21
bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim
xatırlanacaqdır.
Əhməd Necdət Sezər,
Türkiyə Respublikasının 10-cu prezidenti
Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli
fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı
olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının
təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın
möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir.
Vladimir Putin,
Rusiya Federasiyasının prezidenti
Azərbaycanın
müstəqilliyinin
təşəkkülündə
və
möhkəmlənməsində,
beynəlxalq
aləmdə
nüfuzunun
yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli
münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin
tarixi rolu misilsizdir.
İslam Kərimov,
Özbəkistan Respublikasının 1-ci prezidenti
Moldova Respublikasında Heydər Əliyevi həmişə böyük
vətənpərvər kimi, ölkələrimiz arasında dostluq münasibətlərinin
möhkəmləndirilməsi uğrunda, Avropada və bütün dünyada
demokratiya idealları uğrunda, sabitliyin və təhlükəsizliyin
qorunub saxlanması uğrunda mübariz kimi tanımış və
qiymətləndirmişlər.
Vladimir Voronin,
Moldova Respublikasının 3-cü prezidenti
Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar
dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun
qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti
22
dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı
və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı.
Toni Bleyer,
Böyük Britaniyanın 73-cü Baş naziri
Heydər Əlirza oğlu böyük siyasətçi, dahi dövlət rəhbəri və
vətənpərvər, gözəl, istedadlı insan kimi məşhur idi. Sovet
dövlətinin, sonralar MDB-nin və Azərbaycan Respublikasının
tarixinin bir çox parlaq və əhəmiyyətli səhifələri onun adı ilə
bağlıdır.
Murtaza Rəhimov,
Başqırdıstan Respublikasının 1-ci prezidenti
Heydər Əlirza oğlu özünün bütün istedad və müdrikliyini,
Vətənə məhəbbətini, əməksevərliyini və fədakarlığını
Azərbaycanın tərəqqisi işinə həsr etmişdir.
Əsgər Akayev,
Qırğızıstan Respublikasının eks-prezidenti
Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən
əsas şəxsiyyət olmuşdur. Onun mövqeyi və göstərdiyi səylər
Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli
xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu
nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış
və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil
olmasına imkan yaratmışdır.
Corc Buş,
Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti
Heydər Əliyev dünyaya qalib gəldi, qalib getdi! Onun
həyatının başlanğıcından sonuna qədər hansı səhifəsini
vərəqləsən, burada qələbənin məğrur təbəssümünü görərsən...
Anar,
Xalq yazıçısı
23
Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi
müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü
qurucularındandır.
Çingiz Aytmatov,
Qırğızıstanın Xalq yazıçısı
Heydər Əliyev mədəniyyət və ədəbiyyata böyük hörmət
bəsləyir. Bu, onun müdrüklüyünə dəlalətdir.
İvan Draç,
Ukrayna şairi
Viktorina – Orta yaş qrup oxucular arasında ümummilli lider
Heydər Əliyevin yubileyi münasibətilə sual-cavab gecələri,
testlər və ya ədəbi viktorinalar təşkil oluna bilər. Sual-cavab
gecəsi kitabxanaçı tərəfindən təşkil olunur və oxuculara suallar
təqdim olunur. Viktorina keçirilərkən, kitabxanaçı məktəbli
oxucuları ətrafıına toplayıb ulu öndərin malik olduğu
xüsusiyyətləri onlardan soruşur. Bu zaman kitabxanaçı ilə
oxucular arasında maraqlı dialoq yaranır. Məsələn:
Əziz uşaqlar, sizin fikrinizcə Heydər Əliyev kimdir?
Cavablar:
Heydər Əliyev böyük azərbaycanlı idi. Bu kəlmələr bunun
sübutudur. “Mən fəxr edirəm ki, azərbaycanlıyam”.
Heydər Əliyev böyük dövlət xadimi idi. “Azərbaycanın
dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir”.
Heydər Əliyev əsl vətənpərvər idi. “Bizim hamımızın bir
Vətəni var – bu Azərbaycan dövlətidir”.
Heydər Əliyev ana dilimizlə fəxr edirdi. “Biz indi müstəqil
dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr
edirik”.
Heydər Əliyev qüdrətli sərkərdə idi. “Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa
hazır olmalıyıq”.