ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə102/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   98   99   100   101   102   103   104   105   ...   132

Əşir Bəşiroğlu 
 
299 
 
El
ə  də  edirlər.  Ətrafdakı  insanlar  döşü  kəsilmiş,  kürəyində  samovar olan 
qa
dını  və  nizəyə  taxılmış  bələkdəki  uşağı,  eybəcər  hala  salınmış  və  bir-birinə 
qarışmış  kişi  qollarını,  başlarını,  qılçalarını  və  s. gördükdən sonra çox pis hala 
düşürlər və  bir-bir Sultan bəyə  baş  əyərək Mirzə  Həmid bəyin  əlindəki Qurani-
K
ərimə  əl basaraq and içirlər ki, bu qan yerdə  qalmayacaq,  hamı  bir  nəfər kimi 
öl
ənə  qədər  döyüşəcəklər. Bu hadisə  bütün təfərrüatı  ilə  Hacısamlıya,  Yuxarı 
Z
əngəzura yayılır. Hadisədən sonra bir çox insanlar öz xoşları ilə Hacısamlı özünü 
müdafi
ə dəstələrinə qoşulurlar.  
Sultan b
əy üçün çox çətin idi. Silah yox, təcrübəli ordu yox, insanlar silah 
olanda da ondan istifad
əni  bacarmır,  qardaşı  Xosrov  bəydən  yardım  ala  bilmir, 
Cümhuriyy
ətdən heç bir silah-sursat və əsgəri qüvvə ala bilmir, Zəngəzurun bütün 
çevr
əsi erməni silahları, təlim görmüş ordu ilə əhatələnmişdi. Belə bir şəraitdə bu 
çevr
əni yarıb çıxmaq da sual altında idi. Sultan bəyin yeganə çıxışı Laçın əhalisi və 
onun qeyr
əti idi.  
Daşnak Andranikin qoşunlarının kifayət qədər silahları, o cümlədən topları da 
var idi. 
İndi olduğu kimi Fransa, İngiltərə, Yunanıstan, Rusiya, ABŞ və s. dövlətlər 
erm
əniləri silahla, paltarla, pulla, qida ilə təmin edirdilər və ADR-nın dirçəlməsinə 
imkan verm
ək istəmirdilər.  
Sultan b
əyin  Laçın  bölgəsinin bir çox kəndlərində  apardığı  görüşlər, 
say
əsində, top və  dövrün  yaxşı  silahlarını  almaq  üçün  insanlar  Sultan  bəyin 
d
əstəsinə  kömək etməyə  başlayırlar.  Qaratel  xanım  Paşa  bəy  qızı  danışırdı  ki, 
Sultan b
əyə bir “ətək” qızıl-gümüş verdik ki, top ala bilsin. Bu yardım sayəsində 
Sultan b
əy bir ədəd  top  alıb  Qaragöl  tərəfdə  qoymaqla  Andranikin  qoşunlarını 
Laçın  (Abdallar  kəndi)  şəhərinin  ətəyindəki  Zabux  çayında  məhv edənə  qədər 
Gorus şəhərini nəzarətdə saxlamaqla mümkün olmuşdur. Elə bu top da Andraniki 
m
əcbur  etmişdir  ki,  Sultan  bəylə  danışığa  getsin. Həmin  vaxtlarda  aşağı 
Z
əngəzurda 1918-ci  ilin  ancaq  yayın  axırı  və  payızda  müsəlmanların  başlarına 
g
ətirilən faciələri isə  Azərbaycan Cümhuriyyəti Fövqəladə  Təhqiqat 
Komissiyasının  Gəncə  Quberniyasına  aid  olan  Cavanşir,  Şuşa,  Cəbrayıl  və 
Z
əngəzur qəzası  üzrə  müsəlman kənd və  insanlarının  ermənilər tərəfindən 
başlarına gətirilən faciələri araşdıran komissiyanın üzvü Mixaylovun üzdən-üzdən 
t
ərtib etdiyi və bütün faciələri tam əks etdirməyən məruzəsində deyilir:  


C
əsur qardaşlar 
300 
 
“Hazır  ki,  məruzədə  Sizə  Qarabağın  Cavanşır,  Şuşa,  Cəbrayıl  və  Zəngəzur 
q
əzalarında  baş  vermiş  faciəli bədbəxt hadisədən məlumat verəcəyik. Deməliyik 
ki, oktyabr 1918-ci il
ə  kimi Azərbaycan  Respublikasının  Bakı,  Quba,  Şamaxı, 
L
ənkəran və s. qəzalarında ermənilərin yerli müsəlman əhalisinə verdikləri dəhşətli 
qırğınlar  azalsa  da  Gəncə  Quberniyasının  dörd  qəzasında  –  yəni  Cavanşir,  Şuşa, 
C
əbrayıl  və  Zəngəzur qəzalarında  bu  faciələr hələ  də  davam etməkdədir. Bu 
q
əzalarda insan təfəkkürünə sığışmayan vəhşilikləri yerli ermənilərlə yanaşı İrəvan 
qubern
iyasından  gələn ermənilər və  silahlı  əsgərlər, Türkiyə  vilayətlərindən 
g
ətirilmiş  silahlı,  böyük  silah-sursata malik Andranikin rəhbərlik etdiyi nizami 
erm
əni  qoşunları  və  bu  torpaqları,  onun  insanlarını,  Erməni  Respublikasına  tabe 
etdirm
ək istəyən və  erməni hökumətinin təşkil  etdiyi  erməni hərbi birləşmələri 
tör
ətməkdə  davam edirlər. (Mixaylovun məruzəsindən  açıqca  görünür  ki,  Sultan 
b
əy hansı erməni qüvvələri ilə üzbəüz idi). Zəngəzur qəzası hazırda dediyimiz dörd 
q
əzadan daha da ağır vəziyyətdə olanıdır. Belə ki, ermənilər Zəngəzuru Cəbrayıl 
v
ə  Şuşadan  ayırıblar  və  hiss edirlər ki, onlar silah-sursatdan,  əsgəri qüvvədən 
müs
əlmanlarla müqayisədə  çox üstündürlər və  bu imkandan bəhrələnərək 
Z
əngəzurun kəndlərini  yandırmaq,  qarət etmək,  insanlarını  məhv etməklə 
torpaqları  ələ  keçirmək niyyətindədirlər.  Bununla  yanaşı  Andranik,  erməni 
hökum
əti ilə birləşərək, Ermənistan hökumətinin imzaladığı direktivi də əsas sənəd 
kimi müs
əlman kəndlərinin  boşaldılaraq  Ermənistana  tabe  olmağı  tələb edirlər. 
Savadsız kəndliləri aldadaraq toparlayıb vəhşiliklə məhv edirlər, guya xristianlığı 
q
əbul etdirmək məqsədi ilə  məscidlərə  yığdıqdan  sonra  yandırırdılar.  Onlar 
müs
əlman kəndlərinin bir-biri ilə əlaqəsini kəsdiyindən heç yerlə əlaqələri yoxdur, 
onları müdafiə edən qüvvələrə malik deyillər, əhalinin özü silahsızdır. Ermənilər 
öz hökum
ətlərinin torpaq sahələrini genişləndirmək üçün hətta öz evlərini, malını-
mülkünü  ataraq  qaçanlara  da  aman  vermir,  boş  evləri belə,  tam  yandırmadan  əl 
ç
əkmirlər. Müsəlman kəndlərindən Sisiyan (Qarakimsə)  mahalının  1-ci polis 
sah
əsi, 2-ci sahənin  əksəriyyəti, 3-cü, 4-cü və  5-ci polis sahələrinin  hamısı  tam 
m
əhv  edilmişdir.  Ermənilər  tutduqları  bu  torpaqlarda  hətta təcili müəyyən  əkin 
işləri də aparırlar.  
Bu k
əndlərdən olan əhalinin  sayı  bizdə  50 mindən çox olan və  sağ  qalmış 
müs
əlmanlardır  ki,  onlar  da  Cəbrayıl  qəzasının  4-cü sahəsində  acınacaqlı 


Əşir Bəşiroğlu 
 
301 
 
v
əziyyətdədir, məhv olmuş və adları siyahıya düşmüş müsəlman kəndlərinin sayı 
115-dir.  
Mixaylovun  yazılarından da görünür  ki, Qarabağın dilbər guşələrindən olan 
Z
əngəzur sultanlığı hansı faciələr görmüş və Laçın əhalisi, onun müdafiəçisi Sultan 
b
əy  hansı  cəsarət  sahibi  olmuşlar.  Sultan  bəyin erməni  silahlı  qüvvələrinə  qarşı 
atdığı addımlar və onların nəticələri onu Azərbaycan tarixində unudulmayan çox 
böyük bir xalq q
əhrəmanı səviyyəsinə yüksəltsə də biz hələ də onun layiq olduğu 
d
əyərini verməmişik. O, çoxdan yüksək səviyyədə təbliğ olunmalı idi. Onun adına 
bütün bölg
ələrdə küçələr olmalı idi, onun adı ilə mükafat təsis olunmalı, Sultan bəy 
ordeni,  medalı  olmalı  idi,  istirahət  parkları  salınmalı  idi,  yeni  tikilən kənd və 
q
əsəbələrə  onun  adı  verilməli idi, mətbuatda, televiziyalarda həmişə  ona həsr 
olunmuş verilişlər verilməli idi, görkəmli bir yerdə əzəmətli heykəli qoyulmalı idi 
v
ə  sairə. Bunun sayəsində  də  gənc nəsl vətənpərvərlik ruhunda təlim almaqla, 
Sultan b
əy  ruhlu  olmağı  arzu  edərdilər. Yeri gəlmişkən təklif olaraq demək 
ist
ərdim ki, yeni istifadəyə  veriləcək  avtovağzal,  yaxud  Dərnəgül 
metrostansiyalarından birinə Sultan bəyin adının verilməsi onun anadan olmasının 
140 illiyin
ə  çox gözəl töhvə  olardı.  Maraqlı  orasındadır  ki,  Sultan  bəyin nəvəsi 
Elburus b
əy uzun illərdir bu metroda məsul vəzifədə çalışır.  
Bu yazının müəllifi bir neçə il öncə Sultan bəyin qardaşı-həkim, Zaqafqaziya 
seyminin, Az
ərbaycan Parlamentinin üzvü, AXC dövründə ilk hərbi nazir, ikinci 
hökum
ətdə  əkinçilik  naziri,  Qarabağın  general-qubernatoru, Müsavat hökümətini 
d
əstəkləyən “İttihad” partiyasında başqan müavini, mühaciratda “İttihad”ın sədri – 
siyas
ətçi, 2-ci dünya müharibəsində öz qohumu olan Sovet hərbiçisi İsrafil bəyin 
vasit
əçiliyi ilə  türk-müsəlmanı  alman  əsirliyində  olan  insanların  sobalarda 
yandırılmasının  qarşısını  alanlardan  biri  və  ən nəhayət öz əziz  canını  ancaq 
v
ətəninə  qurban verən Xosrov bəyi  araşdırdıqca,  Sultan  bəy haqqında 
insanlarımıza məlum olmayan xeyli məlumatlar ortaya qoymuşdur. Bu məlumatlar 
da Sultan b
əyin 1905-1923-cü illər  arasında  vətəni  uğrunda, Qarabağ,  Zəngəzur, 
C
ənubi Azərbaycan, Qərbi Azərbyacan  uğrunda  ermənilərlə  apardığı  bir  çox 
mücadil
ələrlə  tanış  olmaq  imkanı  yaradıb.  Deyilən bölgələrin  hamısında  Sultan 
b
əyin  dostları,  qohumları,  həmfikirləri  olmuşdur  ki,  onlar  da  Vətən  savaşında 
Sultan b
əyə yardımçı olmuşlar.  


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə