Eylül 2016 İstanbul/Türkiye



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə58/238
tarix14.06.2018
ölçüsü4,91 Mb.
#48762
1   ...   54   55   56   57   58   59   60   61   ...   238

174  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî

Kollektivləşmə  bolşeviklər  üçün  bütövlükdə  din  əleyhinə  mübarizənin 

gücləndirilməsi  kimi  başa  düşülürdü.  1929-cu  ilin  fevralında  bütün  partiya 

təşkilatlarına ÜK(b)P MK katibi L.Kaqanoviçin imzasıyla “Din əleyhinə mübarizə 

işlərinin gücləndirilməsi tədbirləri haqqında” adlı tam məxfi sənəd göndərilir.Artıq 

dinə qarşı mübarizə sinfi-siyasi mübarizə ilə bərabərləşdirilir. 

1929-cu il aprelin 8-də SSRİ hökumətinin “Dini təşkilatlar haqqında” fərmanından 

dərhal sonra Azərbaycan K(b)P 1929-cu il aprel plenumunda dinə qarşı mübarizə, 

çadranın və papağın atılması ilə bağlı məsələni müzakirə edilir. Plenumun qərarında 

deyilir:  “Allahsızlar  İttifaqının  işi  gücləndirilsin. Azərbaycan  dilində  din  əleyhinə 

müntəzəm işi qaydaya salmaq və genişləndirmək, kəndlərdə qabaqcıl ictimaiyyətçi, 

kolxozçu, komsomolçu və başqalarından ibarət cəmiyyət özəkləri təşkil etmək lazım-

dır” (http://az.azvision.az/news.php?id=12459).

Sovetlərin  apardığı  sərt  siyasətə  baxmayaraq  islam  dinini  insanların  qəlbindən 

silmək mümkün olmurdu. Heç bir yerdə rəsmi qeydiyyatı olmayan, hər hansı  bir 

təşkilat ətrafında birləşməyən dəvrişlər Əhməd Yəsəvinin ənənəsini yaşadaraq ana 

dilində islam dinini təbliğ edirdilər.



1. Əmin Abidi Əhməd Yəsəviyə bağlayan səbəblər

1898-ci il noyabrın 2-də Bakıda daşyonan Mütəllibin ailəsində doğulan Zeynalab-

din sonralar Əmin Abid kimi tanınır. O, ilk təhsilini anası Molla Reyhanın evdə qadın-

lar və uşaqlar üçün açdığı “Quran” kurslarında aldıqdan sonra Bakıdakı 3-cü Aleksan-

dırOğlan gimnaziyasında oxuyur. Yeniyetməliyindən şeirlərini və hekayələrini qəzet 

və jurnallarda Abid, Abid Mütəllibzadə, Abid Mütəllib oğlu, Qozqurab bəy və s. im-

zalarla nəşr etdirir. 1918-1926-cı illərdə İstanbuldakı Darülməllimeyi aliye və Darül-

fünunda oxuyur. Həmin  illərdə Gültəkin imzası ilə antisovet şeirlərini və Əmin Abid 

imzası ilə elmi məqalələrini nəşr etdirir

(AMBA AEİTVSMA fond 39, siyahı 374).

Onun  milli dəyərlərə bağlı bir müsəlman kimi   formalaşmasında anasının və bö-

yük qardaşı Əliabbas Müznibin, eləcə də o dövrki Bakı mühitinin rolu danılmazdır. Ö 

dönəm Bakının küçələrdində hər gün kəşküllü dəvrişlərin türkcə nohə deməsinormal 

bir hal sayılırmış. Bu dəvrişlərin oxuduqları arasında Əhməd Yəsəvinin hikmətləri də 

olmamış deyil.

Əmin Abidin böyük qardaşı çarizmə qarşı qələmi ilə döyüşdüyündən 1911-ci ildə 

həbs edilərək Sibirə sürgün edilmişdi. Müsavat Partiyasının əsasını qoyanlardan biri 

olan, satirik şair, tərcüməçi, publisist, naşir Əliabbas Müznib islama dair çox dəyərli 

əsərlər yazmış və tərcümə etmişdir.  




Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 175


Əmin Abidin  1913-1918-ci illərdə nəşr etdirdiyi şeir, hekayə, tərcümə və pub-

lisistik  məqalələrində  Əliabbas  Müznibin  üsyankar  ruhu  aydın  duyulur.    Satirik 

şeirlərində  öz  dilinə  xor  baxanlar,  gününü  sərxoşluqla  keçirənlər  tənqid  edilirdisə, 

ictimai siyasi şeirlərində Türk gənclərini mübariz olmağa, birləşməyə çağırırdı. “Tür-

kün səmasından qanlar damdığından”, “öksüz Vətəndə bayquş yuvası artdığından” 

narahat olan 15-16 yaşlı şair “Şanlı addımlar at, ey Türk oğlu” deyərək hayqırır. 

Bağlar xarab oldu bahar çağında,

Çiçək görünməyir Türkün bağında.

Obasında, çölündə, yaylağında

Məzarlığa bənzər Turan elləri 



(Gültekin, 1999:90).

deyən şair Turan ellərini xarabalığa döndərən imperiyaları da göstərərək yazır:

Bu gün Qərbin göklərində Türkə qarşı

Kəsafətli buludlar da qabarıyor 



(Gültekin, 1999:92).

Yetişməkdə olan nəsli qorxmaz, mübariz olmağa səsləyən, millət və vətən  yolun-

da başdan belə keçməyin şərəf olduğunu söyləyən gənc şair “Türkün dərdi” şeirini 

aşağıdakı misralarla bitirir:

Fəqət, ey arslan yürəkli bəgim!

Ey yigit, qəhərman, rəşid Türküm!

Əldə Türklük nişanı al bayrağı

Bu çəkişmə cəhanına çıkarak

Yaşasın tacidar millət!

Yaşasın şəhriyar millət! 



(Gültekin, 1999:74).

Əmin Abid siyasi cəhətdən ən coşğun, döyüşkən şeirlərini 1920-1926-cı ildə ya-

zaraq Gültekin imzası ilə çap etdirmişdir

(Gültekin, 1999:9-19). Əhməd Cəfəroğlu bu 

şeirlər haqqında yazır: “Gültekin bəgin şeirlərinin qüvvət və gücü, deyə bilərəm ki, 

siyasi mətbuatımızdan daha çox rəğbət görə bilmişdi. Ən yaxşı bəzi şeirləri bəstələnib 

İstanbul əhalisi arasında bu gün də tərənnüm edilməkdədir” 



(Cəfəroğlu, 1932, sayı 

8-9).

Rusiyanın Sovet İttifaqı adı ilə yenidən Qafqazı, Türküstanı müstəmləkə boyun-

duruğu altında saxlamaq cəhdinə qarşı çıxaraq gürcüləri (“Gürcü qardaş”) (

Gülte-



176  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî



kin, 1999:59), Qafqaz xalqlarını (“Kafkas türküsü”) (Gültekin, 1999:57), dünyanın 

mütərəqqi insanlarını düşmənə qarşı birləşməyə çağırır. Onun “Buzlu Cəhənnəm”, 

“Bayrağım  və  İstiqlalım”,  “Azərbaycan  istiqlalı”,  “Annemə”,  “Canavar”,  “Çeka”, 

“Bolşevik”, “Moskova” və b. şeirləri Sovet ideologiyasını ifşa edən, ona qarşı sərt re-

aksiya verən bir insanın ürək yanğısı ilə yazdığı misralar idi (

Gültekin, 1999:22-60).

Onun 14-20 yaşlarında nəşr etdirdiyi əsərlər ədəbiyyata istedadlı bir vətənsevərin 

gəlişindən xəbər verir.

2. Əmin Abidin elmi əsərləri

Hələ İstanbulda tahsil aldığı vaxtlar Bakıdakı jurnallarda elmi məqalələrini yayımla-

dan Əmin Abid bütün təqib və təzyiqlərə baxmayaraq gecə-gündüz elmi araşdırmalarını 

davam etdirmişdir. Azərbaycanədəbiyyatı tarixində bir çox mövzuya ilk dəfə o toxunmuş-

dur.  Misal  olaraq  Söhbətül-əsmərin  M.Füzuliyə  aid  olduğunu  sübut  edən,  Kitabi  Dədə 

Qorqud haqqında dəyərli araşdırmalar aparan, Tür kiyə, Azərbaycan, Tatar, Özbək, Qaqauz, 

Kərkük vs. Türk xalqlarının beş min manisini müqayisə edən, tarixini müəyyənləşdirən Əmin 

Abiddir. Araşdırıcı sadəcə Azərbaycanda yayımlanan qəzet və jurnallar ilə kifayətlənməyərək 

Ankara, Səmərqənd, Bunakski (Da\ıstan) jurnallarında da araşdırmalarını yayımlamışdır. 

Mirzə  Fətəli  Axundzadənin  əsərləri,  dini  tənqid  etməsi  və  ədəbiyyata  gətirdiyi 

yeniliklərdən dolayı Sovet Azərbaycanında xüsusi qayğı ilə araşdırılıb öyrənilməsi plan-

laşdırılmışdı.  Axundzadənin  ən  yaxşı  araşdırıcılarından  biri  də  Əmin  Abid  idi.  Buna 

görə də onu məcburən Elmlər Akademiyasında işə götürürlər və Əli Nəzmi ilə birlikdə 

Axundzadənin 3 cildlik əsərlərinin nəşrini tapşırırlar. Qısa zamanda bu iş bitmiş olur.  Onun 

Fars dilində əsərlərini Əmin Abid Türkcəyə çevirir böyük bir Ön söz yazıb bəzi mövzular-

da geniş açıqlama verir. Azərbaycan Elmlər Akademiyası Elmi Heyəti Əmin Abidə 1926-

1935-ci  illər  arası  fəalyyətindən  dolayı  heç  bir  dissertasiya  yazmadan  elmlər  namizədi 

dərəcəsi verilməsini təklif edir, ancaq siyasi mülahizələr buna imkan vermir. 

Əmin Abidin M.F.Axundzadə haqqında apardığı araşdırma həcminin böyüklüyünə və 

əhatə dairəsinə görə diqqəti cəlb edir. Beş, altı dil bilməsi, yaxşı əlaqələr qurması ona M. 



Fətəli Axundzadə  (Avropa, Rus iya, Türkiyə, Azərbaycanmətbuatında yayımlanan araşdır-

malara bir nəzər) (Maarif işçisi,1928:40-44, sayı 4(36), sayı 5-6(37-38): 24-32, sayı 

7-8 (39-40):87-93), kimi bir kitabı tamamalamağa şərait yaradır. Qazi Bürhanəddin (Maa-



rif və mədəniyyət,1927 :42-45, sayı 4-5 (39-40)), Füzuli, (Maarif və mədəniyyət,1926: 

32-34, say, 12 (35)), Həbibi (arxivdə saxlanılır – Ə.Ş.), Xətai orta əsrlər (Maarif işçisi

sayı 3 (23): 50-55, sayı  4 (24): 58-61, sayı 6-7 (26-27): 45-62) şairləri ilə birlikdə, 19-cu 

yüzildə Axundzadəni də ortaq türk ədəbiyyatının təmsilçisi kimi araşdıran Əmin Abidi gör-




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə