24
Heydər Əliyev təhsilimizin himayədarı idi. “Təhsil hər bir
dövlətin, ölkənin, cəmiyyət həyatının, fəaliyyətinin mühüm bir
sahəsidir”.
Heydər Əliyev tariximizin yaradıcısı idi. “Gərək biz
tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə,
ehtiramla yanaşaq”.
Heydər Əliyev böyük müəllim idi. “Azərbaycanın
müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə
malik olan insanlardır”.
Heydər Əliyev uşaqları çox sevirdi. “Uşaqlar bizim
gələcəyimizdir”.
Viktorina yekunlaşdıqda ən fəal oxucu kitabxananın
müdiriyyəti tərəfindən qiymətləndirilir. Ulu öndər Heydər
Əliyevin yubileyi ilə əlaqədar kitabxananın azyaşlı oxucuları
arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda
şeir müsabiqəsi keçirmək olar. Keçirilən müsabiqələrdə qaliblər
xüsusi hədiyyələrlə mükafatlanır. Bu mövzuda yazılmış
şeirlərdən bir neçəsini sizə təqdim edirik.
Heydər elə, el Heydərə söykənib
Ana torpaq, ana vətən yenilməz,
Yenilməyən bir nəfərə söykənib.
Nəğməkarlar sülh nəğməsi düşünür,
İnsan oğlu xoş xəbərə söykənib.
Daha dövlət saxsıdanmı, sökələr?
Sahibsizmi, kərpicini çəkələr?
Ölkəmizi arxa bilir ölkələr,
Azərbaycan ölkələrə söykənib.
Gəlib çıxar ağır yolun hamarı,
Köçüb gedər Qarabağın qübarı!
Heydər isə bu dövlətin memarı,
Bayrağı ər oğlu ərə söykənib.
Odur gücü əhdin, eşqin, vüqarın,
Dedi: “Gərək eli dardan qurtarım”.
25
Qartal süzür arasında dağların,
Qanadları zirvələrə söykənib.
Millət deyim, söz eşqimi tərpətdi,
Heydər deyim, hər kəlməsi sərvətdi.
Millət – Heydər hər ikisi qüdrətdi,
İki qüdrət bər məhvərə söykənib.
Şair Məstan həqiqətdir, xəyal yox,
Yazdığına nida qoyar, sual yox.
Biri varsa, o birinə zəval yox,
Heydər elə, el Heydərə söykənib.
Məstan Günər
Vətən oğlu
Vətən oğlu, ata oldun bizə sən,
Ata kimi qayğımızı çəkirdin.
Şair kimi həssas idin sözə sən,
Danışıqda sözdən sözü çəkirdin.
Ölkə olduq sən arzuna çatanda,
Bir əlin od, bir əlin su olurdu.
Millət rahat xumarlanıb yatanda,
Yuxun bir an quş yuxusu olurdu.
Yurdumuzda şan-şöhrətli hər nə var
Yatmadığın günlər, aylar, illərdi;
Ziyarətə gəlir səni bu yollar...
Göz yaşımız məzarında güllərdi.
Sənin rəmzin Azərbaycan bayrağı,
Baş qoymağa, can verməyə hazırıq.
Dan ulduzum-yurdumuzun mayakı.
Şeir də bir təsəllidir, yazırıq.
Adın-sanın yenilməz bir ordudu,
İndi odlar diyarının özüsən...
Azərbaycan Heydərlərin yurdudu,
Gələcəyə baxanların gözüsən
Fikrət Qoca
26
Xalqın öndəri
Xalqın tükənmişdi səbri-dözümü,
O, yetirdi ağır gündə özünü,
Sülh carçısı dedi haqqın sözünü
Heydər kimi öndəri var xalqımın.
Tanıtdı dünyaya, Azərbaycanı,
Torpaqdır, Vətəndir onun imanı,
Dağıtdı yurdumdan qara dumanı
Heydər kimi öndəri var xalqımın.
Doğdu Günəş kimi göylərdən baxdı,
Nur olub yurduma şəfəqlər saçdı.
Tilsimli yollardan düyünü açdı,
Heydər kimi öndəri var xalqımın.
Şəlalə Çingizqızı
Şəfəq saçır yenə Heydər
Vətən eşqi gecə-gündüz ürəyində alovlanan,
Xalqı üçün yorulmadan zəhmət çəkən hey yaradan.
Həyatının mənasını bəxş eyləyən bu xalqına,
Əməliylə yol açan Vətənin baharına.
Gələcəyə işıq saçan, nur bəxş edən günəş kimi,
Düşmənləri yandıran bir alov kimi, atəş kimi,
Prezidentim bu xalqına bir qürurdur, bir inamdır.
Ölkəmizi bəlalardan hifz eyləyən qəhrəmandır!
Onun sonsuz məhəbbəti ürəklərdə tutub qərar.
Abadlaşır gündən-günə Vətənimdə hər bir diyar!
Xalqa birdir rəhbərimin əqidəsi, vuran qəlbi,
O, xalqının böyük oğlu, qüdrətli gənc Heydər idi.
Gənc Heydərdir yeni əsrə addımlayır daha mətin,
Qapısını açır xalqa, xoşbəxtliyin səadətin!
İnam ilə xalqımızın inamına verir təpər.
Bu Vətəndə gündüz günəş, gecə nurlu aydır Heydər!
Vaqif Kəhrizli
Dostları ilə paylaş: |