Eylül 2016 İstanbul/Türkiye



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə59/238
tarix14.06.2018
ölçüsü4,91 Mb.
#48762
1   ...   55   56   57   58   59   60   61   62   ...   238

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 177


düyü bu işlər müasirlərindən fərqləndirir. (Maarif işçisi, sayı 3 (35):20-50) Axundzadənin 

bir çox əsərini ilk dəfə ortaya çıxaran və onlar haqqında bilgi verən Əmin Abid olmuş-

dur. Əmin Abid 1933-36-cı illərin mətbuatında 10-a qədər araşdırmasını yayımlatmışdır. 

Axundzadənin üç cild halında yayımlanan əsərlərinin birinci cildinə Əmin Abidin yazdı-

ğı Önsöz 182, ikinci cildinə yazdığı isə 118 səhifədən ibarətdir. Qaynaqların verdiyi bilgiyə 

görə onun Axundzadə haqqında iki monoqrafiyası və bir neçə araşdırması var. Ancaq 1937-

ci il təzyiqləri bu əsərlərin yayımlanmasına əngəl olmuşdur. 

 Azəri  Ədəbiyyatında Türkçənin Təkamülü  (Maarif  və  Mədəniyyət,1926:17-22, 

say, 2-3 (26-27), Elmi hərəkatlar (Maarif ve Mədəniyyət, 1927:41-43, sayı 9 (44), 

Ədəbiyyat  vəElm  (Maarif  İşçisi,  1927:  49-53),  sayı  9  (29),  Oktyabr  inqılabının 

AzərbaycanƏdəbiyyatına Təsiri (Maarif İşçisi, 1927:67-95), sayı 10(30), Azərbaycan 

proletar  jurnalistikası  tarixinəbir  nəzər  (Dan  Ulduzu,  1928:21-26),  say.1  (13),  sayı 

2  (14):20-23,  sayı,  8-9  (20-21):38-41), Azərbaycan: Yeni  bir  mədəniyyət  mərkəzi 

(Dan  ulduzu,  1928:5-6,  sayı  4-5  (16-17), Türk  Ədəbiyyatında  M.F.Axundov  (Dan 



Ulduzu, 1928:22-25, sayı 4-5 (16-17), sayı 6 (18):9-14), AzərbaycanƏdəbiyyatTarixi 

ətrafında (İnqilab vəMədəniyyət, 1929: 45-47, sayı 1), Böyük Şura Ensiklopediyası 

və Türk Ədəbiyyatı (İnqilab vəMədəniyyət, 1929:37, sayı 2), Türk El Ədəbiyyatına 

elmi bir nəzər (Oğuznamə, Prof. Samoyloviçə) (Dan Ulduzu, 1929:30-32, sayı 5 (29), 

sayı 8 (32): 28-29),  M.F.Axundovun əlifba inqilabı və latın sistemli əlifbası (İnqilab 

vəMədəniyyət, 1929:33-39, sayı 6), Zərərli tənqidlər  (İnqilab vəMədəniyyət, 1929:31-

34, sayı 10), Aşirət Dövründəki Azərbaycan Ədəbiyyatına aid Sənədlər (Azərbaycanı 



Öyrənmə  Yolu,  1930:48-52,  sayı  3  (8)),  Türk  xalqları  ədəbiyyatında  mani  növü 

vəAzərbaycan  bayatılarının  xüsusiyyətləri  (Azərbaycanı  öyrənmə  yolu,  1930:9-42, 

sayı 4-5 (9-10), Aprel Mədəniyyəti vəxarici mətbuat (İnqilab vəMədəniyyət, 1930:34-

36,  sayı  4),    M.F.Axundzadənin  məlum  olmayan  əsərləri  (İnqilab  ve  mədəniyyət

1930:45-49, sayı 11-12) və yayınlanmamış, əl yazması arxivdəsaxlanan Azərbaycan 

Folkloru,Həbibi, Mirza Əli Əkbər Sabir    vb.  Məqalələri  və  adına  qaynaqlarda  rastla-

dığımız,  özünü  oxuya  bilmədiyimiz  məqalələri  də  onun  Azərbaycan  Türklərinin 



ƏdəbiyyatTarixi  kitabının  parçaları  kimi  qiymətləndirilməlidir.  Bu  əsərlər  də  onun 

ƏdəbiyyatTarixini yazmaq metodları haqqında fikir yürütməyə imkan verir. O, həbs 

olunduğu  zaman  KQB  tərəfindən  əl  qoyulan  əsərləri  ilə  birlikdə  1931  və  1936-cı 

illərdə yayımlanmaq üçün nəşriyyata verdiyi kitablar da itir. 




178  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî



3. Azərbaycanda Əhməd Yəsəviyə münasibət və Əmin Abidin bu mövzuda 

araşdırmaları

Dinə, milli dəyərlərə qarşı sərt təbliğat getdiyi bir vaxtda Əmin Abid elmi əsaslara 

dayanaraq milli dəyərlərimizə, dinimizə sahib çıxmağı təbliğ edən məqalələr yazır. O 

dövrün ən sanballı elmi jurnalı olan “Azərbaycanı öyrənmə yolu”nda belə bir qeyd 

var: “Əhməd Yəsəvinin əsərlərindən Azərbaycanın mətbuatında ilk dəfə olaraq “Ma-

arif işçisi” jurnalında nəşr olunmuşdur” (



Əmin, 1930, 4-5:17). Bu sətirlərin müəllifi 

Əmin Abiddir.

Bu  fikir  Əhməd  Yəsəvinin  Azərbaycanda  ilk  dəfə  tanıdılması  kimi  başa 

düşülməməlidir. Yüz illər boyu dərvişlər Əhməd Yəsəvinin şeirlərini Azərbaycanın 

hər bir kəndində, qəsəbəsində oxuyurdular. Əmin Abid isə Əhməd Yəsəvinin əsərlərini 

Azərbaycanda  Arvopa  metodları  ilə  araşdıran  ilk  alimlərdən  oldu.  Həsənoğludan 

başlamış ta XX yüzillikdə yaşamış bir çox Azərbaycan şairi az və ya çox dərəcədə 

Ə.Yəsəvidən yararlanmışdır. Rusiyanın Qafqazı, Türküstanı işğalı xalqlarımız arasın-

dakı tarixi bağları qırmışdı.  Rusiyanın işğalçı yürüşləri nə qədər zərərli olsa da aydın 

düşüncə sahibləri bundan millətin və xalqın xeyrinə istifadə etməyə çalışdılar. Avropa-

nın inkişaf etmiş texnologiyasını öyrəndilər. Orada ali təhsil aldılar, tarixə, ədəbiyyat 

tarixinə, folklora Avropa metodları ilə yanaşmağa başladılar. Milli düşüncəli aydınlar 

yeni  metodlarla Türk  dünyasını  öyrənməyə,  xalqda  milli  şüur  oyatmağa  çalışdılar. 

Belə araşdırıcılardan biri də Əmin Abiddir.

Ə.Abid 1928-ci ildə Bakıda çapa hazırlanan “Bayatılar” kitabına ön söz yazmaq 

haqqında tapşırıq alır. İşə yüksək milli şüurla yanaşan Ə.Abid yalnız Azərbaycandan 

toplanmış bayatılar haqqında fikir söyləməklə kifayətlənmir, Turfan, Altay, Özbək, 

Mişər, Kazan, Krım, Qaqauz, Anadolu, İran və Dağıstan türkləri arasında geniş yayıl-

mış 4 misralı 7 hecalı şeir şəklini müqaisəli təhlil edir və janrın tarixini də dərindən 

araşdırır. Belə bir ağır və şərəfli işə girişən araşdırıcı heç cür Əhməd Yəsəvinin yazdı-

ğı 7 hecalı dördlüklərdən yan keçə bilməzdi. 

“Maarif işçisi”  dərgisində Əhməd Yəsəvidən bəhs edən, Azərbaycan mətbuatında 

ilk dəfə onun şeirlərini çap etdirən Əmin Abid “Heca vəzninin tarixi” əsərində yazır: 

“Təhkiyəçiliyin ümumi xarakteri göz önünə gətiriləcək olursa, heca vəzninin onlarca 

məqbul görünməsinin mənası qolaylıqla anlaşılır. Qayəsi daha böyük bir əksəriyyətə  

-  məfkurəvi  təlqinlərə  təsir  yapmaq  olan  təhkiyyə  təşkilatı  xalq  ruhunu  nəzərə  al-

maq və xalq ədəbiyyatı elementlərini qullanmaq məcburiyyətində idi. Bunun üçün 

təhkiyyə şeiri milli xalq şeiri olan heca ilə yaradılırdı” (



Abid Əmin, 1927, 6-7:48).


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə