F. Köçərli adına



Yüklə 463,55 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix02.06.2018
ölçüsü463,55 Kb.
#47023
1   2   3   4   5   6   7   8   9   ...   17

18 

 

    Firidun  bəy  Köçərlinin  ədəbiyyat  tədqiqatı  Azərbaycan 



ədəbiyyatşünaslığı    üçün    çox    qiymətli    və  tarixi  xidmətdir. 

Onun  sayəsində    qədim    dövrün    bir    çox  şairləri    və    əsərləri  

meydana çıxarılıb  xalqa  tanıdılmışdır. Onun  əsərləri  uzun  illər 

qədim  ədəbiyyat    tarixçiləri  üçün  mənbə  və  vəsait  olmuşdur.  

Köçərlinin  əsərləri  yalnız  ədəbiyyatı  öyrənmək  deyil,  həm  də 

qiymətləndirmək təşəbbüsünü irəli sürən əsər idi. 

                                       Mir Cəlal Paşayev

yazıçı 

 

     Firidun  bəy  Köçərli  ədəbiyyat  tarixi  yaratmaq  işinə  son 

dərəcə  ciddi  yanaşmış,  onun  bir  sıra  prinsiplərini  doğru  dərk 

etmişdi. Odur ki, “Azərbaycan türklərinin  ədəbiyyatı” kitabını 

“material” hesab edənlər, onun elmi mahiyyət daşımağını iddia 

edənlər  ciddi  səhv  edirlər.  Köçərli  təzkirəçiliyin  çərçivəsini 

dağıdıb,  ədəbiyyat  tarixinin  tədqiqinə  yeni  bir  istiqamət 

vermişdir. Firidun bəy Köçərli  M. F. Axundovdan sonra ədəbi 

tənqid  və  ədəbiyyat  tarixi  sahəsində  fəaliyyət  göstərən  ən 

görkəmli şəxsiyyətdir.  

                                                           Kamal Talıbzadə, 

                                                                    akademik 

 

    Firidun  bəy  Köçərli  ən  müqtədir,  ən  sevgili  ədiblərimizdən 

biridir.  Bu  şəxs  ədəbiyyat  tariximizi  yazmaqla  bütün 

keçmişimizi diriltdi. Şairlərimizin ülvi ruhlarını canlandırdı və 

həyati  –  fikriyyəmizi  təbii  yoluna  saldı.  Ədəbiyyatımızı 

müntəzəm  bir  şəklə  salmaq  və  ümumən  tanıtmaq  əhəmiyyətli 

məsələlərdəndir.  Bu  yolda  iyirmi  ildən  bəri  çalışması  ilə  və 

ədəbiyyatımızı  nizama  salması  ilə  məşhur  olan  şəxsiyyət    – 

Firidun bəy Köçərlidir. 

                                            Y. V. Çəmənzəminli, 

  ədəbiyyatşünas, yazıçı 

 

 



19 

 

    Firidun  bəy  yazıçı  idi,  dəyərli  bir  qələm  sahibi  idi.  Onun 



qələminə yalnız türklər deyil, ruslar, gürcülər belə böyük hörmət 

göstərirdilər.  



                                                           Fərhad Ağazadə

                                                           tarixçi, publisist 

 

  Firidun  bəy  Köçərli  məşhur  ədəbiyyat  tarixçisidir.  Bütün 

məşhur ədəbiyyat tarixçiləri kimi, o da ədəbiyyat tarixinin məhz 

şifahi xalq yaradıcılığından başlandığını çox yaxşı bilirdi. 

Paşa Əfəndiyev

Əməkdar elm xadimi 

 

    Firidun  bəy  Köçərli  Azərbaycan  ədəbiyyatı  tarixinin 

öyrənilməsi  sahəsində  böyük  iş  görmüşdür.  Onun  bu  sahədə 

yaratdığı  əsər  ədəbiyyat  tarixinin  yaradılması  yolunda  atılan 

əhəmiyyətli bir addım idi. 

                                      Şıxəli Qurbanov, 



yazıçı, dramaturq 

                                             

    Firidun  bəy  Köçərli  böyük  pedaqoqdur.  Qori  müəllimlər 

seminariyasının  Azərbaycan  şöbəsini  Qazaxa  köçürməklə 

xalqımızın  maariflənməsində  əvəzolunmaz  əməyi  olan 

şəxsiyyətdir.  Firidun  bəy  sadəcə  praktik  müəllim  deyildi.  O, 

tədqiqatçı  –  alim,  ədəbiyyatşünas,  nəzəriyyəçi  –  pedaqoq  və 

yüksək mədəniyyətli humanist, ziyalı idi. 

                                          Əhməd Seyidov, 



pedaqogika elmləri doktoru 

 

    Firidun  bəy  Köçərli  Azərbaycan  ədəbiyyatı  tarixini  dirildən 

bir şəxsiyyətdir. 

                                                             Eynəli Sultanov, 



yazıçı, şair, ictimai xadim 

 


20 

 

    “Türk  yurdunun  ən  şiddətli  ehtiyacı  məktəb  və  maarifdir. 



Hakim bir millətin məhkum düşməsi, məhkum bir millətin yox 

olması məktəbsizlikdən irəli gəlir”. Bu çətin illərdə, 1886-ci ildə 

F. Köçərli Azərbaycan teatrının əsasını qoymuş bir şəxsiyyətdir. 

İsmayıl bəy Qaspralı, 

“Tərcüman”qəzetinin baş redaktoru 

 

    Firidun  bəy  Köçərlinin  qələmə  aldığı  “Balalara  hədiyyə” 

kitabından vətən qoxusu, dağların ətri, köçərilərin tüstüsü gəlir.  

                                                                     Əli Sultanlı 



                                                 ədəbiyyatşünas, pedaqoq 

 

   Firidun bəyin arxivi XX əsr ictimai həyatımızın güzgüsüdür. 

                                                                        Əziz Şərif 

Professor 

 

 

 

 

 



21 

 

“Köçərlinin yaradıcılıq  həftəsi”nin ssenarisini təqdim edirik: 

 

Köçərlinin yaradıcılıq həftəsi  

I  gün  –  Oxucuların  görkəmli  ədəbiyyatşünas  Firidun  bəy 

Köçərli 

haqqında  hazırladıqları 

məruzələr 

tədbir 

iştirakçıları  tərəfindən  dinlənilir.  Yaxşı  məzmunu  ilə 

fərqlənən 

məruzə 

kitabxana 

rəhbərliyi 

tərəfindən 

mükafatlandırılır.  II  hissədə  aşağı  sinif  şagirdlərinin 

“Balalara  hədiyyə”  kitabında  olan  nağıllara  və  təmsillərə 

hazırladıqları  səhərciklər təqdim olunur. 

     Kitabxananın  girişi  və  oxu  zalı  bayram  münasibətilə 

bəzədilir.  Divarlardan  şarlar,  əlvan  rəngli  bayraqlar  asılır,            

F.  Köçərliyə  həsr  olunmuş    kitab  sərgiləri  təşkil  edilir.  Tədbir 

iştirakçıları  üçün  səhnə  düzəldilir.  Səhnənin  baş  tərəfində            

F.  Köçərlinin  şəkli  asılır,  digər  tərəfində  F.  Köçərlinin  nağıl 

qəhrəmanları  öz  geyimlərində  otururlar.  Kitabxanaçı  bayramı 

açıq  elan  edir,  F.  Köçərlinin  həyat  və  yaradıcılığı  haqqında 

tədbir  iştirakçılarına  ətraflı    məlumat  verir.

 

Sonra  kitabxanaçı 



nağıl  qəhrəmanlarını  uşaqlara  təqdim  edir  və  kiçik  yaşlı 

oxucuların  iştirakı  ilə  F.  Köçərlinin  “Qarı  və  buz”,  “Pıspısa 

xanım və Siçan bəy” nağılı, “Eşşək və dəvə”, “Darı və buğda” 

təmsili əsasında səhərciklər keçirilir. Səhərcikləri təqdim edirik: 



Səhnə dekorasiyalarla bəzədilir. Kitabxanaçı təmsildə olan hər 

bir obrazın əlcək kuklasını əlində tutaraq təmsili söyləyir. 

Bir gün bir qarı inəyini apardı suvarmağa. İnəyin ayağı buzun 

üstündən sürüşüb yıxıldı və qıçı sındı. Onda qarı buza dedi: 

Qarı: A buz, sən nə güclüsən? 

Buz: Əgər mən güclü olsaydım, gün məni əritməzdi. 

Qarı: A gün, sən nə güclüsən? 

Gün: Əgər mən güclü olsaydım, bulud qabağımı kəsməzdi. 

Qarı:  A bulud, sən nə güclüsən? 

Bulud: Mən güclü olsaydım,  yağış məndən yağmazdı! 

Qarı: A yağış, sən nə güclüsən? 

Yağış: Əgər mən güclü olsaydım, ot məndən bitməzdi. 



Yüklə 463,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə