ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə104/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   100   101   102   103   104   105   106   107   ...   132

Əşir Bəşiroğlu 
 
305 
 
Abdalları  (indiki  Laçın  şəhərini) keçməklə  Qaladərəsi kəndinə  qədər erməni 
əsgərlərinin sağ-salamat keçməsini öz boynuna götürsün. Bununla yanaşı ən vacib 
yerl
ərdə pulemyotçularımız da gizlənmiş halda, marıqda durmalıdırlar. Ermənilər 
Abdallara (Laçın) çatanda, onların istiqaməti Şuşa tərəfə deyil, bizim tərəfə Pircan 
t
ərəfə  yönəldilməlidir. Hər  yüklü  atın  yanında  erməni  əsgəri ilə  yanaşı  bizim  də 
silahlı  adamımız  olmalıdır.  Ermənilər həqiqəti  başa  düşənə  qədər çox sakitcə, 
mehri
banlıqla bu iş davam etdirilməlidir. Ermənilər tərəfdən təşviş başlandıqda hər 
bir  silahlı  adamımız  onun  əlində  olan ermənini məhv etməli və  Abdallar 
poçtundakı  pusquda  duranımız,  çayın  o  biri  tayındakı  adamlarımıza  işarə  olaraq 
göy
ə  atəş  açmalıdırlar.  Bu  zaman Dikqayada və  Ab dallar poçtunda yollar 
bağlanmaqla ermənilər atəşə tutularaq məhv edilməlidirlər.  
T
əklif Paşa bəyə o dərəcədə xoş gəlir ki, durub Cəlil bəyi qucaqlayaraq öpür 
v
ə  hündürdən  deyir:  “A  kişi  dedim  axı  danış,  sən bəksən,  (Paşa  bəy bir az 
şirindanışan idi) sən danış, Sultan bək gördün, bax bu başqa məsələ...”  
Ümumi  razılıqdan  sonra  Sultan  bəy Andranikə  xəbər göndərir,  yığıncağın 
yekun q
ərarı öz qaydası ilə həyata keçirilir.  
Andranik
ə gəldikdə isə əsl həqiqət bu idi ki, o təcrübəli, yol keçmiş hərbiçi 
idi, üst
əlik erməni idi. Andranik əsgərlərini qabaqca yola salır, özü isə qazalaqla-
bir d
əstə əsgərlərlə hamıdan axırda gəlir. O, hiss etdikdə ki, Zabux yolu kəsilib
at
əş  gedir-geri dönüb Gorusa tərəf  qaçmağa  başlayır.  Sultan  bəyin bir neçə 
adamları Andranikin ardınca xeyli getsələr də əsas məqsəddən yayınmamaq üçün 
öz yoldaşlarına köməyə dönməli olurlar. 
Əvvəldə  qeyd edildiyi kimi, son 300 illik tariximizdə  ermənilərə  qarşı 
aparılan  döyüşlərin  ən effektlisi, ən böyüyü və  ermənilərin  ən çox əsgər, silah-
sürsat itirdikl
əri  döyüş  bu  döyüş  –  Sultan bəyin  döyüşü  olmuşdur.  Burada 
Dikqayadan Abdallara 
(Laçına) qədər olan uzun bir məsafədə heç bir erməni əsgəri 
canını  Sultan  bəyin  döyüşçülərinin  əlindən qurtara bilməmişdir.  Qırğının  ən çox 
olduğu  məkan isə  Zabux  çayından  körpüdən keçən yerdə  –  körpünün hər iki 
sahilind
ə olmuşdur. Sultan bəyin dəstəsi çox az itki vermişdir. Laçın rayonunun ən 
uzunömürlü 1-
ci  katibi,  işləmiş  Cabbarov  Muradxan  söyləyirdi ki, mənim atam 
Zabux körpüsünün alt tirl
ərindən yapışmaqla 24 saaata yaxın orada asılı vəziyyətdə 
qalmışdır.  Onu  çox  çətinliklə  oradan xilas edə  bilmişlər.  Yəni, Zabux dərəsində 


C
əsur qardaşlar 
306 
 
çox  ciddi  döyüşlər  baş  vermişdir.  Bununla  da  ermənilər geri çəkilməyə  məcbur 
olmuşlar.  Özündən  çox  müştəbeh  olan  Andranik  bu  heyfi  çıxmaq  üçün 
Az
ərbaycanın  digər  əlisilahsız  bölgələrinə  hücum etmək məqsədilə  qoşun 
toplamağa  başlamışdır. Məğlubiyyətə  uğramış  Andranik  Ermənistanın  yeni 
r
əhbərliyi ilə  də  “dil” tapa bilməmiş,  Şaumyana  əli  çatmamış  və  beləliklə 
Az
ərbaycanın ayrı-ayrı torpaqlarında soyqırım aparan erməni qüvvələri onun kimi 
t
ədricən dağılmağa başlamışdır.  
Laçınlı  Sultan  bəyin Azərbaycanın  ən qəddar  düşmənlərindən biri
erm
ənilərin isə  çox böyük önəm verdiyi Andranik üzərindəki qələbəsi hərb 
tariximizin çox şərəfli səhifələrindən biridir.  
Sultan b
əyin və  qardaşı  Xosrov  bəyin xidmətlərindən biri də  Zimistan 
H
əsənovun və  Məhəmməd Nərimanoğlunun  2001-ci ildə  çap etdirdikləri 
“K
əlbəcər Azərbaycanın  qala  qapısı”  kitabında  göstərdikləri-  Goycə  mahalından 
erm
ənilər tərəfindən faciələrlə qovulan və Kəlbəcərlə Basarkeçərin dağ aşırımında 
kütl
əvi  şəkildə  öldürülən məsələlərlə, Basarkeçərin və  Kəlbəcərin müdafiəsində 
gördükl
əri işlərdir.  
Göyç
ə, Kəlbəcər, Basarkeçər bölgələri ilə  bağlı  digər bir mənbə  “Qəbələ” 
q
əzetinin 13 aprel 2000-il tarixli “Onlara güzəşt  oluna  bilməzdi”  yazısıdır. 
K
əlbəcərli  Müslüm  Şahüseynovun  bu  yazısından  məlum olur ki, Göyçədə, 
Basarkeç
ərdə  və  Kəlbəcərdə  Andraniklə  2-ci erməni  generalı  Silikov  çox  böyük 
qırğınlar  törətmiş,  insanları  qaçqın  salmışlar.  Ermənilərin  qarşısını  almaq,  onları 
c
əzalandırmaq  üçün  gələn Sultan bəy və  onun  silahlı  dəstəsini Zar və  Zəyilik 
əhalisi qarşılamışlar. Sultan bəy bu insanları silahlandırmış və Göyçəyə istiqamət 
götürmüşdür.  Məsələdən xəbər tutan ermənilər Zodda olan Alban kilsəsinə 
doluşaraq  ağ  bayraq  qaldırırlar.  Zodlu  ağalar  isə  qan tökülməsini istəmirlər, 
ür
əyiyumşaqlıq  göstərirlər. Ermənilər  azad  buraxılır,  bu  bölgələr Sultan bəy 
t
ərəfindən azad edilir və  o,  Laçına  qayıdır.  Lakin,  çox  keçmədən Andraniklə 
Silikovun qoşunları bu bölgələrə dönür və böyük qırğınlar törədirlər, Göyçənin 32 
k
əndini yandıraraq məhv edirlər Basarkeçərdə isə demək olar ki, əhali qalmır. Sağ 
qalmış göyçəliləri öz torpaqlarına qaytarmaq üçün Məşədi Cəmil adlı bir mülkədar 
Sultan b
əyə  və  Xosrov bəyə  müraciət etməklə, xeyli silah-sürsat  əldə  edirlər və 


Əşir Bəşiroğlu 
 
307 
 
erm
əniləri bu bölgələrdən  sıxışdırmaqla  erməni  generalı  Silikovu Basarkeçərin 
Qumlu bulaq deyil
ən ərazisində keştəkli döyüşçülər tərəfindən öldürülür.  
Deyil
ənlərə  onuda əlavə  edək ki, indiki Kəlbəcər bölgəsinin, Basarkeçər və 
Göyç
ə  torpaqlarının  xeyli  hissəsi  Qarabağ  xanlığı  yaranarkən Zəngəzur 
torpaqlarına  qatılmış  və  əvvəldən də  Zəngəzur  sultanı  olmuş,  xanlığın  ilk  baş 
s
ərkərdəsi Murtuza bəyin  olmuşdur.  Murtuza  bəyin  oğul-uşaqlarının  Araflı 
ətrafında,  Qara  göldə,  Haçısamlıda  35-dən  artıq  yaşadıqları  yaşayış  məskənləri 
olmuş,  bir  çox  yerlərdə  torpaqları  olmaqla  –  heyvandarlıqla,  əkinçiliklə, 
qoyunçuluqla, atçılıqla məşğul olmuşlar.  
Bu 
əhalinin xeyli hissəsi dediyimiz torpaqlara –  yaylaqlara  çıxmış,  xeyli 
adamlar m
əskunlaşaraq  orada  qalmışlar.  İndiki,  Laçın  bölgəsindən  getmiş  bu 
insanlar  Laçında  yaşadıqları  kəndlərin  adını  Kəlbəcərdə  məskunlaşdıqları  yerlərə 
vermişlər. Bunlara nümunə kimi Bəylik, Ağcakənd, Qaracanlı, Seyidlər, Alıbəyli, 
V
əlibəyli, Nəbili və  s. kəndləri göstərə  bilərik.  Yuxarıda  söylənilən Göyçə-
Basarkeç
ər və s. döyüşlərində də fəallıq göstərənlər arasında əslən laçınlı olanlar 
çoxluq t
əşkil etmişdir.  
Daşnak  Andranik  heç  nə  ilə  razılaşmır,  əli hər yerdən  çıxdıqdan  sonra 
bolşevik  rusiyası  ilə  danışıqlar  aparır,  dəstək  alır,  yeni  silahlı  dəstə  yaratmaqla 
Z
əngəzuru,  Qarabağı  və  Gəncəni tutmaqla yenidən  S.Şaumyan  bolşevik-daşnak 
h
ərbi hissələri ilə  birləşərək  Şimali  Azərbaycanda erməni hakimiyyətini 
genişləndirmək istəyi bu dəfə də Sultan bəy və Xosrov bəy qardaşlarının səyi ilə 
heç
ə endirilir.  
M
əlum  olduğu  kimi  xarici  və  daxili qüvvələrin  basqıları  altında  AXC 
höküm
əti 1920-ildə  hakimiyyəti  bolşeviklərə  verməli  oldu.  Bununla  da  Şimali 
Az
ərbaycanda  ağaların,  bəylərin, mülkədarların,  islam  din  xadimlərinin faciəli 
günl
əri başladı. Təbii ki, Azərbaycan xalqına çox baha başa gələn bu proses, digər 
b
əylərlə  yanaşı  Sultan  bəy və  Xosrov bəydən də  yan keçmədi. Ermənilərin 
m
əlumatları  əsasında  bu  qardaşlarla  yanaşı,  ermənilərlə  mübarizə  aparmış,  öz 
xalqına  mərdanəliklə  xidmət  etmiş  insanlar  və  bu  döyüşdə  iştirak  edən digər 
insanlar 
ən yaxşı halda Sibirə, Qazaxıstana və digər yerlərə sürgün edildilər.  


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə