F k öçər LI a dına Respublika Uşa q Kitabx anası Qəlblərdə yaşayan şair Səməd Vurğun



Yüklə 322,1 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix01.07.2018
ölçüsü322,1 Kb.
#52819
1   2   3   4   5   6   7

bir   ad   əbədiləşib:   Səməd   Vurğun.       S.Vurğun   vaxtilə   dostlarına

demişdi ki, “mən öləndən sonra 100 yaşım olanda məzarımın üstünə

100   bənövşə   qoyun”.   Bu   vəsiyyətə   rəğmən   ilk   100     bənövşəni

hörmətli Aybəniz xanım Vurğun qızı martın 22-də şairin qəbri üstə

qoymuşdu.   S.Vurğunsuz   keçən   illər   S.Vurğunsuz   keçməmişdir.   Bu

illərdə   Vurğun   milyonlarla   oxucuların   şüurunda   yaşamış,   qüdrətli

bədii   sözü   ilə   həmişə   onların   həyat   və   mübarizə   yollarını

işıqlandırmışdır. Heç bir şübhə ola bilməz ki, Vurğun vurğunu olduğu

Azərbaycanla   birlikdə   yaşayacaq,   gələcək   nəsillərin   şüuruna   daxil

olub   onların   da   həyat   və   mübarizə   yollarını   işıqlandıracaqdır.

S.Vurğun Azərbaycan ədəbiyyatı baniləri sırasında daim bir müsəlləh

əsgər kimi var olacaq. Illər, əsrlər keçəcək, lakin vicdanın o möhtəşəm

heykəli, Vaqif poeziyası həmişə yaşayacaqdır. 

II aparıcı: Ümumiliderimiz Heydər Əliyevin şair haqqında dedikləri

fikirlər ilə gecəmizi bitirmək istərdim. “Səməd Vurğun Azərbaycanı,

öz xalqını, öz dilini nə qədər sevirdi! Bunları hər dəfə yada saldıqca

insan   coşur,   həyəcanlanır.   S.Vurğun   əgər   bu   günləri-Azərbaycanın

müstəqilliyini, azadlığını görmədisə də, onun ruhu bu gün bizimlədir”.

Oxucu: Bu dünyadan Vurğun keçdi dedilər.

Bu dünyadan Vurğun keçdi dedilər,

Soruşmayın bu nə kəlam, nə sözdür,

Sanmayın ki, Vurğun  köçdü dedilər,

Bu hikmətdir, bu yanğıdır, bu rəmzdir,

Kim vermişdir o şairə bu adı?

Bilmirdimi məhəbbət bir bəladı?!

Vurğun ömrü Vurğunluqla taladı,

Dedi, sənət mənə məndən əzizdir.

Dağ dedilər, bulud qondu başına,

24



Ağ saçları yaraşmırdı yaşına.

Bir söz desəm, dünya, gəlməz xoşuna,

Hansı hökmün, hansı əmrin de, düzdür, 

Bir ömürdə neçə ömür yaşardı

                  Öz ömrünü ömürlərə qoşardı.

Nə zaman ki, şeir oxur -coşardı, 

Sanardın ki, şəlalədir, dənizdir,

Bir körpünün dərdi qaldı sinədə,

Bu dərd çoxdan doğma olub mənə də. 

Xudafərin Araz üstə yenə də 

Kimsəsizdir, arxasızdır, yalqızdır.

İllər ötdü illər üstə qalandı,

Bu illərdə şair ömrü talandı.

“Biz gedərik-dedin-dünya qalandı”.

Mən demərəm bu dünyamız sənsizdi.

Şeir, sənət ocağıdır bu Vətən,

Hər öcaqda bir şölə var sözündən.

Oğlum!-deyib, şöhrətinlə fəxr edən  

Burda Bakı, o sahildə Təbrizdir.   

                                               SON

 Ədəbiyyat siyahısı

ƏSƏRLƏRİ

LATIN QRAFİKASI İLƏ

25



Seçilmiş əsərləri : 5 cilddə. I cild : şeirlər. - Bakı : Şərq-Qərb, 2005. - 

260 s. - (Müasir Azərbaycan ədəbiyyatı). - Kitab Azərbaycan 

Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın 

qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 

2004-cü il tarixli Sərəncamı ilə nəşr olunub. 

Seçilmiş əsərləri : 5 cilddə. II cild : şeirlər. - Bakı : Şərq-Qərb, 2005. - 

247 s. - (Müasir Azərbaycan ədəbiyyatı). - Kitab Azərbaycan 

Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın 

qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 

2004-cü il tarixli Sərəncamı ilə nəşr olunub. 

Seçilmiş əsərləri : 5 cilddə. III cild : poemalar. - Bakı : Şərq-Qərb, 

2005. - 424 s. - (Müasir Azərbaycan ədəbiyyatı). - Kitab Azərbaycan 

Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın 

qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 

2004-cü il tarixli Sərəncamı ilə nəşr olunub.

Seçilmiş əsərləri : 5 cilddə. IV cild : dram əsərləri. - Bakı : Şərq-Qərb, 

2005. - 400 s. - (Müasir Azərbaycan ədəbiyyatı). - Kitab Azərbaycan 

Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın 

qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 

2004-cü il tarixli Sərəncamı ilə nəşr olunub. 

Seçilmiş əsərləri : 5 cilddə. V cild : məqalələr, məruzələr, nitqlər və 

oçerklər. - Bakı : Şərq-Qərb, 2005. - 384 s. - (Müasir Azərbaycan 

ədəbiyyatı). - Kitab Azərbaycan Respublikası Prezidenti İlham 

Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin 

həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı 

ilə nəşr olunub. 

Seçilmiş əsərləri : poeziya. - Bakı : Çaşıoğlu, 2004. - 520 s. 

Seçilmiş əsərləri : şeirlər və poemalar. - Bakı : Adiloğlu, 2004. - 382 s.

26



Seçilmiş əsərləri [Elektron resurs] ; məsl. L. Məmmədova; 

Azərbaycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyi. - Elektron

mətn. - Bakı : İnnovativ Tədris Mənbələri (İTM) QSC, 2012. - 1 el. 

opt. disk (CD-ROM) : birrəngli. - (Nizami layihəsi). 

Aygün : poema. - Bakı : Adiloğlu, 2004. - 144 s.  

Azərbaycan : poeziya. - Bakı : CBS Polygraphic production, 2001. - 

12 s. 

KİTABLARDA

Azərbaycan ; Şuşa : şeirlər // El bilir ki, sən mənimsən... : şeirlər. - 

Bakı : Təhsil - 2013. – S.33-35.

Dilcan dərəsi ; Ana ; Bizim dağlar və b.: şeirlər // Türk xalqları 

ədəbiyyatı : poeziya. IV cild : Ən yeni dövr. - Bakı : Çaşıoğlu - 

Azərbaycanda Atatürk Mərkəzi, 2007. – S.43-49. 

Vaqif : Beş pərdəli mənzum dram // Türk xalqları ədəbiyyatı : poeziya.

IV cild : Ən yeni dövr. - Bakı : Çaşıoğlu - Azərbaycanda Atatürk 

Mərkəzi, 2007. – S.50-66. 

DÖVRİ MƏTBUATDA

Ana : şeir // Füyuzat. - 2009. - № 6 (50). - S. 24. - Şeir 1927-ci ildə 

yazılmışdır. 

Ana ; Cəfər Cabbarlının ölümünə ; Xavərə : şeirlər // Yeni 

Azərbaycan. - 2010. - 1 may. - N 76. - S. 10. 

27



Yüklə 322,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə