28
Ellər atar,
Qaymaq qatar.
Ağ quşum – ağar çinim,
Göy quşum – göyərçinim,
Vur nağara,
Çıx qırağa.
Mətnin sonundakı “çıx qırağa” sözləri hər kəsin ayağının
üstünə dəyirsə o, ayağını çəkir. Sonra yenə başdan həmin sözlər
oxunur və uşaqlar bir-bir ayaqlarını çəkirlər. Hər kəsin ayağı
axıra qalsa, onu üzü üstə uzadır, əllərini yumruq tutub bir-birinin
üstə onun arxasına qoyub soruşurlar:
– Əl üstə kimin əli?
Tapsa, onu durğuzurlar, tapmasa, “götürün vurun,
yalandır!” – deyib onu bir neçə dəfə astaca vururlar və yenə
soruşurlar:
– Əl üstə kimin əli?
Uşaq tapanadək onu astaca yumruqlayırlar.
Güdü-Cüdü
Uşaqlar çömçəni gəlin kimi bəzəyib gəzdirir və aşağıda
yazılan sözləri oxuyurlar:
I Oxucu: Güdü-güdü ha, güdü-güdü!
Güdü-güdünü gördünüzmü,
Güdüyə salam verdinizmi?
Güdü burdan ötəndə
“Qırmızı günü gördünüzmü?”
II Oxucu: Güdü palçığa batmışdı,
Qarmaladım götürdüm.
Qızıl qaya dibindən
Qırmızı gün götürdüm.
29
I Oxucu: Qara toyuq qanadı
Kim vurdu, kim sanadı?
Göyçəliyə getmişdim
İt baldırım daladı.
II Oxucu: Yağ verin yağlamağa,
Pay verin bağlamağa.
Verənin oğlu olsun.
Verməyənin qızı olsun.
Bir gözü də kor olsun.
Təndirə düşsün.
Qırmızı bişsin!
Uşaqlar öz aralarında “Düzgü”lər də söyləyə bilərlər.
Düzgü
I Oxucu: Beşdi-beşdi ha beşdi,
Ağacdan alma düşdü.
Almanın yanı zədə,
Zədəni yeməz gədə.
Çoban çöldə gəzirdi,
Divarların düzürdü.
Çoban qoyuna gedər,
Köpəyi adam didər.
II Oxucu: Qabağında beş keçi,
Hanı bunun erkəci,
Erkəc qazanda qaynar,
Qənbər bucaqda oynar.
Bu iş gecə nə işdi,
Beş barmağım gümüşdü.
Gümüşü verdim tata,
Tat mənə darı sata.
Darını səpdim yerə,
30
Yerdə bitib göyərə.
Yerdən darı göyərdi,
III Oxucu: Biçinçi gəldi dərdi.
Biçinçi Həzrətqulu,
Cibində vardır pulu.
Həzrətqulu bənnadı,
Arvadını danladı.
Arvadı Cahan banı –
Bunun çarşabı hanı?
Çarşabı cırılıbdı.
Qolbağı qırılıbdı.
Cahan gedib hamama
Çarşabını yamama.
Hamamın suyu isti
İsti suda nə pisdi!
IV Oxucu: Telpəri onun qızı,
Paltarı qıpqırmızı,
Oğlunun adı Xıdır,
Əlindəki dəhrədir.
Xıdırbıyın dəhrəsi,
Telpərinin çöhrəsi
Cəhrə demə, əsasdı,
Dəhrə demə almasdı,
Telpəri yunu darar,
Xıdırbıy odun yarar.