F. Köçərli adına



Yüklə 459,27 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix21.06.2018
ölçüsü459,27 Kb.
#50285
1   ...   9   10   11   12   13   14   15   16   17

43 

 

11.



 

İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını 

təşkil  etmiş,  müsəlmanların  dünyada  layiqli  yer 

tutmasını təmin etmişdir. 

12.

 

Xalqımızın  içində  böyük  bir  mədəniyyət  potensialı, 



fitri istedad potensialı vardır. 

13.


 

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, 

inkişaf etdirən onun dilidir. 

14.


 

Azərbaycanın  dövlət  müstəqilliyi  bizim  tarixi 

nailiyyətimizdir! 

15.


 

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir 

və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini 

qorumaqdan, əbədi etməkdən ibarətdir. 

16.

 

Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. 



17.

 

Hər  bir  cəmiyyətdə  savadlı  şəxs  müəllimə  hörmət 



etməli, 

cəmiyyətin 

həyatında 

oynadığı 

rolu 

qiymətləndirməlidir. 



18.

 

Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim 



Vətənimdir, mənim torpağımdır. 

19.


 

Bizim  hamımızın  bir  vətəni  var.  Bu  Azərbaycan 

dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq 

azərbaycanlılığını,  öz  dilini,  dinini,  milli  ənənələrini 

unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla 

bir vurmalıdır. 

20.

 

Vətən,  torpaq  yolunda  özünü  qurban  verənlərin 



xatirəsi  qəlbimizdə  daima  yaşayacaq,  onların  şücaəti 

Azərbaycan  xalqının  tarixinə  qızıl  hərflərlə 

yazılacaqdır! 

21.


 

Xalqımızın  birliyi  və  qələbəyə  inamı  gələcək 

uğurlarımızın təməlidir! 

22.


 

Ana  dilimiz  müstəqil  Azərbaycanın,  Azərbaycan 

xalqının ən böyük sərvətidir. 

23.


 

Məqsədimiz  xalqımızın  mənəviyyatını  qorumaq  və 

zənginləşdirməkdir. 



44 

 

24.



 

Cəmiyyətin  gələcək  tərəqqisi  bir  çox  cəhətdən  indi 

gənclərimizə  nəyi  və  necə  öyrətməyimizdən  asılı 

olacaqdır. 

25.

 

Qarşımızda  duran  vəzifələrdən  biri  də  gəncliyi  daha 



yaxşı hazırlamaqdan, tərbiyə etməkdən ibarətdir. 

26.


 

İnsan  mənəviyyat  üçün  yaşamalıdır,  Mənəviyyatını 

qoruyan, yaşadan insan əbədi olacaqdır. 

27.


 

Müəllimlik çox şöhrətli bir sənətdir. Həqiqi müəllim 

olmaq cəmiyyət üçün doğrudan da çox qiymətlidir. 

28.


 

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən 

sonra  onun  nəticələrini  aradan  qaldırmaqdan  daha 

asandır. 

29.

 

Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və 



mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur. 

30.


 

Böyük  siyasəti  kiçik  hisslərə,  xırda  mənfəətlərə 

bağlamaq olmaz. 

31.


 

Kim  müxalifətdə  durursa-dursun,  ancaq  Vətəninə, 

xalqına,  mənəviyyatına,  məsləkinə  müxalifətdə 

durmasın.   

32.

 

Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq 



mümkün deyildir. Amma milyonları, milyardları olan 

adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər.   

33.

 

Tarix həmişə hər şeyi öz yerinə qoyur.  



34.

 

Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır 



və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə 

ən böyük məmləkət qədər güclü olar.   

35.

 

Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.   



36.

 

Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey 



götürmək qabiliyyəti hər bir adama lazımdır.   

37.


 

Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz 

yerini, özünə məxsus olan yerini tapmalıdır.   

38.


 

Heç kim əbədi qalib ola bilməz.   




45 

 

39.



 

Heç  bir  ölkə,  ən  böyük  bir  ölkə  də  yalnız  öz 

çərçivəsində  iqtisadiyyatını  lazımi  səviyyədə  inkişaf 

etdirə bilməz.   

40.

 

Kim ki, biliyindən, bacarığından artıq iddialar edir o, 



həmişə məğlub olur.   

41.


 

Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər 

zəngin  olur,  çünki  onların  hər  biri  ümumdünya 

mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.   

42.

 

İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi 



ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq 

həmişə  insanları  dostluğa,  həmrəyliyə,  birliyə  dəvət 

etmişdir.   

43.


 

Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini 

almır.   

44.


 

Heç bir ölkəni özünə düşmən hesab etməməlisən.   

45.

 

Həyatda  şərəflə  şərəfsizliyi,  şəxsi  rifahla  ictimai 



borcu,  tamahkarlıqla  vicdanlılığı  hər  bir  kəs  özü 

seçir.   

46.

 

Rüşvətxoru,  oğrunu  qəhrəman  etmək  öz  xalqına 



xəyanət etməkdir.   

47.


 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.  

48.

 

Sülh  danışıqlarını  cəsarətlə  apara  bilmək  üçün  güclü 



orduya malik olmaq lazımdır.   

49.


 

İlk işə başlayan şəxslərin üzərinə həmişə çox böyük, 

şərəfli vəzifələr düşür.   

50.


 

Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!   

51.

 

Ağıl olan yerdə zora ehtiyac yoxdur.   



52.

 

Rüşvətxorluq bizi içimizdən yeyir.   



53.

 

Yol-iqtisadiyyat, 



mədəniyyət,  bir  sözlə  həyat 

deməkdir.   

54.

 

Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa 



əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.  

55.


 

Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun 

saxlanılması, daimi, əbədi olması bundan da çətindir.  



Yüklə 459,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə