F. Köçərli adına



Yüklə 459,27 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix21.06.2018
ölçüsü459,27 Kb.
#50285
1   2   3   4   5   6   7   8   9   ...   17

14 

 

Azərbaycan xalqını ardınca aparan ölməz sərkərdə, komandan 



olduğunu əməli fəaliyyəti ilə təsdiqlədi.   

     Dünya  azərbaycanlılarının  birliyini  təmin  edə  biləcək  ən 

mühüm  və  təsirli    vasitə  vahid  ideologiyanın  olmasıdır.  Bunu 

çox gözəl anlayan ulu öndər Heydər Əliyev xalqı bir ideya, bir 

məqsəd  ətrafında  birləşdirmək  üçün  məhz  “Azərbaycançılıq” 

ideologiyasını  seçmişdi.  İdeologiya  xalqın  milli-mənəvi 

varlığının ilkin əlamətlərindən olub, xalqın kimliyini əks etdirən 

təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji 

birlik  xalqın,  millətin  və  dövlətin  tarixi  varlığının  əsas 

atributlarıdır.  Bütün  sahələrdə  olduğu  kimi  kitabxana  işi 

sahəsində də qəbul edilmiş rəsmi sənədlərdə ulu öndər Heydər 

Əliyev  irsinin  və  milli  ideologiyanın  təbliğinə  xüsusi  diqqət 

yetirilir.  Azərbaycan  Respublikası  Prezidentinin  2008-ci  il  6 

oktyabr  tarixli  Sərəncamı  ilə  imzalanmış  “Azərbaycan 

Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü 

illərdə inkişafı üzrə Dövlət Proqramı”nın ayrı-ayrı bəndlərində 

ulu öndər Heydər Əliyevin unikal dövlət və mədəni quruculuq 

təcrübəsinin,  intellektual  və  mənəvi  irsinin  respublikanın  və 

dünyanın  rəqəmsal  irs  fondlarına  daxil  edilməsi,  ümummilli 

lider  Heydər  Əliyevin  “Müstəqilliyimiz  əbədidir”  çoxcildli 

kitabının  biblioqrafik  göstəricisinin  və  elektron  nəşrinin 

hazırlanması, ümummilli lider Heydər Əliyev haqqında ən çox 

soruşulan kitabların  informasiya daşıyıcılarına köçürülməsi  və 

s. Ulu öndər Heydər Əliyev irsinin və azərbaycançılığın təbliği 

ilə bağlı kitabxanaçıların üzərinə bir sıra mühüm vəzifələr düşür 

və bu istiqamətdə bütün vasitələrdən istifadə olunmalı, təbliğatın 

ən  müxtəlif  üsulları  həyata  keçirilməlidir.  Ümummilli  liderin 

siyasi fəaliyyəti onun davamçısı İlham Əliyev tərəfindən  uğurla 

davam etdirilir və Azərbaycan xalqını daha da xoşbəxt gələcəyə 

doğru aparır.  

     Məhəmməd Füzulinin 500 illik və “Kitabi-Dədə Qorqud”un 

1300  illik  yubileylərinin  YUNESCO  səviyyəsində  keçirilməsi 

Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq 



15 

 

mədəni  ictimaiyyətlə  yeni  əməkdaşlıq  formalarının  bərqərar 



olmasına gətirib çıxarmışdır. 

       Heydər Əliyev Böyük İpək Yolunun mühüm mərkəzi olan, 

mədəniyyətlərin  və  sivilizasiyaların  qovşağında  yerləşən 

ölkəmizi  dünyada  tolerantlığın  və  dözümlülüyün  məkanı  kimi 

tanıtmışdır.  Onun  beynəlxalq  səfərləri,  siyasi,  ictimai  və  dini 

xadimlərlə  görüşləri  ölkəmizin  yeni  imicinin  formalaşmasına 

xidmət  edirdi.  Milli  mənəvi  dəyərlərimizin  qorunub 

saxlanılması,  azərbaycançılıq  ideologiyasının  şüurlarda  kök 

salması,  dilimizin  tətbiqi  sahələrinin  genişlənməsi,  tariximizin 

yenidən  obyektivcəsinə  yazılması  və  s.  Heydər  Əliyevin 

çoxşaxəli fəaliyyətinin yalnız bir tərəfidir. 

     Yaxın  tariximizin  son  bir  qərinəlik  dövrünə  nəzər  saldıqda 

görürük    ki,    Azərbaycanın    bütün    sahələrində    qazandığı 

uğurlar,  onun  günbəgün  artan  nüfuzu,  sözün  əsl  mənasında, 

böyük  insan  olan  Heydər  Əliyevin  fəaliyyəti  ilə  sıx  bağlıdır.                          

Cənab Heydər Əliyevin xüsusilə təhsilə, elmə, mədəniyyətə olan 

qayğısı, məktəbə, müəllimə verdiyi yüksək qiymət siyasi xadim, 

dövlət  rəhbəri  kimi  daim  onun  fəaliyyətinin  ana  xəttini  təşkil 

edib. Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda 

əvəzsiz  tarixi  xidmətlərini  nəzərə  alaraq,  milli  dövlətçilik 

ideyasının  bərqərar  olması  və  ölkəmizin  beynəlxalq  aləmdə 

nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan 

xalqının  ümummilli  lideri  Heydər  Əliyev  xalqımızın  qəlbində 

əbədiyaşarlıq  qazanmışdır.  Milyonların  ürəyindən  gələn  bu 

sözlər ona ümumxalq məhəbbətinin ifadəsi oldu: “Nə qədər ki, 

müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər 

Əliyev ürəklərdə yaşayacaqdır”. 

 

 



 

 

 

 


16 

 

Keçiriləcək tədbirlər  

     Azərbaycanın  milli-mənəvi  dünyasını  zənginləşdirmiş 

şəxsiyyətlər  möhkəm  əqidələri,  dərin  zəkaları  ilə  tariximizdə 

parlaq səhifələr yazmışlar. Bu şəxsiyyətlər doğma yurdun sabahı 

naminə  zamanın  sınaqlarına  fədakarlıqla  sinə  gərərək  vətənin 

işıqlı  gələcəyini  təmin  etmişlər.  Ümummilli  liderimiz,  türk 

dünyasının  fəxri  Heydər  Əliyev  belə  şəxsiyyətlər  sırasında 

önəmli yer tutur. Xalqımızın ümummilli liderinin “Mən həmişə 

fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” 

sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın 

həmrəyliyinin  təməl  daşına  çevrilmişdir.  Bu  gün  dünyanın 

müxtəlif  guşələrində  yaşayan  azərbaycanlıların  müstəqil 

Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, 

milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul 

etməsi  və  azərbaycançılıq  ideyası  ətrafında  birləşməsi  məhz 

Heydər  Əliyev  fəaliyyətinin  nəticəsidir.  Dahi  Heydər  Əliyev 

şəxsiyyətinin  Azərbaycan  dövlətçilik  tarixində  müstəsna           

yeri  vardır.  Azərbaycançılıq  məfkurəsinin  parlaq  daşıyıcısı         

kimi  Heydər  Əliyev  öz  müdrik  siyasəti,  dönməz  əqidəsi                      

və  tarixi  uzaqgörənliyi  sayəsində  milli  dövlətçilik  ideyasının 

gerçəkləşdirilməsinə, 

müasir 

Azərbaycan 



dövlətinin 

qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail 

olmuşdur.  Məhz  Heydər  Əliyevin  fəaliyyəti  nəticəsində 

Azərbaycan  özünün  geostrateji,  iqtisadi  və  mədəni 

potensialından  istifadə  edərək  Şərqlə  Qərb  arasında  etibarlı 

körpü  rolunu  oynamağa  başlamış  və  dünyanın  ən                       

dinamik  inkişaf  edən  ölkələrindən  birinə  çevrilmişdir.  Heydər 

Əliyev  öz  siyasi  dühası  ilə  Azərbaycanın  müasir  simasını 

müəyyənləşdirmiş  və  xalqımızın  taleyində  silinməz  izlər 

qoymuşdur.  Onun  siyasəti  nəticəsində  əldə  olunan  misilsiz 

nailiyyətlər  göz  qabağındadır.  Bu  uğurlar  paytaxtımızın  daim 

yeniləşən  görkəmində,  şəhər  və  rayonlarımızın  sürətlə 

modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və 



Yüklə 459,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə