F. Köçərli adına



Yüklə 459,27 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix21.06.2018
ölçüsü459,27 Kb.
#50285
1   2   3   4   5   6   7   8   9   ...   17

 

Giriş 

     Hər  bir  millət,  hər  bir  dövlət  yaşam  tarixində  torpağını, 

xalqını sevən, onu mübarizə meydanında qələbəyə, çətin anlarda 

işığa doğru aparan rəhbərə, şəxsiyyətə ehtiyac duyur. Sözün əsl 

mənasında hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, 

millətin  millətlər  sırasında  mətin  dayanmasında  böyük 

şəxsiyyətlərə daim ehtiyac var. Azərbaycanın adı bu gün dünya 

müstəvisində  öndə  gedən  dövlətlər  sırasında  məğrur  durur. 

Daim bu torpaq, bu millət dahilər, onun adını zirvələrə ucaldan 

şəxsiyyətlər yetirib. “Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz”. 

Bu  fikir  Azərbaycan  adını  öndə  gedən  dünya  ölkələri  sırasına 

yazan, öz uzaqgörənliyi  ilə dünya siyasətçilərini  daim heyrətə 

gətirməyi  bacaran,  millətin  hər  bir  nümayəndəsini  ürəkdən 

sevən  dahi  şəxsiyyət,  ulu  öndər  Heydər  Əliyevə  məxsusdur. 

Doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər 

kəsin doğru qiymətini verir. İllər keçdikcə, ümummilli liderimiz 

Heydər  Əliyevin  böyüklüyünü,  müdrikliyini,  xalqını,  vətənini 

necə  bir  məhəbbətlə  sevdiyini  daha  çox  anlayırıq.  Bu  siyasət 

nəhənginin  fəaliyyəti  bütün  bəşəriyyətin  xoşbəxt  gələcəyi 

uğrunda mübarizəyə həsr olunmuşdur. 

     Heydər  Əliyev  bəşəriyyətin  sülh,  əmin-amanlıq,  dostluq  və 

firəvanlıq  içində  yaşaması  üçün  çox  işlər  görmüşdü.  Gəlin 

aşağıdakı xronikaya nəzər salaq. 

     Heydər  Əlirza  oğlu  Əliyev  1923-cü  il  mayın  10-da 

Azərbaycan  Respublikasının  Naxçıvan  şəhərində  anadan 

olmuşdur.  O,  1939-cu  ildə  Naxçıvan  Pedaqoji  Texnikumunu 

bitirdikdən  sonra  Azərbaycan  Sənaye  İnstitutunun  (indiki 

Azərbaycan  Dövlət  Neft  Akademiyası)  memarlıq  fakültəsində 

təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa 

imkan  verməmişdir.  1941-ci  ildən  Heydər  Əliyev  Naxçıvan 

MSSR  Xalq  Daxili  İşlər  Komissarlığında  və  Naxçıvan  MSSR 

Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 

1944-cü 


ildə  dövlət  təhlükəsizliyi  orqanlarında  işə 


 

göndərilmişdir.  Bu  dövrdən  təhlükəsizlik  orqanları  sistemində 



çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər 

Soveti  yanında  Dövlət  Təhlükəsizliyi  Komitəsi  sədrinin 

müavini,  1967-ci  ildən  isə  sədri  vəzifəsində  işləmiş,             

general-mayor  rütbəsinə  qədər  yüksəlmişdir.  Həmin  illərdə  o, 

Leninqrad  şəhərində  xüsusi  ali  təhsil  almış,  1957-ci  ildə  isə 

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu 

il  iyul  plenumunda  Heydər  Əliyev  Azərbaycan  Kommunist 

Partiyası  Mərkəzi  Komitəsinin  birinci  katibi  seçilərək 

respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet 

İttifaqı  Kommunist  Partiyası  Mərkəzi  Komitəsi  Siyasi 

Bürosunun  üzvü  seçilən  Heydər  Əliyev  SSRİ  Nazirlər  Soveti 

sədrinin  birinci  müavini  vəzifəsinə  təyin  edilmiş  və  SSRİ-nin  

rəhbərlərindən  biri  olmuşdur.  Heydər  Əliyev  iyirmi  il  ərzində 

SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin 

müavini olmuşdur. 

     Heydər  Əliyev  1987-ci  ilin  oktyabrında  Sovet  İttifaqı 

Kommunist  Partiyası  Mərkəzi  Komitəsi  Siyasi  Bürosunun  və 

şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz 

əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. 

     Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının 

Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın 

Moskvadakı  nümayəndəliyində  bəyanatla  çıxış  edərək, 

Azərbaycan  xalqına  qarşı  törədilmiş  cinayətin  təşkilatçıları  və 

icraçılarının  cəzalandırılmasını  tələb  etmişdir.  O,  Dağlıq 

Qarabağda  yaranmış  kəskin  münaqişəli  vəziyyətlə  bağlı  SSRİ 

rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin 

iyulunda  Sovet  İttifaqı  Kommunist  Partiyasının  sıralarını  tərk 

etmişdir.  1990-cı  ilin  iyulunda  Azərbaycana  qayıdan  Heydər 

Əliyev  ilk  əvvəl  Bakıda,  sonra  isə  Naxçıvanda  yaşamış,          

həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 

1991-1993-cü  illərdə  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin 



 

müavini  olmuşdur.  Heydər  Əliyev  1992-ci  ildə  Yeni 



Azərbaycan  Partiyasının  Naxçıvan  şəhərində  keçirilmiş  təsis 

qurultayında partiyanın sədri seçilmişdir. 

     1993-cü ilin  may-iyununda hökumət böhranının  son dərəcə 

kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və 

müstəqilliyin  itirilməsi təhlükəsi  yarandıqda  Azərbaycan xalqı 

Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. 

Azərbaycanın  o  zamankı  rəhbərləri  Heydər  Əliyevi  rəsmən 

Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il 

iyunun  15-də  Azərbaycan  Ali  Sovetinin  sədri  seçildi,  iyulun          

24-də  isə  Milli  Məclisin  qərarı  ilə  Azərbaycan  Respublikası 

Prezidentinin  səlahiyyətlərini  həyata  keçirməyə  başladı.           

1993-cü  il  oktyabrın  3-də  ümumxalq  səsverməsi  nəticəsində 

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 

O,  1998-ci  il  oktyabrın  11-də  xalqın  yüksək  fəallığı  şəraitində 

keçirilən  seçkilərdə  səslərin  76,1  faizini  toplayaraq,  yenidən 

Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev 

dörd  dəfə  Lenin  ordeni,  Qırmızı  Ulduz  ordeni  və  çoxlu 

medallarla  təltif  edilmiş,  iki  dəfə  Sosialist  Əməyi  Qəhrəmanı 

adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif 

olunmuşdur.  27  mart  1997-ci  il  Kiyevdə  Azərbaycanın  dövlət 

başçısına  Ukraynanın  ali  mükafatı  “Yaroslav  Mudri”  ordeni 

təqdim edilmişdir. 13 aprel 1999-cu il Prezident Heydər Əliyev 

Türkiyənin  ən  nüfuzlu  mükafatı  “Atatürk  Sülh  Mükafatına” 

layiq  görülmüşdür.  20  yanvar  2001-ci  il  Azərbaycan 

Respublikasının  Prezidenti  Heydər  Əliyevə  Moskva  Dövlət 

Uniersitetinin  “Fəxri  professoru”  adı  verilmişdir.  3  aprel        

2003-cü  il  Azərbaycan  Prezidenti  Heydər  Əliyev  Rusiya 

Federasiyasının  Təhlükəsizlik,  Müdafiə  və  Hüquq  Qaydası 

Problemləri  Akademiyasının  professoru  və  həqiqi  üzvü 

seçilmiş, Y.V.Andropov adına mükafata layiq görülmüşdür. 10 

may 2003-cü il Rusiyanın yüksək mükafatı – Müqəddəs Apostol 

Andrey  Pervozvannı  ordeni  ilə  təltif  olunması  barədə  fərman 

imzalanmışdır. 



Yüklə 459,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə