı  basdırılıb”  sözləri  yazılmış  taxtanı 
qoyurlar v
ə o ətrafındakı adamlara müraciətlə “gördünüz də, qaçmağa cəhd edən 
qatı bolşeviki öldürdük, yandırdıq və üstünü də torpaqladıq” deyir. Hamı Müseyib 
b
əyin sözlərini təsdiqləyirlər. O, cibindən xeyli pul çıxarıb onları mükafatlandırır 
v
ə yollarını davam edirlər. Gəncəyə çatdıqda isə iki nəfər polisi yanında götürərək 
qubernatorun  yanına  girir  və  əhvalatı  yuxarıda  qeyd  edildiyi  tərzdə  şərh edir, 
yanındakı  polisləri də  şahid  qismində  təqdim  edir.  Sonra  Şuşadan  gətirdiyi 
qubernator “töhv
əsini” də ona təqdim edir və xahiş edir ki, ona bir sənəd verilsin 
ki, h
əqiqətən  M.C.Bağırovu  Müseyib  bəydən təhvil  almışdır.  Qubernator  Şuşa 
polis idar
ə rəisinə öz imzası ilə bir sənəd verir və həm də göstəriş verir ki, Müseyib 
b
əyin yoldakı bu şücaətinə görə onu mükafatlandırsınlar. Bu hadisə M.C.Bağırovla 
Müseyib b
əyi  çox  yaxınlaşdırır.  Yaxınlıq  əlaməti  olaraq  M.C.Bağırov  Müseyib 
b
əyə bir qızıl cib saatı və bir ədəd də zərə tutulmuş gümüş qınlı xəncər bağışlayır. 
Deyil
ən dövrlərdə  Azərbaycan hələ  də  gürcülər, farslar, ruslar və  xüsusən də 


C
əsur qardaşlar 
330 
 
erm
ənilərlə  ortaq məxrəcə  tam gələ  bilməmişdilər.  Rus  bolşeviklərlə  erməni 
daşnak  (üzdə  bolşevik)  qoşunları  Azərbaycanı  demək  olar  ki,  işğal  etmişdilər. 
Z
əngəzurda, Şuşa və Şuşa ətrafı kəndlərdə, Laçının Gorusla, Qara göl, Minkənd, 
Xank
əndi üstü Nərdivandağ erməni kəndləri ilə sərhəd torpaqlarda hələ də atışma 
davam edirdi. Dig
ər tərəfədən də  həm ermənilər və  həm də  ruslar tərəfindən 
bolşevikləri Yuxarı Qarabağa buraxmayan Sultan bəyə hər gün bir elçi, bir canlı və 
yazılı  ultimatumlar  göndərilirdi. Ermənilərin  indiki  Laçın  şəhərinin  aşağı 
hiss
əsində  Zabux körpüsü deyilən yerdə  ağır  zərbə  alması,  Andranik  silahlı 
qüvv
ələrinin məğlubiyyəti Sultan bəyə çox böyük şərəf və şöhrət gətirmişdi. Onu 
da qeyd ed
ək ki, Azərbaycan  insanlarının  ermənilərlə  döyüşündə  ermənilərin bu 
miqyaslı 2-ci bir məğlubiyyəti olmamışdır. Bunun da səbəbi ermənilərin müəyyən 
m
əqamlardan istifadə  ertmələri, xaricdən silah-sürsat,  canlı  qüvvə  yardımları  ilə 
bağlıdır.  Yəni bizim məğlubiyyətlərimizin heç də  ermənilərin  döyüşkənliyinə 
aidiyyatı yoxdur. Andraniklə bu döyüşdə bütün Laçın əhalisi çox böyük birlik və 
h
əmrəlyik, vətənpərvərlik,  ən  başlıcası  isə  əsl milli qeyrət  nümayiş  etdirmişlər. 
T
əbii ki, burada Araflı (Alaflı), Yal kəndi, Alıqulu, Bülövük, Sultanlar, Yenqıca, 
Beşbulaq,  Dündül,  Bağırbəyli və  s.  yaşayış  məntəqəlrinin bəyləri daha çox öndə 
ged
ən olublar, hərəsi bir “əsgər”  birliyinin  başında  dayanırdı.  Bunun  da  səbəbi 
onların  hamısının  silah  sahibi,  imkan  sahibi  və  silahdan  yaxşı  istifadə  etmə 
qabiliyy
ətləri  olmuşdur.  Əhali  Sultan  bəyə  nəyə  gümanları  gəlirdisə, onunla 
yardım  etmişlər. Andranikə  qarşı  mübarizədə  Paşa  bəyin  yanında  məşvərət 
qrupunun s
əkkiz nəfərindən biri olan və  hamıdan  cavan  olan  Cəlil bəyin 
(Peterburqda t
əhsil  almış)  xanımı  Qaratel  xatunun  1958-ci ildə  bir məclisdə 
dediyin
ə görə, o ailə Sultan bəyə Türkiyədən top almaq üçün bir ətək qızıl-gümüş 
vermişdir.  Yəni,  əhali eyni hava ilə  nəfəs  almış,  hamının  nəbzi vətən üçün eyni 
cür
ə döyünmüşdür. Mən deyərdim ki, Laçında 1988-1992-ci illərdə də həmin ab-
hava hökm sürürdü, heyif ki...  
Başda rus şovinist bolşevikləri, bolşevik paltarı geymiş daşnak ermənilər və 
bolşevik  ideyasına  inanmış  siyasi  savadsız  Azərbaycan  insanları  birlikdə  Yuxarı 
Qarabağda,  Zəngəzurda,  onun  Laçın  bölgəsində  Sultan bəyi aradan götürmək 
q
ərarını  verirlər.  Bu,  dağlarda,  bu  eldə  asan  iş  deyildi və  Laçının  bir  neçə 
adamlarını çıxmaq şərti ilə, digərləri bolşevizm nə olan bir məfkurədir bilmirdilər. 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə