F. Köçərli adına



Yüklə 459,27 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix21.06.2018
ölçüsü459,27 Kb.
#50285
1   2   3   4   5   6   7   8   9   ...   17

11 

 

soykökümüzə  həsr  edilmiş  dərin  məzmunlu  əsərləri,  ideya  və 



fikirləri  elm  və  mədəniyyətin  bütün  sahələrində  aparılan           

elmi  araşdırmaların  metodoloji  əsasıdır.  Bu  əsərlər 

azərbaycanşünaslığa böyük hədiyyədir. Heydər Əliyevin nəzəri 

irsi, həmçinin Azərbaycan dövlətçiliyinin yaranması, qorunması 

və  inkişaf  etdirilməsinin  əsasıdır.  Bu  əsərlər  siyasi  tarix, 

azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, 

vətənə  hədsiz  məhəbbət  dərsliyidir.  Ulu  öndərin  hər  bir  əsəri 

böyük əhəmiyyətə malikdir. Əsrlər keçəcək, illər bir-birini əvəz 

edəcək, nəsillər dəyişəcək, bu əsərlər isə yaşayacaq, neçə -neçə 

nəsillərə,  Azərbaycan  xalqının  gələcəyinə  xidmət  edəcəkdir. 

Çünki  bu  əsərlər  zamanın  sifarişidir,  xalqın  tarixidir, 

salnaməsidir.  Bu  əsərləri  zaman  özü  yaratdığından  daim 

yaşayacaq, gələcəyə işıq saçacaq. 

     Ölkəmizin  siyasi  həyatında  özünəməxsus  yeri  olan  Yeni 

Azərbaycan  Partiyasının  yaranması  və  təşəkkül  tapması  milli 

tariximizdə görkəmli yer tutan ulu öndər Heydər Əliyevin şərəfli 

adı  ilə  bağlıdır.  Tarixi  zərurətdən  yaranmış  Yeni  Azərbaycan 

Partiyası elə bir dövrdə formalaşmışdır ki, müstəqilliyimiz, milli 

varlığımız real təhlükə qarşısında idi. Xalqımızın əsrlərdən bəri 

ürəyində yaşatdığı azadlıq amallarını beşiyindəcə boğmağa cəhd 

göstərən  qara  qüvvələr  heç  nədən  çəkinməyərək  ən  çirkin 

vasitələrə  əl  atırdılar.  Ulu  öndərin  “dünənin,  bu  günün, 

gələcəyin partiyası” deyə həm keçmişini, həm bu gününü, həm 

də  gələcəyini  müəyyən  etdiyi  Yeni  Azərbaycan  Partiyasının 

xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki 

mövqeyini  get-gedə  daha  da  möhkəmləndirir,  xalqın  bu 

partiyanın  ideoloji  –  siyasi  xəttinə  dəstəyini  gücləndirir. 

Xalqımız  maddi  və  mənəvi  sıxıntı  məngənəsində  boğulduğu, 

ölkə  iqtisadi,  siyasi,  sosial,  hərbi  böhran  keçirdiyi  vaxtlarda 

onun  yeganə  ümid  yeri  məhz  Heydər  Əliyev  olmuşdur.  Ulu 

öndər  həmişə  vətəni,  xalqı  ilə  birlikdə  olmuşdur.  Heydər 

Əliyevin  həyata  keçirdiyi  şərəfli  xilaskarlıq  missiyası 

Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi.  



12 

 

     Böyük  natiqlik  qabiliyyətinə,  dərin  zəkaya,  məntiqi 



ardıcıllığa,  iti  zehnə,  möhkəm  yaddaşa  malik  olan  bu  böyük 

insan öz əsərlərini xalq qarşısındakı çıxışlarında, dinləyicilərlə 

üzbəüz,  onların  qarşısında,  onların  iştirakı  ilə  yaratmışdır. 

Heydər  Əliyevin  hər  bir  nitqi,  hər  bir  çıxışı  xalqla  təmasda, 

ictimai-siyasi  yığıncaqlarda,  izdihamlı  mitinqlərdə,  əsgər 

səngərlərində, qaçqın düşərgələrində, rəsmi dövlət tədbirlərində, 

beynəlxalq  məclislərdə  yaranmış  və  Azərbaycanda  dövlət 

quruculuğu  proqramının,  milli  dövlətçilik  ideologiyasının 

əsasını təşkil etmişdir. Heydər Əliyev kimi zəngin irsi, çoxsaylı 

əsərləri olan dövlət xadimi çox azdır. Bu əsərlərdəki elmi fikirlər 

ulu  öndərin  çox  geniş  mütaliə  dairəsinə,  çox  zəngin  və  dərin 

biliyə,  elmi  məlumata  malik  olan  bir  şəxsiyyət  və  görkəmli 

ziyalı olduğunu sübuta yetirir. 

     Heydər  Əliyev  elə  nadir  şəxsiyyətlərdəndir  ki,  tarix 

belələrinin  əməlləri,  fəaliyyəti  ilə  yaranır.  Onun  keşməkeşli 

həyatı,  zəngin  bioqrafiyası  isə  bütöv  bir  epoxanın  canlı 

salnaməsidir.  Bu  salnamənin  nə  az,  nə  çox  –  düz  34  illik  bir 

dövrünü  əhatə  edən  və  xalqımızın  qadir,  yaradıcı  əməyini 

təcəssüm etdirən səhifələri rəhbərin şərəfli və mənalı ömrünün 

unudulmaz anlarıdır. Heydər Əliyev zəmanəsinin böyük filosofu 

idi. Onun fəlsəfəsi sülh fəlsəfəsi idi.  

      Heydər Əliyev şəxsiyyətini dəyərləndirmək cəhdində olmaq 

hardasa tarixə, zamana, gələcəyə qiymət vermək iddiası qədər 

çətindir.  Onun  yorulmaz  fəaliyyətinin  Azərbaycan  elminin 

müxtəlif sahələri ilə bağlı əlaqələrinin coğrafiyası və tarixi çox 

genişdir. Bu tarixi şəxsiyyəti, fenomeni sözlə səciyyələndirmək 

çətindir.  Çünki  Heydər  Əliyev  yalnız  bir  dövləti  idarə  edən 

siyasi  xadim,  rəhbər  deyil,  həm  də  milyonlarla  insanı  böyük 

ideallar  ətrafında  səfərbər  edən  bir  dövlət  qurucusu,  tarix 

memarıdır. Onun bütün həyatı, fəaliyyəti, məqsəd və arzuları bu 

idealın dövlət quruculuğu, tarix yaradıcılığı idealının ətrafında 

cəmlənmişdir.  Heydər  Əliyev  Azərbaycan  elminin  hamisi  və 

böyük  mütəfəkkir  idi.  Heydər  Əliyevin  varlığı  xalqa,  onun 



13 

 

mədəniyyətinə  xidmətdən  yoğrulmuşdur.  Ulu  öndərin 



incəsənətə, mədəniyyətə, teatra, ədəbiyyata göstərdiyi xidmətlər 

unudulmazdır.  O,  sənətdə,  ədəbiyyatda  həmişə  tərəqqi  və 

irəliləyiş  yolunu  seçməyi  vacib  sayardı.  Doğrudan da, Heydər 

Əliyev kimi görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, 

mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər. 

      Azərbaycanın  dövlətçilik  tarixində  müstəsna  xidmətləri 

olan,  ideyaları,  idarəçilik  təcrübəsi  bu  günümüzə,  sabahımıza 

bələdçilik  edən ümummilli  lider Heydər Əliyevin siyasi  irsi o 

qədər  zəngin,  mənalı  və  dəyərlidir  ki,  hələ  bir  neçə  on  illər 

bundan  sonra  da  nəsillər  bu  varislik  xəzinəsindən  istifadə 

edəcəklər.  Ulu  öndərin  uzaqgörən  siyasəti  nəticəsində 

Azərbaycan  özünün  geostrateji,  iqtisadi  və  mədəni 

potensialından  istifadə  edərək  Şərqlə  Qərb  arasında  etibarlı 

körpüyə,  dünyanın  dinamik  inkişaf  edən  ölkələrdən  birinə 

çevrilmişdir. Adı həmişə milli dövlətçiliyimiz, müstəqillimizlə 

qoşa çəkilən, fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən 

Heydər  Əliyev  min  ildən  bir  tanrının  insanlara  bəxş  etdiyi 

müdrik, lider olduğunu fəaliyyəti ilə təsdiqləyən dahilərdən biri, 

bəlkə də birincisidir. Ölkəmizdə müasir, demokratik, hüquqi və 

dünyəvi  dövlət  quruculuğu,  vətəndaş  cəmiyyətinin  təşəkkülü, 

milli mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin 

inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. “Mən çox 

sınaqlardan  keçmiş  bir  adamam  və  həyatımı  da  özümə  yox, 

xalqıma  həsr  etmişəm”  söyləyən,  həyatının  mənasını 

Azərbaycan xalqına, dövlətçiliyinə xidmətdə görən ümummilli 

lider Heydər  Əliyevin ömür  yolu əslində  əsrlərə sığmayan bir 

epoxadır. Onun söylədiyi “mən həmişə fəxr etmişəm, bu gün də 

fəxr  edirəm  ki,  mən  Azərbaycanlıyam”  sözləri  ilə  bir  daha 

bildirirdi  ki,  hansı  sahədə  çalışmasından  asılı  olmayaraq 

Azərbaycanın  adına,  vədinə  sadiq  əsgəri  kimi  xalqının 

xoşbəxtliyi,  müstəqilliyi  naminə  hər  çətinliyə  həmişə  hazır 

olmuşdur. O, heç bir zinətlə ölçülə bilməyəcək qədər qiymətli 

ideyaları,  qətiyyəti,  sağlam  azərbaycançılıq  məfkurəsi  ilə 



Yüklə 459,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə