F. Köçərli adına



Yüklə 463,55 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix02.06.2018
ölçüsü463,55 Kb.
#47023
1   ...   9   10   11   12   13   14   15   16   17

39 

 

Qızın təndirə düşdü



Keçəl qızı qoy evdə, 

Saçlı qızı götür, çıx! 

Gün getdi su içməyə, 

Qırmızı don biçməyə. 

Gün çıxıbdı yetirəcək. 

Qarı yerdən götürəcək, 

Keçəl qızı gətirəcək

Saçlı qızı gətirəcək, 

Duman, tac, qaç, qaç! 

Səni qayadan asarlar! 

Buduna damğa basarlar! 

Gün getdi dağ başına, 

Könlü şamama istəyən 

Dolansın tağ başına 



 

                  Kəklik 

Səhər-səhər sərt qayalar küncündə, 

Oxur, səsi gələr gözəl kəkliyin. 

Dağlar ətəyində çınqıl içində 

Bulunmaz yuvası gözəl kəkliyin. 

Səhər-səhər əllərində var malım, 

Tülək tərlan ilə könlün almalım, 

Yaşıl nimtənəlim, gülgəz çalmalım, 

Kətandır köynəyi gözəl kəkliyin. 

 

 



               Tərlan 

Yaxşı olar tərlanların irisi, 

Qabaqca gedər kəklik sürüsü, 

Boynunda var külabatın çilqisi, 

Ağ olar qaşları şahi tərlanın. 

 



40 

 

Xanlar, bəylər əl üstündə götürər, 



Götürəbən ovlağına yetirər, 

Şəhd çəkər binəsini itirər, 

Onda düşər tərsilaşi tərlanın. 

 

Üşüdüm ha, üşüdüm  

Üşüdüm ha, üşüdüm 

Dağdan alma daşıdım, 

Almacığımı aldılar, 

Mənə cürm verdilər. 

Mən cürmdən bezaram. 

Dərin quzu qazaram. 

Dərin quyu beş keçi

Hanı bunun erkəci? 

Erkəc qaya başında, 

Hay elədim gəlmədi, 

Çiyid verdim yemədi. 

Çiyid qazanda qaynar, 

Qənbər bucaqda oynar. 

Qənbər getdi oduna, 

Qarğı atdı buduna. 

Qarğı deyil, qamışdı, 

Beş barmağım gümüşdü. 

Gümüşü verdim tata, 

Tat mənə darı verdi; 

Darını səpdim quşa, 

Quş mənə qanad verdi. 

Qanadlandım uçmağa, 

Haqq qapısın açmağa. 

Qapıçı qapı toxur,  

İçində bülbül oxur. 

    Şeir  müsabiqəsinin  sonunda  uşaqlar  “Balalara  hədiyyə”  

kitabından  az  yaşlı oxucularımız üçün  bəstələnmiş “Çoban”, 

“Qızlar nəğməsi”, “Layla”, “Səməni” mahnılarını ifa edirlər. 




41 

 

           Çoban 

Göydəki göy buludlar 

Yorğanıdır çobanın. 

Yastı-yastı təpələr 

Yastığıdır çobanın. 

Yumru-yumru qayalar 

Yumruğudur çobanın. 

Əlindəki dəyənək 

Qalxanıdır çobanın. 

Yanındakı boz köpək 

Yoldaşıdır çobanın. 

Ağzı qara canavar 

Düşmənidir çobanın 

 

          Layla 

Bizim yerlər qalın meşə, 

Taxtında otur həmişə, 

Aranında gül bitsin, 

Yaylağında bənövşə. 

Balam layla, a layla! 

Gülüm layla, a layla 

 

Layla dedim ucadan, 



Ünüm çıxdı bacadan, 

Səni tanrı saxlasın 

Çiçəkdən, qızılcadan. 

Balam layla, a layla! 

Gülüm layla, a layla! 

 

Layla dedim yatınca, 



Gözlərəm ay batınca, 

Canım zinhara gəldi 

Sən hasilə çatınca. 



42 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla! 

 

Layla dedim adına, 



Haqq yetişsin dadına, 

Hər layla eşidəndə, 

Balam düşər yadıma. 

Balam layla, a layla! 

Gülüm layla, a layla! 

 

Dağlara sərin düşər



Kölgəsi sərin düşər, 

Hər vaxt layla deyəndə 

Yadıma Pərim düşər. 

Balam layla, a layla! 

Gülüm layla, a layla! 

 

Layla beşiyim, layla, 



Evim-eşiyim, layla. 

Sən yat, yuxun alginən 

Çəkim keşiyin layla! 

Balam layla, a layla! 

Gülüm layla, a layla! 

 

Layla dedim yatasan, 



Qızılgülə batasan. 

Qızılgül bağın olsun, 

Kölgəsində yatasan. 

Balam layla, a layla! 

Gülüm layla, a layla! 

Layla dedim yatasan 

Qızılgülə batasan. 

Qızılgülün içində 

Şirin yuxu tapasan. 



43 

 

Balam layla, a layla! 



Gülüm layla, a layla. 

 

 



Qızlar nəğməsi 

Əlimi bıçaq kəsibdi. 

Dəstə bıçaq kəsibdi. 

Yağ gətirin, yağlıyaq, 

Bal gətirin, ballıyaq, 

Dəsmal verin, bağlıyaq, 

Dəsmal dəvə boyunda, 

Dəvə Şirvan yolunda. 

Şirvan yolu buz bağlar

Dəstə-dəstə gül bağlar. 

O gülün birin üzəydim, 

Tellərimə düzəydim. 

Qardaşımın toyunda 

Oturub-durub süzəydim. 

Çay daşıbdır, lil gəlir. 

Dəstə-dəstə gül gəlir. 

O gülün birin üzəydim, 

Saç bağıma düzəydim. 

Saç bağım qatar-qatar, 

Üstündə qardaş yatar. 

Qardaşın əl yaylığı, 

Ucları zər yaylığı. 

Hərə bir ağız desin 

Qardaşa cansağlığı. 

Hop-hopun olsun, qardaş! 

Gül topun olsun, qardaş! 

Gül ağacın dibində, 

Gülbünün olsun qardaş! 

Dəyirman üstü çiçək, 

Oraq gətir, gəl biçək 




44 

 

Qardaş, nişanlın gördüm, 



Uzunboy, qarabirçək. 

 

Səməni 

Səməniyə saldım badam, 

Qoymazlar bir barmaq dadam. 

Dörd tərəfin alıb adam, 

Səməni, bizana gəlmişəm, 

Uzana-uzana gəlmişəm. 

 

V gün – Yuxarı sinif şagirdlərinin görkəmli ədəbiyyatşünas 



Firidun  bəy  Köçərli  haqqında  hazırladıqları  məruzələr 

tədbir iştirakçıları tərəfindən dinlənilir. Yaxşı məzmunu ilə 

fərqlənən 

məruzə 

kitabxana 

rəhbərliyi 

tərəfindən 

mükafatlandırılır.  II  hissədə  –  “Balalara  hədiyyə”  adlı 

ədəbi-bədii gecənin ssenarisi təqdim olunur.

 

 



  Tədbir  keçirilən  zalın  divarları  ədibin  şəkilləri  və  onun 

yubileyinə həsr olunmuş sərgisi ilə bəzədilir. F. Köçərlinin nağıl 

qəhrəmanlarından  Pıspısa  xanım  və  Siçan  bəy  qonaqları  

salamlayır. 

 

Pıspısa xanım: Salam əziz uşaqlar, hörmətli qonaqlar. Hamınızı 

sevimli ədəbiyyatşünas, alim F. Köçərlinin 155 illik yubileyinə 

həsr olunmuş tədbirdə xoş gördük.  

            Siçan bəy: Bizi yəqin hər bir uşaq gözəl tanıyır. Biz babamızın 

sizlərə  hədiyyəsiyik.  Amma  yəqin  ki,  burda  elə  qonaqlar  ola 

bilər ki, siz balaların babası haqqında az məlumatı olsun. Gəlin 

F. Köçərlini lap yaxından tanıyaq. 



Aparıcılar səhnəyə daxil olur. 

I  Aparıcı:  Pıspısa  xanım  və  Siçan  bəy!  Bizə  bu  şəraiti 

yaratdığınıza görə çox sağ olun. 



II Aparıcı: Biz bu  gün  böyük bir həvəslə  F. Köçərli  haqqında  


Yüklə 463,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə