ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə107/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   103   104   105   106   107   108   109   110   ...   132

C
əsur qardaşlar 
314 
 
çatanda,  o  vaxtkı  müdafiə  naziri  A.İ.  Çernişev  demişdi:  “Allaha  şükür,  daha 
Qafqaz ild
ə 25 min rus əsgərini udmayacaq. Rusiyanı üzüb əldən salan yaralardan 
biri d
ə qaysaq bağlamağa başlayır”.  
Odur ki, Sultan b
əyin, Xosrov bəyin, Murtuza bəyin, Cəbrayıl  bəyin,  Şeyx 
Şamilin  keçdiyi  mübarizə  yollarını  təbliğ  etməklə  Azərbaycan  xalqını  ayağa 
qaldırıb torpaqlarımızı azad etmək günümüzün əsas məsələsidir.  
Şamilin  qələbələrinin  əsası  insanların  ona  inamı  idi.  Şamilin  yaşıl  bayrağı 
altında  qırxdan  yuxarı  xalqı  birləşmişdi.  Şeyx  Şamili  düşmənləri də  yüksək 
qiym
ətləndirmişlər.  Şimali  Qafqazda  görmüş  rus zabiti V.S. Krivenko yazırdı: 
“Əgər,  Hacı  Murada  qarşı  general  Passek  və  Slensovu qoya bilərdinsə,  Şamilə 
b
ərabər adam isə bizdə yox idi”. 
Az
ərbaycan da bu tarixi məqamlardan yararlanmalıdır. Xalq qəhrəmanlarının 
nümun
əvi xüsusiyyətlərinin təbliği Azərbaycana hava, su kimi lazımdır. 
İmam Şamil deyirdi: “Yüksəldikcə ciddi ol, gücləndikcə  rəhmli!” Biz belə bir 
göz
əl ifadəni təkcə əsgərlərimizə, polisimizə deyil, məkrəblilərimizə də öyrətməyə 
borcluyuq. 
Qafqazın  müstəqilliyi  uğrunda  görkəmli  mübariz  Şeyx  Şamil  bütün 
müsb
ət keyfiyyətləri özündə  cəmləşdirmişdi.  O,  İlahiyyatın  sirlərinə  dərindən 
yiy
ələnmiş, fəlsəfə, hüquq, məntiq elmlərinin, Şərq əlbəyaxa döyüş növünün mahir 
bilicisi idi. 
1870-ci ild
ə Məkkə səfərinə gedən İmam Şamili Türkiyədə – limanda Sultan 
Abdul
əziz əyanları ilə qarşılayır. Onu qarşılamağa çıxmış əhli ətəyini, keçdiyi yolu 
öp
ərək  ağlayırdı.  Bu  Şeyx  Şamilin  öz  Vətən mübarizəsi  yolunda  qazandığı 
hörm
ətin nəticəsi idi. Hətta, Sultan Abduləziz  Şeyx  Şamilin  dünyadakı 
hörm
ətindən istifadə  edərək, Misirlə  Türkiyə  arasında  müharibə  həddinə  çatmış 
ziddiyy
əti  aradan  qaldırmaqda  vasitəlik etməyi  ondan  xahiş  edir.  Misirlə 
Türkiy
ənin münasibətlərini layiqincə  bacaran  Şamil,  hər  iki  sultan  arasında 
qohumluq 
əlaqələri yaratmağa da nail olmuşdur. 
Uzun ill
ər xalq qəhrəmanlarımızı  yada  salmamaq  bizlərə  xələl gətirmişdir. 
Xalq h
əmişə  tarixi qəhrəmanları  ilə  nəfəs  almalıdı,  ona  oxşamağa  çalışmalıdır. 
Xalq q
əhrəmanları  xalqa  nümunədir, onu milli köklərə  kökləyəndi,  insanların 
f
əxarətidir. 
 


Əşir Bəşiroğlu 
 
315 
 
SULTAN BƏYİN HƏYATINA AYDINLIQ 
Uzun ill
ərdir  qəlblərdə, bir neçə  aydır  Azərbaycanda, Türkiyədə, xüsusən 
Az
ərbaycan mətbuatında  tez-tez  haqqında  yazılar  verilən xalq qəhrəmanı  Sultan 
b
əy yad edilir, qürur hissləri yaşadılır. Lakin, bu yazıların əksəriyyəti eyni cümləli, 
eyni sözlüdür. Y
əqin ki, bunun  da səbəbi Sultan bəy, onun kimliyi, fəaliyyəti, 
keçmişi haqqında arxiv sənədlərinin azlığı, yaxud az araşdırıldığı və eyni fikirlərin 
əksər tərəfindən çeynənilməsidir. Burada tarixin özünün də  “günah” var desək, 
fikrimizc
ə qəbahət etmərik. (Z.N.) 
M
əlumdur  ki,  Qafqazda  Zakfederasiya  qurumu  dağıldıqdan  sonra, 
Az
ərbaycan müstəqilliyini elan etsə  də  bir çox çətinliklərlə, çəkişmələrlə, siyasi 
oyunlarla, müharib
ələrlə, torpaq itkiləri ilə üzləşdi. Həmin dövrün öncül təbəqəsini 
t
əmsil edən Sultan bəy, Xosrov bəy, Cümhuriyyət öncülləri, eyni ilə bu təbəqənin 
yaxın silahdaşları və qohumları çox böyük iztirablarla qarşılaşmış oldu. Sultan bəy 
d
ə bunlardan xali deyildi. O, öz vətənində – doğma Zəngəzurda, İranda və hətta 
Türkiy
ədə  pünhan  yaşamağa  məcbur  olmuşdu.  Odur  ki, onun öz dilindən izhar 
oluna bil
əcək və  onun ermənilərə  qarşı  fəaliyyəti  haqqında  istər Azərbaycanda, 
ist
ərsə də Türkiyədə məlumatlar verilmədi. O, özü də bunu lazım bilmirdi. Çünki, 
Türkiy
ədə  də  ermənilər yetərincə  var idilər. Ermənilərin də  xislətləri 
c
əmiyyətimizə  gün  kimi  aydın  olduğundan,  məsələnin  xırdalıqlarına  getməyə 
ehtiyac duymuruq. 
Söyl
ədiyimiz və  söylənilməsini bilmədiyimiz səbəblərdən Sultan bəy 
haqqındaki  məlumatlarda  bir  çaşqınlıq,  qeyri  səlistlik, hətta xeyli həqiqətlərə 
uyğun  olmayan  fikirlər mətbuata  ayaq  açmışdır.  Həqiqətlərə  uyğun  gəlməyən, 
dövl
ətimizə və dövlətçiliyimizə gərəksiz olan, Sultan bəyin soyuna aid olmayan
dövrün h
əqiqətlərini özündə düzgün əks etdirməyən və təbii ki, bizə məlum olan 
b
əzi məqamlara aydınlıq gətirmək istərdik.  
Bunlardan biri 2007-ci ild
ə  Bakıda  çap  edilmiş  Azərbaycan toponimlərinin 
ensiklopediyası  2-cildlik  lüğətidir. Onun 1-ci cildində  Sultan bəy,  onun  yaşadığı 
yurd  – 
onun  qısa  tarixi,  coğrafiyası,  iqlimi,  əhalisi,  iqtisadiyyatı,  mədəniyyəti 
haqqında  xeyli məlumatlar  verilmişdir.  Məsələnin  qoyuluşu  özü-özlüyündə  çox 
yaxşıdır.  Bütövlükdə  bu  yazıdakı  məlumatları  alqışlayır  və  bəzi  aydınlıqlar 
g
ətirməyi ozümüzə vətəndaşlıq borcu hesab etdik. Deyilən mənbədə Sultan bəyin 


C
əsur qardaşlar 
316 
 
k
əndinin adına yanaşma istiqaməti pis olmasa da, reallığı tam əks etdirmir. Əvvəla 
onu dey
ək ki, Sovetlər dönəmində  Qurdgəzi kəndinin  adı  “Kürdhacı”  kimi 
göst
ərilmişdir. Z.Nəbibəyli özünün “Zəngəzurun altun tacı Laçın kitabında göstərir 
ki, “... heyvandarlıqla məşğul olan qədim türk tayfaları həm yaylağa gedəndə və 
h
əm də  yaylaqdan  qayıdanda  burada  müvəqqəti  yurd  salardılar.  Yaylaq  yolları 
üstünd
ə çox əlverişli coğrafi məkanda yerləşdiyindən çalışardılarki Qurdgəziyə 1-
ci çatsınlar, heyvanlarını buranın təbii yemi ilə 1-ci yedizdirsinlər, sonar yaylağa 
çıxsınlar. At yəhərinə oxşar dağlar arasındakı bu alçaq yerin ətəyində məskən salan 
maldarlar mütl
əq  ocaq  çatıb  od  yandırmalı  idilər. Bu yolla onlar qoyun-quzunu 
özl
ərindən  yuxarıdaki  gəzdə  məskən salan qurdlardan (canavarlardan) xilas edə 
bilirdil
ər. Qaranlıq olsa idi qurdlar heyvanlara hücum edib boğub atardılar. Ocaq 
yandırmağın əsas mənası bu idi. Təpənin, dağın ortası iki tərəfdən açıq, digər iki 
t
ərəfi hündür olan yerlərə gəz deyirlər, ağacı gəzləmək, kotanın boyunduruğunda, 
onun samısında və digər işlərdə belə gəzləmə əməliyyatı aparardılar. Qurdgəzidə 
is
ə dediyimiz kimi qurdlar gəzdən işıq olanda aşağı düşüb ov edə bilmədiklərindən 
orada  ulaşırdılar.  Bu  səbəbdən də  buranı  qurdgəzi deyə  çağırmışlar.  Burada  ilk 
m
əskunlaşan ailə əslən indiki füzuli  bölgəsindən olan türk mənşəlidir, XIX əsrin 
ortalarında  daimi  yaşayış  yerinə  çevrilmişdir.  Lakin  sonralar  buraya  Ərikli, 
Bül
əvli, Qarasaqqal, Naxçıvan, Qarakilsə (Sisyan) bölgələrindən gələnlər də olmuş 
v
ə hazırda hamısının adı Qurdgəzili çağrılır.”  
Sultan b
əyin babası çalvadar Murad isə Ərikli kəndində məskunlaşan Cənubi 
Az
ərbaycandan gəlmiş bir türk əsilli səcərədəndir. Pənahəli xanla bu nəslin heç bir 
yaxın  ünsiyyəti  olmayıb  və  ayrı-ayrı  əsrin  insanlarıdırlar.  Qurgəzi kəndinin və 
onun 
ətraf kəndlərinin  əhalisi  bu  sözü  yerli  şivəyə  uyğun  səsləndirmişlər- 
Qurdqaji.  
T
əbii  ki,  Qurdqaji şifahi  səslənmə  olduğu  halda,  yazılışda bu  söz  öz  həqiqi 
adında – Qurdgəzi şəklində olmalıdır.  
Ensiklopedik  lüğətdə  çox düzgün olaraq göstərilir ki, “ qədim dövrlərdə 
türkl
əri qurd adlandırmışlar. Əbülqasım Firdovsi isə öz dövründə türklərin yaşadığı 
ölk
əni “Qurdlar ölkəsi”  adlandırmışdır.  Beləliklə, lap qədimdən qurd türk 
mill
ətinin onqonu sayılmışdır. Türkdilli xalqlar arasında qurd sözü bildiyimiz kimi 
igid, m
ərd, qoçaq, ərən mənasında işlənib. Bu söz bizim dilimizdə öz mənasını bu 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə