F. Köçərli adına



Yüklə 459,27 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix21.06.2018
ölçüsü459,27 Kb.
#50285
1   ...   9   10   11   12   13   14   15   16   17

40 

 

şərəfli həyat yolu xalqımıza örnəkdir. Müstəqillik illərində məhz 



ulu  öndərimizin  gərgin  və  titanik  səyləri,  müdrik  siyasi  kursu 

sayəsində  Azərbaycan  nəinki  öz  suverenliyini  qoruyub 

saxlamış,  onu  əbədi  prosesə  çevirmiş,  dünyanın  qüdrətli 

dövlətləri səviyyəsinə yüksəltmişdir. 



II aparıcı:  Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan  xalqının  

xoşbəxt    və    firavan  gələcəyi  naminə  çox  işlər  görmüşdür. 

Hakimiyyətin  birinci  mərhələsində  biz  onu  daha  çox  qurucu, 

yaradıcı bir dövlət xadimi kimi görürüksə, artıq ikinci mərhələdə 

o,  öz  xalqının  xilaskarı  funksiyasını  çox  böyük  məharətlə, 

ustalıqla  yerinə  yetirdi.  Sadəcə  olaraq  bir  faktı  qeyd  etmək 

kifayətdir:  Heydər  Əliyev  1993-cü  il  iyunun  15-də  yenidən 

hakimiyyətə  qayıtmasaydı,  çox  güman  ki,  bugünkü  müstəqil 

Azərbaycan Respublikasının taleyi də çox acınacaqlı ola bilərdi. 

Məhz  həmin  vaxt  Azərbaycan  xalqı  müstəqilliyə  yenicə 

qovuşmuş  bir  dövlətin  idarə  olunmasını  ulu  öndərimiz 

H.Əliyevə etibar etdi. Heydər Əlirza oğlu da öz öhdəsinə düşən 

bu xilaskarlıq missiyasını inamla həyata keçirdi və Azərbaycanı 

xilas etdi.  H.Əliyev XX əsrin sonu  və XXI əsrin əvvəllərində 

dünyanın ən tanınmış siyasi liderlərindən biri idi. Onu dünyanın 

əksər  ölkələri  və  ən  tanınmış  siyasi  xadimlər  belə  qəbul  edir, 

onunla hesablaşırdılar.  

I  aparıcı: 1993-cü  il  iyunun  15-də  ikinci  dəfə  hakimiyyətə 

qayıdandan sonra H.Əliyev Azərbaycanın inkişafı, milli dövlət 

quruculuğu,  cəmiyyətimizdə  demokratik  dəyərlərin  bərqərar 

olması və xalqımızın rifahının yüksəldilməsi sahəsində misilsiz 

xidmətlər  göstərmişdir.  Əsrlər  boyu  müstəqillik  arzusu  ilə 

yaşayan  və  öz  azadlığı  naminə  dəfələrlə  ölüm-dirim 

mübarizəsinə  qalxan  xalqımız  məhz  H.Əliyevin  rəhbərliyi 

sayəsində istəklərini gerçəkliyə çevirə bildi. Təsadüfi deyil ki, 

öz  həyatını  sevdiyi  Vətənin  tərəqqisinə  həsr  etmiş  bu  dahi 

şəxsiyyət  hələ  keçmiş  Sovet  İttifaqı  dövründən  başlayaraq 

uzaqgörənliklə  dövlət  müstəqilliyimiz  üçün  zəmin  hazırlamış, 



41 

 

bu  gün  çoxlarının  həsəd  apardığı  müstəqil  respublikamızın 



nəhəng iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. 

                  Monitorda H.Əliyevin hakimiyyətə qayıdışı və prezident kimi 

and içməsi kadrları göstərilir

II  aparıcı:  Heydər  Əliyev  çox  maraqlı,  mürəkkəb,  zəngin,  

keşməkeşli bir ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən 

qalib çıxmış, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək 

zirvəyə yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa 

da,  polad  iradəsi,  dönməz  xarakteri,  şəxsiyyət  bütövlüyü  bu 

zirvəni fəth etməkdə ona kömək etmişdir. Bütün dünyanın etiraf 

etdiyi  böyük  dövlət  xadimi,  görkəmli  siyasətçi,  müstəqil 

Azərbaycan 

dövlətinin 

memarı, 


zəmanəmizin 

nadir 


şəxsiyyətlərindən  biri  Heydər  Əliyev  çox  zəngin  irs  qoyub 

getmişdir. 



Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sözləri Baba 

Vəziroğluna, musiqisi Kamala aid olan Ağadadaş Ağayevin 

ifasında “Sən elə bir zirvəsən” adlı mahnı səslənir. Mahnı 

səslənərkən ekranda Heydər Əliyevin fəaliyyəti dövründə 

uşaqlarla çəkdirdiyi şəkillər nümayiş olunur. 

I  aparıcı:  Türkiyə  dövlətçiliyi  tarixində  Mustafa  Kamal 

Atatürk,  ABŞ  tarixində  Ruzvelt,  müasir  Almaniya  tarixində 

Adenauer,  indiki  Fransanın  qurulmasında  Şarl  de  Qoll, 

Hindistanın siyasi varlığında Cəvahirləl Nehru nə deməkdirsə, 

Heydər Əliyev də Azərbaycanın və ümumi sayı 50 milyondan 

artıq olan dünya azərbaycanlılarının tarixində o deməkdir. Onun 

fəaliyyəti  mahiyyət  etibarilə  gələcəyə  hesablanmış  hərtərəfli 

inkişaf strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi 

demək  idi.  O  illərdə  xalqın  ictimai-siyasi,  iqtisadi  və  mədəni 

həyatının bütün sahələrində mümkün olmuş hər hansı tərəqqi və 

həyata  keçirilmiş  təşəbbüslər  məhz  ümummilli  liderimizin 

gərgin  əməyinin  bəhrəsidir.  Onun  siyasi  zəkası  sayəsində 

Azərbaycanın  beynəlxalq  aləmdən  təcridinə  son  qoyuldu, 



42 

 

ümummilli  böhran  aradan  qaldırıldı,  ölkə  bütün  sabit  inkişaf 



yoluna çıxdı.  

     İndi  isə  gəlin  məktəbli  oxucularımızın  ifasında  Ulu  öndər 

Heydər Əliyevin söylədiyi hikmətli kəlamlara qulaq asaq. 

Məktəblilər kəlamları söyləyirlər. 

1.

 



Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs 

bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə 

də 

kitabxanaya 



daimi 

hörmət 


xalqımızın 

mədəniyyətini nümayiş etdirən amillərdən biridir. 

2.

 

Milli-mənəvi  dəyərləri  olmayan  millət  həqiqi          



millət,  həqiqi  xalq  ola  bilməz.  Milli-mənəvi 

dəyərlərimiz  bizim  ana  dilimizdir.  Azərbaycan         

dilidir,  bizim  adət-ənənələrimizdir.  Mənəvi-əxlaqi 

mentalitetimizdir.  Bunların  hamısı  ilə  fəxr  edirik  və 

fəxr etməliyik.  

3.

 



Milli  özünüdərk,  milli  oyanış,  dirçəliş  prosesi 

xalqımıza birinci növbədə ədəbiyyatdan keçir.  

4.

 

Uşaqlar  bizim  gələcəyimizdir.  Gələcəyimizi  nə  cür 



tərbiyə  edəcəyiksə,  böyüdəcəyiksə,  ölkəmizin, 

millətimizin,  dövlətimizin  gələcəyi  bundan  asılı 

olacaqdır. 

5.

 



Heç  vaxt  inamımızdan,  dinimizdən  uzaqlaşmayacaq 

və  bu  mənəvi  mənbələrimizdən  istifadə  edərək 

gələcəyimizi quracağıq. 

6.

 



Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. 

7.

 



Ədalətsizliklə ədaləti bərpa etmək olmaz. 

8.

 



Bizim  konstitusiyamız  xalqın  konstitusiyasıdır.  Hər 

bir vətəndaşın konstitusiyasıdır. 

9.

 

Azərbaycan  Respublikası  dünya  birliyi  ilə  tam 



hüquqlu  inteqrasiyaya  istiqamət  götürmüşdür  və 

bunun üçün bütün imkanlara malikdir. 

10.

 

Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir. 




Yüklə 459,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə