##Fakültə: Filologiya ##İxtisas: Azərbaycan ədəbiyyatı tarixi (qədim dövr) ##Bölmə


##num= 4// level= 1// sumtest=59 // name= XII ƏSR AZƏRBAYCAN İNTİBAH ŞEİRİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİ xxx //



Yüklə 350,5 Kb.
səhifə4/8
tarix20.08.2018
ölçüsü350,5 Kb.
#63646
1   2   3   4   5   6   7   8

##num= 4// level= 1// sumtest=59 // name= XII ƏSR AZƏRBAYCAN İNTİBAH ŞEİRİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİ xxx //


1. XII əsrdə qələmini nəsrdə sınamış ədiblərin əsərlərini uyğunlaşdır:

I. Xaqani

II. X. Əl – Ustad

III. S. Vəravini

IV. Ş. Sührəvərdi

1 – “Bustanul – qulub”

2 – “Mərzibannamə”

3 – “Munisnamə”

4 – “Monşeat”

A) I –3; II –2; III –4; IV –1.

B) I –1; II –2; III –3; IV –4.

C) I –2; II –1; III –4; IV –3.

D) I –4; II –3; III –2; IV –1.

E) I –1; II –4; III –3; IV –2.

2. Əsərlərin ardıcıllığına diqqət yetirin:

1 – “İqbalnamə”(N. Gəncəvi)

2 – “Günəşə kitab”(“Töhfətül – İraqeyn”)

3 – “Aforizmlər”(B. K. Bakuvi)

4 – “On qəsidənin şərhi”(X. Təbrizi)

A) 4; 3; 2; 1

B) 2; 3; 1; 4

C) 1; 2; 3; 4

D) 3; 4; 2; 1

E) 1; 3; 2; 4

3. Əsərlərin yazılma tarixinə görə ardıcıllığı necə olmalıdır?

1 – “Mədain xərabələri”(Xaqani)

2 – “Meratos – səfa” (Xaqani)

3 – “Bahariyyə”(Qətran)

4 – “Yeddi gözəl” (Nizami)

A) 2; 1; 4; 3

B) 3; 1; 4; 2

C) 4; 3; 2; 1

D) 1; 2; 3; 4

E) 3; 2; 1; 4

4. Azərbaycan şairlərinin əlamətlərini onlara uyğunlaşdırın:

I –İ. Yəsar; II –Xaqani; III –M. Gəncəvi; IV – Ş. Sührəvərdi

1 – Məsnəvisində və şeirlərində “əxiliyə” böyük rəğbət görünür.

2 – Xilafətdə “Şüubiyyə” cərəyanının yaradıcılarındandır.

3 – Xərabatda sakin olan şair sənətkarları sevmişdir.

4 – “İşraqiyyə” – sufi cərəyanının nəzəriyyəçisi.

A) I – 2; II – 4; III – 1; IV – 3.

B) I – 1; II – 2; III – 3; IV – 4.

C) I – 4; II – 3; III – 2; IV – 1.

D) I – 2; II – 1; III – 3; IV – 4.

E) I – 3; II – 1; III – 4; IV – 2.

5. Ş. Sührəvərdiyə görə, gözəllik, eşq və kədər, Yusif, Züleyxa və Yəqub üçlüyü bir kökdəndir. “Yusif və Züleyxa” fəsli Sührəvərdinin hansı əsərinə aiddir.

A) “Zoğate muran

B) “Risaleye eşq”

C) “Risalətüt - teyr”

D) “Həqiqətül eşq”

E) “Əqle sorx”

6. “Mənim ərəb, fars və türk dillərində əsərlərim var” – deyən, Paris milli kitabxanasında saxlanan “Mücməəti qisəs və rəsail və əsr” adlı əlyazmanın müəllifi, XII əsr Azərbaycanın bir sıra şəhər və dövlət idarələrində işləmiş şair :

A) Zəhirəddin Fəryabi

B) Xosrov əl - Ustad

C) Zəki Marağayi

D) Məsud ibn Namdar

E) Əsirəddin Əxsikəti

7. Verilmiş şairləri aid olduqları saraya görə qruplaşdırın.

I. Şirvanşahlar sarayı

II. Atabəylər(Eldəgizlər) sarayı

III. Sultan Səncər sarayı

1 – Əbubəkr Xosrov Əl – Ustad

2 – Məhsəti Gəncəvi

3 – Əbüləla Gəncəvi

4 – Qivami Mütərrizi

5 – Zəki Marağayi

6 – İzzəddin Şirvani

7 – Fələki Şirvani

8 – Əsirəddin Əxsitəki

9 – Mücirəddin Beyləqani

A) I – 1; 2; 3, II – 4; 5; 6, III – 7; 8; 9.

B) I – 2; 5; 4, II – 2; 3, III – 1; 6; 7.

C) I – 1; 4; 6; 8, II – 7; 9, III – 2; 3; 5.

D) I – 3; 6; 7, II – 1; 8; 9, III – 2; 5.

E) I – 7; 8; 9, II – 1; 2; 3, III – 4; 5; 6.

8. Saray şairlərinin yaradıcılığında başlıca mövzu nədir ?

A) Hökmdarların tərifi, ölkədə baş verən mühüm hadisələrin təsviri

B) Məhəbbət və dostluq hisslərinin tərənnümü

C) İnsanı mənəvi axtarışlara, kamilliyə çağırış

D) Dinin təbliği və din xadimlərinin tərifi

E) Vətən məhəbbəti və doğma yurdun gözəliklərinin tərənnümü

9. Zamanın eybəcərliklərinə, ikiüzlü zahid, vaiz və müftilərin pis əməllərinə öz şeirilə etiraz edən, saraylara getməyən XII əsr şairi kim idi ?

Əcəb zəmanədir, türfə xəlayiq,

Cəhalət meyindən tapılmaz ayıq,

Nə adil bir şah var, nə doğru hakim,

Nə dindar zahid var, nə təmiz alim.

A) Ömər Gənci

B) Qivami Mütərrizi

C) Sədəddin Vəravini

D) İzzəddin şirvani

E) Fələki Şirvani

10. 1190 - cı ildə Təbrizdə vəfat etmiş və Xaqaninin şagirdi olmuş şair kimdir?

A) Mücirəddin Beyləqani

B) Məhsəti

C) Sührəverdi

D) İzəddin Şirvani

E) Fələki Şirvani

11. Q. Mütərrizi və N. Gəncəvi ilə bağlı uyğunluğu müəyyənləşdirin.

I. Q. Mütərizi

II. N. Gəncəvi

1 - “Raiyyə” qəsidəsi vardır.

2 - 1190 - cı ildə vəfat etmişdir.

3 - ”Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz” misrası ilə başlayan qəzəl müəllifidir.

4 - Xəmsə yaratmışdır

5 - “Sirlər xəzinəsi” adlı poeması vardır.

A) I - 1, 3, 5 II - 1, 2, 3

B) I - 3, 4, 5; II - 1, 2, 5

C) I - 1, 4, 5; II - 1, 2, 4

D) I - 1, 2 II - 3, 4, 5

E) I - 1, 2, 4 II - 1, 3, 2

12. XII əsr Azərbaycan poeziya məktəbinin güclü bir qolu Şirvanşahlar sarayında yaranıb. Bu qolun əsasını qoyanlardan biri, sarayın “məlik - üş - şüara”sı kim idi ?

A) Əbül - üla Gəncəvi

B) Xaqani Şirvani

C) Məsud ibn Namdar

D) İzzəddin Şirvani

E) Fələki Şirvani

13. Şeirdə misraların ardıcıllığını müəyyənləşdirin.

1 - Əcəb zımanədir türfə xəlayiq,

2 - Nə dindar zahid var, nə təmiz alim,

3 - Nə adil bir şah var, nə doğru hakim,

4 - Cəhalət meyindən yoxdur bir ayıq

A) 1, 3, 4, 2

B) 2, 3, 4, 1

C) 1, 4, 2, 3

D) 3, 4, 2, 1

E) 2, 1, 3, 4,

14. Aşağıdakı sənətkarların yaşadığı ardıcıllığı tarix baxımından müəyyənləşdirin:

1 - Zərdüşt

2 - Davdaq

3 - Bərakəveyh Zəncani

4 - Mənsur Təbrizi

5 - İzəddin Şirvani

A) 3, 4, 5, 2, 1

B) 2, 3, 4, 1, 5

C) 1, 3, 4, 5, 2

D) 1, 2, 3, 4, 5

E) 1, 4, 5, 3, 2

15. Ə. Gəncəvi və X. Şirvani ilə bağlı uyğunluğu müəyyənləşdirin.

I. Ə. Gəncəvi

II. X. Şirvani

1 - Gəncədə anadan olmuşdur.

2 - “Mədain xərabələri” əsəri vardır.

3 - Axistan tərəfindən həbs edilmişdir.

4 - “Gəncəlilər mənimlə fəxr edir” misrası vardır

5 - “Andnaməi” adlı əsəri vardır.

A) I - 1, 3, 5 II - 1, 2, 3

B) I - 3, 4, 5; II - 1, 2, 5

C) I - 1, 4, 3; II - 1, 2, 4

D) I - 1, 4, 5 II - 2, 3

E) I - 1, 2, 4 II - 1, 3, 2

16. XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Şirvanşah III Mənuçehrin zamanında yaşamış və bir müddət həbsdə olmuş şair “Həbsiyyə” qəsidələrindən birində yazırdı :

Heç kəs ilə həyatda karım yox,

Kara gəlmək üçün də yarım yox. - Həbsdə oturub şikayət edən şair kim olmuşdur?

A) Fələki Şirvani

B) Xaqani Şirvani

C) Əbülüla Gəncəvi

D) İzzəddin Şirvani

E) Mücirəddin Beyləqani

17. Şirvanşah sarayında yaşayıb yaratmış şairləri seçib göstərin.

1 - İzzəddin Şirvani

2 - Xaqani Şirvani

3 - Əbülüla Gəncəvi

4 - Fələki Şirvani

5 - Mücirəddin Beyləqani

6 - M. Gəncəvi

7 - Xəttat Nizami Təbrizi

A) 2, 6, 7

B) 1, 3, 6

C) 4, 5, 6, 7

D) 1, 2, 3, 4,

E) 4, 6, 7

18. XII əsrdə yaşayıb yaratmış şairləri seçib göstərin.

1 - Musa Şəhəvat

2 - Xaqani Şirvani

3 - Əbülüla Gəncəvi

4 - Fələki Şirvani

5 - Mücirəddin Beyləqani

6 - İsmayıl ibn Yəsar

7 - Bərəkaveyh Zəncani

A) 2, 3, 4, 5

B) 1, 3, 6

C) 4, 5, 6, 7

D) 2, 6, 7

E) 4, 6, 7

19. “Kuyində fələk dün gecə görcək məni sordu:

Kim saldı səni bu hala? Dur bir mənə göstər”

Yarın o xumar gözləri” – dindim. Dedi: “Heyhat !



Çox sərxoşdur onlar, səni qaç, öldürəcəklər” –

Divan əldə olmayan, XII əsr Şirvan şairi, bu lirik parçanın müəllifi kimdir ?

A) İzzəddin Şirvani

B) Fələki Şirvani

C) Əbüləla Gəncəvi

D) Xaqani Şirvani

E) Məsud ibn Namdar

20. Bu şairlər Şirvanşahlar sarayında yazıb yaratmışlar :

1) Əbülüla Gəncəvi

2) Xaqani Şirvani

3) Ömər Gənci

4) Qivami Mütərrizi

5) Fələki Şirvani

A) 3, 4, 5

B) 2, 3, 4

C) 1, 3, 4

D) 1, 2, 5

E) 1, 4, 5

21. Əslən Orta Azsiyanın Türküstan ellərindən olan, bir sıra Şərq ölkələrini gəzmiş, sonra isə Azərbaycana köçmüş, uzun müddət Təbrizdə yaşamış, Atabəylər sarayında xidmətdə, M. Beyləqani ilə yaxın yaradıcılıq əlaqəsində olmuş şairləri təyin edin.

A) Əsirəddin Əxsikəti, Zıhirəddin Fəryabi

B) Qətran Təbrizi, Zəki Marağayi

C) Zəkirəddin Faryabi, Qivami Mütərriri

D) Fələki Şirvani, Məsub ibn Namdar

E) İzzəddin Şirvani, Sohabəddin Sürhgərdi

22. Çox vaxt günahlandırılan, bəzən həbs olunan şairlərin özlərinin günahsız ol duqlarına hökmdarı inandırmaq, aman istəmək üçün yazılan şeir forması necə adlanır ?

A) Mədhiyyə

B) Fəxriyyə

C) Həbsiyyə

D) Qəşəmnamə (Andnamə)

E) Mərsiyyə

23. Şirvanşah sarayında yaşamayan şairləri seçib göstərin.

1 - İzzəddin Şirvani

2 - Xaqani Şirvani

3 - Əbülüla Gəncəvi

4 - Fələki Şirvani

5 - Qivami Mütərrizi

6 - M. Gəncəvi

7 - Xəttat Nizami Təbrizi

A) 2, 6, 7

B) 1, 3, 6

C) 4, 5, 6, 7

D) 5, 6, 7

E) 4, 6, 7

24. Əcəb zəmanədir türfə xəlayiq,

Cəhalət meyindən tapılmaz ayıq

Nə adil bir şah var, nə doğru hakim;

Nə dindar zahid var, nə təmiz alim

Zəmanəsinə, ətrafındakı insanlara tənqidi yanaşan, şeirinin dili ilə mühitdən narazılıq edən şairin adını göstərin !

A) İzzəddin Şirvani

B) Əbüləla Gəncəvi

C) Xaqani Şirvani

D) Məsud ibn Namdar

E) Qivami Mütərrizi

25. Bir quşam, dünyadır mənimçün qəfəs

Səs verməz dünyada səsimə bir kəs.

Zəmanə zülmündən ahlar saçaram

Bu qəfəsdən haçan, haçan uçaram

Zəmanəni qəfəsə, özünü isə bu qəfəsdə haray salan quşa bənzədən XII əsr şairi kimdir ?

A) Əbülhəsən Əli Miyanəçi

B) Ömər Gənci

C) Məhsəti Gəncəvi

D) Şihabəddin Sührəvərdi

E) Qivami Mütərrizi

26. “Təbim bulud kimi, sözlərim gövhər,

Qəlbim bir dəryadır təlatüm eylər” –

Deyən və özünü Şərqin böyük mütəfəkkirləri Əli Dəqqaq, İbn Sina, İmadi və Şənai ilə müqayisə edən Azərbaycan şairini təyin edin.

A) Mücirəddin Beyləqani

B) Nizami Gəncəvi

C) Məsud ibn Namdar

D) Əbüləla Gəncəvi

E) Ömər Gənci

27. “Sənin təliminə bel bağlamışdım,

Sənin şairlikdə dilini açdım” – beytini öz yetirməsinə yazan, Xaqani, Fələki, İzzəddin və bir sıra başqa görkəmli sənətkarların ustadı olmuş şair kimdir ?

A) Ə. Gəncəvi

B) F. Nəimi

C) N. Gəncəvi

D) Q. Təbrizi

E) Ə. Məərri

28. Pakam Məhəmməd tək kafər sözündən

Kəbə evi kimi müqəddəsəm mən – deyən “Qəşəmnamə” qəsidəsinin müəllifi kimdir?

A) Mücirəddin Beyləqani

B) Fələki Şirvani

C) Qətran Təbrizi

D) Xaqani Şirvani

E) Əbüləla Gəncəvi

29. Bu şairlərdən ikisi təriqətçi olmuş, dini radikallar və mühafizəkarlar tərəfin dən qətlə yetirilmişlər. Onları müəyyənləşdirin.

1 - Xaqani Şirvani;

2 - Fələki Şirvani;

3 - Eynəlqüzzat Miyanəçi;

4 - Ömər Gənci;

5 - Şihabəddin Sührəvərdi

A) 2, 5

B) 1, 2

C) 2, 4

D) 1, 3

E) 3 , 5

30. Səkkiz yüz səhifəlik, nəsr və nəzmlə yazılmış bu əsər XX yüzilin 70 - ci illə rində ingilis alimi Q. Merldit - Ovens tərəfindən aşkarlanmışdır.

A) “Tutinamə”

B) “Mərzibannamə”

C) “Kəlilə və Dimnə”

D) “Munisnamə”

E) “Sindbadnamə”

31. Bu əsər Azərbaycan ədəbiyyatında ilk sərbəst tərcümə nümu nəsi olmaqla XII əsrin sonlarında yazılmışdır. Əsərin müəllifini və adını göstərin

A) Sədəddin Vəravini, “Mərzibannamə”

B) Xosrov Əl - Ustad, “Munisnamə”

C) Qətran Təbrizi, “Qövsnamə”

D) Xosrov Əl - Ustad, “Mehr və Müştəri”

E) Şihabəddin Sührəvərdi, “Həqiqətül - eşq”

32. Ötən əsrin 70 - ci illərində Avropada aşkarlanmış “Munisnamə” əsərinin müəllifi

kimdir ?

A) Qətran Təbrizi

B) Sədəddin Vəravini

C) Xosrov əl - Ustad

D) Məsud ibn Namdar

E) Yusif ibn Tahir Xoylu

33. Atabəylər sarayında xidmət göstərmiş şairləri göstərin.

1 - İzzəddin Şirvani;

2 - Zəki Marağayi

3 - Əbüləla Gəncəvi

4 - Mücirəddin Beyləqani

5 - Əsirəddin Əxsikəti

A) 1, 3

B) 2, 4

C) 2, 5

D) 4, 5

E) 2, 3

34. Saray şairlərinin yaradıcılığında başlıca mövzu:

A) Hökmdarların tərifi, ölkədə baş verən mühüm ictimai - siyasi hadisələrin təsviri

B) Dinin təbliği və din xadimlərinin tərifi

C) Məhəbbət və dostluq hisslərinin tərənnümü

D) İnsanı mənəvi təmizliyə və kamilliyə çağırış

E) Vətən məhəbbəti və doğma yurdun gözəlliklərinin tərənnümü

35. Mücirəddin Beyləqaninin 1979 - cu ildə Təbrizdə nəşr olunan “Divan”ı neçə beytdən ibarətdir ?

A) 2700

B) 3895

C) 17000

D) 5469

E) 2916

36. Fələki Şirvani və Məhsəti Gəncəvi ilə bağlı uyğunluğu göstərin.

I. F. Şirvani

II. M. Gəncəvii

1 - Gəncədə anadan olmuşdur.

2 - Şirvanşahlar sarayında yaşamışdıır.

3 - “Həbsiyyə” qəsidəsi vardır.

4 - Rübai ustadı kimi tanınmışdır

5 - Haqqında “Məhsəti necə varsa” əsəri yazılmışdır.

A) I - 1, 2, 4 II - 1, 3, 2

B) I - 3, 4, 5; II - 1, 2, 5

C) I - 1, 4, 3; II - 1, 2, 4

D) I - 1, 3, 5 II - 1, 2, 3

E) I - 2, 3; II - 1, 4, 5

37. XII əsr saray ədəbiyyatımızın bu nümayəndəsinin “Divan”ı demək olar ki, tam şəkildə dövrümüzə qədər gəlib çatmış, onun tənqidi mətni 1979 - cu ildə bir neçə əlyazma nüsxə əsasında Təbrizdə nəşr edilmişdir. Bu Atabəylər sarayı şairinin adı necədir ?

A) İzzəddin Şirvani

B) Mücirəddin Beyləqani

C) Məhsəti Gəncəvi

D) Əbubəkr Xosrov Əl - Ustad

E) Sədəddin Vəravini

38. Şirvanşahlar sarayına yaxın olan bu şairlərdən biri “səma vurğunu” (göylərə “məxsus”) imiş. O kimdir ?

A) Fələki Şirvani

B) Əbülüla Gəncəvi

C) Xaqani Şirvani

D) İzzəddin Şirvani

E) M. Namdar

39. Təzkirəçilər bu şairin bir müddət Sultan Səncərin sarayında yaşadığını yazırlar. Onların münasibətləri barədə müxtəlif rəvayətlər də söylənir. Söhbət hansı şairdən gedir.

A) Qivami Mütərrizi

B) Ömər Gənci

C) Məhsəti Gəncəvi

D) Əbülüla Gəncəvi

E) Yusif Balasaqunlu

40. Tacik alimləri Mirabbas və Tacı Usman belə fərz edirlər ki, bu şair fars - tacik şairidir. Azərbaycanın qədim şəhərlərindən birində doğulub boya başa çatmış, şərqin bir sıra şəhərlərində olub, nəhayətdə qocalığını doğma şəhərində yaşayıb, orada da dünyasını dəyişən XII əsr şairi kimdir ?

A) Ömər Gənci

B) Məhsəti xanım Gəncəvi

C) Qivami Mütərrizi

D) Məsud ibn Namdar

E) Xaqani Şirvani

41. M. Gəncəvinin rübaisindəki ardıcıllığı müəyyənləşdirin.

1 - Məni kam almağa qoymadı zaman,

2 - Gücü çatan qədər elədi divan

3 - Deyəsən əhd etmiş, dolandıqca hey

4 - Məni də özüylə hərlətsin dövran

A) 1, 3, 4, 2

B) 2, 3, 4, 1

C) 1, 2, 3, 4

D) 3, 4, 2, 1

E) 1, 4, 3, 2

42. Məhsəti rübaisindəki ardıcıllığı müəyyənləşdirin:

1 - Özgədən heç zaman gözləmə kömək!

2 - Quru budaq kölgə salmaz, ey ürək!

3 - Qənaət əzizlər, tamah xar edər,

4 - Az olan şeylərə qənaət gərək.

A) 3, 4, 2, 1

B) 2, 3, 4, 1

C) 1, 3, 4, 2

D) 1, 2, 3, 4

E) 1, 4, 3, 2

43. Əvvəl Sultan Mahmud ibn Məhəmməd ibn Məlikşahın, sonra Sultan Səncərin və ömrünün sonlarında Atabəy Məhəmmədin sarayına yaxın olan Azərbaycan şairini təyin edin:

A) Məhsəti Gəncəvi

B) Fələki Şirvani

C) Qətran Təbrizi

D) Əbülüla Gəncəvi

E) Xaqani Şirvani

44. Məlumdur ki, rübailərin əsas forması A. A. B. A olur. Deyildiyi kimi, Məhsəti Gəncəvi onun A. A. A. A formasından geniş istifadə etmişdir. Bu formada (A. A. A. A) olan rübailər necə adlanər ?

A) Müsəddəs rübai

B) Mürəşşə rübai

C) Müəssisə rübai

D) Müfəssəl rübai

E) Mürəssə rübai

45. Məhsəti Gəncəvi və Xaqani Şirvani ilə bağlı uyğunluğu müəyyənləşdirin

I. M. Gəncəvi

II. X. Şirvani

1 - Gəncədə anadan olmuşdur.

2 - “Mədain xərabələri” əsəri vardır.

3 - Axistan tərəfindən həbs edilmişdir.

4 - Rübai ustadı kimi tanınmışdır

5 - “Qəsideyi - Şiniyyə” adlı əsəri vardır.

A) I - 1, 2, 4 II - 1, 3, 2

B) I - 3, 4, 5; II - 1, 2, 5

C) I - 1, 4, 3; II - 1, 2, 4

D) I - 1, 3, 5 II - 1, 2, 3

E) I - 1, 4; II - 2, 3, 5

46. Məhsəti Gəncəvi və Xətib Təbrizi ilə bağlı uyğunluğu müəyyənləşdirin

I. M. Gəncəvi

II. X. Təbrizi

1 - Gəncədə anadan olmuşdur.

2 - Təbtizdə anadan olmuşdur.

3 - Ədəbiyyatşünas alimdir.

4 - Rübai ustadı kimi tanınmışdır

5 - 1030 - 1109 - cu illərdə yaşamışdır.

A) I - 1, 4; II - 2, 3, 5

B) I - 3, 4, 5; II - 1, 2, 5

C) I - 1, 4, 3; II - 1, 2, 4

D) I - 1, 3, 5 II - 1, 2, 3

E) I - 1, 2, 4 II - 1, 3, 2

47. A. Russo “Parnas oriental” əsərində hansı məşhur Azərbaycan şairindən bəhs edir ?

A) Xətib Təbrizidən

B) Nizami Gəncəvidən

C) Xaqani Şirvanidən

D) Qətran Təbrizidən

E) Məhsəti Gəncəvidən

48. Torpaq ələyənin mən aşiqiyəm,

Dilim gəlmir açıb sirrimi deyəm, .

O torpaq ələyib qızıl axtarır,

Mən əlimdə qızıl onu gəzirəm – rübaisindəki misra ardıcıllığını müəyyənləşdirin.

A) 2, 3, 4, 1

B) 1, 2, 3, 4

C) 1, 3, 4, 2

D) 3, 4, 2, 1

E) 1, 4, 3, 2

49. Azərbaycan ədəbiyyatında intibaha keçidin nümayəndələrini seçin.

1 - Məhsəti,

2 - Xaqani

3 - Musa Şəhavat

4 - Füzuli,

5 - Ömər Gənci

6 - Həqiqi,

7 - Həbibi

8 - Saib Təbrizi

A) 7, 8

B) 3, 4, 5

C) 1, 2;

D) 1, 5, 6, 7

E) 2, 3, 4, 5,

50. Alman tədqiqatçısı Frits Mayerin XII əsr Azərbaycan şairinə həsr etdiyi monoqrafiyası necə adlanır?

A) “Əmir Əhmədin məşuqu”

B) “Gəncə gözəli”

C) “Xərabat sakini”

D) “Gözəl Məhsəti”

E) “Bakirə qadın”

51. Məhsəti Gəncəvinin məktublaşdığı, dostluq münasibəti saxladığı, onun Sultan Səncərin sarayına getməsinə səbəb olan fars şairi və mütəfəkkiri kim olmuşdir ?

A) Həsən Səbbah

B) Xətib Yəhya Təbrizi

C) Məcidəddin Cili

D) Nasir Xosrov Ələvi

E) Ədib Sabir Termezi

52. “Getdi o, insaflı gözəlim getdi,

Mələk xasiyyətdi, huri sifətdi.

Ömrümün bəzəyin çalıb apardı,

Ruhumun aramı onunla bitdi. ” - – rübaisindəki misra ardıcıllığını müəyyənləşdirin.

A) 1, 3, 4, 2

B) 2, 3, 4, 1

C) 1, 2, 3, 4

D) 3, 4, 2, 1

E) 1, 4, 3, 2

53. Məhsətinin irsinin qorunub saxlanılmasında “Məhsəti və Əmir Əhməd” adlı əsərinin də çox əhəmiyyəti vardır. Hazırda RƏİ - də iki variantı (nüsxəsi) saxlanan əsərin müəllifi, yəni dastanı qələmə alan ədib kim olmuşdur ?

A) Əsədi Tusi

B) Gövhəri

C) Ənvəri

D) Kişvəri

E) Çovhəri

54. Məhsətinin haqqında “Tarixi - qozide” təzkirəsində məlumat vermiş müəllif kimdir ?

A) Həmdulla Mustofi Qəzvini

B) Əmin Əhməd Razi

C) Dövlətşah Səmərqəndi

D) Rəfael Hüseynov

E) Xəlil Yusifov

55. Məhsəti Gəncəvinin şəhər sənətkarlarını vəsv edən şeirləri necə adlanır ?

A) Qövsnamə

B) Həvəsnamə

C) Şəhrəşub

D) Şəhərnamə

E) Sənətnamə

56. Məhsəti Gəncəvi haqqında ilk məlumat verən təzkirəçini və əsərinin adını seçib göstərin.

A) İbn Hövqəl, “Suratul - əzz”;

B) Dövlətşah Səmərqəndi, “Təzkirətüş - şüara”;

C) Əmin Əhməd Razi, “H əft iqlim”;

D) Həmdullah Qəzvini, “ Tarixe - qozide”;

E) Yaqut əl - Həməvi, “ Mücəmül - büldan”;

57. Əsil Məhsəti haqqında ilk qeydə hansı Azərbaycan ədibinin, hansı əsərində rast gəlindiyini seçib göstərin.

A) Şah İsmayıl Xətai “Dəhnamə”

B) Xaqani Şirvani, “Töhvətül - İraqeyn”

C) Məhəmməd Füzuli “ Leyli və Məcnun”

D) Nizami Gəncəvi “Xosrov və Şirin”

E) Arif Ərdəbili, “Fərhadnamə”

58. “Məni yerə yıxıb o qəssab kəsdi,

Dedi “Güman etmə bu son nəfəsdi. ”

Düşüb ayağıma üzr istədi o,

Demə ayağımdan soymaqmış qəsdi” – rübaisindəki misra ardıcıllığını müəyyənləşdirin.

A) 3, 4, 2, 1

B) 2, 3, 4, 1

C) 1, 3, 4, 2

D) 1, 2, 3, 4

E) 1, 4, 3, 2

59. Məhsəti Gəncəvi və Qətran Təbrizi ilə bağlı uyğunluğu müəyyənləşdirin.

I. M. Gəncəvi

II. Q. Təbrizi

1 - Gəncədə anadan olmuşdur.

2 - Təbtiz yaxınlığında Şadiabad kəndində anadan olmuşdur.

3 - “Ət - təfasir” adlı izahlı lüğəti vardır.

4 - Rübai ustadı kimi tanınmışdır

5 - 1012 - 1088 - ci illərdə yaşamışdır.

A) I - 1, 3, 5 II - 1, 2, 3

B) I - 3, 4, 5; II - 1, 2, 5

C) I - 1, 4, 3; II - 1, 2, 4

D) I - 1, 4; II - 2, 3, 5

E) I - 1, 2, 4 II - 1, 3, 2

Yüklə 350,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə