F k öçər LI a dına Respublika Uşa q Kitabx anası Qəlblərdə yaşayan şair Səməd Vurğun



Yüklə 322,1 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix01.07.2018
ölçüsü322,1 Kb.
#52819
1   2   3   4   5   6   7

                                  Xalq artisti Həsən Turabov

Səməd   Vurğun   şerindəki   böyüklüyün   bir   səbəbi   də   sadəlikdir.

S.Vurğun sənəti sadəliklə böyüklüyün, adiliklə qeyri-adiliyin ən gözəl

nümunəsidir. 

                                                               

Xalq şairi Bəxtiyar Vahabzadə. 

Səməd Vurğun unudulmazdır. O, el məhəbbətini, elin rəğbətini daima  

onun uğrunda çırpınan ürəyi ilə qazanmışdır. 

             Böyük Vətən müharibəsi  və Əmək veteranı İsmayıl  Hümbətov

Səməd Vurğun yaradıcılığını oxuculara tanıtmaq və şair qələmini 

sevdirmək üçün kitabxanada keçiriləcək maraqlı tədbirlərdən biri də, 

şeir müsabiqəsidir. Kitabxanaçı əvvəlcədən məktəblərlə əlaqə 

saxlayaraq oxucuları kitabxanaya cəlb edir. Şagirdlərə şairin kitabları 

təqdim edilir. Şagirdlər müəyyən şeirlər  seçərək iştirakçı qismində  

tədbirə hazırlaşırlar.  Əvvəlcədən təyin olunmuş tədbirin vaxtı gəlib 

çatır. “Nemətsə də  gözəl şeir” adlı şeir müsabiqəsində münsiflər və 

qonaqlar öz yerini alırlar. İlk öncə kitabxanaçı səhnəyə gələrək 

münsiflər və qonaqları salamlayır, iştirakçılara isə uğurlar arzulayır.



Kitabxanaçı:      Səməd   Vurğun     ədəbi   zirvələrdən   biridir.    Onun

haqqında çox yazılıb və bundan sonra da yazılacaqdır. İllər keçdikcə

bu böyük beynəlmiləlçi şairə məxsus yeni insani keyfiyyətlər aşkar

olunur. Gəlin,  biz də bu saflıqdan bəhrələnək Vurğun yaradıcılığının

zirvəsinə, iştirakçıların söyləyəcəyi şeirlərə ucalaq... Gəlin, nəğməkar

şairimizin şeirlərini dinləyək.

İlk  iştirakçı şeirə başlayır.   

                 C



eyran ( Muğan poeması)

10



Yerdən ayağını quş kimi üzüb,

Yay kimi dartınıb, ox kimi süzüb,

Yenə öz sürüsün nizamla düzüb,

Baş alıb gedirsən hayana ceyran?

            Əzəldən meylini salıb çöllərə,

Bəxtini tapşırdın bizim ellərə,

O qara gözlərin düşdü dillərə.

Dişlərin oxşayır mərcana, ceyran.

Bir məsəl qalmışdı ata-babadan:

Uçarda turacdır, qaçarda ceyran.

Bir mən deyiləm ki, hüsnünə heyran,

Şöhrətin yayılıb hər yana ceyran.

Sükuta qərq olmuş ürəyimlə mən

Keçirəm yenə də muğam çölündən.

Yanında balası, yağış gölündən

Əyilib su içir bir ana ceyran!

Elə ki, son bahar min büsat qurur,

Kolları-kosları yıxıb uçurur,

Sıxlaşıb bir yerdə baş-başa durur

Düşəndə çovğuna, borana ceyran.

On addım kənarda yatmayır təkə,

Gəzinir, oylağa baş çəkə-çəkə,

Gələn qaraltıdır, yoxsa təhlükə?

Bir özünə baxır, bir ona ceyran!

Ovçu, insaf elə, keçmə bu düzdən!

O çöllər qızını ayırma bizdən!

11



Qoyma ağrı keçsin ürəyimizdən,- 

Qıyma öz qanına boyana ceyran!

Nə gözəl yaraşır Muğana ceyran!

Kitabxanaçı “Şair, nə tez qocaldın sən” şeirini demək üçün ikinci 

iştirakçını səhnəyə dəvət edir. 

Nemətsə də gözəl şeir, 

Şair olan qəm də yeyir,

 Ömrü keçir bu adətlə,

 Uğurlu bir səadətlə.

                        Görən məni nədir deyir:

Saçlarına düşən bu dən?

Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində

Gül gətirən bir gəlin də.

Gözlərində min bir sual

Heykəl kimi dayandı lal...

O bəxtəvər gözəlin də

Mən oxudum gözlərimdən:

Şair, nə tez  qocaldın sən! 

Ovçuluğa  meyl saldım, 

Gecə-gündüz çöldə qaldım.

Dağ başından enib düzə, 

Bir ox kimi süzə-süzə 

Neçə ceyran  nişan aldım;

Cavab gəldi güllələrdən:

Şair, nə tez qocaldın sən!

12



Bəzən uca, bəzən asta,

Ötür sazım min sim üstə

Andı yalan, eşqi yalan,

Dostluğu da rüşvət olan,

Ürək yıxan bir iblis də 

Üzəvarı deyir hərdən:

Şair, nə tez qocaldın sən!

Saç ağardı ancaq ürək

Alovludur, əvvəlki tək.

Saç ağardı, ancaq nə qəm!

Əlimdədir hələ qələm...

Bilirəm ki, deməyəcək

Bir sevgilim, bir də vətən,

Şair, nə tez qocaldın sən!



Kitabxanaçı “Vətən həsrəti” adli şeiri demək üşün üçüncü iştirakçını 

səhnəyə  dəvət edir.

Elindən, günündən ayrılan könül,

Arabir vaxt tapıb ağlasın gərək.

Əziz kimsələri qırılmış kimi,

Yas tutub qaralar bağlasın gərək.

Demirəm incidib üzsün özünü, 

Əl üzüb dünyadan yumsun gözünü.

`

Nə qədər olsa da  Vətən sözünü,



Duysun ürəyində, anlasın gərək.

Bir şikəstə neyəm, bir qırıq kaman,

Görmədim bir bəla-həsrətdən yaman,

13



Vurğun ellər deyib, ağlar hər zaman,

Onun  qaydasıdır, ağlasın gərək.



Dördüncü iştirakçı  “Zəfər bayramı” şeirini demək üçün öz yerini alır.

Qoy çalıb oynasın vətən torpağı,

Göylər səcdə qılsın bu ülviyyətə.

Ölümün,  zülmətin qara bayrağı

Bu gün təslim oldu bizim qüdrətə!

                        Yazılsln tarixə bir qızıl xətlə

45-ci ilin doqquz may günü.

Başlansın şeirlə, sazla,  söhbətlə  

Bu ellər bayramı, ellər düyünü.

Mən də haqq eşqinə, insan eşqinə 

Günəşi qaldırdım piyalə kimi.

Şəhidlər ömrünün saf türbəsinə 

Şeirim ətir saçır bir lalə kimi...

Ey qoca kainat! Hər kamını al!

Al geyin, sevgilim!Fəsli-bahardır,

Gəlsin  məclisimə bu gün istiqbal

Görsün ki, qəlbimdə nə büsat vardır!..

Ey ilham pərisi! Ey azad səhər!

Nə qədər bəxtiyar görürəm sizi!

Ey bu gün cahana gələn körpələr,

Günəş salamlayır taleyimizi!

Sən ey, mərd oğula süd verən ana!

14



Yüklə 322,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə