ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə100/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   96   97   98   99   100   101   102   103   ...   132

Əşir Bəşiroğlu 
 
293 
 
güllələmə üçün toplanan insanları evlərinə buraxır. Lakin onun göstərişi ilə Əhməd 
Fərhad  oğlu  başda  olmaqla  7  silahdaşının  evinə  od  vurulur  və  əmlakları  talan 
edilir.  Bundan  sonra  qaçaqları  korşutmaq,  anlara  təsir  etmək,  mübarizədən 
çəkindirmək üçün ən çirkin, alçaq yollara əl atırlar.  
Aldadılaraq xəyanət yolu ilə tərksilah edilən və ələ keçirilən Əhməd Fərhad 
oğlunun  başçılıq  etdiyi  və  özü  də  daxil  olmaqla  8  nəfərdən  ibarət  Dağmaşanlı 
qaçaqları (dəstə üzvlərindən 1 nəfəri Cəbrayıl qəzasının indiki Qubadlı rayonunun 
Yusifbəyli  kəndindən  olmuşdur)  Azərbaycan  SSR  XDİK-nin  rəhbər  orqanında 
yuva  qurmuş  daşnak  Ruben  Markaryanın  düzüstü  göstərişi  əsasında  1930-cu il 
iyulun 28-
də  42  saylı  Cəbrayıl  sərhəd  dəstəsinin  hərbi  şəhərciyində  güllələnərək 
quyulandılar. Həddi-buluğ yaşına çatmayan kiçik qardaşı Abbas Fərhad oğlu isə 5 
il  müddətinə  Murmanski  şəhərinə  sürgün  edildi.  2  oğlu  güllələnmiş,  son  beşiyi 
sürgünə  göndərilmiş  Gilə  arvad  ömür  yolunda  çox  böyük  faciələrlə  üzləşsə  də, 
əyilsə  də,  dözümünə,  dəyanətinə  sığınaraq  sınmadı.  Qapısından  toyla-düyünlə, 
halallıqla ər evinə 3 qız köçürtdü, güllələnmiş oğlanlarının başsız qalmış ailələrinə 
həyan oldu. Qayğılarını çəkdi. Qorxu-hürkü bilmədən sürgün edilmiş oğlu barədə 
aramsız  olaraq  yuxarı  orqanlara  sorğularla  müraciətlər  etdi,  onun  sahibsiz 
olmadığını  daim  diqqətə  çatdırdı,  kimsəsiz  bir  “düşmən  elementi”  kimi  tələf 
edilməsinə  imkan  vermədi.  Cəza  müddətini  başa  vurub  qayıdan  oğlunu  Bakı 
şəhərində qarşılayan ana onun yeni həyata uyğunlaşmasına qayğı göstərdi.  Uzun 
illər  qanundakı  qadağalara  görə  Cəbrayıl  rayonundan  kənarda  yaşamalı  olsa  da, 
Abbas Fərhad oğlu həyatının qalan hissəsini əmin-amanlıq şəraitində keçirdi, ailə 
qurdu, Dağmaşanlı kəndinin sayılıb-seçilən kişilərindən biri kimi ömür sürdü. Gilə 
Allahverdi qızı da Tanrı verən ömürü yaşadı (deyilənə görə 110 il), sanılı gününü 
oğlu Abbas Fərhad oğlunun ocağı başında tamama yetirdi. O, 1964-cü ildə haqq 
dünyasına köçdü.  
Allah rəhmət eləsin! Amin!  
   
 
 
 
 
 
 
 
 
XVI   FƏSİL 
SULTAN BƏY İRSİNİN ARAŞDIRILMASI 


C
əsur qardaşlar 
294 
 
Sultan b
əyin öz xalqı qarşısında gördüyü vətənpərlik işlərinə görə dəyərini 90 
il bundan önc
ə alıb və onu sözün həqiqi mənasında indi də xalq qəhrəmanı hesab 
edirl
ər və gələcəkdə də belə olacaqdır. Bununla yanaşı o, dövlət səviyyəsində hələ 
d
ə layiq olduğunun yolunu gözləyir.   
Ziyadxan N
əbibəyli qeyd edir: 
Z
əngəzurun,  Laçının,  Yuxarı  Qarabağın  və  sair bölgələrimizin tarixini 
araşdıran,  xeyli  elmi  kitabların,  müxtəlif  yazıların,  ermənilərlə  bağlı  faciələrin 
araşdırıcısı  kimi,  mənəvi  haqqı  olan  bir  vətəndaş  kimi  böyük  məsuliyyətlə  deyə 
bil
ərəm ki, Sultan bəy irsinin araşdırılması, onun müasir zamanda bəlkə də hər gün 
t
əbliği  Azərbaycan üçün çox gərəklidir. Bu isə  ən çox tarixi sənət və  sübutlara 
söyk
ənən dəlillərlə, təkcə Azərbaycan xalqına deyil, bütün dünyaya çatdırılmalıdır. 
Çünki, Az
ərbaycan  xalqının,  Azərbaycan dövlətinin,  onun  dostlarının,  geniş 
ictimaiyy
ətin buna böyük ehtiyacı vardır.  
Sevindirici odur ki, 29 yanvar 2011-ci il tarixd
ə Prezident Aparatının məsul 
əməkdaşı  Rövşən müəllim və  Laçın  rayon  icra  başçısı  Ramiz  Cəbrayılovun 
r
əhbərliyi ilə laçınlı ziyalıların, mətbuat işçilərinin, digər insanların, Sultan bəyin 
yaxın  qohumlarının  iştirakı  ilə  Sultan bəyin  anadan  olmasının  140  illiyinə  həsr 
olunmuş ilk yığıncaq keçirildi, insanlar öz fikirlərini bölüşdülər. Məlum oldu ki
t
ədbir və gələcəkdə görüləcək digər işlər Respublika rəhbərliyinin siyasi iradəsinin 
n
əticəsidir.  
Sultan b
əyin  əməyinin dəyərləndirilməsi üçün, mənim  şəxsi fikrimcə, onun 
əhatəsi,  yaşadığı,  mühit  və  bölgə, keçdiyi yollar, göstərdiyi xidmətlər tarixi 
s
ənədlərə  söykənən məlumatlar  əsasında  olmalıdır  və  bu barədə  kifayət qədər 
s
ənədlər vardır. Burada bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, o da onun 
qardaşı  Xosrov  bəyin  keçdiyi  yol,  atası  Paşa  bəyin,  İbrahim  bəyin, Cəlil bəyin, 
xanımının  qohumları  olan  dəyərli bəylərin xidmətləri  ilə  birlikdə  aparılan 
araşdırmalar  olmalıdır.  Digər vacib məsələ  Azərbaycan  xalqının  300  illik  qatı 
düşməni, Azərbaycanın  əzəli  torpaqlarında  məskunlaşan,  havasını  udan,  suyunu 

ən, çörəyini yeyən,  bu  xalqdan  qayğı  görən, lakin kürəyimizə  arxadan xəncər 
saplayan,  qızlarımızı,  gəlinlərimizi  zorlayan,  döşlərini kəsən,  gözünü  çıxardan, 
d
ərisini soyan, diri-diri quyulara dolduran, məscidlərə  yığıb  yandıran,  çılpaq 
kür
əyə  qaynar  samavar  bağlayan,  körpələri nizəyə  keçirən, parçalayan və  s. 


Əşir Bəşiroğlu 
 
295 
 
insanlığa  yad  olam  əməllər törədən ermənilərin  hansı  qüvvələrlə  Sultan bəy və 
onun t
ərəfdarları ilə üzbəüz, gəlməsi məsələləridir.  
Sultan b
əyin böyüklüyünü təkcə  1918-ci il Zəngəzur hadisələri ilə 
ç
ərçivələndirmək olmaz. O, müxtəlif illərdə müxtəlif şəhər və kəndlərin, əhalisinin 
müdafi
əsində əvəzsiz xidmətlər göstərmiş şəxsdir.  
Tarixi s
ənədlər, müxtəlif cürə qeydə alınmış hadisələr, real həqiqətlər göstərir 
ki, erm
ənilərin istər Cənubi Azərbaycanın  şəhər və  kəndlərində, istər  Şimali 
Az
ərbaycan  torpaqlarında,  Qərbi Azərbaycanda (indiki Ermənistanda), 
Naxçıvanda,  Borçalıda,  Dərbənd vilayətində, Zəngəzurda, Kür-Araz və  Kars 
Demokratik Cümhuriyy
əti torpaqlarında ermənilərə layiq olduqları cəzaları Sultan 
b
əy səviyyəsində və həcmində heç kim verməmişdir.  
Budur Sultan b
əyin böyüklüyü! 
Sultan b
əy  çox  cavan  yaşlarından  atası  Paşa  bəylə,  Araflıdan  olan  İbrahim 
b
əylə Şuşada, Yuxarı Qarabağda, Zəngəzurda, Laçın bölgəsinin həm Qərb və həm 
d
ə  Şərq hissələrində  ermənilərlə  sərhəd kəndlərində  erməni  qımdaxlarına  qarşı 
müdafi
ə işlərində fəallıq göstərmişdir. 
1902-1907-ci ill
ər  arasında  demək olar ki, ermənilər Azərbaycanın  hər 
yerind
ə əhaliyə silahlı basqınlar, qırğınlar, dağıntılar törətmişlər. Ruslar Rusiyanın 
özünd
ə  xüsusi mərkəzlər təşkil  etmişlər ki, burada erməni  qımdaxanalar  qımdax 
haz
ırlıqları  keçir,  silah-sursatdan və  digər vasitələrdən istifadəni öyrənib 
Az
ərbaycana göndərilirdi.  
Artıq  1904-cü ildə  Bakıda,  1905-ci ildə  İrəvanda,  Naxçıvanda,  Təbrizdə, 
Xorasanda, Şuşada, Şuşa ətrafı kəndlərdə, Tiflisdə, Gəncədə, 1905-ci ilin oktyabr 
ayında  yenidən  Bakıda,  1906-cı  ildə  Qarabağın,  Malıbəyli, Xankəndi,  Qaybalı, 
Pir
əmikidə, Xələflidə, Paprəvənddə,  Əsgəranda,  Gülablıda,  Abdalda,  Qacarda, 
xüsus
ən də  aşağı  Zəngəzurda  –  onun Qarakimsə  (Sisyan),  Vağadü,  Molla 
Əhmədlidə,  Quşçuda,  Fərəcanda,  Əliyanlıda,  2-ci Fərəcanda, Qaragöldə, 
Hacılarda,  Güləbirddə,  Mığrıda,  Mədəndə,  Sadınlarda,  Cicimlidə, Qarakilsədə, 
Ağbulaqda,  Fərraşda,  İrçəndə  və  s.  yaşayış  məntəqələrində  ermənilər  silahlı 
qırğınlar törədir, kəndləri yandırır, kəndlərin var-dövlətlərini talan edir, ələ keçən 
insanları insanlığa yaraşmayan üsullarla, yandırmaqla məhv edirdilər. Sultan bəy 
b
u “qaynar qazan”ın içində idi. Bu dövrlərdə yerli hakimiyyətin zəif olmasından, 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə