F. Köçərli adına



Yüklə 463,55 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix02.06.2018
ölçüsü463,55 Kb.
#47023
1   ...   9   10   11   12   13   14   15   16   17

45 

 

sizlərlə  danışmağa  hazırıq.  F.  Köçərli  Azərbaycanda  görkəmli 



maarifçi,  pedaqoq,  ədəbiyyatşünas,  publisist  kimi  şöhrət 

qazanmış şəxsiyyətlərdəndir. O, 1863-cü il yanvar ayının 26-da 

Şuşada  anadan  olmuşdur.  F.  Köçərlinin  ulu  babalarından  olan 

Məhəmməd  Cavanşir  mahalının  Köçərli  kəndindən  gəlib  Şuşa 

şəhərinin şimal-qərbində yurd salmış və sonralar onun övladları 

bütün  ətrafda  Köçərlilər  kimi  tanınmışdır.  Onun  uşaqlığı 

Qarabağda keçmişdir. Firidun bəy ziyalı ailəsində böyümüşdür. 

Ona  evdə  rus  dili,  fars  dili,  hesab  fənləri  öyrədilirdi.  Şəhər 

məktəbində oxuyarkən tale onu “Vətən dili” dərsliyinin müəllifi 

Anton  Çernyayevski  ilə  görüşdürmüşdür.    Beləliklə,    Firidun 

bəy  atasının  razılığını  alıb,  Qori  Müəllimlər  Seminariyasında 

oxumağa  başlamışdır.  Seminariyanı  22  yaşında  əla  əxlaqla 

bitirən F. Köçərli İrəvan gimnaziyasına müəllim göndərilmişdir. 

Azərbaycanlı  balalara  hüsnxət  qaydalarınca  yazmağı  öyrədən 

gənc  müəllim  həm  də  dünya  ədəbiyyatından  nümunələri 

tərcümə etmiş, Azərbaycan ədəbiyyatının ayrı-ayrı problemləri 

mövzusunda bir çox məqalələr yazmışdır.  

                            I  Aparıcı:  F.  Köçərli  dünya  ədəbiyyatını  yaxşı  öyrənmişdi. 

Onda  Şərq  ədəbiyyatına,  ümumiyyətlə,  ədəbiyyata  marağın 

oyanmasında  atası  Əhməd  ağanın  böyük  rolu  olmuşdu. 

Qarabağın orta bəylərindən sayılan Əhməd ağa savadlı bir şəxs 

olub,  fars  dilini  mükəmməl  bilirdi.  Şərq  poeziyasına  xüsusi 

məhəbbəti  olduğundan  onun  dahi  sənətkarlarının  əsərlərini 

müntəzəm mütaliə edər, xüsusilə Firdovsinin “Şahnamə”sindən 

bütöv  fəsilləri  əzbər  deməklə  ədəbi  məclislərdə  öz 

həmsöhbətlərini  heyran  qoyarmış. Şərq poeziyası nümunələrini 

ilk  dəfə  atasından  eşidən  gənc  Köçərli  sonralar  bir 

ədəbiyyatşünas, tənqidçi kimi özü onları sevə-sevə, duya-duya 

mütaliə  etmişdi.  Ona  görə,  çox  təbiidir  ki,  o,  bütün  elmi 

fəaliyyətində olduğu kimi, “Azərbaycan ədəbiyyatı” əsərində də 

Şərqin  böyük  ədəbi  simaları  Firdovsi,  Sədi,  Hafiz,  Xəyyam, 

Rumi,  Cami  və  başqalarının  yaradıcılığı  ilə  ətraflı  tanış  olub, 

onlar haqqında qiymətli mülahizələr söyləmiş, türk şairi Yusif 




46 

 

Nabiyə  isə  ayrıca  oçerk  həsr  etmişdi.  F.  Köçərlini  böyüklü, 



kiçikli hamı sevir. Çünki böyük ədibimiz həm uşaqlar üçün, həm 

də  böyüklər  üçün  biri-birindən  dəyərli  əsərlər  yaratmışdır.          

F. Köçərli 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, 

hekayələri  artırmış,  metodika  və  stilistikasını  dəyişdirərək 

zənginləşdirmişdir. 

                            II Aparıcı:

 

Firidun bəy Köçərli 1895-ci ildən 1918-ci ilə qədər 



məzunu  olduğu  Qori  Müəllimlər  Seminariyasında  dərs  deyib. 

Firidun bəy Köçərli dərs deməklə yanaşı,  “Kaspi”, “Şərqi-Rus”, 

“İrşad”,  “Tərəqqi”  kimi  qəzetlərlə  əməkdaşlıq  etmiş, 

Azərbaycan  ədəbiyyatı  tarixi  mövzusunda  ciddi  axtarışlara 

başlamışdır.  Ədəbiyyat  məsələləri  ilə  yanaşı  pedaqoji 

fəaliyyətini  də  davam  etdirən  qüdrətli  şəxsiyyət  xalqın 

savadlanması naminə qüvvə və imkanlarını əsirgəmirdi. Firidun 

bəy həm də Azərbaycanın görkəmli ziyalıları ilə əlaqə saxlayır, 

görüşür, məktublaşırdı. O, xalqın savadlanması yolunda görüləsi 

işlər  barədə  həmfikirləri  ilə  düşüncələrini  bölüşürdü.  İlk 

növbədə  xalqın  savadlanması,  xalqın  sabahı  olacaq  balaların 

təlim-tərbiyəsi  onu  ciddi  maraqlandırır,  narahat  edirdi. 

Məktəblər  üçün  dərslik  lazım  idi.  Balalara  babaların  yaşadığı 

tarixi  mərhələlər,  ana  vətən  haqqında  məlumat  verən  əsərlər 

lazım idi. Böyüyən nəsil ana dilinin zənginliyinə yiyələnməli idi. 

Firidun  bəy  bu  məqsəd  naminə  folklorumuzu  toplamaq,  bir 

məcmuə nəşr etdirmək niyyətində  idi. O, çoxdan bəri material 

toplamaqdaydı. İlk folklor antologiyası olan “Balalara hədiyyə” 

bu niyyətin məhsulu kimi araya-ərsəyə gəlmişdi. Firidun bəy ilk 

folklor antologiyamızı hazırlamaqla kifayətlənməmişdi. O, həm 

də söz sənəti, el ədəbiyyatı, qələmi ədəbiyyat barədə də dəyərli 

fikirlərini  ifadə  edərək  yazırdı:  “Ədəbiyyat  iki  qisimdir:  bir 

qismi  ağızda  söylənən  nağıl,  hekayətlərdən,  cürbəcür  milli 

nəğmələrdən,  aşıq  sözlərindən,  məsəllərdən,  tapmacalardan, 

yanıltmaclardan, sayaçı sözlərindən, bayatılardan ibarətdir. Bu 

qisim  ədəbiyyata  ...  el  ədəbiyyatı  deyilir...  Hər  iki  qisim 




47 

 

ədəbiyyatın  bünövrəsi  sözdür...  Söz  olmasaydı,  əlbəttə, 



ədəbiyyat dəxi olmazdı”. 

Pıspısa  xanım:  Uşaqlar  mənə  elə  gəlir  ki,  Firidun  bəy 

Köçərlinin  “Balalara  hədiyyə”  kitabını  hamınız  oxumusunuz. 

Biz bu sevimli kitabımızı  oxuyarkən görürük ki, F. Köçərlinin 

qələmə  aldığı  nağıllarda  heyvanların  hər  birisi  insana  mənsub 

olan  bir  xasiyyəti  göstərir.  Məsələn:  çöl  heyvanlarından  aslan 

rəşadət  və  mərdliyi,  ayı  qanmazlığı,  qurd  axmaqlığı,  tülkü 

hiyləgərliyi,  dovşan  qorxaqlığı,  maral  gözəlliyi  və  s.  Ev 

heyvanlarına gəldikdə, at etibarı, it vəfanı, eşşək həmaqəti, dəvə 

şəfahəti,  öküz  inadlığı,  inək  inayəti,  qoç  igidliyi,  keçi 

hiyləbazlığı,  qoyun  bərəkəti,  quzu  yazıqlığı,  pişik  etibarsızlığı 

göstərir.  F. Köçərli bu kitabda xalqımıza mənsub olan çox gözəl 

sayaçı sözləri qələmə almışdır. İndi isə gəlin oxucuların ifasında 

sayaçı sözləri dinləyək: 

 

Uşaqlar səhnəyə daxil olurlar. 



 

I oxucu:    Səlam əleyk səy bəylər, 

      Bir-birindən yey bəylər! 

                  Saya gəldi gördünüz

      Salam verdi aldınız 

      Alnı təpəl qoç quzu 

      Sayaçıya verdiniz. 

 

II oxucu:  Siz qayadan qorxmusuz, 

      Səfa yurda qonmusuz

      Səfa olsun yurdunuz

                  Ulamasın qurdunuz. 

      Ac getsin avanınız

 

      Tox gəlsin çobanınız. 



 

III oxucu: Bu saya yaxşı saya, 

       Həm çeşməyə, həm çaya




Yüklə 463,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə