Eylül 2016 İstanbul/Türkiye



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə62/238
tarix14.06.2018
ölçüsü4,91 Mb.
#48762
1   ...   58   59   60   61   62   63   64   65   ...   238

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 185


Təbii ki, xalq arasında söylənən belə hekayətlərin sadə məzmunundan çox fəlsəfi 

anlamları,sətirlər  arasında  gizlənən  işarətləri,  simvollarıtarixə  daşınır,  onlardan  hər 

kəs özünə uyğun yeni məna çıxarır, ibrət məktəbinə çevrilir.

  Bundan  sonra  gənc  Əhməd Yəsi  şəhərinə  köçmüş,  ilk  təhsilini  burada  həmin 

məşhur  Şeyx Arslan  Babadan  almışdı.  Ömür  əbədi  olmadığından  günlərin  birində 

Arslan  Baba  dünyasını  dəyişir,  Əhməd  Yəsəvi  Buxaraya  –  o  zamanlar  islam 

mədəniyyətinin mərkəzi sayılan şəhərə köçür.

Bu  şəhərdə  dövrünün  qabaqcıl  alim  və  mütəsəvvüflərindən,  yəni  sufi 

müdriklərindən  olan  Şeyx  Yusif  Həmədaninin  açdığı  məktəbə  gedir,  ondan  irfani 

təhsil, ilahi eşq və fəlsəfi bilikləröyrənir. 

Xoca Əhməd Yəsəvinin doğulduğu torpağı görmək hələ nəsibim olmayıb. Amma 

o  ulu  mütəfəkkirin  ruhunu  Heratda  gördüm,  Nəvai  cisminin  torpağı  Heratdakı 

möcüzələr aləmində heyrətimlə kimlərlə “tanış” olmadım?!

Heratdakı Müsəlla kompleksində XI əsrin sufi şeyxi, filosofu və şairi Xoca Ab-

dulla Ənsarinin (1006-1088) türbəsini ziyarət edərkən rastlaşdığım ekstaz vəziyyətdə 

zikr  edən  bir  nəqşibənd  təriqətli  nurani-pirani  şəxs  ruhumu  ani  olaraq  bir  baxın 

kimlərin“məclisi”nə  qonaq  etdi:  Ənsari,  Həmədani,  Yəsəvi,  Əttar,  Lutfi,  Cami, 

Bayqara, Mirzə Uluğbəy, Nəvai,Behzat, Şah Qasım Ənvar ... (19,267-281).

Heratın Kuhəndiz qalasında doğulmuş Xoca Abdulla Ənsari irfani əsərləri, saf ila-

hi eşqlə dolu olan münacatları, “Mənazilus-sairin” və “Qurani-Kərim təfsiri” əsərləri 

ilə məşhurdur.

O müqəddəs məkanda Xoca Abdulla Ənsarinin “Mənazil us-sairin” kitabındakı 

Həzrət Ömərin bildirdiyi hədisi-şərifi xatırladım: “İhsan nədir?” sualını cavab olaraq 

Peyğəmbər əfəndimiz buyurur ki, “İhsan, Allahu təala, görür kimi ibadət etməyindir. 

Hər nə qədər sən Onu görmürsənsə də, O səni görür”.

İlahinin qisməti ilə ziyarətinə qədəm qoyduğum müqəddəs məkanda ruhuma do-

lan türk təsəvvüf tarixinin ulu əcdadlarını –Əbdülhəsən əl-Hərəkani (?-ö.1033/1034), 

onun  müridi  Xacə  Abdulla  Ənsari  (1006-1088/89),  Ənsarinin  müridi  Xoca  Yusif 

Həmədani (1048-1140), Həmadinin müridi Xoca Əhməd Yəsəvini (1103-1229)şük-

ranlıqla andım. Beləliklə, bir məsələni daha qabarıq diqqətə yetirmək istədim: Böyük 

Yəsəvinin fikir babası, mürşidi Nəqşibəndiyyə şeyxiXacə Yusif Həmədanıolmuşdu.

Tarixi mənbələrə isnadən bir məsələni diqqətdə saxlamağa, incələməyə çalışdım: 

türk təsəvvüf tarixinin ulu şəxsiyyətlərinin xonoloji sıralamasını.



186  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî

Fəridəddin Əttar (1145-1222) və ondan 269il sonra dünyaya göz açan Əbdürrəhman 

Cami  (1414-1492)  haqqında  indi  deyəcəyim  bir  neçə  kəlmənin  irəlidəki  fikrimə 

söykək olacağını düşünürəm.

F.Əttar təsəvvüf və irfan dünyasının tanınmış simalarındandır. Sufilər, təsəvvüf 

əhli möcüzələrlə dolu, irfani görüşləri ilə ibrətamiz əsərlər yaratdıqları kimi, yaşa-

dıqları ömürdə də digər ziyalılardan fərqli həyat tərzləri olur. Bəzən kiçik bir hadisə 

onların  bütövlükdə  həyatlarında  dönüş  yaradır.  Belə  bir  mənkibə  ilə  rastlaşmışam. 

“Günlərin birində gənc Fəridəddin Əttaröz dükanında oturubmuş (Fəridəddinin “Əttar” 

təxəllüsü alması onun  atadan qalma əczaçı dükanında əttarlıq etməsi ilə bağlıdır). Bu 

zaman bir sufi dərviş ona yaxınlaşır və soruşur: “Sən necə ölmək istəyirsən?” F.Əttar 

gözlənilməz suala belə cavab verir: “Sən necə, mən də elə”. Sufi dərviş cibindən bir 

dəmir parçası çıxarır, “ya Allah” – deyib öz təpəsinə vurur və ölür. Bu hadisə F.Əttarı 

sarsıdır, indiyədək yaşadığı həyatını alt-üst edir, yeni bir həyatasufizmə açılan qapısı 

olur”. 


Farsdilli ədəbiyyatla yanaşı, türk dilində yazan ədiblərə, xüsusən də Əmir Əlişir 

Nəvaiyə onun təsiri çox böyük olmuşdur. Ədəbi təsirlə bərabər, Əttarın əsərlərinin 

mövzuları  türkdilli  ədəbiyyatda  geniş  yayılmış  və  işlənmiş,  bir  sıra  əsərləri,  o 

cümlədən  “Məntiq  üt-teyr”  məsnəvisi  hələ  orta  əsrlərdə  türkcəyə  çevrilmişdir. 

Nəvainin  həyatında  F.Əttarın  elmi-estetik  düşüncə  tərzi,  mövzu  və  ədəbi  növlər, 

şairanə  təxəyyül  lövhələri,  ideya-təsəvvüf  dəyərləri  böyük  rol  oynamışdır.  Bu 

qənaətimizi “Məntiq üt-teyr”əsərinin təsiri ilə Nəvainin yazdığı “Lisan üt-teyr” trak-

tatını xatırlamaq kifayətdir (8,4).

Nəvainin könül bağladığı ustadlardan, təsəvvüf əhli içində özünəməxsus yolu, izi 

olan Fəridəddin Əttar böyük elmi irfan təlimi alandan sonra “İlahinamə” və “Məntiq 

üt-teyr”  traktatlarını  yazır...  .  “Quşların  dili”  və  yaxud  “Uçmağın  məntiqi”  kimi 

tərcümə edilən “Məntüqüt-teyr” əsəri alleqorik səpkidə yazılmış, dərin mistik ideya-

məzmun  kəsb  edən  epik  məsnəvidir.  Bu  əsər  bir  çox  Şərq  şairlərinin  yaradıcılığı-

na güclü təsir edib. Türk dünyasının böyük mütəfəkkiri Əlişir Nəvainin bu əsərdən 

təsirlənərəkyazdığı  “Lisanüt-teyr”  daha  çox  həmin  əsərə  cavab  xarakterindədir 

(17,44).


F.Əttarın əsərləri içərisində mükəmməlliyi ilə seçilən – böyük sufi şeyxləri və öv-

liyalar barədə məlumatlar toplanan “Təzkirət ül-övliya” təzkirəsidir. Əsərdə o dövrdə 

adları bəlli olan şəxsiyyətlərin həyatlarının bəzi məqamlarından söz açılıb və onların 

qiymətli kəlamları söylənilib. “Təzkirət ül-övliya” təzkirəsi İmam Cəfəri Sadiqlə (ə) 

başlayıb, Əbüfəzl Həsən Səraksi haqqında məlumatlarla başa çatır.



Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 187


Azərbaycanın tanınmış alimi, Doç.Dr.Nəzakət Məmmədli XIII əsr böyük sufi şa-

iri Ş.F.Əttarın “Təzkirət ül-övliya”  əsərinin türkcəyə tərcüməsinin transfoneliterasi-

yasını və əsər haqqında tədqiqatını “Şeyx Fəridəddin Əttar. “Təzkirət ül-övliya” (7) 

adlı kitabında təqdim edib. Orta əsr tərcümə sənətimizin gözəl örnəklərindənolan tə

zkirə Azərbaycanda ilk dəfə nəşr olunub. Kitabdan bir hədis: “...Hərim ibn Həyyan 

Üveys Qərə ilə Kufədə görüşür. Bu zaman H.Həyyan Kufəyə onunla görüşmək eşqi 

ilə gəldiyini bildirir. Ü.Qərə deyir:

Allahı tanıyan insanın Ondan başqası ilə ünsiyyət axtarmasına inanmıram.

Mənə nəsihət et. 

Ölümü yatanda başının altında, oyananda isə qarşında gör. Günahın kiçikliyinə 

yox, Allahın böyüklüyünə diqqət et. Gör kimin qarşısında dayanmısan. Günahı kiçik 

saysan, Allahı kiçik saymış olarsan! 

Məlumdur ki, Əlişir Nəvai türkcə əsərlərini “Nəvai”, farsca isə “Fani” imzalarıyla 

yazıb. Şairin ömrünün son illərində yaratdığı bədii əsərlərdə sufiyanə fikirləri daha 

qabarıq  şəkildə  nəzərə  çarpır.  Özünün  Əbdürrəhman  Caminin  və  buxaralı  məşhur 

şeyx  Bəhaəddin  Nəqşibəndinin  müridi  olduğunu  əsərlərində  dönə-dönə  xatırladır. 

Bunlarla yanaşı, dünyaşöhrətli sufilərdən Fəridəddin Əttarı və Mövlanə Cəlaləddin 

Rumini  də  özünə  ustad  saydığını  vurğulamağından  qalmır.  Nəvainin  türk  dilində 

yazdığı, amma “Fani” təxəllüsü ilə imzaladığı “Lisan üt-teyr” adlı məsnəvisində sufi 

görüşləri xüsusilə geniş açıqlanıb.

Təqdim  olunan  məqalənin  mövzusu  “Əlişir  Nəvainin  “Nəsaim  ül-məhəbbət” 

təzkirəsində Xoca Əhməd Yəsəvi izləri” olduğu halda tarixə nədən belə qısa ekskurs 

etdim, – deyə düşünə bilərsiniz. Məqsədim, Nəvainin maraq göstərdiyi, könül bağ-

ladığı, həyatını sərf etdiyi təsəvvüf əhlinin onu cəlb edə biləcək məqamlarına toxun-

maqla klassik mütəfəkkirin yaradıcılığının ideya-fəlsəfi izlərinindərin qatlardan süzü-

lüb gəldiyi qənətini diqqətə yetirmək olmuşdur.

Cami və Nəvai. Bu iki tarixi şəxsiyyətin yaradıcılığındakı ruh ekizliyi onların mür-

şid-mürid  münasibətlərinin  doğmalığına,  dərin  fəlsəfi  baxışlarının,  düşüncələrinin 

dərkinə söykənib.

“Cami nəqşibəndi təriqətinin mürşidi və şeyxi mövqeyinə yüksəldikdə də heç vaxt 

təəssübkeş-fanatik, dindar olmamış, ədaləti, mərhəməti, düzlüyü möminlikdən üstün 

tutmuşdur. Humanizm və ədaləti tərənnüm etmək, fanatizmə qarşı çıxmaq nöqteyi-

nəzərindən Cami öz dövrünün fəlsəfi-ictimai görüşlərindən yüksəkdə durur” (5,8.).

73 yaşlı Cami, XIII əsrin didaktik şairi Sədi Şirazinin “Gülüstan”ına nəzirə ola-

raq 1487-ci ildə qələmə aldığı və bu gün dünyanın bir çox dillərinə tərcümə edil-



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə