F k öçər LI a dına Respublika Uşa q Kitabx anası Qəlblərdə yaşayan şair Səməd Vurğun



Yüklə 322,1 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix01.07.2018
ölçüsü322,1 Kb.
#52819
1   2   3   4   5   6   7

Qoy öpsün əlini illər həsrəti.

Xeyir-dua versin Azərbaycana.

O ana qəlbinin saf məhəbbəti!

Gül, ey nazlı Vətən!-Odlar torpağı!

Duz-çörək hazırla qəhrəmanlara.

Böyük bir ordunun zəfər bayrağı

Günəş tək yayılır asimanlara.

Tədbirin   sonunda   münsiflər   heyəti   qalibləri   müəyyənləşdirir.  Sonra

qaliblər və digər iştirakçılara mükafat verilir.  

Kitabxanada    keçiriləcək   tədbirlərdən   ən   möhtəşəmi    ədəbi-bədii

gecədir. S.Vurğunun  xatirəsinə həsr olunmuş ”Vurğunu düşünərkən”

adlı ədəbi–bədii gecəyə Azərbaycanın gorkəmli ədiblərini, sənət-söz

adamlarını dəvət etmək olar. Tədbir iştirakçıları kitab sərgisi ilə tanış

olduqdan   sonra   zalda   əyləşirlər.  S.Vurğunun   sözlərinə   bəstələnmiş

gözəl müğənnimiz Xumar Qədimovanın   ifa etdiyi “Zəfər bayramı”

mahnısı səslənir və tədbiri açıq elan etmək üçün aparıcılar səhnəyə

daxil olurlar. 

I aparıcı: 

Kim deyir dünyada Vurğunsuz qaldıq,

Yox, yox ayrılmadıq, görüşdük bir də.

Vurğunlu yaşadıq. Vurğunlu olduq.

Vurğunsuz ötüşüb kecən illərə.

 

II aparıcı:

Vurğun  bizimlədir həmişə dostlar,

Görünür hər şeir məclisində o.

Yurdun hər yanında Vurğunu gördük,

Hünər meydanında Vurğunu gördük. 

15



I aparıcı:   Salam, dəyərli qonaqlar, Vurğun sevərlər! Bu gözəl şeirli,

nəğməli  tədbirə xoş gəlmisiz. Bu gün hamımız Səməd Vurğunun 110-

cu ildönümü münasibətilə onun keçdiyi ömür yoluna işıq salmaq üçün

şairin  ocağına, istisinə yığışmağa, Vurğun zirvəsindən od götürməyə

gəlmişik. Çünki Azərbaycan torpağında Səməd Vurğun zirvəsi var. Bu

zirvədən   günəş   doğur.   “Vaqif”,   ”Aygün”,   “Bəsti”,   “Aybəniz”,

“Eldar”

,“Xanlar”  



 

şəlaləsi olub qəlblərə axır. O, şəksiz Azərbaycan

ədəbiyyatı üfüqlərindən nur saçan ən parlaq simalardandır.   

II aparıcı:  Səməd Vurğun xalqımızın dünya şöhrətli şairi, dramaturq,

publisistik, tənqidçi, alim, içtimai xadim, mədəniyyətin fəal qurucusu

idi. Onun ürəkdən gələn lirik   şeirləri, yüksək pafoslu qəhrəmanlıq

poemaları, dram əsərləri sovet ədəbiyyatı xəzinəsinə möhkəm daxil

olmuş və Azərbaycan hüdudlarından çox-çox uzaqlarda böyük şöhrət

qazanmışdır. O, yorulmaz mübarız, gələcəyə nəzər salan arzular şairi

idi. Dünyada az sənətkar tapılar ki, yaşadığı zamanda klassikləşsin,

əsərləri ümumxalq kütlələrinin mənəvi sərvətinə çevrilsin. Azərbaycan

xalq şairi S.Vurğuna belə xoşbəxtlik nəsib olmuşdur. 

I   aparıcı:  İnsana   dili   anası   öyrədir.   Uşaq   insana   çevrilir.   İnsan

ömrünün ayrılmaz yol yoldaşı, yaddaş kitabı isə söz olur. İnsan böyük

söz   təşnəsi   olur.   Söz   arayır,   söz   axtarır   ki,   onun   ardınca   getsin.

Dünyanı   dərk   etsin,   özünü   tapsın,   həyatın   min   bir   sualına   cavab

versin. Bu böyük axtarışda hər bir azərbaycanlının qarşısına bayatı

çıxır,   atalar   sözləri,   nağıllar,   qoşma   və   gəraylılar   boylanır.   Dədə

Qorqud və Füzuli, Vaqif və M. F. Axundov, Mirzə Cəlil və Sabir... bu

sözün   əbədi   yolu   kimi   onu   dünyaya   yönəldir.  Bu   adamların   taleyi

Azərbaycan dilinin taleyidir. Ömrü yaratdığı şeir, həyatı danışdığı dil

qədər olan xoşbəxt sənətkarlardan biri də S.Vurğundur

16



I aparıcı: Səməd çılğın təbiətli, narahat qəlbi bir gənc idi. Gündüzlər

meşəlikləri,   düzənlikləri   dolaşar,   gecələr   saatlarla   ayın   bədrlənmiş

çöhrəsinə  tamaşa  edər, onun əfsanəsini xatırlardı.  Səməd adını ona

ata-anası   versə   də,   elinə,   vətəninə,   xalqına   vurulduğuna,   elin   arzu-

istəklərini,   mənəvi   dünyasını   ilhamla   tərənnüm   etdiyinə   görə

“Vurğun”   adını   qazanıb   xalqın   tarixinə,     polad   yaddaşına   büllur

poeziyası ilə həkk olundu. O, qədirbilən xalqımızın vəfasına, etibarına

inanıb haqlı olaraq:

Unutmaz aləmdə əhli-halı məni, - dedi.

II   aparıcı:     S.Vurğunun   bütün   yaradıcılığına  xas   cəhətlər-sadəlik,

səmimilik, duyğularındakı zənginlik və dərinlik, xalq ruhu-bu şeirin

canıdır. S. Vurğun yaradıcılığında vətənpərvərlik duyğuları necə də

sadə,   necə   də   gözəl   tərənnüm   olunur!   Onun   şeirlərini   təkrar-təkrar

oxusan   da   şeirlər,  misralar   səni   yormur,  elə   bil   qulağına   yeni   söz

pıçıldayır, ən ülvi hislər aşılayır. Hər söz, hər misra oxucunu nura

boyayır, riqqətə gətirir:

Mən bir uşaq, sən bir ana

Odur ki, bağlıyam sana. 

 

Hansı səmtə, hansı yanı



Hey uçsam da yuvam sənsən.

Elim, günüm, obam  sənsən!



(Səhnədən asılmış ekranda Səməd Vurğuna həsr olunmuş çarxlı video

slayd nümayiş olunur)

I   aparıcı:   S.Vurğunun   yaradıcılığında   uşaqlara   da   geniş   yer

verilmişdir.  Xalq   şairimiz   S.Vurğun   uşaqları   dərin   bir     məhəbbətlə

sevmiş,   onlar   üçün   bir   sıra   əsərlər   yaratmışdır.   S.Vurğun   “Sənət”,

“Bahar   şərqisi”,   “İki   körpə”,   “Sünbül”,   “Tarla   nəğməsi”,   “Uşaq

bağçası”,   “Deyin,   gülün,   övladlarım”,   “Ayın   əfsanəsi”,   “Vətəninə

məftun olacaqdır” şeirləri ilə uşaq ədəbiyyatı sahəsində ilk addımlarını

17



atdı. Daha çox “Deyin, gülün, övladlarım” şeiri müharibədən sonrakı

uşaq əsərləri içərisində mühüm yer tutur. 

                     Deyin, gülün, övladlarım! Sükunətə düşmənəm mən,

                     Səssiz keçən günlərimi saymamışam öz ömrümdən.

                     Deyin, gülün, əl çalın, heç qısmayın səsinizi,

                    Gülər görüm, oynar görüm, xoşbəxt görüm hər vaxt sizi!..



II aparıcı:  Onun dostluq, vətənpərvərlik, əməyə məhəbbət ruhunda

yazılmış şeirləri kiçik yaşlılar  tərəfindən sevilə-sevilə oxunur. Çünki

şairin şeirlərinin  hər bir misrası uşaqlara olan sevgidən, məhəbbətdən

yoğrulduğunu görərik. 



Oxucu: “Uşaq bağçası” şeirini söyləyir:

Gəlin, balalarım, öpüm sizi mən,

Bir duman görməsin xoş sifətiniz.

Oxuyun, zövq alın mənim şeirimdən,

Var olsun qəlbiniz, məhəbbətiniz,

Bir duman görməsin xoş sifətiniz!..



I aparıcı:    Şair təkcə özü uşaqlar üçün yazmaqla  kifayətlənməmiş,

qələm   dostlarını   da   bu   mövzuda     əsərlər   yaratmağa   çağırmışdır.

S.Vurğunun “Balalarımız üçün gözəl əsərlər yaradaq!” adlı məqaləsi

uşaq ədəbiyyatının inkişaf və mədəniyyətinə həsr olunmuşdur. Sevimli

şairimizin bu sahədə olan fəaliyyəti bununla məhdudlaşmır. S.Vurğun

tez-tez məktəblərə, pioner düşərgələrinə, uşaq evlərinə gedir, uşaqlarla

söhbət edir, onların arzu və istəklərini yerinə yetirir. Şair yazır: 

I aparıcı:  “Uşaqlar, siz Vətənimizin yeni  nəslisiniz.  Bizim elm və

ədəbiyyatımızın, bütün mədəniyyətimizin sabahkı yaradıcıları sizsiniz.

Ona görə də, siz indidən elm və mədəniyyətin işıqlı və çətin yollarında

möhkəm bir iradə, gələcəyə inam, həyata, insana hörmət və məhəbbət

hissi ilə, iftixarla addımlayırsınız.” 

18



Yüklə 322,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə