F. Köçərli adına



Yüklə 459,27 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix21.06.2018
ölçüsü459,27 Kb.
#50285
  1   2   3   4   5   6   7   8   9   ...   17


 

 

                                 F. 



Köçərli adına 

 

                   

Respublika 

Uşaq Kitabxanası

 

                                                          

 

 

 

 

 

 

 

 

 



 

 

 



Əbədi müstəqillik tarixi yazan lider Heydər Əliyev 

 

 

Heydər Əliyevin 95 illik yubileyi münasibətilə mərkəzi kitabxanalarının 

uşaq  şöbələri,  MKS-in  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları  üçün 

hazırlanmış metodik vəsait 

 

 



 

 

                                           

 

Bakı – 2018 


 

Tərtibçilər:                                      Ruhiyyə Məmmədli 



                                           

          Sevil Əhmədova  

Redaktor:                                         Könül Ağazadə 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 

buraxılışa məsul:                             Əməkdar Mədəniyyət işçisi                                    

                                                   

        

     Əbədi  müstəqillik  tarixi  yazan  lider  Heydər  Əliyev: 

Heydər  Əliyevin  95  illik  yubileyi  münasibətilə  mərkəzi  

kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,                 

kənd 


kitabxana  filialları  üçün  hazırlanmış  metodik                     

vəsait  /  Azərbaycan  Respublikası  Mədəniyyət  Nazirliyi,  F. 

Köçərli ad.Respublika Uşaq Kitabxanası; tərt.ed.R.Məmmədli; 

ixt.red. və burax.məsul Ş. Qəmbərova; red. K. Ağazadə. - Bakı: 

F. Köçərli ad.Respublika Uşaq Kitabxanası, 2018. – 63 s.   

 

 



 

 

 

 

 

 

      

    

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 


 

Tərtibçidən 

     Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın 

zəkasını,  elmini,  mədəniyyətini,  mənəviyyatını  dünyaya 

nümayiş  etdirir.  Dünyanın  zənginliyi  məhz  bənzərsiz 

şəxsiyyətlərdir,  onların  əməllərinin  sayəsində  dünyanın              

nuru  artır.  Tariximizin  ən  çətin  və  keşməkeşli  dönəmlərində 

Azərbaycanın  və  xalqımızın  nicatı,  quruluşu  və  xoşbəxt     

gələcəyi  naminə  hakimiyyətə  qayıtmış  ulu  öndər  Heydər         

Əliyev  məhz  belə  bənzərsiz  dahi  tarixi  şəxsiyyətdir.  Ana 

dilimizin  dövlət  dili  kimi  tətbiqində,  onun  imkanlarının 

genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi 

dəyərləndirilməsində  Heydər  Əliyev  şəxsiyyətinin  rolu 

danılmazdır.  Azərbaycan  mədəniyyətinin  və  zəngin  tarixi 

irsimizin  dünya  ictimaiyyətinə  tanıdılması  Heydər  Əliyevin 

misilsiz xidmətlərindəndir. Heydər Əliyev öz siyasi  dühası  ilə 

Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın 

taleyində silinməz izlər qoymuşdur. Heydər Əliyev Azərbaycan 

tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və 

ümumən  sivil  dünyanın  qüdrətli  şəxsiyyətlərindən  biridir. 

Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş 

bu  əvəzolunmaz  insan  liderlərə  məxsus  ən  ali  keyfiyyətlərə 

malik idi. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti 

nəticəsində Azərbaycan bu gün dünya miqyasında sivil, hüquqi, 

demokratik,  dünyəvi  bir  respublika  kimi  tanınır  və  böyük 

perspektivlərə malik bir ölkə kimi qəbul edilir. Heydər Əliyevin 

birbaşa  rəhbərliyi  və  qayğısı  sayəsində  Azərbaycanda  XX        

əsrin 70-80-ci  illərində  milli  özünüdərkin  yüksəlişi başlanmış, 

yazıçı  və  şairlərin  əsərlərində  milli  ruha,  millət  və                         

xalq  anlayışlarına,  Azərbaycan  dili  ilə  bağlı  məsələlərə              

önəm  verilmiş,  dünya  azərbaycanlılarının  təşkilatlanması, 

soydaşlarımızla  Azərbaycan  arasında  əlaqələrin  qurulması 

istiqamətində  xeyli  işlər  görülmüşdür.  Respublikamız  dövlət 

müstəqilliyini  bərpa  etdikdən  sonra  isə  milli  birliyin  təminatı, 




 

dünya  azərbaycanlılarının  vahid  milli  mənafe  ətrafında 



birləşməsi  dövlət  quruculuğunun  əsas  vəzifələrindən  biri  kimi 

ortaya  çıxmışdı.  Təqdim  olunan  vəsaitdə  ümummilli  lider 

Heydər  Əliyevin  azərbaycançılıq  ideyasının  inkişafında 

xidmətləri  ilə  əlaqədar  kitabxanalarda  həyata  keçirilən  kütləvi 

tədbirlər  haqqında  tövsiyələr  öz  əksini  tapmışdır.  Bu  metodik 

vəsait   Azərbaycanımızın gələcəyi  olan   gənclərimizə nümunə 

olacaq milli öndərmizin adının əbədiləşdirilməsinə bir töhfədir. 

     H.Əliyev elə bir şəxsiyyət və lider olmuşdur ki, onun irsinin 

öyrənilməsi və təbliği ümumdövlət, ümumxalq işidir və bunun 

üçün elmi-tədqiqat institutlarına və xüsusi akademiyaya ehtiyac 

var.  Yüksək  milli-əxlaq  nümunəsi  olan  ümummilli  liderimiz 

Heydər  Əliyevin  fenomenal  irsi  və  mənalı  həyat  yolunun  fəal 

təbliği bu gün xüsusi əhəmiyyət kəsb edir. Gənc nəsli, uşaq və 

yeniyetmələri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda 

tərbiyə  etmək  üçün  biz  Heydər  Əliyev  şəxsiyyətinə  müraciət 

etməliyik  və  bu  dahi  insanın  həyatının  əbədi  milli  örnək  kimi 

uşaq  və  yeniyetmələr  arasında  geniş  təbliğ  olunmasına 

çalışmalıyıq.  Yubileylə  əlaqədar  il  ərzində  bütün  mədəniyyət 

ocaqlarında  silsilə  tədbirlər  keçirilməsi  nəzərdə  tutulmuşdur. 

Yaxşı  olar  ki,  hər  bir  kitabxanaçı  vəsaitdə  verilmiş  müxtəlif 

tədbir  formalarından  istifadə  etməklə   ulu  öndərimizin  şanlı 

həyat  yolunu  öz oxucularına tanıtsın. Bu vəsaiti  hazırlamaqda 

əsas  məqsəd  uşaqları,  gənc  nəsli  Heydər  Əliyev  irsi  ruhunda 

tərbiyə  etmək,  onları  vətənpərvərlik  ruhunda  yetişdirməkdir. 

“Əbədi  müstəqillik  tarixi  yazan  lider  Heydər  Əliyev”  adlanan 

metodik  vəsait  “Giriş”  və  “Keçiriləcək  tədbirlər”  hissəsindən 

ibarətdir.  Vəsaitin  “Giriş”  hissəsində  bu  böyük  şəxsiyyətin 

fəaliyyətindən, həyat və yaradıcılığından söhbət açılır. Vəsaitin 

ikinci hissəsində yubileylə əlaqədar kitabxanalarda keçiriləcək 

tədbirlərdən bəhs olunur. 

           

 



Yüklə 459,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə