F. Köçərli adına


I. Həyatı və yaradıcılığı



Yüklə 463,55 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix02.06.2018
ölçüsü463,55 Kb.
#47023
1   2   3   4   5   6   7   8   9   ...   17

 

I. Həyatı və yaradıcılığı

 

    Azərbaycan  ədəbiyyatşünaslığı  və  pedaqoji  fikir  tarixində 



məşhur  Azərbaycan  alimi,  tənqidçi  və  pedaqoqu  kimi 

dəyərləndirilən  F.  Köçərli  tərəqqipərvər  elm  və  ədəbiyyat 

xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdəndir. Firidun 

bəy  Köçərli  1863-cü  il  yanvarın  26-da  Azərbaycanın  gözəl 

guşəsi olan Şuşa şəhərində anadan olmuşdur. Tarixi hadisələr və 

gözəl  ənənələrlə  zəngin  səfalı  Şuşa  şəhərində  Firidun  bəy 

Köçərlinin doğulduğu illərdə müəyyən bir oyanma və canlanma 

özünü  göstərirdi.  Firidun  bəy  Köçərli  burada  Mirzə  Kərim 

Münşizadənin  ibtidai  məktəbini  bitirdikdən  sonra  atasının   

arzusu  ilə  rus  məktəbində  təhsil  alıb,  Qori  müəllimlər 

seminariyasında  təhsilini  (1880-1885)  davam  etdirmişdir. 

Firidun  bəy  Köçərli  seminariyanı  bitirdikdən  sonra  pedaqoji 

fəaliyyətə İrəvan gimnaziyasında müəllim kimi başlamış, sonra 

Qori  Müəllimlər  Seminariyasının  Azərbaycan  şöbəsində 

müvəqqəti  təlimatçı  kimi  (1910-1918)  çalışmışdır.  Onun 

təşəbbüsü ilə seminariyanın Azərbaycan şöbəsi Azərbaycana – 

Qazax  şəhərinə  köçürülmüşdür.  O,  burada  açılmış  Qazax 

müəllimlər  seminariyasının  müdiri  vəzifəsində  (1918-1920) 

işləmişdir. Firidun bəy  Köçərli  ədəbi-ictimai  fəaliyyətə  İrəvan 

gimnaziyasında  çalışdığı  illərdən  başlamış,  ilk  məqalələri  bu 

dövrdə işıq üzü görmüşdür. Həmin illərdə Firidun bəy Köçərli 

“Azərbaycan tatarlarının ədəbiyyatı” adlı ilk iri həcmli əsərini 

qələmə  almışdır.  Zaqafqaziya  müəllimlər  seminariyasında 

işlədiyi  illərdə  “Azərbaycan  türk  ədəbiyyatı”  əsərini  (1908) 

bitirmişdir.  Lakin  bu  əsər  sovet  hakimiyyəti  illərində  Bakıda 

“Azərbaycan  ədəbiyyatı  tarixi  materialları”  (iki  cilddə)  adı  ilə 

(1925-1926)  nəşr  edilmişdir.  Burada  XVIII  -  XIX  əsr 

Azərbaycan  ədəbiyyatının  ilk  geniş  elmi  şərhi  verilmişdir. 

Əfsuslar  olsun  ki,  əsərin  XX  əsr  ədəbiyyatından  bəhs  edən 

hissəsi  itmişdir.  Zaqafqaziyanın  dövri  mətbuatında  onun  rus, 

gürcü və Azərbaycan klassik yazıçıları haqqında saysız-hesabsız 

ədəbi  oçerkləri,  məqalələri  çıxmışdır.  Firidun  bəy  Köçərli  




 

burada    ictimai    haqsızlığa,  dini  fanatizmə,    cəhalətə  qarşı 



çıxmış,  maarif,  mədəniyyət,  tarix,  iqtisadiyyat  və  pedaqogika 

problemlərinə  toxunmuşdur.  “Balalara  hədiyyə”,  “Seçilmiş 

əsərləri”  (1963),  “Azərbaycan  ədəbiyyatı  tarixi  materialları” 

(1978)  kütləvi  tirajla  nəşr  olunmuşdur.  O,  “Təlimi  Sokrat” 

kitabını,  klassik  rus  və  gürcü  ədəbiyyatından  nümunələri 

azərbaycan  dilinə,  M.  F.  Axundzadənin  “Aldanmış  kəvakib” 

povestini rus dilinə tərcümə etmişdir. 

    Firidun  bəy  Köçərli  Sovet  hakimiyyətinin  ilk  aylarında 

repressiyaya məruz qalmışdır. 1920-ci il iyunun 2-də Gəncədə 

həbs olunmuş, həmin ayın 21-də güllələnmişdir. 

    Firidun  bəy  Köçərlinin  fəaliyyətə  başladığı  XIX  əsrin  80-ci 

illəri  Azərbaycan  millətinin  təşəkkül  etdiyi,  milli  şüurunun 

getdikcə qüvvətləndiyi  bir dövr idi. XIX  əsrin ikinci  yarısında 

Azərbaycanda  bəzi  elmlər,  realist  dramaturgiya,  nəsr  və  nəzm 

inkişaf  edir,  ədəbiyyat  ideyaca  zənginləşir,  Azərbaycan  milli 

teatrının əsası qoyulurdu. Bir sıra şəhərlərdə əvvəlcə rus dilində, 

sonralar  isə  yerli  dillərdə  qəzetlər,  kitablar  və  jurnallar  nəşr 

edilirdi. 

    Firidun  bəy  Köçərlinin  “Татарский  комедии”  silsilə 

məqalələri bu ideyanın ilk, nisbətən konkret və məhdud ifadəsi 

olsa  da,  onun  gələcək  “Литература  азербайджанских  татар” 

və  “Azərbaycan  türklərinin  ədəbiyyatı”  əsərləri  üçün  təməl 

daşları  idi.  Bundan  başqa,  Firidun  bəy  Köçərli  ədəbi 

şəxsiyyətlər, bədii əsərlər, dərslik və tərcümələr haqqında, sülh 

və xalqlar dostluğu, qadın azadlığı, habelə məişət mövzularında 

bir sıra maraqlı məqalələr yazmışdır. 

    Firidun  bəy  Köçərli  belə  bir  həqiqəti  təsdiqləyirdi  ki,  “Bir 

qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər ədəbiyyatı 

zəif və  biməzmun olacaqdır... Xalqın sərvət  və dövləti, şan və 

şövkəti  artdıqca,  onun  dili  dəxi  haman  qərar  üzrə  tərəqqi  və 

vüsət tapır və bir məqama çatır ki, millət qisim-qisim nağıl və 

hekayələr  düzməyə,  sinədən  sözlər  və  mahnılar  toxumağa 

başlayır”. 



 

    Firidun bəy Köçərli M. F. Axundzadə  və  M. Şahtaxtinskidən 



sonra Azərbaycan mədəniyyətinin inkişafı naminə əlifba islahatı 

aparılması  yolunda  çalışan  xadimlərdəndir.  Azərbaycan  dilini 

başqa   dillərin   zərərli   təsirindən   qorumaq   üçün   F.  Köçərli,  

Y.V.Çəmənzəminli,  Ü.Hacıbəyli,  Ö.F.Nemanzadə  və  başqa 

mütərəqqi ziyalılardan ibarət olan cəbhə yaradıldı. Bu cəbhənin 

işi  Azərbaycan ədəbi dilini canlı xalq dilinə getdikcə daha artıq 

yaxınlaşdırmaq,  inkişaf etdirmək idi. Onlar dili millətin əvəzsiz 

sərvəti  hesab  edirdilər.  Firidun  bəy  Köçərli  “Azərbaycan 

ədəbiyyatı”  əsərində  məşhur  rus  pedaqoqu  K.D.Uşinskinin 

aşağıdakı  sözlərini  misal    gətirmişdi:  “Madam  ki,  bir  millətin 

özünəməxsus ana dilisi xarici dillərin təqəllüb və təsəllütündən 

salamat qalıbdır, o millət özü də salamatdır”. 

    Firidun  bəy  Köçərli  Azərbaycan    folklorşünaslığında  da 

xüsusi  xidmətləri  olan  şəxsiyyətlərdəndir.  Mütəxəssislərin  də 

təsdiqlədikləri  kimi  folklorşünaslığın  yaranması  şifahi  xalq 

ədəbiyyatının  toplanması,  sistemləşdirilib  nəşr  olunması  ilə 

bilavasitə  bağlıdır.  Bu  sahədə  Köçərlinin  özünəməxsus  yeri 

vardır. Firidun bəy Köçərli “bizim fazil və həkim bir şairimiz” 

adlandırdığı  Nizaminin  əsərlərini  azərbaycancaya  açıq  dildə 

tərcümə edib, milli ədəbiyyatımızı dövlətləndirməyi, fars dilini 

yaxşı bilən şairlərimizin baş vəzifələrindən biri hesab edirdi. O 

deyirdi ki, “insaf deyil ki, onun möcüznüma kəlamları Avropa 

dillərinə  tərcümə  olunub  intişar  tapsın,  bizlər  isə  onu  öz 

dilimizdə  mütaliə  edib  feyzyab  olmaqdan  məhrum  qalaq”. 

Firidun  bəy  Köçərli  Azərbaycan  ədəbiyyatının  öz  təcrübəsinə, 

onun  zəngin  ənənələrinə  istinad  edərək  realizm  nəzəriyyəsini 

daha da inkişaf etdirirdi. 

      Azərbaycan ədəbiyyatı tarixinin yorulmaz  və  vətənpərvər  

tədqiqatçısı    Firidun  bəy  Köçərli    bir    ədəbiyyatşünas    kimi 

araşdırmalarına 

folklor 

nümunələrini 

yazıya 

almaqla 


başlamışdır.  Qədim  musiqi  mədəniyyətimizin  beşiyi  olan 

Şuşada  dünyaya    göz  açmış  Firidun  bəy    Köçərli    el  sənətini 

dərin  vətəndaşlıq  hissi  ilə  sevərək  qədrini  bilmiş,  şifahi 



Yüklə 463,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə