F. Köçərli adına



Yüklə 463,55 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix02.06.2018
ölçüsü463,55 Kb.
#47023
1   ...   9   10   11   12   13   14   15   16   17

52 

 

IV oxucu:   Halva-halva deməklə ağız şirin olmaz. 

        Yağ yağ ilə qaynar, yarma quru qalar. 

        Dəvəçi ilə dost olanın darvazası gen gərək. 

        Ata olmayan ata qədrini bilməz. 

        Yağışdan çıxdım, yağmura düşdüm. 

                    Ata oğula bağ qıydı, oğul ataya salxım qıymadı. 

                    Can versən, qardaşa ver, min il getsə yad olmaz. 

                    Dağ dağ ilə qovuşmaz, adam adam ilə qovuşar. 

                    Güvəndiyim alçacıq dağlar, sizə də qar yağarmış?  

           

IV oxucu :  Oğru elə bağırır, doğru küncə qısıldı. 

        Zülm ilə abad olan, ədl ilə bərbad olar. 

        Acın amanı olmaz, toxun imanı. 

        O baş sınsın ki, dost yolunda gərək olmasın.  

 

Pıspısa  xanım:  Uşaqlar  tədbirimizin  daha  maraqlı  keçməsi         

üçün  sizinlə  viktorina  keçirmək  istəyirik.  Bu  viktorinanı        

“Balalara  hədiyyə”  kitabında  verilmiş  mövzular  əsasında 

hazırlamışıq.  Bunu  etməkdə  məqsədimiz  sizin  nə  dərəcədə 

diqqətcil 

olmağınızı,  şeirləri,  məsəlləri,  yanıltmacları, 

tapmacaları, nağılları  qavrama qabiliyyətlərinizi yoxlamaqdır.  

 

Sual: Tapın görüm, meşə  ağacları hansılardır? 



Cavab:  Palıd,  qarağac,  fıstıq,  vələs,  dəmirqara,  göyrüş, 

ağcaqayın,  cökə,  şam  ağacı,  ardıc,  tus,  söyüd,  bədmüşk, 

qızılağac, qovaq, çinar və s.  

Siçan bəy: Kollar hansılardır?  

Cavab:  Qarağat,  qaragilə,  böyürtkən,  moruq,  əzgil,  zirişik, 

zoğal,  mərdəşə,  qoyungözü,  itburnu,  yasəmən,  nəstərən, 

qızılgül, tobuluğu, göyəm, qora, qızılçax və s. 

Pıspısa xanım:  Otlardan hansını tanıyırsınız? 

Cavab: Əvəlik, qoyunqulağı, quzuqulağı, qantəpər, qırxbuğum, 

sığırquyruğu, xatınbarmağı, qara ot, ayıdöşəyi, dəvədabanı, qıjı, 

xımı, pişikcırnağı, baldırğan, unnuca, südlü pencər, kiğ, cacığ, 



53 

 

gicitkən, naşır, qazayağı, cincilim, şomu, boyana, qanqal, yarpız 



və s. 

Siçan bəy:  Çiçəklərdən hansını tanıyırsınız? 

Cavab: Gülxətmi, lalə, nilufər, sarıçiçək, göyçiçək, arşınçiçək, 

qaymaqçiçəyi,  zanbaq,  nərgizgülü,  birəotu,  kəklikotu,  sumrux 

çiçəyi, huy çiçəyi, bənövşə, qərənfil və s.  

                        Pıspısa xanım: Bostan və dirrik məhsulları hansılardır? 

Cavab:  Yemiş  (qovun),  qarpız,  şamama,  xiyar,  qabaq,  səlx, 

kələm, kök, soğan, sarımsaq, turp və s.  

Göyərtilər:  Keşniş,  cəfəri,  kərəbiz,  bağdanus,  kəvər,  nanə, 

şüyüd, reyhan, mərzə, razyana, acıtərə, ispanaq. 



Siçan bəy: Bişmişlərdən  hansılarını tanıyırsınız? 

Cavab:  Aş,  bozbaş,  plov,  çilov,  dolma,  küftə,  qovurma, 

bozartma, kabab, lüləkabab, əriştə, umac, xəşil, halva, həlimaşı, 

xingəl, firni, qaysaba, dovğa, səməni. 

Pıspısa xanım:  Çörəklərdən hansını tanıyırsınız? 

Cavab:  Yuxa,  sac  çörəyi,  təndir  çörəyi,  lavaş,  sənkök,  fətir, 

şəkərçörəyi, qatlama, fəsəli, əgirdək, kətə, qoğal. 



Siçan bəy:  İçkilərdən hansını tanıyırsınız? 

Cavab:  Su,  süd,  çay,  qəhvə,  şərbət,  ayran,  körəməz,  gülməs, 

bulama və s. 

 

Pıspısa xanım: Ev heyvanları hansılardır? 

            Cavab:  At,  eşşək,  qatır,  dəvə,  inək,  öküz,  camış,  kəl,  qoyun, 

keçi, it, pişik və s. 

Siçan bəy:  Əti yeyilən  quşlar hansılardır? 

Cavab: Kəklik, turac, qırqovul, çil, bildirçin, ördək, qaz və s.  

Pıspısa xanım:  Ət  yeyən  quşlar  hansılardır? 

Cavab: Tərlan, qızılquş, qaraquş, qırğı, sar, çalağan, quzğun. 

Siçan bəy:  Oxuyan quşlar hansılardır? 

Cavab: Bülbül, bildirçin, sığırçın, qaratoyuq, torağay, alacəhrə,  

qumru və s. 

Pıspısa xanım: Gecə uçan quşlar hansılardır? 

Cavab: Bayquş, yapalaq, yarasa. 



54 

 

Sualların  cavabını  tapan  oxuculara  kitabxananın  müdiriyyəti 



tərəfindən bir-birindən maraqlı hədiyyələr verilir. 

 

I  Aparıcı:    Firidun  bəy  Köçərli  “Balalara 

hədiyyə” kitabı üçün belə söyləmişdir: “Bu 

məcmuəni hər kəs oxusa – böyük, ya kiçik 

–  onun  qəlbi  açılıb  xəndan  olacaqdır. 

Balalar şad olacaq bu səbəbə ki, onda dərc 

olunan 


əsərlərin 

cümləsi 


onların 

dünyasındandır”.  Azərbaycan  ədəbiyyatı 

kitabının müəllifi        F. Köçərli öz xalqının 

bəşər  mədəniyyəti  xəzinəsinə  verdiyi 

inciləri 

də 


sərraf 

kimi 


tapıb 

qiymətləndirməyi  bacarır,  Azərbaycan  ədəbiyyatının  böyük 

ideallarla, sağlam və yüksək hisslərlə zəngin olduğunu iftixarla 

təhlil  və  sübut  edirdi.  Bu  məqsədlə  F.  Köçərli  Azərbaycan 

klassiklərindən M. V. Vidadi, M. P. V aqif, A. Bakıxanov, M. F. 

Axundzadə,  S. Ə. Şirvani,  N. Vəzirov, Q. Zakir, M. Ə. Sabir, 

C.  Məmmədquluzadəni  misal  gətirir,  onlardan  çoxunun 

yaradıcılığını  və  ədəbi  irsini  geniş  təhlildən  keçirirdi.  O, 

Azərbaycan  ədəbiyyatında  yaranan  realist  ədəbi  cərəyanın 

özünəməxsus  xüsusiyyətlərini,  inkişaf  yolunu  və  ideya 

istiqamətlərini də məharətlə üzə çıxarırdı. 

 

II  Aparıcı:  F.  Köçərli  ədəbiyyatın  xəlqiliyini  hər  hansı  bir 

yazıçının  xalq  həyatı  ilə,  ictimai  varlıqla  münasibətlərinin 

mütərəqqi mahiyyətində görürdü. Yazıçının öz mənsub olduğu 

xalqın  mənəvi  aləmi  ilə  sıx  bağlı  olmasını  F.  Köçərli  bu  işdə 

həlledici şərt sayırdı. O, deyirdi: “Yazıçı və ya şair nə qədər öz 

millətinə yaxın olsa, milliyyət qanı  onun damarlarında nə qədər 

artıq  cərəyan  etsə,  onun  əsərlərində  milliyyət  nişanəsi  artıq 

görünəcəkdir”.   

I Aparıcı: “Azərbaycan ədəbiyyatın”da  F. Köçərli ictimai və 

mədəni  tərəqqi  uğrunda  qələm  çalan,    yaxşını-yaxşı,  pisi-pis 




Yüklə 463,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə