F k öçər LI a dına Respublika Uşa q Kitabx anası Qəlblərdə yaşayan şair Səməd Vurğun



Yüklə 322,1 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix01.07.2018
ölçüsü322,1 Kb.
#52819
1   2   3   4   5   6   7

 II aparıcı: S.Vurğun böyük şair olmaqla bərabər, həm də sadə insan

idi. Bir dəfə ondan soruşurlar: Əsl səadət nədir? Şair belə cavab verir.

“Dostum, sən bu sualı öz ürəyinə ver! Neçə insan övladının üzünə

övladının qapılarını açmısan?   Neçə insan övladının qolundan tutub

ayağa qaldırmısan? Bu dünyada ən böyük nemət insanlıqdır. Bir də

dünyada bir yaxşılıq qalacaq. Əsl səadət budur.”  



Oxucu:

                       Deyirəm ki, uzaq yolda susuzluq çəkən

Bir insanın yollarında bulaq olaydım.

Bütün məslək dostlarımın bu dünyada mən

Hər qəminə, nəşəsinə ortaq olaydım!..   

I aparıcı:   Səməd Vurğun xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın bizə

yaxın olan ən böyük  körpüsüdür. Dədə-Qorquddan gəlib Qurbanidən,

Aşıq Abbasdan, Sarı Aşıqdan, Aşıq  Ələsgərdən keçən yolun böyük bir

zirvəsi Səməd Vurğundur desək, bizcə, yanılmarıq. Səməd Vurğun elə

şəxsiyyətdir ki, xalq öz tarixinin bir dövrünü onun adı ilə bağlayıb. Bu

Səməd Vurğun dövrüdür. Bu da xalqımızın və onun     müasirlərinin

nəzərindən   qaçmamışdır.   Gəlin,   oxucularımız   tərəfindən   söylənən

Əjdər Fərzəlinin “Yolum Salahlıdan düşdü” şeirini dinləyək.



Oxucu:

           Yolum Salahlıdan düşdü bu səhər, 

Köhnə ata yurdu Vurğunu andı.

Onu xəbər aldı əsən küləklər.

Həsrətdən lalələr alışdı, yandı. 

Ellərdən soruşun dedim yerini 

Şöhrətə çatdırıb Azərbaycanı 

19



Aşıb bir ölkənin sərhədlərini,

 Gəzir iqlim-iqlim bütün dünyanı.

Keçir Afrikadan, Amerikadan 

Zəncinin, ərəbin arzularıyla.

Keçir  Vyetnamdan, keçir Kubadan 

Şeir baharıyla, söz baharıyla.



II aparıcı: Gəlin, Mədinə Gülgünün Səməd Vurğuna   

 yazdığı şeiri dinləyək:



Oxucu:

Nə zaman şairdən söz açır qələm,

Ülfətlə başlayır hər sözüm mənim.

Şeirsiz, nəğməsiz isinmir sinəm,

Şeirdir həmdəmim, əzizim mənim. 

Səninlə ilk dəfə görüşən gündə

Bir bahar  günəşi yandı gözündə.

Dedin,  qoşa durur Vətən mülkündə 

Sənin Səhəndinlə, Kəpəzim mənim.

Necə nəgmə qoşdun çiçəkli yaza,

Bir rahatlıq duydun sən yaza-yaza. 

Dedin, el olmasa, el yaşatmasa,

Qalarmı dünyada bir izim mənim. 

Təbrizə sözündə, sazında gəldin,

Ömrün ən günəşli yazında gəldin, 

Andınla, əhdinlə, arzunla gəldin

20



Gülgün,  qardaşımız Səməd Vurğuna 

Bir gün heykəl qoyar Təbrizim mənim. 



I aparıcı:   Səməd  Vurğun bütün varlığı ilə xalqına, elinə bağlı bir

şəxsiyyət idi. O, yaxşı bilirdi ki, insana qüvvət,  cəsarət verən, onu

ilhamlandıran Vətən eşqi, xalqa məhəbbətidir.   Dünyada az sənətkar

tapılar   ki,   yaşadığı   zamanda   da   klassikləşsin,   əsərləri   ümumxalq

kütlələrinin   mənəvi   sərvətinə     çevrilsin.   Azərbaycanın   xalq   şairi

S.Vurğuna  belə bir xoşbəxtlik  nəsib olmuşdur. 

                       Yaşayır sənətkar, yaşayır sənət-

Nəsildən-nəsilə salam verərək!



II   aparıcı:    Vətən   S.Vurğun   poeziyasının   daimi   mövzularındandır.

S.Vurğun Azərbaycanı sonsuz bir məhəbbətlə sevir, başqalarına da,

sevdirirdi.   Azərbaycan   və   S.Vurğun   bir-birindən   ayrılmazdır.

Azərbaycan və Səməd Vurğun eyni bir məfhumdur. Azərbaycan və

S.Vurğun ona görə ayrılmazdır ki, S.Vurğun öz yaradıcılığında poetik

obrazını   yaratmışdır.   “Azərbaycan”   Səməd   Vurğun   yaradıcılığının

uverturasıdır.  

(Ekranda   Rəşid   Behbudovun   ifasında   “Azərbaycan”   mahnısının



çarxlı video slaydı nümayiş olunur)

I   aparıcı:  S.Vurğun   təbiət   vurğunu   idi.   Bu   cəhət   1928-ci   ildə

körpələrə həsr etdiyi “Bahar şərqisi” şeirində də özünü göstərir. Şeirdə

təbiət təsviri, təbiətin tərənnümü bariz şəkildə verilmişdir. 

Oxucu:

Günəş doğdu, yayıldı,

Yatan ellər ayıldı.

Açdı çiçəkli güllər, 

Dilə gəldi bülbüllər.

21



Qar, çovğun gözdən itdi,

Dağlarda lalə bitdi. 

Qanadlandı buludlar;

Yerdəki əlvan otlar

Cücərib boy atdılar,

Aləmə naz satdılar.

Artdı suların səsi,

Sevindirdi hər kəsi. 



II oxucu:      “Dağlar” şeiri. 

Binələri çadır-çadır

Çox gəzmişəm, özüm, dağlar!

İlhamını sizdən aldı

Mənim sazım, sözüm dağlar! 

Maral gəzər asta-asta,

Enib gələr bulaq üstə. 

Gözüm yolda, könlüm səsdə,

Deyin necə dözüm, dağlar? 

Hər obanın bir yaylağı,

Hər tərlanın öz oylağı;

Dolaylarda bahar çağı

Bir doyunca gəzim dağlar!

Qayaları baş-başadır.

Güneyləri tamaşadır. 

                        Gödək ömrü çox yaşadır.

Canım dağlar, gözüm dağlar!

Bir qonağam bu dünyada, 

Bir gün ömrüm gedər bada.

22



Vurğunu da salar yada 

Düz ilqarlı bizim dağlar. 

(Ekranda Şövkət Ələkbərovanın ifasında “Dağlar” mahnısının çarxlı

video slaydı görünür.)

II aparıcı: 

Xalqımızın   həmişəyaşar   şairi   S.Vurğunun   ev-muzeyi   ildən-ilə   yeni

eksponatlarla   zənfginləşir.   Bu   nadir   saxlanclar   içərisində   lent

yazılarının  xüsusi  qiyməti   vardır. Lent  yazılarına  şairin  öz  ifasında

əsərləri, pyes və poemalarının şeirlərinin   aktyor səsi, müxtəlif radio

və televiziya verilişlərinin çıxışları, xatirələr, mülahizələr...daxildir. Bu

qiymətli   yadigarlar   şairin   tədqiqatçıları   üçün   də,Vurğun   şeirinin

pərəstikarları üçün də,  çox əzizdir. Muzey üçün isə əvəzsiz sərvətdir.

 I aparıcı: Şairin öz səsində əsərləri xüsusi bir əzəmətlə, Vurğuna xas

pafosla səslənir. “Vaqif”, “Fərhad və Şirin”, “İnsan” və s. əsərlərin lent

yazıları bu gün daha qiymətlidir. Şairin sənət incilərinə, xeyirxahlıq

timsalı olan insanlığına pərəstiş edənlərin sevgiylə dolu ürək sözlərini

dinlərkən ilk baxışda kövrəlirsən, şairin ömrünə qıyan “Vaxtsız əcəl”

namərdliyinə yanıb-yaxılırsan. Sənətini və xatirini əziz tutduğu dahi

bəstəkarımız   Uzeyir  Hacıbəyov   dünyasını   dəyişəndə   S.Vurğunun

söylədiyi bu sözlər yada düşür: 

Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada. 

El qədrini canından daha əziz bilənlər. 

Şirin bir xatirə tək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.  



I aparıcı:  S.Vurğun 50 yaşında ikən bütün varlığı, odlu sənətkar qəlbi

ilə sevdiyi bu gözəl dünyamıza gözlərini əbədilik yumdu. S.Vurğun

ölümdən də güclüdür. Şairin öldüyü gündən onun ölməzliyi başlayır.

O, daim qəlblərdə yaşayır.  İndi hər yerdə  sənətsevərlərin yaddaşında

23



Yüklə 322,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə