F. Köçərli adına



Yüklə 459,27 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix21.06.2018
ölçüsü459,27 Kb.
#50285
1   ...   9   10   11   12   13   14   15   16   17

52 

 

I  aparıcı:  H.  Əliyevin  Azərbaycan  mədəniyyətinin  ayrılmaz 

tərkib hissəsi olan kitabxana quruculuğu sahəsində də,  misilsiz 

xidmətləri vardır. XX əsrin II yarısında respublikada kitabxana 

şəbəkələrinin  inkişafı,  kitabxanaların  mərkəzləşdirilməsi, 

kitabxana  fondlarının  inkişafı,  əhaliyə  kitabxana  xidmətinin 

yaxşılaşdırılması,  kitabxanaların  maddi-texniki  bazasının  və 

kadr  potensialının  möhkəmləndirilməsi  istiqamətində  Heydər 

Əliyevin  gördüyü  işlər  danılmazdır.  Müstəqillik  dövründə 

kitabxanaların  qorunub  saxlanılması,  kitabxana  işinin  inkişaf 

istiqamətləri və dövlətin kitabxana siyasətinin formalaşmasında 

Heydər Əliyevin rolu böyükdür. Bəli, Ümummilli lider Heydər 

Əliyev bütün sahələr kimi kitabxana sahəsində də nailiyyətləri 

böyükdür. 



                   II  aparıcı:  Bəli,  “Azərbaycan  Heydər  Əliyevin  şah  əsəridir” 

deyimi heç vaxt öz dəyər və aktuallığını itirməyəcəkdir. Çünki 

Heydər Əliyev həm də Azərbaycanı bütün dünyada tanıdıbdır. 

Bayrağımızın  dünyanın  nüfuzlu  təşkilatlarının  binaları 

qarşısında şəstlə dalğalanması, dünyanın inkişaf etmiş ölkələri 

ilə ikitərəfli və çoxtərəfli əlaqələri ulu öndərin həyata keçirdiyi 

uzaqgörən  və  məntiqi  siyasətin  nəticəsində  baş  veribdir.  Ulu 

öndər  böyük  alim,  böyük  diplomat,  böyük  siyasətçi,  böyük 

demokrat,  böyük  rəhbər  idi.  Heydər  Əliyev  haqqında  çoxlu 

kitablar  yazılıb,  televiziya  verlişləri  hazırlanıb,  oçerklər  nəşr 

edilib:  burada  onun  ancaq  üzdə  görünən  xarakter  cizgilərini 

təsvir  etmək  mümkün  olub.  Onun  fenomen  keyfiyyətlərinin 

üzdə  görünməyən  cəhətlərini  təhlil  etmək  heç  kimə  müyəssər 

olmayıb. Beynəlxalq jurnalistlərin onu dünyanın 8-ci möcüzəsi 

hesab  etmələri  də  təsadüfi  xarakter  daşımayıb.  Onun  hər 

çıxışında, müsahibəsində, məruzəsində, söhbətində söylədikləri 

fikirlər  bizim  üçün  əxlaq  dərsliyinə  çevrilib,  müqəddəs  kəlam 

olub,  məktəb  olub.  Ulu  öndər  sözün  əsl  mənasında  xalq 

müəllimi  idi.  O,  fenomen  yaddaşa  malik  bir  şəxsiyyət  idi.  Bu 

gözəl  kəlmələrdən  sonra,  yenə  söz  sevimli  oxucularımızındır. 




53 

 

Gəlin onların ifasında sözləri Fəridə Ləmanın olan “Onu zaman 



seçib” şeirindən bir parçaya  qulaq asaq. 

 

I oxucu:     



       Mənim Odlar yurdum – Azərbaycanım,  

                   

       Heydərə söykənib, Heydər də ona. 

                   

       O, elə müdrikdir, elə ağıllı, 

                   

       Bu vətən onunla gələcək cana. 

 

II oxucu:    



       Məqsədi, məramı Xalqdır, Vətəndir, 

                   

       Qurduğu dövlətin təməli dağdır. 

                   

       Mənim Heydər adlı Azərbaycanım, 

                   

       Yurdumda əkizdir, həmişə vardır. 

 

III oxucu:    



       O, Vətən daşıdır köksü bir ocaq

                             Alışıb yanacaq hey zaman-zaman. 

                             O, Qorqud atadır, el yiyəsidir, 

                             Onun yollarına çökərmi duman?! 

                             Onu zaman seçib. 

 

IV oxucu:   



       Yad eldə qalmadı Cavidin qəbri, 

                    

       Bir qolu Arazdı, bir qolu Kürdü. 

                             O, aqil, vicdanlı əsl vətəndaş

                             O, bu Vətən üçün incidi, dürdü. 

 

V oxucu:                Tanıtdı dünyaya Azərbaycanı, 



                               Bayraqlar üçündə bayrağım qalxdı. 

                               Bir kəlmə sözünə neçə kürsüdən, 

                               Milyonlar baş əyib, ayağa qalxdı. 

                               Onu zaman seçib! 

 

I aparıcı: H.Əliyev elə bir şəxsiyyət və lider olmuşdur ki, onun 

irsinin öyrənilməsinə daim ehtiyac var. Çox sevindirici haldır ki, 

bu ümumxalq işinin əlaqələndirilməsi üçün dövlətimiz mühüm 

bir  addım  ataraq  H.Əliyev  Fondunun  yaradılması  ilə  milli 




54 

 

öndərimizin  adının  əbədiləşdirilməsi,  irsinin  öyrənilməsi  və 



təbliği  istiqamətində  mühüm  əhəmiyyətli  fəaliyyətin  əsasını 

qoydu.  Heydər  Əliyev  Fondu  ulu  öndərimizin  adının 

əbədiləşdirilməsi,  irsinin  öyrənilməsi  və  təbliği  istiqamətində 

çox geniş, çoxşaxəli fəaliyyət göstərir və eyni zamanda, fondun 

prezidenti,  UNESKO-nun  xoşməramlı  səfiri,  xalqımızın 

sevimlisi  Azərbaycan Prezidenti  cənab  İlham Əliyevin  xanımı 

Mehriban  xanım  Əliyevanın  rəhbərliyi  ilə  milli  təhsil, 

mədəniyyət,  səhiyyə  və  idmanın  inkişafı  sahəsində  də  xüsusi 

tədbirlər  və  layihələr  həyata  keçirilir.  Mehriban  xanım 

Əliyevanın  rəhbərliyi  ilə  H.Əliyev  Fondu  öz  fəaliyyətində 

gördüyü  irimiqyaslı  işlərlə  öndərimizin  ruhunu  sevindirərək 

qəlblərimizdə, ürəklərimizdə daim yaşatmaqdadır. 



Məktəblilərin ifasında Ulu öndərimiz H.Əliyevin sevimli nəvəsi 

Leylanın babasına həsr etdiyi  Elegiya şeiri səslənir. 

Ulduzlara uçan quşa dönəydim,  

Ay da yollarıma nur ələyəydi. 

Məğrur yerişinlə qoşa dönəydin,  

Sənə Yer üzündə yer eləyəydim. 

Dinlə kədərimin pıçıltısını 

Mən yaxşı bilirəm ayrılıq nədi!.. 

Küləklər könlümün qışqırtısını 

Kaş ki, kainata yaya biləydi. 

Könüllər yaşadır gur nəfəsini,  

Sənsiz hər bir anın öz qüssəsi var. 

Müqəddəs səsinin xatirəsini 

Anlada bilərmi çağlayan çaylar? 

Bulud karvanına qoşulum yenə,  

Gəzim asimanı, hardasan görüm. 



55 

 

Çatıb ucalığa, yetişim sənə,  



Əlimi əlindən yapışan görüm! 

Acı göz yaşını sel elə gəlsin,  

Ey yağış, soyumur dərdimin odu. 

Qüssədən qocalan Ay dilə gəlsin,  

Söyləsin, ruhunun haradı yurdu? 

Dağ idin, çiynimi dağlara verdim,  

Dağların dərdini çəksə, dağ çəkər. 

Sənə məhəbbətim dağlar qədərdi,  

Yerini dağlardan soruşum bəlkə? 

 

Bəlkə çinarlarla baş-başa  verim,  



Görən qovuşarmı boyum boyuna? 

Gərək sənə yetə bu qəmli şeirim,  

Gərək sənə yetə...haqqım var buna. 

Nurunu gözümdə saxlayım necə? 

Möcüzə yaratmaq gəlmir əlimdən. 

Parçalan, ey zülmət, çəkil, ey gecə,  

Günəşə qovuşmaq istəyirəm mən! 

II  aparıcı:  Səma  təmiz  olduqca,  uzaq  üfüqlər  daha  aydın 

görünür.  Doğma  vətənimizin  göylərində  qara  buludlar 

çəkildikcə  yeni,  müstəqil  Azərbaycanımızın  gələcəyi  daha 

parlaq, daha işıqlı görünür. O nurlu gələcək çox uzaqda deyil. 

Lakin  unutmamalıyıq  ki, biz də o şanlı tarixin  yaradıcılarıyıq. 

Bunun üçün hörmətli prezidentimiz İlham Əliyev cənablarının 

ətrafında sıx birləşməli, öz işimiz, əməyimiz, hünərimizlə ona 

yardımçı olmalıyıq. Bunu bizdən həmişəlik əbədiyyətə qovuşan 

xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin  ruhu  tələb  edir! 

Müstəqil  Azərbaycan  dövlətinin  hərtərəfli  inkişafı  yolunda 

əvəzsiz  tarixi  xidmətlərini  nəzərə  alaraq,  milli  dövlətçilik 



56 

 

ideyasının  bərqərar  olması  və  ölkəmizin  beynəlxalq  aləmdə 



nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan 

xalqının  ümummilli  lideri  Heydər  Əliyev  xalqımızın  qəlbində 

əbədiyaşarlıq  qazanmışdır.  Heydər  Əliyevin  pak  ruhu  şəxsən 

bizim üçün bir ümid çırağıdır. Ulu  öndərin ölməz ideyalarından 

güc  alan  bu  çırağın  şöləsi  heç  vaxt  azalmayacaq,  bu  çıraq 

sabahın qurucuları olan biz yeniyetmələr üçün bir əbədi məşələ 

çevriləcəkdir! 

 

Sonda "Azərbaycan" mahnısı ifa olunur. Tədbir iştirakçıları 



ümummilli lider Heydər Əliyevin monitorda dediyi "Mən fəxr 

edirəm ki, Azərbaycanlıyam" sözlərini ayaq üstə, alqışlarla 

qarşılayırlar. Zala Azərbaycanın üçrəngli bayrağı gətirilir. 

Məktəbin istedadlı şagirdləri Heydər Əliyevə həsr olunmuş 

“Sən elə bir zirvəsən”mahnısını ifa edirlər. 

 

     Firidun  bəy  Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasının 

biblioqrafiya şöbəsi “Azərbaycan Heydərlərin yurdudu” başlığı 

altında  slayd,  tam  mətnli  ədəbiyyat  siyahısı  hazırlayıb 

kitabxananın 

saytına  yerləşdirmişdir.  Həmin  siyahıdan 

www.clb.az saytına daxil olmaqla istifadə edə bilərsiniz.  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 


57 

 

Ədəbiyyat siyahısı 



 

Axundova  E.  Heydər  Əliyev.  Şəxsiyyət  və  zaman.I  hissə  : 

1923-1969. - Bakı : Ozan, 2007. - 352 s. 



Axundova  E.  Heydər  Əliyev.  Şəxsiyyət  və  zaman.  II  hissə  : 

1969-1982. - Bakı : Ozan, 2007. - 784 s. : foto, rəngli foto. 



Axundova  E.  Heydər  Əliyev.  Şəxsiyyət  və  Zaman.  Kreml 

beşilliyi. III hissə : 1982-1990. - Bakı : Ozan, 2009. - 804, [48]  

s. : rəngli foto  

Axundova  E.Heydər  Əliyev.  Şəxsiyyət  və  Zaman  :  həyat  və 

fəaliyyətinin  xronikası.  IV  hissə  :  1969-1989.  -  Bakı  :  Ozan, 

2008. - 328, [64] s. : foto. 

Babayev  X.  (Hacı).    Azərbaycançılıq,  elmi-dini  maarifçilik, 

mənəvi özünüdərk nümunəsi. - Bakı : Borçalı, 2004. - 144 s.  



Böyük  ömrün  anları  :  Mustafa  Kamal  Atatürkün  və  Heydər 

Əliyevin  şərəfli  ömür  yolundan  bəhs  edən  fəlsəfi-publisistik 

foto-illüstrativ esse. - Bakı : Təhsil, 2004. - 220 s. : rəngli foto. 

Çobanov M. Görkəmli strategiyaçı. - Bakı : Borçalı, 2004. - 48 

s.  


Əfəndiyev T. Heydər Əliyev mədəniyyət və ədəbiyyət = Heydar 

Alıyev Culture and eternity : siyasət. - Bakı : Təhsil, 2013. - 128 

s. :  rəngli foto,  foto. -  Kitab Azərbaycan xalqının  Ümummilli 

Lideri  Heydər  Əliyevin  anadan  olmasının  90  illiyinə  həsr 

olunur. 

Əhmədova  S.  Heydər  Əliyev  və  ədəbi-tarixi  proses  : 

monoqrafiya.  -  Bakı  :  Elm,  2013.  -  156  s.  :  foto.  -  Ulu  Öndər 

Heydər Əlirza oğlu Əliyevin 90 illik yubileyinə ithaf olunur.  

Əhmədova S. Heydər Əliyevin dil siyasəti : monoqrafiya. - Bakı 

: İncə nəşriyyat evi, 2010. - 231 s.  



 


58 

 

Əliyev  Q.  Müasir  Azərbaycanın  banisi,  xilaskarı,  qurucusu.  - 

Bakı : Şəms, 2006. - 520 s. : rəngli.foto, portr. 

Əliyev T. Azərbaycanı dünyaya tanıdan Böyük İnsan : Heydər 

Əliyev-90. - Bakı : Oğuz Çap, 2013. - 226 s. : foto, rəngli foto. 



Əliyev  Z.  Heydər  Əliyev  85  :  səhnəarxası  görüşlər.    -  Bakı  : 

UniPrint, 2008. - 102 s. : rəngli foto, portr.  



Ərəstunoğlu R. Əbədiyaşar dahi insan... - Bakı : Araz, 2007. - 

120 s. : foto, rəngli foto. 



Hacıyev  R.  Azərbaycan  gəncliyinin  himayədarı  :  Heydər 

Əliyevin  gənclər  siyasəti  (1993-2003-cü  illər).  -  Bakı  : 

Aspoliqraf, 2014. - 192 s. : rəngli foto. 

Həsənov K. Ömürdən səhifələr : Memuar-kitab. - Bakı : Şəms, 

2008. - 176, [6] c. : rəngli foto. 



Həsənova  M.  Heydər  Əliyev    və  Azərbaycan  dövlətçiliyində 

qadın məsələsi. - Bakı : Elm, 2001. - 80 s. : rəngli foto. 



Heydər Əliyev - müstəqil Azərbaycanın neft emalı sənayesinin 

banisidir = Heydar Aliyev is the founder of oil refining industry 

of independent Azerbaijan. - Ankara : [s. n.], 2003. - 145 s.  

Heydər Əliyev : Azərbaycan bütün azərbaycanlıların vətənidir. 

- Bakı : Azərbaycan, 2000. - 143 s. : rəngli foto. 



Heydər  Əliyev  adına.  Fotoalbom  :  Azərbaycan  xalqının 

ümummilli  lideri  Heydər  Əliyevin  90  illik  yubileyinə  həsr 

olunur.  -  Bakı  :  Renessans,  2013.  -  496  s.  :  rəngli  foto.  - 

(supercildli). 



Heydər Əliyev mədəni irsimizin keşiyində. I kitab. - Turkiye : 

Nurol printing & Packaging industry inc., 2001. - 439 s. : rəngli 

foto. - Şəxslərin siyahısı: s. 432-438. - (super cildli). 

 

 



59 

 

Heydər Əliyev mədəni irsimizin keşiyində. II kitab. - Turkiye 

:  Nurol  printing  &  Packaging  industry  inc.,  2001.  -  439  s.  - 

(super cildli). 



Heydər  Əliyev  məktəblilərin  gözü  ilə.  VII  kitab.  -  Bakı  : 

Təhsil, 2013. - 352 s. : rəngli foto. 



Heydər  Əliyev  məktəblilərin  gözü  ilə.  VIII  kitab.  -  Bakı  : 

Təhsil, 2014. - 304 s. : rəngli foto.  



Heydər  Əliyev  və  Azərbaycanın  Milli  Qəhrəmanları  : 

Ümummilli Liderimiz Heydər Əliyevin 90 illik yubleyinə həsr 

edilmişdir. - Bakı : Abşeron nəşr MMC, 2013. - 224 s. : xəritə, 

rəngli  foto.  -  Ümumilli  Liderimiz  Heydər  Əliyevin  90  illik 

yubileyinə həsr edilmişdir.  

Heydər  Əliyev  və  mədəni  irs  =  Heydar  Alıyev  and  cultural 

herıtage.  -  Bakı  :  [s.  n.],  2014.  -  200  s.  :  rəngli  foto,  foto.  - 

Azərbaycan və ingilis dillərində. - (albom). 

Heydər  Əliyev  və  mədəniyyət  :  3  cilddə.I  cild  :  1969-1982, 

1993-1996  :  müraciətlər,  çıxışlar,  müsahibələr,  təbriklər, 

məlumatlar. - Bakı : Nurlar, 2008. - 504 s. : foto, rəngli foto. 

Heydər Əliyev və mədəniyyət : 3 cilddə.II cild : 1997-1998 : 

müraciətlər, çıxışlar, müsahibələr, təbriklər, məlumatlar. - Bakı 

: Nurlar, 2008. - 520 s. : foto, rəngli foto. 

Heydər Əliyev və mədəniyyət : 3 cilddə. III cild : 1999-2003 : 

müraciətlər, çıxışlar, müsahibələr, təbriklər, məlumatlar. - Bakı 

: Nurlar, 2008. - 536 s. : foto, rəngli foto. 

Heydər Əliyev və uşaqlar : Metodik vəsait. - Bakı : Azərbaycan 

Mili Kitabxanası, 2008. - 126 s.  - Ulu öndər Heydər Əliyevin 

anadan olmasının 85 illik yubileyinə həsr edilir.   

Heydər Əliyev. Dövlət xalq üçündür [Brayl] : 3 cilddə.I cild : 

Kəlamlar,  sitatlar,  aforizmlər.    -  Bakı  :  Brayl  Mərkəzi  MMC, 

2015. - 144 s.  - Kitab Brayl əlifbası ilə çap olunmuşdur. 

 



60 

 

Heydər Əliyev. Dövlət xalq üçündür [Brayl] : 3 cilddə. II cild : 

Kəlamlar,  sitatlar,  aforizmlər.  -  Bakı  :  Brayl  Mərkəzi  MMC, 

2015. - 144 s.  - Kitab Brayl əlifbası ilə çap olunmuşdur. 



 

Heydər Əliyev. Dövlət xalq üçündür [Brayl] : 3 cilddə.III cild : 

Kəlamlar,  sitatlar,  aforizmlər.  -  Bakı  :  Brayl  Mərkəzi  MMC, 

2015. - 144 s. - Kitab Brayl əlifbası ilə çap olunmuşdur. 

 

Heydər Əliyev. Prezident. I kitab. - Bakı : [s. n.], 1999. - 237 

s. : rəngli foto. - Azərbaycan, rus və ingilis dillərində. 



Heydər Əliyev. Prezident. II kitab. - Bakı : [s. n.], 1999. - 183 

s. : rəngli foto. - Azərbaycan, rus və ingilis dillərində. 



Heydər  Əliyevin  dil  siyasəti  :  Rəsmi  sənədlər.  -  Bakı  : 

Şirvannəşr, 2009. - 133 s. : rəngli şək.  



Heydər 

Əliyevin 

Neft 

Strategiyası

Azərbaycanın 

Müstəqillliyi  və  Rifahı  Naminə.  I  hissə.  -  Turkiye  :  Nurol 

printing & Packaging industry inc., 2001. - 496 s. : fоto, rəngli.  



Xalqa bağışlanan ömür. VIII kitab. - Bakı : Şəms, 2005. - 384 

s. 


Xələfov A. Heydər Əliyev və Azərbaycanda kitabxana işi. - Bakı 

: Azərnəşr, 2006. - 312 s.  



Kazımzadə  A.  Heydər  Əliyev  və  kinematoqraf.  -  Bakı  : 

Apostrof, 2011. - 212 s. : rəngli foto. 



Qasımlı M. Heydər Əliyev – İstiqlala gedən yol (1969-1987-ci 

illər). – Bakı : Bakı Universiteti Nəşriyyatı, 2006. – 608 s. : foto.  

Rəngli şək. – Azərbaycan, ingilis, rus, türk və ərəb dillərində.   

Mahmudov Y. M. Heydər Əliyev ideyalarının zəfər yürüşü. – 

Bakı : Təhsil, 2011. – 608 (548+60) s. : portr., rəngli foto. 



Mirələmov H. Bir günəş var : Tarixi-publisistik düşüncələr. – 

Bakı : Səda, 2004. – 240 s.  



 


61 

 

Mirələmov  H.  Həqiqət  :  Publisistik  düşüncələr.  –  Bakı  : 

Azərbaycan, 2003. – 448 s. : rəngli foto. 

Mirələmov  H.  İşığın  izi  ilə  :  Tarixi-ədəbi  esse.  –  Bakı  : 

Azərbaycan, 2004. – 288 s.  



Mirələmov  H.  Millətin  atası  :  Publisistik  düşüncələr,  tarixi 

esselər, məktublar. – Bakı : Azərbaycan, 2004. – 288 s.  



Mirələmov H. Zəfər yolu : Esse. – Bakı : Gənclik, 2003. – 66 s. 

: rəngli foto. 



Mirzə V. Azərbaycan dövlətçiliyinin qoşa qanadı. II. – Bakı : 

Təhsil, 2006. – 344 s. : rəngli foto. 



Mirzəyev  R.  Heydər  Əliyev  Azərbaycanın  müasir  neft  emalı 

sənayesinin yaradıcısıdır. – Bakı : [s. n.], 2001. – 124 s.  



Mirzəyev R. Heydər Əliyev və Müstəqil Azərbaycan Dövlətinin 

yeni neft strategiyası = Heydar Aliyev and new oil strategy of 

independent Azerbaijan. – Bakı : Göytürk, 1999. – 89 s. : rəngli 

foto. – Azərbaycan və ingilis dillərində. 



Mirzəzadə  R.  Azərbaycanı  dünyaya  tanıdan  insan.  –  Bakı  : 

Göytürk, 1998. – 335 s. : rəngli şək.  



Müstəqilliyimizin  memarı.  I kitab. – Bakı  :  Yazıçı, 2010.  – 

296 s.  


Şükürov S. Millət atası. – Bakı : Təhsil, 2000. – 208 s.  

Elektron resurslar 

Andriyanov,  V.İ.  Heydər  Əliyev  [Elektron  resurs]  =  Гейдар 

Алиев = Geidar Aliev = فاىلع رديح. – Bakı : [s. n.], 2008. – 1 el. 

Opt.  disk  (DVD-ROM).  –  (Görkəmli  Adamların  Həyatı).  – 

Azərbaycan, rus, ingilis və ərəb dillərində. 



Fəridə L.  Onu zaman seçib  [Elektron resurs].  - film.  - Bakı  : 

Bəyaz gecələr, 2009. - 1 el. opt. disk (DVD-ROM) : rəngli. ; 12 

sm. 



62 

 

Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi [Elektron 

resurs].  -  Bakı  :  Salnamə,  2007.  -  1  el.  opt.  disk  (DVD-

ROM)prov. : 45 ob/min, 12 sm. 



Mən  fəxr  edirəm  ki,  Azərbaycanlıyam  [Elektron  resurs].  - 

Electron mətn. - Bakı : İnnovativ Tədris Mənbələri (İTM) QSC, 

2012. - 1 el. opt. disk (CD-ROM) : birrəngli : rəngli şəkillər ; 12 

sm. - (Nizami layihəsi - (qutuda). 



Bədii əsərlər 

Bağırov  B.  Sönməz günəş :  poema.  I hissə.  -  Bakı  :  Nurlan, 

2002. – 201 s. - (qutuda). 



Bağırov  B. Sönməz  günəş  :  poema.  II  hissə.  -  Bakı  :  Nurlan, 

2002. - 233 s. - (qutuda). 



Günər M. Bir oğul göstərin Heydərə bənzər : Məktub, xatirə, 

şeir. - Bakı : Nağıl evi, 2009. - 115 s. : rəngli foto.  



Günəşə  qovuşmaq  istəyirəm  mən  :  Azərbaycan  şairlərinin 

Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirləri. - Bakı : 

Çinar - Çap, 2008. - 61 s. : rəngli foto. 

Mehdi  M.  Heydər  Baba  -  Heydər  dədə  :  Poeziya.  -  Bakı  : 

Adiloğlu, 2004. - 34 s.  



Namaz M. Günəş ömürlü insan : Hekayələr və şeirlər. - Bakı : 

Təhsil, 2012. - 32 s. : şək., rəngli foto. 



         Qacar M. Xilaskar : Poema. - Bakı : Ulduz, 2004. - 58 s.  

         Qayalı Z. Əziz rəhbər : Ulu öndər. - Bakı : Təkan, 2013. - 40 s.  

Ülvi Ə. Heydər baba nəğməsi : Şeirlər. - Bakı : Şirvannəşr, 2006. 

- 112 s. 



Yaqub Z.  Əbədiyyət  dastanı  :  poemalar. - Bakı  :  Pedaqogika, 

2008. - 265 s. : rəngli foto. - I kitab: Böyük ömrün dastanı ; II 

kitab: Böyük ömrün davamı. - (qutuda). 



63 

 

Əbədi müstəqillik tarixi yazan lider Heydər Əliyev 



(metodik vəsait) 

 

 



 

 

 



 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 31 

Çapa imzalanmışdır: 13.04.2018 

Tirajı:100 

Pulsuz 


 

 

 



 

 

 



Yüklə 459,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə