229
Bu sıraya hüquqla əlaqədar dövlət
sənədlərinin öyrənilməsini,
f
ənlərin yaratdığı imkanları, sinifdənxaric işləri daxil etmək
olar.
Dövl
ət sənədlərinin öyrənilməsi yolu ilə hüquq tərbi-
y
əsi işində ən önəmli olanı məktəblərimizdə “Azərbaycan
Respublikası Konstitusiyasının əsasları” fənninin tədris olun-
masıdır. Bu fənn şagirdlərə cəmiyyətdəki öz hüquqlarını
öyr
ətməklə yanaşı, üzərlərinə düşən vəzifələrdən xəbər
tutmaqda da köm
ək edir. Nəticədə hər
bir məktəbli bilr ki,
hüquqlarsız vəzifələr, vəzifələrsiz hüquqlar yoxdur. Ölkəmizin
əsas Qanunu – Konstitusiyamız vətəndaşların hüquqlarını elan
edir v
ə onların həyata keçirilməsinə təminat verir. Hər bir şəxs
öz hüquqları ilə tanış ola və müxtəlif səviyyələrdə bu hüquq-
ların qorunmasını tələb edə bilər.
B
əzən hüquqlarını bilməmələri səbəbindən ayrı–ayrı
v
ətəndaşların hüquqları tapdalanır, aldanırlar. Lakin hüquqi
anlayışı olanlar öz hüquqlarını tələb etmək imkanı qazanırlar.
Unutmaq olmaz ki, dövl
ət bu və ya digər hüququ elan etməklə
yanaşı, müvafiq vəzifələr də müəyyənləşdirir. Məsələn, milliy-
y
ətindən, cinsindən, ictimai vəziyyətindən asılı olmayaraq,
ölk
əmizdə hamının təhsil almaq hüququ vardır. Lakin vətəndaş
bu
hüquqdan istifad
ə etməklə bərabər, üzərinə düşən vəzifələri
d
ə bilməlidir. O, təhsil aldığı müəssisəsinin daxili nizam–
intizam qaydalarına riayət etməyə, dərslərə müntəzəm davam
etm
əyə, müvəffəqiyyətlə oxumağa borcludur.
“Az
ərbaycan Respublikası Konstitusiyasının əsasları”
f
ənnindən əlavə, digər ümumtəhsil fənlərinin, o cümlədən
ədəbiyyat, Azərbaycan tarixi və s. hüquq tərbiyəsi imkanları
vardır. Hər bir fənn müəllimi müvafiq tədris materiallarında
h
əmin imkanları görüb nəzərə almalı və işini də həmin yöndə
qurmalıdır.
Sinifd
ənxaric işlər çoxçeşidlidir; buraya həm hüquq
t
ərbiyəsi imkanları olan fərdi işlər, həm qrup halında, həm də
kütl
əvi şəkildə keçirilən işlər aiddir.
Müvafiq məktəbdənkənar
230
t
ərbiyə müəssisələri ilə birlikdə keçirilən tədbirlər də buraya
daxildir.
Probleml
ə bağlı aşağıdakı istiqamətlərdə sinifdənxaric
işləri misal gətirmək olar:
-
hüquq pozuntusuna yol vermiş məktəblilərlə
fərdi iş;
-hüquq mövzusunda divar q
əzetlərinin hazırlanması,
foto-stendl
ərin tərtibi, “Gənc hüquqşünas” dərnəyi və s.
qrup
işləri;
-sonradan müzakir
ə olunmaqla müvafiq teatr və kino
tamaşalarına kollektiv baxış, müvafiq bədii əsərlərin müzaki-
r
əsi, oxucu konfransı, diskussiyalar, viktorinalar və s.
kütləvi
i
şlər;
-
polis uşaq otaqları və digər hüquqi orqanlarla əlbir
şəkildə yol hərəkəti qaydalarının öyrədilməsi, hüquqi tədbirlər
keçirilm
əsi və s. kimi
birləşmiş işlər.
T
ədris ili boyunca məktəbdə hüquq
tərbiyəsi yönümlü bu
v
ə digər iş formalarından istifadə etmək vacibdir.
H
əm təlim zamanı, həm də sinifdənxaric işlərdə hüquq
t
ərbiyəsi yönündən ən faydalı vasitələrdən biri də
xalq peda-
qogikası materiallarıdır. Bu materiallar məktəbliləri hüquqa
daha yaxın olmağa, ona əməl etməyə, onunla qorunmağa
istiqam
ətləndirir. Məsələn,
”Evlər evlər vəkili deyil” atalar
sözü insanı öz problemini müstəqil həll etməyə, kənar müda-
xil
ələrdən qaçmağa səsləyir.
“Döymə taxta qapımı, döyməyim
d
əmir qapını”, ”Söymə nökər atamı, söyməyim bəy atanı”
k
əlamları isə öz hüquqlarını müdafiə etməyə istiqamətləndirir.
Bağışlanmaz cinayətlərə xitam verilməsi üçün buyurulur:
”Qisas qiyam
ətə qalmaz”, “Qanı qan ilə yuyarlar”, ”Tökülən
qan yerd
ə qalmaz” və s.
Münaqişələrin barışla, sülh yolu ilə tamamlanmasının
mümkün olacaqı təqdir üşün isə xalqın təklifi belədir:
Qanı
qanla yumayıblar, qanı su ilə yuyublar, Dinc başa qapaz dəy-
m
əz, İgid basdığını kəsməz”. Bu tipli atalar sözləri təsadüfdən
tör
əmiş hadisələrə görə intiqam deyil, barış məsləhət görür.
231
H
ər zaman düzlük, doğruçuluq, haqq-ədalət tərəfdarı
olan
xalq böyüm
əkdə olan nəslə hüquq və vəzifələrini başa
salark
ən demişdir:
“Doğruya zaval yoxdur”, “Ən böyük biclik
düzlükdür”, ”Düz
əyrini kəsər”, “İstəyirsən dinc olasan, dinc
otur”,
“İnsaf dinin yarısıdır” və s.
Suallar
1.Böyüm
əkdə olan nəslə iqtisadi tərbiyə nə üçün
lazımdır?
2.İqtisadi tərbiyənin hansı vəzifələri var?
3.Hansı iqtisadi anlayışlar vardır?
4.Ail
ədə iqtisadi tərbiyə necə aşılana bilər?
5.Ail
ədə iqtisadi tərbiyə necə korlana bilər?
6.İqtisadi tərbiyədə sistem nədir?
7.M
əktəbdə iqtisadi tərbiyə işini hansı istiqamətlərdə
aparmaq mümkündür?
8.Dinimiz iqtisadi m
əsələlər barədə nə deyir?
9. Xalqımız iqtisadi məsələlər barədə nə deyir?
10.Hüquq t
ərbiyəsinin mahiyyəti
nədədir və nə üçün
lazımdır?
11.Hüquq t
ərbiyəsi zəminində gənc nəslə nələr öyrə-
dilm
əlidir?
12.Az
ərbaycanda məktəblilərin hansı hüquq və
v
əzifələri var?
13.
Az
ərbaycan Respublikasının Konstitusiyası fənninə
əsasən şagirdlərə hansı hüquqları öyrətmək olar?
14.Hüquqi azadlıqlar hansılardır?
15.Hüquq t
ərbiyəsinin hansı vəzifələri var?
16.M
əktəbdə hüquq tərbiyəsi işi hansı yollarla həyata
keçiril
ə bilir?
17.Xalq pedaqogikası insan hüquqları barədə nə
fikird
ədir?