F. Köçərli adına


II. Yubiley tədbirlərinin keçirilməsi



Yüklə 463,55 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix02.06.2018
ölçüsü463,55 Kb.
#47023
1   2   3   4   5   6   7   8   9   ...   17

14 

 

II. Yubiley tədbirlərinin keçirilməsi 

    Bu  il  Azərbaycan  ədəbiyyatının  qüdrətli  ədəbiyyatşünası, 

folklor tədqiqatçısı, sevimli pedaqoqumuz F. Köçərlinin anadan 

olmasının  155  ili tamam  olur. Bu  münasibətlə  respublikanın 

bütün  mədəniyyət  müəssisələrində,  həmçinin  kitabxanalarda 

yubiley 

tədbirlərinin 

keçirilməsi  nəzərdə  tutulmuşdur. 

Kitabxanalarda  bununla  əlaqədar  maraqlı  tədbirlər  keçirmək  

olar.  İlk  növbədə kitabxanada F.  Köçərlinin 155 illik  yubileyi 

münasibətilə “Köçərlinin yaradıcılıq həftəsi” nin keçirilməsi 

yaxşı olar. Bu tədbirdə azyaşlı, yuxarı sinif şagirdləri, ali təhsil 

müəssisələrinin müəllim və şagird kollektivi iştirak edə bilərlər. 

Tədbiri  keçirmək  üçün  kitabxana  bağçalarla,  məktəblərlə,  ali 

təhsil ocaqları ilə əməkdaşlıq etməlidir.  

    “Köçərlinin  yaradıcılıq  həftəsi”  ərzində  yuxarı  yaş  qrup 

oxucuları  sevimli  pedaqoqumuz  Firidun  bəy  Köçərli  haqqında 

maraqlı  məruzələr  hazırlayırlar.  Ən  yaxşı  hazırlanmış  məruzə 

müdriyyət  tərəfindən  qiymətləndirilir.  “Köçərlinin  yaradıcılıq 

həftəsi”nin I gününü balaca oxucularımıza həsr edək. Yaxşı olar 

ki, həmin gün  F. Köçərlinin “Balalara hədiyyə “ kitabında olan  

nağıllar  əsasında  hazırlanmış  ucadan  oxu,  səhərciklər  təqdim 

olunsun, II günü “Balalara hədiyyə” kitabında verilmiş oyunlar 

oxucular  arasında  keçirilsin.  III  günü  yubilyarla  bağlı              

sual-cavab,  test  sorğuları  keçirilsin.  IV  gün  rəsm  müsabiqəsi, 

şeir musiqisi, V gün isə yubilyara həsr olunmuş ədəbi-bədii gecə 

ilə  “Köçərlinin  yaradıcılıq  həftəsi”nə  yekun  vurulsun.  Qeyd 

edim  ki,  “Köçərli  həftəsi”nin  hər  bir  günündə  kitabxanaçı 

tədbirdən  sonra  oxucuları  yubilyara  həsr  olunmuş  sərgiyə 

baxmağa  və  kitabxanaya    ekskursiyaya  dəvət  etsə,  daha  yaxşı 

olar. Sərgidə F. Köçərlinin indiyə qədər çap olunmuş kitabları, 

onun haqqında şair və yazıçıların yazdığı əsərlərlə yanaşı, dövri 

mətbuatda  da  yer  alan  materialların  nümayişi  nəzərdə 

tutulmuşdur.  Sərgi  müxtəlif  başlıqlar  altında  keçirilə  bilər. 

Məsələn:  “Yorulmaz  maarifçi  Firidun  bəy  Köçərli”,  “Qüdrətli 




15 

 

ədəbiyyatşünas,  folklor  tədqiqatçısı”,  “Azadlıq  aşiqi”,  “İlk 



folklor  antologiyasının  banisi”,  “Firidun  bəy  Köçərli  –  155”, 

“Tariximizin  fəxri:  F.  Köçərli”,  “Ədəbiyyatımızda  yaşayan 

həyat”, “Ürəyi atəşli bir müəllim”, “Alimlərin alimi”, “Görkəmli 

ziyalı Firidun bəy Köçərli”, “Böyük maarifpərvər Firidun bəy 

Köçərli”,  “İlk  folklor  antologiyasının  naşiri”,  “Qüdrətli 

ədəbiyyatşünas, folklor tədqiqatçısı”, “Azərbaycan folklorunun 

vurğunu  Firidun  bəy  Köçərli”,  “Firidun  bəy  Köçərli  və  türk 

dünyası”,  “Ədəbiyyat  tarixçiliyinin  atası”,  “Ədəbiyyat 

tarixçiliyi  elminin  banisi”,  “Elm  və  irfan  sahibi”,  “Böyük 

maarifpərvər: Firidun bəy Köçərli”, “Görkəmli ədəbiyyatşünas 

alim” və s. İndi isə sərginin nümunəsini veririk.        

Başlıq: İlk folklor antologiyasının banisi; 

F. Köçərlinin portreti

Görkəmli insanların F. Köçərli  haqqında 

söylədikləri sitatlar; 

Dövri mətbuatda çap olunan məqalələrin 

kartotekası; 

Kitablarının nümayişi

Şeir parçası; 

F. Köçərlinin hikmətli sözləri; 

F. Köçərli haqqında həyati və sənədli filmin nümayişi. 

 

 



                        

 

 

                      

 

 

 

 

 

                                      


16 

 

                                         Kitab sərgisi 

 

 



17 

 

Görkəmli  şəxsiyyətlərin  Firidun  bəy  Köçərli   haqqında 



söylədikləri fikirlər: 

 

    Firidun  bəy  Köçərli  Azərbaycan  ədəbiyyatının  tarixi  inkişaf 

yoluna  dair  qiymətli  mənbə  təşkil  edən  əsərlər  yaratmış                

və  çoxcəhətli  zəngin  fəaliyyəti  ilə  ictimai-mədəni  fikrin 

təşəkkülünə  mühüm  töhfələr  vermişdir.  Ölkəmizdə  təhsil 

sisteminin  milli  əsaslar  üzərində  qurulması  prosesində  onun 

maarifçi ziyalı kimi apardığı işlər böyük əhəmiyyətə malikdir.  

                                                              İlham  Əliyev, 

                       Azərbaycan Respublikasının Prezidenti 

 

    Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatşünaslığı tarixində 



ilk dəfə  olaraq  ədib  və  şairlərimizin  böyük  əksəriyyətini  əhatə 

edən ədəbiyyat tarixini yazmışdır. Bu əsərdə 129 şairin ədəbi irsi 

və onlardan böyük bir qisminin tərcümeyi-halı verilmiş, əsərləri 

haqqında orijinal fikirlər söyləmişdir. “Azərbaycan ədəbiyyatı” 

təkcə Firidun bəy Köçərlinin yaradıcılığında deyil, Azərbaycan 

ədəbiyyatşünaslıq elminin tarixində görkəmli yer tutur. Firidun 

bəy Köçərlinin həm tənqidi məqalələrində, həm də tədqiqatçılıq  

fəaliyyətində  bariz  şəkildə  nəzərə  çarpan  xüsusiyyətlərdən  ən 

başlıcası, onun müasirlik problemini həmişə diqqət mərkəzində 

saxlamasıdır. 



                                                                Bəkir Nəbiyev

                                                          akademik 

 

     Firidun  bəy  Köçərli  mənim  qəlbimdə  həssas  bir  insan, 

qərəzsiz  ədəbiyyatçı,  yorulmaz  bir  maarifçi  kimi  əbədi  iz 

buraxmışdır.  Millətimizin  istedad    və  məharəti  –  fitrilərinə  və 

əhvali – ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm bəradərim 

Firidun  bəy  Köçərlinin  tərif  etdiyi  “Balalara  hədiyyə” 

kitabçasından istifadə edə bilərlər.  

                                     Abdulla Şaiq, 

şair 



Yüklə 463,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə