F. Köçərli adına



Yüklə 463,55 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix02.06.2018
ölçüsü463,55 Kb.
#47023
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

31 

 

III  gün  –  Lisey  şagirdlərinin  görkəmli  ədəbiyyatşünas 



Firidun  bəy  Köçərli  haqqında  hazırladıqları  məruzələr 

tədbir iştirakçıları tərəfindən dinlənilir. Yaxşı məzmunu ilə 

fərqlənən 

məruzə 

kitabxana 

rəhbərliyi 

tərəfindən 

mükafatlandırılır. II hissədə  – Firidun bəy Köçərlinin həyat 

və  yaradıcılığı,  əsərləri  haqqında  sual-cavab  və  sorğu 

keçirilir. 

 

Suallar:   



 

1. Firidun bəy Köçərli neçənci ildə anadan olmuşdur? 

                        Cavab: Firidun bəy Köçərli 1863-cü il yanvarın 26-da Şuşa 

şəhərində anadan olmuşdur. 

 

2. Firidun bəy Köçərli ilk təhsilini harada almışdır? 

                        Cavab: Firidun bəy Köçərli Mirzə Kərim Münşizadənin ibtidai 

məktəbini  bitirdikdən  sonra  Qori  müəllimlər  seminariyasında 

təhsilini davam etdirmişdir. 

 

3. Firidun bəy Köçərlinin  hansı əsərlərini tanıyırsınız? 



                        Cavab:  “Azərbayacan  tatarlarının  ədəbiyyatı”,  “Azərbaycan 

türk ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatı tarixi materialları”, 

                        “Balalara hədiyyə” və s. 

 

4.  Firidun  bəy  Köçərli  bir  tərcüməçi  kimi  nə  kimi  işlər 

görmüşdür? 

Cavab:  “Təlimi  Sokrat”  kitabını,  klassik  rus  və  gürcü 

ədəbiyyatından  nümunələri  Azərbaycan  dilinə,  Mirzə  Fətəli       

Axundovun  “Aldanmış  kəvakib”  povestini  rus  dilinə  tərcümə 

etmişdir. 

 

 

 



32 

 

5.  Firidun  bəy  Köçərlinin  “Balalara  hədiyyə”  kitabının 

mahiyyəti haqqında nə söyləyə bilərsiniz?  

Cavab:

 

Balalara  hədiyyə”  kitabındakı  nağıl  və  hekayələr 



azərbaycanlıların  ata-babadan  qalma  düzgü  və  tapmacaları,  

misal  və  nəğmələri  bizlərə  keçmişimizi  xatırladır  və  içimizdə 

milli bir duyğu oyandırır. 

 

6.  Firidun  bəy  Köçərli  folklor  sahəsində  nə  kimi  işlər 

görmüşdür? 

Cavab:  Firidun  bəy  Köçərli  Azərbaycan  folklorşünaslığında 

xüsusi  xidmətləri  olan  şəxsiyyətlərdəndir.  O,  şifahi  xalq 

ədəbiyyatının toplanıb nəşr olunmasına nail olmuşdu. 

 

7. F. Köçərlinin yazdığı müdrik fikirlərdən hansını bilirsiniz? 

Cavab:  a.  Əgər  bir  xalqı  məhv  etmək,  onu  adam  toplusuna 

çevirmək  istəyirsənsə,  müəllimini  savadsız,  həkimini  isə 

kəmsavad eləyin.  

b.  Hər  millətin  özünəməxsus  ana  dili  var  ki,  onun  məxsusi 

malıdır.  Ana  dili  millətin  mənəvi  diriliyidir,  həyatının  mayəsi 

mənziləsindəndir.  Ananın  südü  bədənin  mayəsi  olduğu  kimi, 

ananın  dili  də  ruhun  qidasıdır,  hər  kəs  öz  anasını  və  vətənini 

sevdiyi kimi ana dilini də sevir və sevməlidir. 

 

8. F. Köçərli hansı ölkələrin ədəbiyyatları ilə işləmişdir? 

Cavab: Müəllimimiz Firidun bəy Köçərlinin Azərbaycan, Şərq, 

Rus  və  Avropa  ədəbiyyatından  çox  geniş  məlumatı  vardı. 

Xüsusən    Azərbaycan    xalq    şeirini    və    bu    üslubda    yazan           

M. P. Vaqif, M. V. Vidadi, Q. Zakir kimi şairlərin yaradıcılığını  

yaxşı bilir və hər addımda onları bizə sevdirirdi. 

 

9.  Firidun  bəy  Köçərlinin  yazdığı  “Azərbaycan  ədəbiyyatı” 

haqqında nə məlumatınız var?  

 



33 

 

                       Cavab:  Firidun  bəy  Köçərli  Azərbaycan  ədəbiyyatşünaslığı 

tarixində  ilk  dəfə  olaraq  ədib  və  şairlərimizin  böyük 

əksəriyyətini  əhatə    edən  ədəbiyyat  tarixini  yazmışdır.  Bu  

əsərdə  129  şairin  ədəbi  irsi  və  onlardan  böyük  bir  qisminin 

tərcümeyi-halı  verilmiş,  əsərləri  haqqında  orijinal  fikirlər 

söyləmişdir.  “Azərbaycan  ədəbiyyatı”  təkcə  F.  Köçərlinin 

yaradıcılığında  deyil,  Azərbaycan  ədəbiyyatşünaslıq  elminin 

tarixində misilsiz yer tutur. 

 

10.  Firidun  bəy  Köçərli  neçənci  ildə  və  harda  vəfat  etmişdir? 



Cavab: Firidun bəy Köçərli Sovet hakimiyyətinin ilk aylarında 

repressiyaya məruz qalmışdır. 1920-ci il iyunun 2-də Gəncədə 

həbs olunmuş, həmin ayın 21-də güllələnmişdir. Ona sonradan 

bəraət verilmişdir. 

 

                       Sorğu 

 

1. Firidun bəy Köçərlini tanıyırsınızmı? 

 Bəli 

 Xeyr  


 

2.  Firidun  bəy  Köçərli  Azərbaycan  xalqı  üçün  nə  kimi  işlər 

görmüşdür? 

_________________________________________________ 

 

3. Firidun bəy Köçərlinin harada anadan olduğunu bilirsinizmi? 



 Bəli  

 Xeyr 


4.  Firidun  bəy  Köçərlinin  qələmə  aldığı  kitabların  adını  qeyd 

edin. 


_________________________________________________ 

 



34 

 

5. “Balalara hədiyyə” kitabında olan atalar sözləri, tapmacalar, 



sayaçı sözlərdən hansını bilirsiniz? 

_________________________________________________ 

 

6. Firidun bəy Köçərlini nəyə görə “İlk folklor antologiyasının 



banisi” adlandırırlar? 

_________________________________________________ 



 

7. Firidun bəy Köçərlinin adını daşıyan hansı mədəniyyət ocağı 

var? 

_________________________________________________ 



 

8. Hansı rayonda uşaq evinin yaradıcısı olub? 

_________________________________________________ 

 

9. Firidun bəy Köçərlinin ölümünə səbəb nə olub? 



_________________________________________________ 

 

10. “Qoridən gələn qatar” kitabının müəllifi kimdir və bu kitab 



kimə həsr  olunmuşdur?  

_________________________________________________ 

 

11.  Firidun  bəy  Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası 



neçənci ildən fəaliyyət göstərir?  

_________________________________________________ 

 

12.  Qori  Seminariyasının  Azərbaycan  şöbəsi  F.  Köçərlinin 



təşəbbüsü ilə  Azərbaycanın hansı bölgəsində açılmışdır? 

_________________________________________________ 

 

13.  Firidun  bəy  Köçərlini  nə  üçün  M.  F.  Axundzadənin 



maarifçilik ənənələrinin fəal təbliğatçısı və yorulmaz davamçısı 

adlandırırlar? 

_________________________________________________ 



Yüklə 463,55 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə