F. Köçərli adına



Yüklə 459,27 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix21.06.2018
ölçüsü459,27 Kb.
#50285
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

34 

 

(2004),  “Heydər  Əliyev”  (2005,  Moskva,  rus  dilində, 



V.Andriyanovla birgə) kimi kitablar çap etdirmişdir. Bu kitablar 

müstəqilliyimizin,  yenidən  dirçəldilməkdə  olan  dövlətçilik 

ənənələrimizin  isti-isti  yazılan  tarixi,  canlı  və  həmişə  yaşayan 

sənədləridir.  Tarixi  şəxsiyyətlər  haqqında  dərc  edilən  belə 

kitablar  gələcək  nəsil  üçün  tarixi  yaddaş  baxımından 

təqdirəlayiqdir.  



     İnşa müsabiqəsi − Yuxarı sinif şagirdləri ilə  “Heydər Əliyev 

və  Azərbaycan”  başlığı  altında    inşa  müsabiqəsi  keçirmək 

olar.   Keçirilən  tədbirdən  sonra  uşaq  qəzet  və  jurnallarında, 

kitabxananın saytında müsabiqə qalibləri haqqında məlumatlar, 

tədbirin  şəkilləri  verilsə  oxucuların  daha  çox  marağına  səbəb 

olar.  

     Konfrans − Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı 

ilə “Heydər Əliyevin fəaliyyəti müasir gəncliyin gözü ilə” oxucu 



konfransı da təşkil etmək mümkündür. Konfransdan öncə onun 

proqramı  tərtib  olunmalı,  konfransın  keçiriləcəyi  dəqiq  vaxt 

müəyyən  olunmalıdır.  Proqramda  konfransda  çıxış  edəcək 

qonaqların,  tarixçilərin,  ədəbiyyatşünasların  və  şagirdlərin 

adları,  onların  çıxış  edəcəkləri  mövzular,  tədbirin  keçiriləcəyi 

məkan  və  zaman  qeyd  olunur.  Konfrans  zamanı  Heydər 

Əliyevin fəaliyyətinə, yaradıcılığına yaxından bələd olan millət 

vəkilləri,  Mədəniyyət  Nazirliyinin  nümayəndələri,  jurnalist, 

yazıçı  və  şairlərin  çıxışları  dinlənilir.  Oxucu  konfransının 

planını sizə təqdim edirik: 

1. Giriş hissə (Heydər Əliyevin həyat və  yaradıcılığı haqqında 

məruzə); 

2.Heydər 

Əliyevin 

yaradıcılığı 

haqqında 

kitabxana 

rəhbərliyinin,  millət  vəkillərinin,  siyasətçilərin,  yazıçı  və 

şairlərin çıxışları; 

3.Yuxarı  sinif    şagirdlərindən  ibarət  olan  oxucuların  Heydər 

Əliyevin fəaliyyətindən bəhs edən müzakirələri; 

4. Ədəbi bədii kompazisiya




35 

 

5. Konfransın yekunu.  



     Yubiley  ərəfəsində  keçirilən  tədbirlər   məktəblərlə  birgə            

iş  planı  əsasında  olsa  daha  uğurlu  alınar.  “Heydər                      

parkı”  ətrafında    olan    məktəblərlə    birlikdə    hazırlanmış              

ədəbi-bədii  kompozisiyanın  açıq  havada  keçirilməsi  daha 

məqsədəuyğundur.  Həmin  rayon  rəhbərliyi  İcra  hakimiyyəti 

nümayəndələri  də  bu  tədbirə  dəvət  oluna  bilərlər.  Belə 

tədbirlərdən  maraqlısı  da   “Gül  bayramı”  müsabiqəsidir. 

Kitabxana və məktəbin birgə hazırladığı tədbirdə elan olunmuş 

müsabiqəyə qatılan məktəblilər ümummilli liderə həsr olunmuş 

kompozisiyada  çıxış  edirlər.  Yekunda  daha  çox  fərqlənən 

məktəblərə  rayon  icra  hakimiyyəti  başçısının  xüsusi  mükafatı 

təqdim olunur. “Gül bayramı” müsabiqəsində məktəblilər, eyni 

zamanda,  müxtəlif  nominasiyalarda  bacarıqlarını  da  nümayiş 

etdirə bilərlər. 



     Ədəbi-bədii  gecə  −  Heydər  Əliyevin  irsinin  təbliği  üçün 

ədəbi-bədii 

gecələrin 

keçirilməsi 

zəruridir. 

Gecəni 


“Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti Heydər Əliyev” 

başlığı  ilə  adlandırmaq  olar.  Tədbirin  ssenarisini  sizə  təqdim 

edirik. 

     Səhnə ümummilli lider Heydər Əliyevin portreti, fəaliyyətini 

əks etdirən şəkillərlə, bir çox şair və yazıçıların onun haqqında 

yazdığı  əsərlərlə,  Heydər  Əliyevin  hikmətli  kəlamları  ilə 

bəzədilir.  Gecəyə  Heydər  Əliyevin  yaradıcılığına  yaxından 

bələd  olan  tanınmış  millət  vəkilləri,  yazıçılar,  şairlər, 

siyasətçilər, jurnalistlər, tarixçilər, müəllimlər və s. dəvət olunur. 

Tədbir Azərbaycan himninin səslənməsi ilə başlayır. Sonra isə 

tədbir iştirakçılarına Heydər Əliyevdən bəhs edən slayd təqdim 

olunur. Daha sonra kitabxanaçı  tədbiri açıq elan edir. İki nəfər 

aparıcı səhnəyə çıxıb tədbir iştirakçılarını salamlayırlar. 

                   I aparıcı:  Azərbaycan! Sən əsrlər boyu tarixdə ad-san qazanmış 

şəxsiyyətləri  – Tomrisi, Cavanşiri, Babəki, Şah İsmayıl Xətaini 

və başqalarını yetişdirmisən. Sən belə tarixi simalardan yenə də 

yetirməliydin. Və yetirdin də! Bu sima XX əsrin adamı, Heydər 




36 

 

Əlirza  oğlu  Əliyev  oldu.    Heydər  Əliyevin  70-80-cı  illərdəki 



nəhəng  quruculuq  və  ictimai-siyasi  fəaliyyəti  olmasaydı, 

Azərbaycan indiki müstəqilliyinə nail ola bilməzdi. O, yenidən 

hakimiyyətə qayıtmasaydı Azərbaycan və Azərbaycan xalqı çox 

müsibətlərlə  qarşılaşardı,  dünya  ictimaiyyəti  Azərbaycan 

həqiqətlərindən  indiki  şəkildə  xəbər  tutmazdı.  Tarix  məqam 

gözləyirdi.  Azərbaycanın  xilaskarı  Heydər  Əliyev  gəlib 

çatmasaydı az qala Azərbaycan, Vətən, torpaq, milli şərəf, milli 

dil, din və ibrətamiz keçmişimiz unudulacaqdı. Unudurduq ki, 

biz  zülmün,  təqibin,  sürgünün,  qəsdin  acısını  duymuş 

Bakıxanovun və Qutqaşınlının, Mirzə Cəlilin və Sabirin, Hadi 

və  Səhhətin,  Cavid  və  Cavadın,  Müşfiq  və  Çəmənzəminlinin 

repressiyaya qurban gedən 29 min Azərbaycan ziyalısının həqiqi 

varisləriyik. O zaman  hələ qol-qanadı tam bərkiməmiş, körpə 

uşaq  kimi  yenicə  ayağa  qalxmış  Azərbaycanın  başının  üstünü 

fəlakət  təhlükəsi  aldı.  Bunu  görən  sinəsi  dağlı  xalq  Babək 

qeyrətli, Nəbi hünərli, Cavanşir siyasətli oğlunu Heydər  Əliyevi 

harayladı: 

                                    Heydər! Oğul, Tanrı sənə yar olsun

                                    Üzün gülsün, düşmənlərin xar olsun

                                    Bir əncam qıl ana yurdun halına 

                                    Bəlkə, bir gün zəfər himni çalına! 

 

                   II aparıcı:   Xalqın imdad səsini eşidib, ulu öndər özünü xalqın 



köməyinə yetirdi. Vətən göylərində Günəş kimi parladı, şimşək 

kimi  çaxdı,  müdrik  Qorqud  kimi  didərgin  xalqının  önündə 

dayandı.  Öz  müdrik  kəlamı,  dərin  ağlı,  işıqlı  zəkası,  güclü 

siyasəti  ilə  prezident  seçildi,  dünya  şöhrəti  qazandı.  Onun 

uzaqgörənliyi  və  siyasəti  sayəsində  Azərbaycanın  haqq  səsinə 

hay verməyən dünya indi Azərbaycan həqiqətlərini qəbul edir, 

ona dayaq durur. Bu gün torpaqlarımızda qan tökülmür, analar, 

bacılar yeni şəhid qəbirləri üstündə göz yaşı axıtmırlar. 

                                “Kəssə hər kim tökülən qan izini, 

                                 Qurtaran dahi odur yer üzünü.” 




Yüklə 459,27 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə