F. Köçərli adına



Yüklə 463,55 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix02.06.2018
ölçüsü463,55 Kb.
#47023
1   ...   9   10   11   12   13   14   15   16   17

55 

 

kimi  göstərən,  mövhumat,  qəflət  və  dini  xürafatı  ifşa  edən 



“həqpərəst  və  millətpərvər  ədiblərə”  daha  artıq  yer  vermiş, 

onların yaradıcılıq problemlərini geniş şərh etməyə çalışmışdır.               

F.  Köçərli  tarixçi  olduğu  qədər  ədəbiyyatın  müasir  inkişafı 

məsələləri ilə də məşğul olan istedadlı bir tənqidçi idi.  



II Aparıcı: Müasir ədəbiyyatın ideya, mövzu, bədii sənətkarlıq, 

dil və s. məsələləri onu daim maraqlandırırdı. F. Köçərli yazırdı: 

“İndiki  dövrdə  xalq  üçün  gözəl  nəsihətlər,  hikmətamiz 

hekayələr, vətənə məhəbbət, millətə xidmət, dostluqda sədaqət, 

əhdə vəfa etmək, müqəddəs hisslər haqqında  əsərlər  yaratmaq 

lazımdır. F. Köçərli təkcə Azərbaycan ədəbiyyatının tədqiqi ilə 

kifayətlənməyib, əsərlərində Şərq, Qərb, Avropa, rus, gürcü və 

s.  ədəbiyyatların  klassikləri  haqqında  da  elmi  mülahizələr 

yürütmüş,  ədəbi  əlaqələr  baxımından  qiymətli  fikirlər  irəli 

sürmüşdür. 



I Aparıcı:  F. Köçərli çoxcəhətli yaradıcılığı boyu bir ədəbiyyat 

tarixçisi,  nəzəriyyəçi   və  tənqidçisi   kimi   tədqiq   və  təbliğ 

etdiyi  sahənin,  demək  olar,  bütün  əsas  məsələlərinə                             

toxunmuş,  onlar  barədə  öz  görüşlərini  aydın  izah  etməyə 

çalışmışdır.  O,  ədəbiyyatı  hər  bir  xalqın  “şən  və  əzəmətinə, 

tərəqqi  və səadətinə bais olan səbəblərdən biri” hesab edib  iki 

hissəyə ayırmışdır: şifahi və yazılı ədəbiyyat. 

                                   II  Aparıcı:    F.  Köçərli  fəaliyyət  göstərdiyi  dövrdə  ana  dili  və 

onun  inkişafı  uğrunda  gedən  mübarizənin  öncüllərindən  idi. 

F. Köçərlinin “Ana dili”, “Məişətimizə dair”, “Cavab”, “Orta 

                            təhsil  müəssisələrində  yerli  dillərin  tədrisinə  dair”  və  s. 

məqalələrində, habelə müxtəlif əsərlərində irəli sürdüyü fikirlər 

onun milli dilin rəvac tapması və tərəqqisi yolunda fədakar carçı 

olduğunu təsdiqləyir. Onun Azərbaycan xalqına bəxş etdiyi çox 

gözəl müdrik kəlamları var. Hörmətli tədbir iştirakçıları! İndi isə 

gəlin Firidun bəy Köçərlinin müdrik  fikirlərini dinləyək:    

                   



                            Oxucular səhnəyə çıxıb kəlamlardan söyləyirlər. 

 


56 

 

1.  Əsl  gözəllik  surətdə  deyil,  ağıl  və  kamalda,  əxlaq  və 



rəftardadır. 

2. Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır. 

3. 

İnsanın  dırnağı  ilə  ayaqqabısının  təmizliyi  onun 



mədəniyyətini göstərir. 

4.  Müəllimlik  ağırdır,  ancaq  pak  və  müqəddəs  xidmətdir. 

Aldığınız  elm  və  tərbiyəni  elə  yüksək  və  hündür  məqamda 

saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin. 

5.  Hər  millətin  özünəməxsus  ana  dili  var  ki,  onun  məxsusi 

malıdır.  Ana  dili  millətin  mənəvi  diriliyidir,  həyatının  mayəsi 

mənziləsindəndir.  Ananın  südü  bədənin  mayəsi  olduğu  kimi, 

ananın  dili  də  ruhun  qidasıdır,  hər  kəs  öz  anasını  və  Vətənini 

sevdiyi kimi ana dilini də sevməlidir. 

6.  Azadəlik  sevən  və  qardaşlıq  axtaran,  ittihad  və  tərəqqi 

arzusunda olan millət xoşbəxtdir. 

7. Azərbaycanın Nizami Gəncəvi kimi söz ustadı, rəvan təb və 

şirin  zəban  şairi  var.  Heç  bir  şair  o  lətafət  və  zəriflikdə  söz 

deməyibdir.  Onun cümləyə məşhur olan “Xəmsə”si  bimisil  və 

binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. 

8.Qadınların 

elm  və  mərifətsizlikləri  ucundan  dalda 

qalmalarının, bu qədər biixtiyar, avam və sadədil olmaqlarının 

ziyanı  ən  çox  körpələrə  toxunur.  Hünərli,  tərbiyəli,  cürətli  və 

bacarıqlı nəsil ancaq elmli və bacarıqlı analardan yetişə bilər. 

9. Uşağı tərbiyə etmək üçün müəllimdə məhəbbət, səbir, mərifət, 

uşaq  təbiətini  anlamaq  qabiliyyəti  olmalıdır.  Qabiliyyətli  və 

vicdanlı müəllim ən küt şagirdə də az-çox elm və bilik aşılaya 

bilər. Yaxşı müəllim məktəbin canı və içində olduğu camaatın 

çırağı məqamındadır. 

10. Xalqın sərvət və dövləti, şan və şövkəti artdıqca, onun dili 

dəxi haman qərar üzrə tərəqqi və vüsət tapır və bir məqama çatır 

ki,  millət  qisim  –  qisim  nağıl  və  hekayələr  düzməyə,  sinədən 

sözlər və mahnılar toxumağa başlayır. 



57 

 

11. Hər bir şey məhəbbətə bağlıdır. Hər bir şeyə həyat verən, hər 



bir şeyi tər və təzə qılan, hər bir şeyi gözəl, məqbul və nurani 

edən məhəbbətdir. 

12. Hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşkünlüyü onun 

zehni  yoxsulluğunun,  mənəvi  düşkünlüyünün  nəticəsində 

meydana çıxır. 

13. Firidun bəy belə bir həqiqəti təsdiqləyirdi ki, “bir qövm və 

tayfa  elmsiz  və  mərifətsiz  olsa,  bir  o  qədər  ədəbiyyatı  zəif  və 

biməzmun olacaqdır. 

14. Qəlbi şad etmək özlüyündə bir xidmətdir. 

15.  Şuşa  şəhərinin  ab-havasının  təsirindən  və  torpağının 

bərəkətindən burada çox xoşsifət adamlar, ədiblər şairlər vücuda 

gəlibdir.  Şuşa  qalası  Zaqafqaziyanın  Şirazi  mənziləsində  olub, 

ərbabi-zövqü səfa oymağı və əhli-hal və sahibi-dil yatağı hesab 

olunur. 


16. İnsanı insana  bağlayan və həmişəlik aşiq edən camali-zahiri 

deyil,  camali  –  mənəvidir.  Əsil  gözəllik  surətdə  deyil,  ağıl  və 

kamalda, əxlaq və surətdədir. 

17.  Əsl  ədəbiyyat  həyati  həqiqətləri  əks  etdirməklə  yanaşı 

cəmiyyəti,  xalqı  qabaqcıl  ideyalarla  silahlandırmalıdır,  onun 

azadlıq mübarizəsinə kömək etməlidir: Həqiqi şair, yazıçı millət 

və Vətən yolunda canlar fəda etmək lazım isə vətən oğullarının 

ürəyinə  yandırıcı  od  salıb,  onları  hər  qisim  fədakarlığa  

şövqmənd etməlidir.  

I Aparıcı : Azərbaycan dilinin inkişafı, onun saflığı, eləcə də 

yad təsirlərdən qorunması, milli məktəblərdə ana dilinin tədrisi 

və  onu  yaxşılaşdırmaq,  məktəb  dərslikləri,  qiraət  kitablarının 

sadə, açıq dildə yazılması, bədii əsərlərin, mətbuat və kitabların 

ümumxalq  dilində  intişarı  və  s.  kimi  vacib,  əhəmiyyətli 

məsələlərin həllində F. Köçərlinin xidmətləri böyükdür.  



II  Aparıcı:  Firidun  bəy  Köçərli  M.  F.  Axundzadədən  sonra 

Azərbaycan ədəbi fikrinin yeni mərhələyə yüksəlməsində böyük 

xidməti  olan,  milli  ədəbiyyatın  xalq  həyatı  ilə  yaxınlaşması, 

ideyaca  saflaşması, düzgün  istiqamətdə  inkişafı  üçün  mühüm, 




Yüklə 463,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə