F. Köçərli adına



Yüklə 463,55 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix02.06.2018
ölçüsü463,55 Kb.
#47023
1   2   3   4   5   6   7   8   9   ...   17

11 

 

hadisələrini  diqqətlə  izləyən  Firidun  bəy  Köçərli  ədəbiyyatda  



xəlqiliyin    və  demokratik  meyllərin  inkişaf  etdirilməsi  üçün 

ciddi səy göstərmiş, realizmin yorulmaz təbliğatçısı  olmuşdur.  

Onun  C.  Məmədquluzadə,    M.  Ə.  Sabir,  Ə.  Haqverdiyev,            

N. Nərimanov kimi sənətkarların əsərləri və “Molla Nəsrəddin” 

jurnalı  haqqında  söyədiyi  fikirlər  tədqiqat  nöqteyi-nəzərindən 

çox  qiymətli  və  maraqlıdır.  Firidun  bəy  Köçərli  Azərbaycan 

ədəbiyyatşünaslığı  tarixində  ilk  dəfə  olaraq  XX  əsrə  qədərki 

ədib  və  şairlərin  böyük  əksəriyyətini  əhatə  edən  ədəbiyyat 

tarixini  yazmağa  təşəbbüs  göstərmişdir.  “Materiallar”  da  yüz  

iyirmi  doqquz  şairin ədəbi irsi və onlardan böyük bir qisminin 

ilk dəfə olaraq tərcümeyi-halı verilmiş, əsərləri haqqında orijinal 

fikirlər  söylənmişdir.  Firidun  bəy  Köçərlinin  ədəbiyyatımızın 

M.  Füzuli, S. Ə. Şirvani, M. P. Vaqif, M. F. Axundov, Q. Zakir 

kimi görkəmli simalarının yaradıcılığına həsr edilmiş tədqiqatı 

onun  Azərbaycan  ədəbiyyatına  çox  gözəl  aşina  olduğunu 

göstərir.  Azərbaycan  şairlərinin  tərcümeyi-hallarına  dair  ilk 

geniş məlumat, ədəbiyyatımızın və mədəniyyətimizin fəxri olan 

böyük  M.  F.  Axundzadə  haqqında  birinci  kitab  Firidun  bəy 

Köçərli  qələminin  məhsuludur.  Firidun  bəy  Köçərlinin  həm 

tənqidi məqalələrində, həm də tədqiqatçılıq fəaliyyətində bariz 

şəkildə nəzərə çarpan xüsusiyyətlərdən biri və demək olar ki, ən 

başlıcası  onun  müasirlik  probleminin  ön  plana  çəkməsidir. 

Məşhur yazıçı-alim Mir Cəlal Paşayev onun xidmətlərini nəzərə 

alaraq  demişdir  ki,  bir  institutun  görə  bilmədiyi  işi  F.  Köçərli 

təkbaşına  görmüşdür.  Bu  görkəmli  maarifçi  iyirmi  ildən  çox 

Qoridə,  on  il  İrəvan  gimnaziyasında,  iki  ilə  yaxın  Qazax 

seminariyasında  azərbaycanlı  gənclərin  təlim-tərbiyəsi  ilə 

məşğul  olmuş  və  “Azərbaycan  ədəbiyyatı”  kimi  çox  sanballı 

elmi  əsər  yazmışdır.  Firidun  bəy  Köçərlinin  dilə  dair 

görüşlərində  mətbuat  dili  məsələləri  də  mühüm  yer  tuturdu. 

Ümumiyyətlə,  ədəbi-bədii  dildə  olduğu  kimi,  burada  da  onun 

ardıcılıqla  müdafiə  və  təbliğ  etdiyi  fikir  mətbuatın  xalq  dilinə 

yaxın, aydın, sadə, anlaşıqlı bir dildə olması tələbi idi. F. Köçərli 



12 

 

müasir ziyalılara və tələbələrinə Azərbaycan dilini yaxşı bilmək, 



bu  dilin   canlı   üslubunda  yazıb  yaratmaq  üçün  M. P. Vaqif,  

M. V. Vidadi, H. Zərdabi, S. Ə. Şirvani, A. Bakıxanov, Q. Zakir, 

M. F. Axundzadə kimi yazıçıların əsərlərini oxuyub öyrənməyi 

məsləhət görürdü. O qeyd edirdi ki, “Vaqifin adını eşitməyən və 

şənində  söylənən  “Hər  oxuyan  Molla  Pənah  Vaqif  olmaz” 

məsəlini  bilməyən  yoxdur.  Vaqifi  belə  şöhrətləndirən,  əlbəttə, 

onun rəvan təbii, mövzun kəlamı və gözəl qafiyələri olubdur”, 

şairin əsərləri indi də dillər əzbəridir. Klassiklərin məziyyətini  

onların dilə ehtiram və məhəbbətində,  söz  ustaları  olmalarında 

görən alim göstərirdi  ki,  “böyük  ədiblərin  yazısı  həmişə   açıq  

və  sadə  olur”.  Firidun  bəy  Köçərlinin  fikrincə,  Mirzə  Fətəli 

Axundzadənin,  Qasım  bəy  Zakirin,  Həsən  bəy  Məlikzadənin 

asari-qələmiyyələri  bizim  bu  qövlümüzə  şahiddir.  Rus 

ədəbiyyatını həm bir müəllim, həm tənqidçi, həm də tərcüməçi 

kimi öyrənib təbliğ edən Firidun bəy Köçərlinin A.S. Puşkindən 

“Torçu  və  balıq”,  M.Lermantovdan  “Üç  xurma  ağacı”,                 

A.P. Çexovdan “At familiyası” kimi tərcümə əsərlərini         ədəbi 

ictimaiyyət rəğbətlə qarşılamışdı. Bu tərcümələr ədəbiyyatımızı 

ideya  cəhətdən  daha  da  zənginləşdirmişdir.  Onun  M.F. 

Axundzadənin  “Aldanmış  kəvakib”  povestini  rus  dilinə 

çevirməsi  də  çox  yaxşı  bir  təşəbbüs  idi.  Rus  ədəbiyyatının 

Azərbaycanda  yayılması  və  təbliğində  Firidun  bəy  Köçərli  bir 

çox  müasirlərindən  öz  işinin  ardıcıllığı  ilə  seçilirdi.  Beləliklə, 

görkəmli  ədəbiyyatşünas  alim,  tənqidçi  və  maarif  xadimi 

Firidun  bəy  Köçərlinin  elmi  fəaliyyəti  Azərbaycan  tarixinin 

qiymətli  səhifələrindən,  onun  “Azərbaycan  ədəbiyyatı” 

monoqrafiyası  isə  milli ədəbiyyatşünaslığın  yeni  istiqamətində 

inkişafında  böyük  rol  oynayan  və  özünün  saysız-hesabsız 

müsbət,  mütərəqqi  cəhətləri  ilə  bu  gün  də  əhəmiyyətini, 

təravətini itirməyən əsərlərdən biridir. Bəli, F. Köçərli sözü ilə 

işi düz gələn şəxsiyyətdir. Firidun bəy Köçərliyə görə, kamil şair 

və ağıllı ədib həqiqətdə o  şair və o ədibdir ki, “öz millətinin dili 

ilə danışa, ürəyi ilə, hissi və ağlı ilə fikir edə. Çünki milləti haqq 



13 

 

və savaba irşad edən, şöhrət və hörmətə yetirən onlardır”. Çox 



təəssüflər  olsun  ki,  1920-ci  ildə  Azərbaycan    Demokratik 

Cümhuriyyəti  bolşevik-daşnaq  qüvvələri  tərəfindən  süquta 

uğradılandan  sonra  başlanan  faciə  və  məqsədli  terror 

qurbanlarından biri Firidun bəy Köçərli olmuşdur. O, Gəncədə 

heç  bir  əsas  olmadan  güllələnmişdir.  Bu  hadisəni  xalq  şairi 

Mirvarid  Dilbazi  şeir  dili  ilə  oxucusuna  aşağıdakı  şəkildə 

çatdırır: 

                     Başına tuşlanan düşmən xəncəri 

                     Xalqının qəlbinə tuşlandı sənin. 

                     Bu müdhiş ölümün acı xəbəri 

                     Sağalmaz dərdidir bizim vətənin. 

 

                     Sinəmiz ocaqdır, sönmür məşəli, 



                     Yandıqca gur yanıb, yandırır bizi. 

                     O xəncər vuranın qurusun əli! 

                     İllər var göynədir ürəyimizi... 

 

                     O müqəddəs qanın tökülən yerə 



                     Ruhlar hər zaman səcdəyə gəlir... 

                     Dözməyib şair də bu bəd xəbərə

                     Gündə neçə dəfə dirilir, ölür. 

    Xalqımız  böyük  mütəffəkirimiz  Firidun  bəy  Köçərlini  heç 

vaxt unutmayacaq.      

 

 



 

 

 

 


Yüklə 463,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə