ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə108/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   104   105   106   107   108   109   110   111   ...   132

Əşir Bəşiroğlu 
 
317 
 
gün
ə  qədər də  saxlamaqdadır.  Bu  kəndin  adının  Qurdqaji  (Qurdgəzi)  olduğunu 
sübut ed
ən sənəd Respublika Dövlət tarix arxivində  123-cü fondun 7-saylı  işin 
155-169-cu s
əhifələrində özünü qoruyub saxlayır. Bu qeydiyyat 1848-ci ildə qeydə 
alınmışdır”.(Z.N.) 
Onu da qeyd ed
ək  ki,  bütün  Laçın,  Zəngəzur bölgəsində  olduğu  kimi, 
Qurdg
əzi kəndi  ətrafında  da  Azərbaycanın  Alban  dövləti dövrünə  aid qədim 
abid
ələr və  kilsələr mövcud idi. Burada hətta atəşpərəstlik dövrünə, orta əsir 
m
ədəniyyətinə  aid də  abidələr var idi. Sultan bəyin təmsil  olunduğu  Hacisamlı 
k
əndinin adı isə qədim türk tayfalarından olan samlılarla əlaqəlidir. Sultan bəyin 
şəxsi mülkü (aran evi) isə  Qurdgəzidən bir neçə  kilometr  aşağı  Şəlvəçay 
axarındadır.  Bütün  fərqlərə  baxmayaraq Sultan bəyin  atası  Paşa  bəyin məzarı 
Qurdg
əzi qəbiristanlığında idi. Sultan bəyin təhsili ilə əlaqədar qeydlərin bəziləri 
ayrı-ayrı  müəlliflər tərəfindən fərqli mülahizələrlə  yazılıb  və  reallıqdan  kənarları 
xeylidir.  
Qafan mis m
ədənləri, Bərguşad  çayının  axarı  boyu  inkişaf  etmiş  kənd 
t
əsərrüfatının Sultan bəyə məxsusluğunun da heç bir tarixi kökləri yoxdur. Deyilən 
t
əsərrüfatlar  başqa-başqa  bəylərə, mülkədarlara mənsubdur və  bu haqda kifayət 
q
ədər tarixi sənədlər  mövcuddur. Bəziləri bəy dedikdə  ilk öncə  dünyanın  ona 
m
ənsubluğunu güman edirlər. Sultan bəyin ünvanına qeyri düzgün məlumatlar aid 
etm
ək, heç də ona xüsusi qayğının nəticəsi hesab edilməməlidir. Əksinə, ona xələl 
g
ətirən fikirlərdir.  Yaxud,  hansısa  yaylaqdakı  mülk  məsələsi də  bu  işlərin 
mahiyy
ətini, o bölgəni tanımamağın, bilməməyin məhsuludur. Adəti üzrə heç bir 
yaylaqda mülk salınmır, xüsusəndə kiçik Qafqazda, onun Çalbayır yaylağında. 
Bu yaylağında Sultan bəyə mənsubiyyəti yoxdur. Ora ancaq ən çoxu yayın üç 
isti  aylarında  heyvanatı  təbii yemlə  təmin etmək üçündür və  maldarlar da 
alaçıqlarda  yaşıyardılar.  Çünki  onlar  yaylaqda  da  bir  hissəni  otardıqdan  sonra, 
başqa  sahəyə  köçməli  olduqlarından  daimi  yaşayış  mülkləri  salmağa  ehtiyac 
qalmır. 
Mink
ənd, Sadınlar,  Hacılar,  Farmaştəpə  bölgəsində  ermənilərlə  döyüşlər 
əsasən 1902-1907-ci illəri  əhatə  edir. O dövrdə  Yuxarı  Qarabağın,  Zəngəzurun, 
indi Laçın bölgəsi adlanan torpaqların müdafiəsinə rəhbərliyi əsasən Şuşada şəhid 
olmuş İbrahim bəy etmişdir. Onun ətrafında çox da böyük olmayan, lakin hamısı 


C
əsur qardaşlar 
318 
 
b
əyliyi təmsil edən insanlar olmuşlar. Bu insanlar gündəlik silah gəzdirən olmaqla, 
silahdan istifad
əni gözəl bilirdilər. Bu insanlardan Alı bəy, Məhəmmədhəsən bəy, 
Ağakişi bəy, Bağır bəy, Cabbar bəy, Həsən bəy, Paşa bəy, Əbdülləzim bəy, Nəbi 
b
əy, Rüstəm bəy, Ağa bəy, Şahverdi bəy, Əbil bəy, Cavad bəy, Əli bəy, Əvil bəy, 
Mikayıl bəy, Cəfərqulu bəy, və s. döyüşçülərin adı məlumdur. 
Laçının  qərbində  sonralar 1914-1918-ci illər  arasında  ara-sıra  erməni-
müs
əlman  döyüşləri  lokanik  xarakterli  olmuş  və  yerli  əhali ermənilərin  cavabını 
m
ərdliklə  vermışlər. 1918-ci  ilin  yayın  sonu  və  payızda  Cənubi Zəngəzurda çox 
d
əhşətli erməni müsəlman  döyüşləri  olmuş,  bu  bölgənin  bütün  silahı  olanlar 
döyüşə  qoşulmuşlar  və  Naxçıvanda,  Qərbi  Azərbaycanda,  Qarabağ  və  Yuxarı 
Qarabağda  böyük  hünərlər göstərən  insanlar  olmuşlar.  Bu  haqda  AXC  hökməti 
komisiyasından geniş və dəqiq məlumatlar arxivdə saxlanılır. Sultan bəy isə daha 
t
ədbirli  el  ağsaqqallarının,  qardaşı  Xosrov  bəyin fikirləri ilə  uzlaşan siyasət 
yürütmüş, gücləri nəzərə alaraq özünü müdafiəyə daha çox üstünlük vermişdir. 
Bu is
ə öz bəhrəsini vermiş, kiçik güclə böyük qüvvəyə və böyük məkrə qalib 
g
əlməklə nəticələnmişdir. Burada, artıq Sultan bəy hamıdan qabaqdadır, hamıdan 
üstündür. 
1920-ci ild
ən sonra Sultan bəy sovet hökümətini təmsil edən adi insanlarla 
deyil, h
ətta bəy səcərələri olan və  sovetləri təmsil edən  insanları  ilə  də  öz 
hüquqlarını  bərpa edə  bilməmişdi.  Əsas  səbəb isə  Sultan bəyin bəy  olması  və 
sovetl
ərin məqsədi isə  bəyləri,  seyidləri, mülkədarları  və  s. bir sinif kimi məhv 
etm
əsi zərurəti  olmuşdu.  Bolşeviklər Sultan bəyə  qohum olan bir nəfəri  ələ 
almaqla  onu  yaralamışlar.  Bəzilərinin  yazdığı  Hacısamlının  “Gorgahat”  yox, 
Göykaha daxilind
ə Sultan bəy üç gün qalmış, sonra onu Laladağda hər kəsin gedə 
v
ə  girə bilməyəcəyi  kahaya  aparmışlar. O,  burada sağalana yaxın  uzandığı  yerin 
yanına kahanın daxili damından bir qaya düşdükdən sonra bu sözləri söyləmişdi: 
M
ən aşiqəm yarğana 
Yar sözünü yar qana 
Dünyaya sığmaz başım 
Sığınıbdır yarğana 
Sultan b
əy bu hadisədən çox ruhlanmış və demişdir ki, “... Allah mənimlədir, 
m
ənə daha ölüm yoxdur, hazırlaşın – biz burdan getməliyik.” Bu ifadəni onu yola 


Əşir Bəşiroğlu 
 
319 
 
salan v
ə  Arazdan keçirən,  əslən Haxnəzərdən olan Sultan bəyin  dostunun  oğlu 
söyl
əmişdir.  
Sultan b
əyin məhvinin  əsas təşkilatçıları  ermənilər idi. Ermənilər  bu  işi 
Moskvadan t
əşkil  edir  və  Moskva  Bakıya  göstəriş  deyil,  öz  əmrlərini qətiyyətlə 
bildirirdil
ər. 
 Sultan b
əy vətəndən,  doğma  yurddan  ayrılarkən Qurdgəzi kəndinin 
ərazisində  ən uca zirvə, “Qarapalçıq”  adlanan  dağın  zirvəsinə  qalxır,  oradan 
Qırxqız yaylaqlarını, dağları son dəfə seyr edir və bir neçə bayatı çağırır. 
Sultan b
əy Araz çayını keçərkən o, arxa tərəfə göz gəzdirib bu bayatını demiş 
v
ə Arazı keçmişdi. 
M
ən aşiq dolan gözüm, 
Dol gözüm, dolan gözüm. 
Ged
ərsən qayıtmazsan, 
V
ətəni dolan gözüm. 
1923-ci ild
ə Qars Vilayətinin Köçqoy kəndində Sultan bəyə mülk və malikanə 
verilm
əsi də həqiqətləri əks etdirmir. Avropada Xosrov bəylə bir neçə dəfə görüşən 
v
ə geniş söhbətlər aparan, həm də qohumluq əlaqələri olan İsrafil bəyin dediklərinə 
gör
ə  Sultan bəy Azərbaycanı  tərk edərkən özü ilə  xeyli  qızıl  da  aparmışdı  və 
Köçqoydakı  bütün  təsərrüfatları  özü  almış,  kimliyini  uzun  müddət heç kimə 
bildirm
əmişdi. (Z.N.) 
Bir m
əsələni də xatırlatmaq gərəklidir. Belə ki, Qars vilayəti və onun Köçqoy 
k
əndi Azərbaycan  torpaqlarıdır,  tarixin  müxtəlif dönəmlərində  ya  Osmanlı 
türkl
ərində, yaxud Azərbaycan türkləri dövlətinə  tabe  olmuşdur.  Odur  ki,  bu 
yerl
ərdə  Azərbaycanın  müxtəlif bölgələrindən, xüsusən də  Yuxarı  Qarabağdan-
Z
əngəzurdan olanlar çox idi. Deyilən məsələ  də  Sultan bəyə  məlum idi. Elə  bu 
s
əbəbdən də Sultan bəy Qarsı seçmişdi.  
Sultan b
əyin, Xosrov bəyin və  digər vətənpərvər  insanlarımızın  növbəti 
ç
ətinliyi Rusiya bolşeviklərinin 1920-ci ildə Azərbaycanı işğal etməsi və millətin 
öncüll
ərinin məhvi, cürbəcür ittihamların irəli sürülməsi idi. 
H
əmin günlərdə  də  N.Nərimanovun sərt mövqeyinə  və  bəzi məqamlarda 
q
ətiyyət göstərməsinə baxmayaraq Sovet Rusiyası Xalq Xarici İşlər Komissarlığı 
t
ərəfindən müəyyən edilən Azərbaycanın  gözdən  salınması  siyasətinə  üstünlük 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə