F. Köçərli adına



Yüklə 459,27 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix21.06.2018
ölçüsü459,27 Kb.
#50285
1   2   3   4   5   6   7   8   9   ...   17

 

     



Əsl  vətəndaş,  tarixi  şəxsiyyət  və  ümummilli  lider.  Bu  üç 

fenomen keyfiyyətin daşıyıcısı, qüdrətli və böyük insan Heydər 

Əliyevin  Azərbaycan  xalqının  tarixi  taleyində  oynadığı  rol 

misilsizdir. Türk dünyasının fəxri olan ulu öndər H. Əliyev də 

XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri 

kimi ehtiramla xatırlanır. Zaman ötdükcə, illər keçdikcə bir çox 

meyarlar, prinsiplər dəyişir, ancaq obyektiv tarixi meyillərin və 

həqiqətin  meyarı  isə  dəyişməz  qalır.  Odur  ki,  Azərbaycan 

xalqının  ümummilli  lideri,  dərin  zəkası  və  rəhbərlik  etmək 

istedadı,  uzaqgörənliyi  və  nüfuzu  ilə  bütün  dünyanı  heyran 

qoymuş  ulu  öndər  H.  Əliyev  haqqında  keçmiş  zamanda 

danışmaq  mümkün  deyil.  H.  Əliyev  öz  siyasi  dühası  ilə 

Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın 

taleyində  silinməz  izlər  qoymuşdur.  Onun  siyasəti  nəticəsində 

əldə  olunan  misilsiz  nailiyyətlər  göz  qabağındadır.      

Azərbaycanda  müasir  demokratik,  hüquqi  və  dünyəvi  dövlət 

quruculuğu,  vətəndaş  cəmiyyətinin  təşəkkülü,  milli-mənəvi 

dəyərlərə  qayıdış  və  elmin,  təhsilin,  mədəniyyətin  inkişafı         

əbədi  surətdə  H.  Əliyevin  adı  ilə  bağlıdır.  Ölkəmizin    əsas  

qanunu  Konstitusiyanın  qəbul  edilməsi,  hakimiyyətlərin 

bölünmə  prinsipinin  təsbit  olunması,  hüquq  normalarının              

və 


qanunvericilik 

bazasının 

beynəlxalq 

standartlara 

uyğunlaşdırılması, müasir idarəetmə  üsullarının bərqərar olması 

və  müvafiq  dövlət  qurumlarının  formalaşdırılması  Heydər 

Əliyevin  rəhbərliyi  ilə  gerçəkləşən  genişmiqyaslı  quruculuq 

proqramının tərkib hissələridir. Bu uğurlar paytaxtımızın daim 

yeniləşən  görkəmində,  şəhər  və  rayonlarımızın  sürətlə 

modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və 

səhiyyədə,  eləcə  də  ictimai-siyasi  həyatımızda  öz  əksini 

tapmışdır.  Heydər  Əliyev  çox  maraqlı,  mürəkkəb,  zəngin, 

keşməkeşli bir ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən 

qalib çıxmış, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək 

zirvəyə yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa 

da,  polad  iradəsi,  dönməz  xarakteri,  şəxsiyyət  bütövlüyü  bu 




 

zirvəni fəth etməkdə ona kömək etmişdir. Bütün dünyanın etiraf 



etdiyi  böyük  dövlət  xadimi,  görkəmli  siyasətçi,  müstəqil 

Azərbaycan 

dövlətinin 

memarı, 


zəmanəmizin 

nadir 


şəxsiyyətlərindən  biri  Heydər  Əliyev  çox  zəngin  irs  qoyub 

getmişdir.  Xalqımızın  mənəvi  sərvəti  olan  bu  zəngin  irsi 

araşdırdıqca respublikamızın son 50 illik həyatında bu nəhəng 

şəxsiyyətin  öz  xalqına  qırılmaz  tellərlə  bağlı  olduğu,  onu 

ürəkdən  sevdiyi,  Azərbaycanın  inkişafı  və  tərəqqisi  naminə 

böyük  işlər  gördüyü,  bütün  varlığını,  həyatını  Azərbaycan 

dövlətçiliyinin  möhkəmləndirilməsinə  həsr  etdiyi  göz  önünə 

gəlir.  Özünün  zəngin  siyasi  fəaliyyəti  sayəsində  ölkəmizin 

hərtərəfli  inkişafı  prosesinə  qüvvətli  təkan  verərək,  onu  daim 

yüksəliş yoluna çıxaran Heydər Əliyevin Azərbaycan xalqı və 

dövləti  qarşısında  misilsiz  tarixi  xidmətlərini,  o  cümlədən 

xalqımızın  müstəqillik  arzusunun  həyata  keçməsində,  milli 

dövlətçilik  ideyasının  gerçəkləşdirilməsində  və  müasir 

Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu olmuşdur. 



     Tarixin  xalqımıza  bəxş  etdiyi  dahi  şəxsiyyətin,  müasir 

Azərbaycanın xilaskarı və memarı, ümummilli liderimiz Heydər 

Əliyevin  bütün  fəaliyyətinin  məqsədi  Azərbaycanı  güclü, 

demokratik  dövlətə  çevirmək  və  xalqına  firavan  həyat  bəxş 

etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun 

şərəfli  adı  və  möhtəşəm  fəaliyyəti  ilə  bağlıdır.  Onun 

Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün 

sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin 

yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.  

     Ulu  öndər  hər  zaman  bu  fikri  səsəndirirdi:  “Azərbaycan 

dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq hər 

bir  azərbaycanlının  vətənidir”.  Bu  sözlər  Heydər  Əliyevin  nə 

qədər tolerant bir şəxsiyyət olmasından xəbər verirdi.      

     Biz  mədəniyyət  işçiləri  olaraq  deyə  bilərik  ki,  Azərbaycan 

mədəniyyətinin  ən  böyük  nailiyyətləri  görkəmli  siyasət  və 

dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz buna görə 

də  Heydər  Əliyevin  Azərbaycana  rəhbərlik  etdiyi  illəri 



10 

 

mədəniyyətimizin  tarixində  yeni  intibah  dövrü  adlandırmaq 



olar.  Heydər  Əliyevin  Azərbaycan  mədəniyyətinin  ayrılmaz 

tərkib hissəsi olan kitabxana quruculuğu sahəsində də,  misilsiz 

xidmətləri vardır. XX əsrin II yarısında respublikada kitabxana 

şəbəkələrinin  inkişafı,  kitabxanaların  mərkəzləşdirilməsi, 

kitabxana  fondlarının  inkişafı,  əhaliyə  kitabxana  xidmətinin 

yaxşılaşdırılması,  kitabxanaların  maddi-texniki  bazasının  və 

kadr  potensialının  möhkəmləndirilməsi  istiqamətində  Heydər 

Əliyevin  gördüyü  işlər  danılmazdır.  Müstəqillik  dövründə 

kitabxanaların  qorunub  saxlanılması,  kitabxana  işinin  inkişaf 

istiqamətləri və dövlətin kitabxana siyasətinin formalaşmasında 

Heydər Əliyevin rolu böyükdür.  Ulu öndər kitab və kitabxana 

işinin  böyük  mədəni  əhəmiyyətini  yüksək  qiymətləndirmiş,            

onu  ölkəmizin  ümumi  mədəniyyətinin  əsas  göstəricisi                             

kimi  qiymətləndirmişdir.  Bu  da  Heydər  Əliyevin  yüksək                        

elmi,  mədəni  və  intellektual  səviyyəsi  ilə,  bəşəri  xarakter 

daşıyan  hadisələri  düzgün  qiymətləndirə  bilmək  istedadı  ilə 

şərtləşir.  Heydər  Əliyev  həmişə  çıxışlarında  yazıçı  və 

şairlərimizin, alimlərimizin, mədəniyyət xadimlərimizin böyük 

potensiala  malik  olduğunu  bildirmiş,  Azərbaycan  xalqının 

təhsillənməsində,  biliklənməsində,  elm  və  mədəniyyətimizin, 

mənəviyyatımızın inkişafında böyük rolu olduğunu bildirmişdir. 

İftixar  hissi  ilə  demək  olar  ki,  Heydər  Əliyev  respublikaya 

rəhbərlik  etdiyi  34  illik  dövrdə  böyük  təşkilatçılıq,  nəhəng 

quruculuq  işləri  ilə  yanaşı,  zəngin  elmi-nəzəri,  mənəvi  bir  irs 

yaratmışdır.  Bu  irs  qiymətli  mənəvi  sərvət  kimi  elmimizin  və 

mədəniyyətimizin “qızıl fondu” na daxil edilmişdir. 

     Müasir  şəraitdə  ölkəmizin 

gələcək  inkişaf  yolunu 

işıqlandıran  bu  zəngin  irsin  öyrənilməsinə  böyük  ehtiyac  hiss 

edilməkdədir.  Respublikamızın  vətəndaşlarının,  ziyalılarının, 

alimlərin,  mütəxəssislərin,  əhalinin  bütün  təbəqələrinin, 

xüsusilə  vətənimizin  gələcəyi  olan  gənclərin  bu  irsi  dərindən 

mənimsəməsinə ciddi ehtiyac duyulmaqdadır. Heydər Əliyevin 

elmimizə,  tariximizə,  dilimizə,  milli  ideologiyamıza, 




Yüklə 459,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə