35
IV gün – Yuxarı sinif şagirdlərinin görkəmli ədəbiyyatşünas
Firidun bəy Köçərli haqqında hazırladıqları məruzələr
tədbir iştirakçıları tərəfindən dinlənilir. Yaxşı məzmunu ilə
fərqlənən
məruzə
kitabxana
rəhbərliyi
tərəfindən
mükafatlandırılır. II hissədə - F. Köçərlinin “Balalara
hədiyyə” kitabı əsasında rəsm və şeir müsabiqəsi keçirilir.
Qeyd edim ki, təbdirin keçirilməsindən bir ay əvvəl “Balalara
hədiyyə” kitabında olan nağıl və təmsillər üzrə rəsm müsabiqəsi
elan edilir. Oxucuların kitabxanaya göndərdikləri rəsmlər
toplanılır və tədbir günü nümayiş etdirilir. Səsvermə yolu ilə
rəsmlər qiymətləndirilir. Sonra rəsm müsabiqəsinin qalibləri
müəyyənləşdirilir və mükafatlandırılır. Daha sonra məktəbli
oxucularımızın ifasında
şeir müsabiqəsi başlayır. Ən yaxşı
şeir söyləyən oxucu müdiriyyət tərəfindən mükafatlandırılır.
Müsabiqədə F. Köçərlinin “Balalara hədiyyə” kitabında verilən
“Vətən”, “Aranla yaylağın bəhsi”, “Durnalara xitab”, “Tülkü və
üzüm”, “Günəşi çağırmaq”, “Dağlar”, “Üşüdüm ha üşüdüm” və
s. şeirlər söylənilir. Bunun üçün bir neçə şeir nümunəsi veririk:
Kitabxanaçı səhnəyə çıxıb deyir:
– Uşaqlar indi isə gəlin məktəbli oxucularımızın iştirakı ilə
müsabiqəmizə başlayaq.
Vətən
Ah, ey safü paki- xaki-vətən,
Nə gözəlsən, nə yaxşısan, nəsən!
Nə gözəldir sənin çölün-çəmənin,
Dağü bağın, gül ilə yasəmənin.
Məni çün bəslədin qucağında,
Yenə yer ver mənə bucağında
Axır ömründə et məni rahət,
Mənə bəsdir bu çəkdiyim qürbət.
Məni bətnindən eylədin peyda,
36
Yenə bətnində et məni ixfa.
Ey vətən, ey canım sənə qurban!
Neçin əhlin olub sənin nadan?
Əlmədəd, ey mühəndisani-vətən,
Vətənin xanəsi olubdu köhən.
Hüsn təmirinə qılın himmət,
Onun abadına edin qeyrət.
Dərdinə vəqt ikən edin çarə
Ta həlak etməyə onu yarə.
Aranla yaylağın bəhsi
Aran: Yaylaq, çox da saxlama,
Göndər gəlsin, ağır ellər mənimdir.
Yerin göbəyiyəm, dizin dirəyi,
Malü mülkü Süleymanlar mənimdir.
Yaylaq: Çıxma dindən, imandan,
Süsəndən, sünbüldən, hər gülüşəndən;
Həkimlik, loğmanlıq qalıbdı məndən,
Həzaran dərdlərə dərman mənimdir.
Aran: Bağça mənim, bağ mənim,
Gecə-gündüz qulluq eylər bağbanım.
Geymək üçün yaşıl mənim, al mənim,
Süsən, sünbül, gülşənliklər mənimdir.
Yaylaq: Mənəm çeşmələr başı,
Axar, heç qurumaz didəmin yaşı,
Pələnglər yatağı, ovçu sirdaşı,
Köksü ala, qarlı dağlar mənimdir.
37
Aran: Qaldım dağ arasında,
Piltətək qurudum yağ arasında,
Qıvrım-qıvrım olmuş tağ arasında,
Tutma ala qarpız, tağlar mənimdir.
Yaylaq: Mənəm xalqın göyçəyi,
Məndə yatar aranların qaçağı,
Lalə-səmən, dürlü-dürlü çiçəyi,
Pətəkdə kəsilən ballar mənimdir.
Aran:
Aran deyər, məndə bulunar maya,
İnsini, cinsini götürrəm vaya,
Payızın fəslində qurulan taya,
Xirməndə çevrilən vəllər mənimdir.
Dağlar
Mən aşiq yastı dağlar,
Qar gəldi, basdı dağlar.
Üç ay toylu-bayramlı,
Doqquz ay yaslı dağlar.
Bu dağlar qoşa dağlar,
Verib baş-başa dağlar.
Səndə dostum gəzibdir,
Səni yüz yaşa dağlar.
Dağlar marala qaldı,
Otu sarala qaldı.
Soyuq bulaq, göy yaylaq
Yenə marala qaldı.
Başı çalmalı dağlar,
Dibi kölgəli dağlar.
38
Oturub yol gözlərəm,
Haçan el gəli, dağlar?!
Durnalara xitab
Göy üzündə bölük-bölük durnalar,
Nədir sizin əhvalınız, halınız.
Bir ərz-hal yazdım yarə söyləyin,
Dost kuyuna düşər isə yolunuz.
Mənim yarım, siz də görüb şaşarsız,
Ol uca dağları necə aşarsız,
Ovçu görən kimi siz də çaşarsız,
Qışdı, qar-amandı sizin eliniz.
Baxın şahın pəncəsinə düşərsiz,
Çeşməli dağları onda keçərsiz,
Yaz olacağın yaylaqlara köçərsiz,
Qırarsınız qanadınız, qolunuz.
Dərdli Kərəm deyər uğradım dərdə,
Canım qurban olsun mərd oğlu mərdə,
Səfil durna nə gəzirsiz bu yer
Yoxmu sizin vətəniniz, eliniz.
Qəribəm yoxdur arxam,
Qanadım yoxdur qalxam,
Çıxam qəlbi dağlara,
Vətənə doğru baxam!
Günəşi çağırmaq
Gün çıx, çıx, çıx!
Kəhər atı min, çıx!
Oğlun qayadan uçdu,
Dostları ilə paylaş: |