F. Köçərli adına



Yüklə 463,55 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix02.06.2018
ölçüsü463,55 Kb.
#47023
1   2   3   4   5   6   7   8   9   ...   17

 

ədəbiyyatın itib-batmaması  və   unudulmaması   üçün  qorumağı  



vacib  hesab etmişdir. Bunun üçün böyük maarifçi-pedaqoq və 

ədəbiyyatşünas  toplayıcılıq  işinə  başlamış,  Aşıq  Valehin 

şeirlərinin,  o  cümlədən  onun  məşhur    vücudnaməsinin,  xalq 

bayatılarının,  uşaq  folkloru  incilərinin  bir  qismini  dövri 

mətbuatda çap etdirmişdir.  

     Şifahi xalq ədəbiyyatının növ və janr zənginliyini aşkarlayan 

görkəmli  ədəbiyyatşünas  alim  qeyd  edib  ki,  keçmişdə  şan  və 

qüvvət sahibi olan türk milləti öz məişətinə, ayin və adətinə dair 

yaratdığı  nağıl  və  hekayələr,  gözəl  mənzumələr,  hikmətamiz 

məsəllər,  atalar  sözləri,  nazik  mənalı  müəmma  və  tapmacalar, 

körpələrin  qəlbini  açan  düzgülər  və  yanıltmaclar,  heyvanat 

qisminə  məxsus  sayaçı  sözləri  unudulmaqdadır.  Böyük 

maarifpərvər  bu  unudulmaq  təhlükəsini  duyaraq  folklorumuzu 

toplamağa  başlamışdı.  O  dövrlərdə  məktəblərdə  çalışan 

soydaşlarına yazdığı məktublarda toxunduğu məsələyə bir daha 

qayıdaraq  göstərirdi:  “O  millət  ki,  öz  tarixini,  dolanacağını, 

vətənini  və  dilini  sevir  –  bu  qisim  əsərləri  kəmali  şövq  və 

diqqətlə    cəm    edib    sərmayə    kimi    saxlayır  və  uşaqların  ilk 

təlim-tərbiyəsini onları öyrətməklə başlayır”.  

    Firidun  bəy  Köçərli  gənc  nəsli  düzgün  tərbiyə  etmək,  onda 

vətənə,  xalqa,  ana  dilinə  məhəbbət  duyğuları  oyatmaq  üçün 

uşaqları hələ kiçik yaşlarından şifahi ədəbiyyat nümunələri ilə 

tanış etməyi ilkin tərbiyə üsullarından sayır və bunu valideynlərə 

məsləhət  görürdü. Heç təsadüfü deyil ki,  o çap etdirdiyi  şifahi 

xalq  ədəbiyyatı  nümunələri  kitabına  bu  baxımdan  çox  mənalı 

olan “Balalara hədiyyə” adı vermişdir. 

    Firidun  bəy  Köçərli  1908-ci  ildə  “Balalara  hədiyyə” 

kitabçasını çap etdirir. Bu əsərlər minlərlə oxucular tərəfindən 

rəğbətlə  qarşılanır.  “Balalara  hədiyyə”  haqqında  Əli  Sultanov 

yazırdı ki, “bu kitabdan vətən qoxusu, dağların ətri, köçərilərin 

tüstüsü  gəlir”.  Kazımoğluya  görə,  “bu  kitabdakı  nağıl  və 

hekayələr  azərbaycanlıların  ata-babadan  qalma  düzgü  və 

tapmacaları,  misal  və  nəğmələri  bizi  keçmişimizlə  aşina  edir, 



 

bizi  kəndimizə  tanıtdırır  və  keçmişimizə  qarşı  bizdə  milli  bir 



duyğu oyandırır”. 

    Abdulla  Şaiq belə hesab edirdi ki, “Bizim el ədəbiyyatımız     

o  qədər    vüsətlidir    ki,    onu    yazmaqla    qurtaracaq    şeylərdən  

deyil.    Millətimizin      istedad    və    məharəti  –  fitrilərinə    və   

əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm Firidun bəy 

Köçərlinin  “Balalara  hədiyyə”  kitabçasından  istifadə  edə 

bilərlər.  O,  camaatımızın  arasındakı  nağıl,  məsəl,  tapmaca  və 

şeirləri  bir  yerə  toplamaqla  körpələrimizə  böyük  hədiyyə 

etmişdir. Böyük adamların ürəklərinin açılmasına isə səbəb bu 

olacaqdır  ki,  onlar  mütaliə  əsnasında  öz  uşaqlıq  vaxtlarını 

ixtiyarsız  xatırlarına  gətirəcəklər.  Bu  isə  qəlbi  şad  etmək 

özlüyündə  bir  xidmətdir.”  Xalq  qarşısında  tarixi  xidmətinin 

ifadəsi  olan  “Balalara  hədiyyə”  1912-ci  ildə  Orucov 

qardaşlarının mətbəəsində çapdan buraxılmışdı. Kitab əldən-ələ 

gəzirdi. Firidun bəy Köçərli şifahi ədəbiyyatın tədrisinin təlimi, 

tərbiyəvi  əhəmiyyəti,  el  ədəbiyyatının  bədii-estetik  dəyəri 

barədə  çox gözəl fikirlər söyləmişdir. O, ağızda söylənən nağıl,  

hekayətlərdən,  cürbəcür  milli  nəğmələrdən, aşıq sözlərindən, 

məsəllərdən, tapmacalardan, yanıltmaclardan, ağıcı sözlərindən, 

bayatılardan  ibarət  olan  el  ədəbiyyatını  cəmləşdirib  çapa 

verməyi,  itib-batmaqdan  qorumağı  müasiri  olan  ziyalıların 

başlıca vəzifəsi sayırdı. Deməli, Firidun bəy Köçərli ədəbiyyatın 

öyrədilməsində  məhz  folklor  materialları  ilə  başlamağı  zəruri 

hesab  edirdi.  Bu  təbii  idi,  çünki  folklor  söz  sənətinin 

başlanğıcıdır,  şagirdlər  bunlarla  hələ  ailədə  ikən  tanış  olur, 

məişətdə daim eşidirlər. Tarixi keçmişini, dilini, vətənini sevən 

inkişaf  etmiş  millətlər  öz  şifahi  xalq  ədəbiyyatı  nümunələrini 

qiymətli sərmayə kimi saxlayırlar.  

    Atalar sözləri və məsəllərin xalqın tarixi təcrübəsi və həyatı 

ilə  bağlı  yarandığını  qeyd  edən  ədəbiyyatşünas  nağılların 

çoxunun  şadlıq  ilə  qurtardığını,  qəhrəmanların  bəla  və 

müsibətlərə  düçar  olduqlarını,  ağ  div  və  əjdahalarla 

qarışılaşdıqlarını  göstərib,  epik  folklor  nümunələrinin 



10 

 

poetikasına  yığcam  şəkildə  toxunmuşdu.  Uşaq  ədəbiyyatı 



böyüməkdə  olan  nəslin  tərbiyəsində  böyük  əhəmiyyətə 

malikdir. Balacaları vətənpərvərlik, humanizm, düşmənə nifrət, 

beynəlmiləlçilik  ruhunda  tərbiyə  etmək  üçün  yüksək  səviyyəli 

uşaq  əsərlərinin  yazılmasına  həmişə  böyük  ehtiyac  olub. 

Uşaqları  elm  öyrənməyə,  məktəbə  getməyə  həvəsləndirmək 

işində Firidun bəy Köçərlinin böyük xidmətləri var. Firidun bəy  

Köçərlinin  “Balalara  hədiyyə”  kitabından  “Oğlum”  şeiri  buna 

misaldır. 

                             Ay afərin gül oğlum

                             Gül oğlum, sünbül oğlum. 

                             Oğlum, oğlum, naz oğlum

                             Dərsindən qalmaz oğlum. 

                             Qələmini al ələ

                             Yaxşı-yaxşı yaz, oğlum. 

                             Oğlum gedər məktəbə

                             Oxur, çatar mətləbə. 

                             Dərsin oxur rəvanlar

                             Nə oxuyubdur, danışar...  

     

Firidun  bəy  Köçərlinin  bu  şeiri  yazmaqda  məqsədi  nəsihət 



verici  sözləri  ilə  küçədə  qaçmaq,  uşaqlarla  savaşmaq, 

heyvanlara daş atmaq, quşları incitmək kimi əməlləri etməməyi 

şirin  bir  dildə  balaca  oxucusuna  çatdırmaqdır.  Uşaqlar  üçün 

yazılan  əsərlərdə  müasir  dövrün  nəbzi  tutulmalı,  coşqun  və 

qaynar  həyatımız  öz  bədii  inikasını  tapmalıdır.  Bu  uşaq  

yazıçılarını  düşündürən  aktual  problemdir.  Firidun  bəy 

Köçərlinin folklorşünaslıq baxımından maraq doğuran fikirləri 

arasında  nağıllarda  heyvanat  qisminin  insana  mənsub  olan 

xasiyyətlərini ümumiləşdirib dəqiq səciyyələndirməsidir. 

    “Balalara  hədiyyə”  kitabı  Azərbaycan  folklorunun  ilk 

antologiyası  idi.  Bu  kitab  indi  də  uşaqlar  üçün  maraqlıdır, 

əzizdir.  “Balalara  hədiyyə”  uşaqların  fikrini  aydınlaşdıran, 

xəyalını  qanadlandıran,  uşaqlara  həyat  və  təbiət  haqqında 

məlumat  verən  qiymətli  bir  inci  xəzinəsidir.  Dövrünün  ədəbi 




Yüklə 463,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə