ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə106/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   102   103   104   105   106   107   108   109   ...   132

Əşir Bəşiroğlu 
 
311 
 
işlərdən uzaq et. Bu gün öz səxavətinlə  hasil etdiyin hər bir xeyirdən mənə  pay 
ayır. Ey səxavətlilərin səxavətlisi!”  
Bu duaya 
əbəs yerə  müraciət etmədik. Yaşadığımız günümüzdə nöqsanımız 
da  çoxdur,  günahımız  da.  Ən  başlıcası  bir-birimizə  qiymət verməkdə  çox 
diqq
ətsizik. Əgər, kənar xalqlar, dövlətlər bizə yaxşı qiymət verərsə, bəlkə də ayıla 
bil
ərik.  Yaxud,  tarixi  bir  şəxsiyyətimiz,  milli  bir  kişimiz  sağdırsa  –  biz ona adi 
gözl
ə – adi qiymətdə verməyə meyilli olmuruq. O, şəxs ölür, uzun illərdən sonra 
ayılırıq. Onda da artıq gec olur. Deməli, milliləşməyə hələ də çox ehtiyacımız var. 
Biz  niy
ə  beləyik?! Ona görə  də  deyilən duaya gəlin diqqətli olaq. Sultan bəyin, 
Xosrov b
əyin keçdiyi yollar, çəkdiyi əziyyətləri dərk etdikcə, fikirləşirsən İlahi bu 
insanlara n
ə üçün öz dəyərini lazımınca qiymətləndirə bilməmişik.  
Günümüzd
ə  bizimlə  qoşa  addımlayan kifayət qədər  milli  düşüncəli, özünü, 
ail
əsini  unudaraq  xalqın  ağrı-acısı  ilə  yaşayan  çox  dəyərli  ziyalılarımız, 
yazarlarımız,  mütəxəssislərimiz və  siyasətçilərimiz  var.  Amma,  bunları 
“görmürük”. Niy
ə?! Qadınlarımız var, xalq deyimi ilə desək “kişi qeyrətli”. Mənsə 
dey
ərdim elə “türk qadını qeyrətli”. Deyirlər fəlsəfi yol kişi yoludur. Etiraf edək ki, 
bu yolla v
ə böyük addımlarla addımlayan qadın qardaşlarımız da var. “Sultan bəy 
v
ə Xosrov bəy qardaşları” kitabının müəllifi Ziyadxan Nəbibəylinin dedikləri. 
Xeyli müdd
ətdir  tanıdığımız,  özünə, sözünə, sənətinə  dəyər verdiyimiz bir 
xanımın  yaradıcılıq  gününə,  Yazıçılar  Birliyinin  Natəvan evində  toplaşmışdıq. 
Onun bir neç
ə  kitabı  eyni  vaxtda  təqdim  edilirdi.  İlk  çıxış  edən mən oldum 
(Z.N
əbibəyli). İmkan olsa idi elə özüm axıra kimi təkcə danışardım. Onun “Eyb 
qeyb olmur” ifad
əsi və  Qarabağa  həsr  edilmiş  neçə-neçə  kitabı  bədənimə 
“qızdırma” salmışdı. Bu xanım Sultan bəy, Xosrov bəy şəcərəsinə aidiyyatı olan 
Mahir
ə  xanımdı,  Mahirə  Abdulladı.  Hadisələri çox qeyri-adi  şərh  etmiş, 
yaradıcılıqda  yeni  üsul  tapmış,  Qarabağ  faciəsinin  ən dərin  şüuraltı  qatlarını 
qaldırmış,  qana  həris, qaniçən,  yırtıcı  xislətli,  amansız,  insanlıq  sırasının  vəhşisi 
hayların ziyakarlıq üsullarını dərin psixoloji, həm də çox sadə dildə – “Zəngəzur  
şivə”sində oxucuna təqdim etmişdir. 
Adi söhb
ətdə  də  digərlərindən “öz xüsusiyyətilə” seçilən Mahirə  xanımdan 
bir neç
ə kəlmə: – “Yurd ağrısını boylu qadın kimi çəkməli. Çəkib, çəkib, günlərin 
bir  günü  ondan  azad  olmalısan”.  Sultan  bəylər, Xosrov bəylər, Murtuza bəylər, 


C
əsur qardaşlar 
312 
 
Alm
əmməd bəylər,  İbrahim  bəylər, Cəbrayıl  bəylər  bu  ağrıdan  öz  iradələri ilə 
vaxtında  azad  oldular,  torpaqlarımızı  XX  əsrin  əvvəllərinə  kimi  biz  övladlarına 
salamat çatdırdılar. Bəs biz!... 
O, deyir “Ayrılıq, həsrət yükünü yerə qoymasan, axırın çatıb....”. 
Vaxt  var  idi  laçınlılar  Qaragöl  uğrunda  uzun  illər mübarizə  aparırdılar. 
B
əziləri də  deyirdi “Qaragöl getdi –  Laçın  getdi...”.  Lakin,  onlara  dayaq  duran 
olmadı,  sözlərini  eşitmək istəmədilər. Sonra dedilər  –  “Laçın  getdi  –  Qarabağ 
getdi...”. Bu fikir
ə  də  biganə  qalan  çox  oldu.  Hazırda  da  deyirik  –  “Qarabağsız 
Az
ərbaycan yoxdur....”. Bu doğrudan da belədir.  
Mahir
ə  xanım  deyir:  “...Əsl  məhəbbət qərəzsiz, məqsədsizdir, o ki qala 
könlünün  sultanı,  başının  tacı,  döyünən ürəyin, görən  gözün,  danışan  dilin, 
qeyr
ətin, namusun, həyatın özü Vətən ola. Vətən dünyadır. Bu Vətənin bir qumu 
ged
əndə  çiyinlərin  boş  qalır,  gözlərin  kor  olur,  qolların  budanır,  qədəmlərin 
qırılır”.  
İçimdə  kainat  boyda  yurd  ağrısı  var.  Bir  sualdan  asılmışam:  “Nə  üçün? 
sualının cavabını axtarıram. Sən demə, illərlə bu həsrətlə yol gəlirəmmiş”. 
İndi “kişilərimiz” zəhmət çəkib Mahirə xanıma cavab tapsınlar... 
Kişilərimizin çox gücə düşməməsi üçün Mərkəz Qacarın – Böyük şəcərənin 
nümay
əndəsinin bir fikrini xatırlatmaq yerinə düşər. 
Axı əldən gedir qeyrət, arımız. 
Şirə qahmar duraq gərək hamımız. 
Sükanı hərəmiz bir yana çəksək, 
Yüz yer
ə bölünə bu meşə gərək. 
Qarabağla, Zəngəzurla, onun bir parçası olan Laçınla bağlı bütün məlumatları 
uzun ill
ərdir toplayıram. Təsadüfən mənə qismət olan laçınlı Bənövşə Daşdılının 
“S
əndən aralı” kitabı tam olaraq Laçına, Vətənə həsr olunmuşdur.  
Bu yazılar mənim hissimə çox yaxın olsa da, onun ancaq “Qaçqınlara!” şeirini 
seçdim. S
əbəb isə  bu  işlərlə  məşğul  olmağım,  onların  ağrı  –  acılarını  onlarla 
birlikd
ə çəkməyim  olub. Bu hiss məndə o dərəcədə sehrli olmuşdur ki, Qaçqınlar 
Komit
əsinə sədr göndərilmədən etiraz etmişəm.  
   M
ənə qaçqın söyləmə, bu söz başımın daşı, 
   
Əsir qalan yurdumun, kaş olaydım bir daşı.  


Əşir Bəşiroğlu 
 
313 
 
Yaxud:  
Qaçqın düşəndən bəri fikir verən yox yaşa, 
   
Qaçqınlar tez ölürlər, ömrü vurmadan başa . 
Sultan b
əy  torpağının  vətəndaşı  “qaçqındı”,  bu  özlüyündə  bu  torpağa 
böhtandı.....  
Sovetl
ər birliyi dövründə bəylərin, ağaların, mülkədarların, din xadimlərinin 
adını  çəkmək,  onun  haqqında  yazılar  yazmaq,  nəğmələr  qoşmaq  müşkül  məsələ 
idi.  Amma,  laçınlılar  arasında  belə  işləri ürəklərinin tələbi ilə  yazıya  alanlar 
tapılırdı. Bunlardan biri də Laçının Şəlvədərəsi adlanan torpaqlarından olan Kərəm 
Arxuddur.  Aşağıda  Sultan  bəyə  aid hissəsini verəcəyim  şeir  “Laçınım  mənim” 
adlanır. 
Əfsanə deyilmiş bilin nağıllar, 
Tarix
ən tökülmüş çox nahaq qanlar. 
Soltan qeyr
ətlidir səndə oğullar 
Qeyr
ətdən qalasan Laçınım mənim, 
S
əni var olasan Laçınım mənim. 
Qarabağda,  Zəngəzurda,  Laçında  millətini, dövlətini,  xalqını  sevən tarixən 
çox  insan  olmuşdu.  Bunlardan  biri  də  Qarabağ  xanlığının  yaranmasında  böyük 
işlər görmüş Murtuza bəyin nəticəsi Cəbrayıl bəy olmuşdur. O, Tatef və Zəngəzur 
bölg
əsinə  rəhbərliyi  zamanı  özünü  milli  bir  şəxsiyyət kimi göstərmişdir. 
Az
ərbaycandan yeganə şəxsdir ki, çox gənc yaşında Şimali Qafqaza gedərək Şeyx 
Şamillə  görüşmüş  ona  yardım  etmişdir.  Şeyx  Şamil  (1798  –  1877) çox dindar 
olmuşdur, Cəbrayıl bəy də digər təhsillə yanaşı dini təhsil də almışdı. Bu torpaq 
Sultan b
əylə, Xosrov bəylə yanaşı belə kişilərdə Vətənə ərmağan etmişdi. 
Şeyx  Şamil  bu  günkü  gəncliyə, idarə  etmə  masalarının  sahiblərinə  bir 
örn
əkdir.  Şamil  Şimali  Qafqazın  yarım  əsrlik  şanlı  mübarizə  tarixinin 
q
əhrəmanıdır.  Qafqazın  ecazkar  rəhbərinin həyat və  fəaliyyətinə  həsr olunmuş 
əsərlərinin sayına görə Napalyon Bonaportdan sonra dünyada ikinci yerdə durur.  
Şeyx Şamil hər şeydən əvvəl otuz il Rusiya imperiyasına dağıdıcı zərbə vuran 
güclü dövl
ətin  İmamətinin başçısı idi.  Onun ilk  və son sözləri “la ilahə  illallah” 
olan f
əallarının  azad  diyarını  susdurmaq  imperiyaya  uzun  illər, hədsiz qanlar 
hesabına  başa  gəlmişdi.  Qafqaz  müharibəsinin  qurtarması  xəbəri Peterburqa 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə