«f a t I h ə» s u r ə s I (1)


«Davar» surəsi (6) 147 -151 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə17/78
tarix20.10.2017
ölçüsü2,11 Mb.
#5570
1   ...   13   14   15   16   17   18   19   20   ...   78

«Davar» surəsi (6) 147 -151 -ci ayətlər

(147).Əgər səni yalançı saysalar, de: «Rəbbiniz geniş rəhmət sahibidir və Onun qəzəbi cərimə olunmuş qoumdan rədd olmaz!» (148).Deyəcəklər o kəslər ki, müşrikdirlər: «Əgər Allah istəsəydi, nə biz və nə də atalarımız müşrik olar və nə də bir şeyi qadağan edərdik». Beləliklə, onlardan qabaqkılar da yalan saymışdılar, ta əzabımızı dadana qədər. De: «Bizim qarşımıza çıxara biləcək elminiz varmı? Siz ancaq zənnə tabe olursunuz və ancaq yalan danışırsınız!» (149).De: «Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı hidayət edərdi». (150).De: «Bunu Allah qadağan buyurmuşdur deyə şəhadət verəcək şahidlərinizi gətirin!». Əgər onlar şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə və tabe olma istəklərinə o kəslərin ki, ayətlərimizlə Bizi yalan sayırlar və o kəslər ki, inanmayırlar axirət ilə və onlar Rəblərilə tay tuturlar. (151).De: «Gəlin Allahın sizə nəyi qadağan etdiyini tilavat edim: Onun ilə şərik qoşmayın şeynən və valideynlərlə yaxşılıq və yoxsulluq üzündən övladlarınızı qətlə yetirməyin; sizin də, onların da ruzisini Biz veririk. Zahiri və batini fahişəliyə yaxın düşməyin və qətlə yetirməyin nəfsi, hansı ki, Allah qadağan buyurub, ancaq haqq olaraq. Belə vəsiyyət edir sizə onun ilə, ola ki, əql edəsiniz!




«Davar» surəsi (6) 152 -157 -ci ayətlər

(152).Yaxınlaşmayın malına yetimin, ancaq hansı ilə ki, o yaxşıdır, ta həddi – buluğa yetişələr. Vəfalı olun ölçü və mizana insafla. Biz nəfsi gücündən artıq mükəlləf etmərik. Onda ki, söz söyləyirsiniz, yaxınınız olsa belə, ədalətli olun və əhdi ilə Allahın vəfa edin. Belə vəsiyyət edir sizə onun ilə, ola ki, zikr edəsiniz! (153).Həqiqətən, bu, Mənim düz yolumdur və tabe olun ona və tabe olmayın yollara ki, sizi firqələrə böləcək Onun yolundan. Belə vəsiyyət edir sizə onun ilə, ola ki, müttəqi olasınız!» (154).Sonra Biz əta etdik Musaya kitabı tamam olaraq o kəs üçün ki, yaxşılardandır və təfsilnən külli şey üçün və hidayət və rəhmət, ola ki, onlar görüşü ilə Rəblərinin inanalar! (155).Bu, nazil etdiyimiz mübarək kitabdır, tabe olun ona və təqvalı olun, ola ki, sizə rəhm olunsun! (156).Ona görə ki, deyərsiz: «Həqiqətən nə ki, nazildir kitab üzərinə iki tayfanın bizdən qabaq. Olduq biz onların tədrisindən qafil». (157).Ya deyərsiz: «Əgər nazil olsa idi üzərimizə kitab, olardıq hidayətli onlardan». Fəqət gəldi sizə bəyanat Rəbbinizdən və hidayət və rəhmət. Kim zalimdir o kəsdən ki, yalan saya ayətlərilə Allahı və dəf edə onlardan? Cəzalandıracaq o kəsləri ki, dəf edirlər Bizim ayətlərimizdən, pis əzabla, nə ilə ki, oldular dəf edənlər!




«Davar» surəsi (6) 158 -165 -ci ayətlər

(158).Gözləyirlər ancaq ki, özlərinə mələklərin, ya sənin Rəbbinin, ya Rəbbinin bəzi ayətlərinin gəlməsinimi? Rəbbinin bəzi ayətlərinin gələcəyi gün qabaqca iman gətirməyən, ya imanında bir xeyir qazanmayan nəfsə imanı mənfəət verməz. De: «Gözləyin, həqiqətən, biz də gözləyirik!» (159).Həqiqətən, sən o kəslərdən deyilsən ki, dinlərini firqələrə bölüb və oldular şiələr. Onların işi Allaha qalıbdır. Sonra xəbər verəcək onlara nə ilə ki, oldular fəaliyyətlilər. (160).Kim yaxşılıqla gələrsə, onun üçündür həmin yaxşılığın on misli. Kim pisliklə gələrsə, onun üçün ancaq həmin pisliyin misli qədər cəza var və onlara zülm olunmaz! (161).De: «Həqiqətən, Rəbbim məni hidayət etdi yolun düzünə - qiymətli din olan hənif İbrahim millətinə və olmadı o müşriklərdən». (162).De: «Həqiqətən, islahatım və əskikliyim və həyatım və vəfatım Allah üçündür - Rəbbidir aləmlərin! (163).Yoxdur şərik Onun üçün və bunun ilə əmr olunub mənə və mən təslim olanların əvvəlincisiyəm!» (164).De: «Ə, qeyri Allahı tələb edim Rəbb və O Rəbbidir külli şeyin?» Kəsb etmir külli nəfs ancaq öz əleyhinə. Yoxdur vəzirlik vəzirliknən vəzir axıra. Sonra tərəfinə Rəbbinizin müraciət edəcəksiniz və xəbər verəcək sizə nə ilə ki, oldunuz onda ixtilaflı. (165).O - Odur ki, etdi sizi xəlifə ərzə və rəfləndirdi bəzinizi fövqünə bəzinizin dərəcələrlə, sınaması üçün sizi nədə ki, əta edib sizə. Həqiqətən, Rəbbin sürətlidir iqaba, yəni tənbehə. O Ğəfurdur, Rəhimdir!



«Əraf» surəsi (7)



(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlif. Lam. Mim. Sad. (2).Kitab nazildir tərəfinə sənin və olmasın ürəyində daralmaq ondan – nəzərə çatdırmağın üçün onunla və zikr inananlar üçün! (3).Tabe olun nə ki, nazildir tərəfinizə Rəbbinizdən və tabe olmayın ondan başqa dostlara. Az zikr edirsiniz! (4).Nə qədər diyarlardan həlak etdik oranı, gəldi oraya basqımız yatarkən, ya onlar qail idilər. (5).Olmadı çağırışları onda gəldi onlara basqımız, ancaq ki, dedilər: «Həqiqətən, olduq biz, zalimlər!» (6).Biz sual edəcəyik o kəslərdən ki, göndərmişik onlara və sual edəcəyik mürsəllərdən. (7).Hekayət edirik üzərinə onların elmlə və olmadıq Biz qeybdə! (8).O gün vəzn etmək haqdır. Kimin vəzni ağırdır – həmin onlar nicat tapacaqlar. (9).Kimin vəzni yüngüldür - həmin o kəslərdir ki, xəsarət yetirdilər nəfslərinə nə ilə ki, oldular ayətlərimizlə zülm edənlər. (10).Əlbəttə, ərzdə sizə məkan verdik və sizin üçün orada məişət etdik. Az şükr edirsiniz! (11).Əlbəttə, Biz sizi xəlq etdik, sonra sizə surət verdik, sonra dedik mələklər üçün: «Adam üçün səcdə edin!» İblisdən başqa hamısı səcdə etdi. O səcdə edənlərdən olmadı.

«Əraf» surəsi (7) 12 -22 -ci ayətlər

(12).Dedi: «Nə mane oldu sənə səcdə edəsən, onda ki, əmr etdim sənə? Dedi: «Mən xeyirliyəm ondan. Xəlq edibsən məni oddan və onu isə xəlq edibsən gildən». (13).Dedi: «Aşağı en oradan. Sənə olmaz ki, orada təkəbbürlük edəsən! Oradan xaric ol, həqiqətən, sən alçaqlardansan!» (14).Dedi: «Məni nəzərə alaraq möhlət ver qalxacaqları günə qədər!» (15).Dedi: «Həqiqətən, sən nəzərə alınıb, möhlət verilənlərdənsən!» (16).Dedi: «Nə ilə ki, ağvay etdin məni, oturaram onlar üçün Sənin düz yolunda! (17).Sonra mən onların önlərindən və arxalarından və sağlarından və sollarından gələrəm və Sən onların əksəriyyətini şükr edən tapmazsan!» (18).Dedi: «Oradan xaric ol, məzəmmət olunmuş və alçaldılmış halda! Onlardan kim sənə tabe olarsa, dolduracağam cəhənnəmi sizinlə cəmiyyən! (19).Ay Adam! Sakin ol sən və zövcün cənnətə və yeyin ondan heysiniz istəyəni və olmayın bu ağaca yaxın və olarsınız zalimlərdən!» (20).Şeytan onların hər ikisinə vəs-vəsə etdi, örtülmüş ayıb yerlərinin aşkar olması üçün və dedi: «Rəbbiniz sizi bu ağacdan ondan ötrü qadağan etdi ki, olmayasız iki mələk, ya həmişəlik qalanlardan». (21).Və hər ikisinə and içdi: «Həqiqətən, mən sizin üçün nəsihət edənlərdənəm». (22).Beləcə onların hər ikisini məğrur etdi. Amma elə ki, daddılar ağacın meyvəsindən, örtülü ayıb yerləri aşkar oldu və cənnət ağaclarının yarpaqlarından ayıb yerlərini örtməyə başladılar. Rəbbi onlara nida etdi: «Ə, Mən sizə bu ağacı qadağan etmədimmi və demədimmi sizə, həqiqətən, şeytan hər ikiniz üçün ədavətlidir aşkar?»



«Əraf» surəsi (7) 23 –30 -cü ayətlər

(23).Dedilər: «Rəbbimiz! Biz öz nəfsimizə zülm etdik. Əgər Sən bizi bağışlamayasan və bizə rəhm etməyəsən, həqiqətən, xəsarətdə olanlardan olarıq!» (24).Dedi: «Enin bəziniz bəzisi üçün ədavətli. Sizin üçün ərzdə qərar tutacağınız yer və mətah tərəfinə müəyyənin!». (25).Dedi: «Orada yaşayacaq və orada öləcək və oradan xaric olacaqsınız!» (26).Ay Adam oğulları! Sizə ayıb yerlərinizi və tüklərinizi örtəcək bir libas göndərdik. Təqva libası daha xeyirlidir. Bu, Allahın ayətlərindəndir, ola ki, onlar zikr edələr! (27).Ay Adam oğulları! Sınamasın sizi şeytan, nə qədər, valideynlərinizi cənnətdən xaric etdi və onların libasını çıxartdı, ayıb yerlərini onlara göstərmək üçün. Həqiqətən, şeytan və onun qəbiləsi sizi görür o yerdən ki, siz onları görmürsünüz. Həqiqətən, Biz şeytanı dost etdik o kəslər üçün ki, inanmırlar! (28).Onda ki, edirlər fahişəlik, deyirlər: «Atalarımızı bunda tapmışıq və bunu Allah bizə əmr edib». De: «Həqiqətən, Allah fahişəlik ilə əmr etməz! Ə, Allah barəsində bilmədiyinizimi deyirsiniz?» (29).De: «Əmr etdi Rəbbim insaf ilə. Hər ayağa qalxanda üzünüzü külli səcdə edilənin yanında Ona tərəf tutun və dininizi, yəni yolunuzu xalis Onun üçün edərək çağırın Onu! Nə qədər, O sizi qabaqca vücuda gətirdi, eləcə də qayıdarsınız! (30).Bir dəstəni O hidayət etdi və bir dəstə üçün üzərində onların haqq oldu zəlalət. Həqiqətən, onlar Allahın əvəzinə dost tutdular şeytanları və hesab etdilər ki, hidayət olunublar!




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə