Фчшкцец шьфт



Yüklə 2,49 Mb.
səhifə10/24
tarix14.06.2018
ölçüsü2,49 Mb.
#49037
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

2. Bidət Olan Ziyarətdir - Bu da qəbirlərin yanında namaz qılmaq, onların ətrafında dolanmaq, qəbrləri öpmək, torpağını götürmək, qəndil yandırmaq, qəbr sahiblərindən kömək istəmək və s. bu kimi şəriətimizin qadağan etdiyi şeylərdir. Buna görə də ziyərətçinin sünnətə tabe olması və əmr ediləndən kənara çıxmamalıdır. Özünə və ölən kimsəyə yaxşılıq etdiyini düşünərək bu sərhəddi keçməməlidir. Bureydə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qəbirləri ziyarət etməkdən sizləri qadağan etmişdim. Artıq onları ziyarət edin…»566. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Anam üçün istiğfar diləmək üçün Rəbbimdən izin istədim mənə izin vermədi. Qəbrini ziyarət etmək üçün Rəbbimdən izin istədim mənə izin verdi. Siz də qəbirləri ziyarət edin. Çünki qəbir ziyarəti ölümü xatırladır»567. Əbu Səid - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizlərə qəbir ziyarətlərini qadağan etmişdim. İndi isə kim ziyarət etmək istəyərsə ziyarət etsin. Lakin çirkin söz söyləməsin»568. Peyğəmbər sallallahu aleyhi və səlləm qəbristanlığa girdikdə bu duanı edərdi: «Ey bu diyarın mömin və müsəlman sakinləri! Sizə salam olsun! Allah istəsə (İnşəallah) biz də sizə qovuşacağıq. (Allah bizdən əvvəl gedənlərə və qalanlara rəhmət etsin). Allahdan özümüzə və sizə salamatlıq diliyirəm»569. Keçən hədislərdən də göründüyü kimi Peyğəmbər sallallahu aleyhi və səlləm in qəbristanlıqları ziyarət etməsində məqsəd həm ziyarət edənin özünə, həm də ölüyə bir yaxşılıq, xeyir olduğunu bildirmişdir. Ziyarət edənin özünə xeyir etməsi ölünün vəziyyətindən ibrət alması və axirəti xatırlamasıdır. Çünki insanların dünya işlərinə başları qarışdığından (kimisi var-dövlət dalıyca qaçır, kimisi şan-şöhrət, kimisi vəzifə və s) Allahı unudurlar. Allah, yalnız xəstəlik və ölüm anlarında yadlarına düşür. Buna görə də qəbirləri ziyarət etmək insana ölümü, axirəti xatırladır. Ağıllı insan bir az da olsa düşünür ki, bu gün mən kimisə çiynimdə daşıyaraq qəbr evinə yola salıram, sabah isə məni kimsə çiynidə daşıyacaqdır. Özünü o, ölmüş insanın yerində düşünərək: «Görəsən o, gələn mələklərin suallarına cavab verə bildimi? Ondan soruşanda ki, Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Suallarına MMM….. deyərək mızıldanmadımı. Görəsən o, cavab verə bildimi. Qəbri Cənnət baxçalarından bir baxçamı oldu, yoxsa Cəhənnəm atəşindən bir çuxur?» Orada durduqca bunları düşünəcək və ibrət alacaqdır. Ölüyə xeyiri isə ona salam vermək, Allahdan onun üçün rəhmət, məğfirət və afiyət diləməkdir. Osman b. Auf - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ölünü dəfn etdikdən sonra başı üstündə duraraq buyurardı: «Qardaşınız üçün Allahdan məğfirət və sabitlik diləyin, çünki o, bu an sorğu-sualdadır»570. Sufyan əs-Souridən rahmətullahi aleyhi dən edilən rəvayətdə deyilir ki: «Ölüyə Rəbbin kimdir? Deyə sual edildikdə şeytan ona bir şəkildə görünərək və özünə işarə edərək: Mən sənin Rəbbinən» deyər571. Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Allahım! Onu bağışla, ona rəhm et, ona salamatlıq ver, onu əfv et, onu gözəl tərzdə qarşıla, onun yerini geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı kirdən təmizlədiyin kimi onu da günahlardan təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev ver, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvəzinə daha xeyirli zövcə ver! Onu Cənnətə daxil et! Onu qəbir əzabından qoru!»572. Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Allahım! Dirimizi və ölümüzü, burada olanımız və olmayanımızı, kiçiyimizi və böyüyümüzü, kişimizi və qadınımızı bağışla! Allahım! Bizdən kimi öldürsən mömin kimi öldür! Allahım! Onun əcrindən bizi məhrum etmə və ondan sonra bizi azdırma!»573.

Ölülərin Ziyarətçiləri Tanıması: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ölünün ən çox sevdiyi an dünyada ikən sevdiyi kimsənin onu ziyarət etməsidir”574. “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (Peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!”. (ən-Nisa 69). İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Bu bərabərlik dünyada, bərzaxda və axirətdə sabitdir. İnsan bu üç diyarda da sevdikləri ilə bərabər olur”. Sufyan b. Uyeynə – rahmətullahi aleyhi – nin oğlundan rəvayət edilir ki: “Atam öldü. Çətinlik içində idim. Hər gün qəbrinə gedərdim. Sonra bir müddət qəbrinə getməyi buraxdım. Yuxumda onu gördüm. Nə üçün bura gəlmirsən?” dedi. Mən: “Mənim gəldiyimi bilirsinizmi?” dedim. O: “Bəli, bilmədiyim heç bir gün olmadı. Sən bizə gəldiyində sevinirdim. Ətrafda olanlar da sənin duanla sevinirdilər” dedi. Sonra mən (ölümü, axirəti xatırmalaq) üçün daha çox ziyarət edərdim575. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İslamda doğulan hər bir körpə Cənnətdədir. Yeyər və içər və: Ya Rəbbim! əhlimi mənə qovuşdur” deyər576. Xalid b. Madan rəvayət edir ki: “Cənnətdə Tuba adında bir ağac vardır. Hər tərəfi məmədir. Süd əmən və (körpə) ikən ölən uşaqlar o, ağacdan əmizdirilirlər. Onlara nəzarət edən isə İbrahim - əleyhissəlam – dır”577.

Dirilərin Əməlləri Ölülərə Ərz Edilir: Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Əməlləriniz ölmüş qohum və əqrabanıza ərz edilir. Əməlləriniz xeyirlidirsə müjdələnirlər. Əksinə: “Ya Rəbbi! Bizə hidayət verdiyin kimi onlara da hidayət vermədən canlarını alma (Başqa rəvayətdə: İbadət və itaət üçün onlara şüur ver)” deyərlər578. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ölülərinizi pis əməllərinizlə utandırmayın. Çünki əməlləriniz qəbirdəki dostlarınıza göstərilir”579. Əbu Darda - radıyallahu anhu – dua edərək deyir ki: “Ya Rəbbim! Dayım Abdullah b. Rəvaha - radıyallahu anhu – ilə qarşılaşdıqda mənə qəzəb etməsindən sənə sığınıram (Başqa rəvayətdə: Əməlləriniz ölülərinizə ərz edilir. Onunla ya sevinirlər, ya da məyus olurlar. Ya Rəbbim! Abdullah b. Rəvaha - radıyallahu anhu – ya əziyət verəcək bir iş etməkdən sənə sığınıram)”580.

Borcun Şərri: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mömin – ödənincəyə qədər borcuna bağlıdır”581. Səmura b. Cundub - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – namazı qıldıqdan sonra buyurdu: “Burada filan qəbilədən kimsə varmı? Ölünüz borcundan dolayı Cənnət qapısının yanında həps edilmişdir. İstərsəniz borcunu ödəyin, istəsəniz Allahın əzabına təslim edin” deyə buyurdu582. Cabir - radıyallahu anhu – rəvayət edir ki: “Bir nəfər öldü. İki dinar borcu vardı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – namazını qılmadı. Yalnız Əbu Qatadə - radıyallahu anhu – ölən kimsənin borcunu ödəməyi öz üzərinə götürdükdən sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – namazını qıldı. Bir gün sonra Əbu Qatada - radıyallahu anhu – ya iki dinarı nə etdiyini soruşdu. Əbu Qatadə: “Adam dünən öldü, tələsik deyil” dedim. Üçüncü gün Əbu Qatədə - radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəlib: “Ödədim” dedi. Peyğəmbər: “İndi bədəni soyudu” deyə buyurdu583. Əşaş rəvayət edir ki: “Həccacı yuxumda gördüm. Çox pis bir halda idi. Mən: “Rəbbim sənə nə etdi?” dedim. O: “Etdiyim hər bir qətlə qarşı Allah məni təkrar təkrar qətl etdi”. Mən: “Sonra nə oldu?” dedim. O: “Lə İləhə İlləlah - əhlinin ümüd etdiyini ümüd edirəm” dedi584.

Ölüləri Söyməyin: Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ölüləri söyməyin. Çünki onlar etdiklərinin cəzasını artıq alıblar”585. Səfiyyə b. Şeybə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında ölmüş bir kimsə pisliklə anıldı. Peyğəmbər: “Ölülərinizi xeyirdən başqa bir şeylə anmayın” deyə buyurdu586. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ölülərinizi xeyirlə yad edin. Pisliklərindən üz çevirin”587. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ölülərinizi ancaq xeyirlə anın. Çünki onlar Cənnətlikdirlərsə siz günahkar olursunuz. Əgər Cəhənnəmlikdirlərsə bu onlara kifayətdir”588.
SUR

Allah bu dünyanın sona çatması hökmünü verirsə İsrafil – əlehissəlam – a Sura birinci dəfə üfürməsini əmr edəcəkdir. O, zaman göylərdə və yerdə olanların hamısı (Allahın istədiyi kimsələrdən başqa) öləcəkdir. «Sur (birinci dəfə) çalınacaq, Allahın istədiyi kimsələrdən başqa dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbrlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar». (əz-Zumər 68). «Sur çalınacağı gün Allahın istədiklərindən başqa göylərdə və yerdə olanlar dəhşətli bir qorxuya düşər və onların hamısı Rəbbinin hüzuruna müti, zəlil vəziyyətdə gələr». (ən-Nəml 87). Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, bir bədəvi: «Ey Allahın Rəsulu! Sur nədir?» deyə soruşdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İçinə üflənən bir buynuzdur»589. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrinə xitab edərək buyurdu: «Allah göylərin və yerlərin yaradılışını tamamladıqdan sonra Suru yaradıb İsrafilə təslim etdi. O, sura ağzını dayamış, gözlərini ərşə dikmiş və (üfləməsi üçün) ona əmr verilməsini gözləyir. Əbu Hureyrə: «Ey Allahın Rəsulu! Sur nədir?» dedim. Peyğəmbər: «(İçinə üflənən) Buynuzdur» deyə buyurdu…»590. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən necə rahat ola bilərəm ki, surun sahibi suru ağzına dayamış, üzünü çevirmiş, qulağını dikmiş, üfləməsi üçün əmr verilməsini gözləyir”. Bu səhabələrə ağır gəldi. Bəs biz nə edək Ya Rəsulallah!” deyə soruşdular. Onlara: “Hasbunəllahi Vəniməl Vəkil – Allah bizə yetər o, nə gözəl vəkildir” deməyi əmr etdi591.

Yer üzü düm-düz olacağı zaman, dağlar darmadağın və yumşaq toz dənələri halına düşəcəkdir. Bu dünya günlərinin sonuncusudur. «Günəş sönəcəyi zaman, ulduzlar səpələnəcəyi zaman, dağlar yerindən qopardılacağı zaman, dənizlər od tutub yanacağı zaman, ruhlar (bədənlərə) qovuşacağı zaman, əməl dəftərləri açılacağı zaman, göy (yerindən) qopardılacağı zaman, Cəhənnəm alovlandırılacağı zaman və Cənnət yaxınlaşdırılacağı zaman, hər kəs nə hazır etdiyini biləcəkdir». (ət-Təkvir 1-15). «Göy parçalanacağı zaman, ulduzlar dağılıb səpələnəcəyi zaman, dənizlər qaynayıb bir-birinə qarışacağı zaman, qəbrlər çevriləcəyi zaman, hər kəs nə etdiyini və nə qoyub getdiyini biləcəkdir. Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir?». (əl-İnfitar 1-6). Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəccal öldürüldükdən sonra insanlar iki nəfər arasında heç bir düşmənçilik olmadan yeddi il yaşayacaqlar. Sonra Allah Şam tərəfdən soyuq bir külək göndərər (bir rəvayətdə Yəmən tərəfdən) və artıq yer üzündə qəlbində zərrə ağırlığında xeyir və ya iman olan heç kimsə qalmaz. O, külək qəlbində zərrə qədər iman olan hər kəsin ruhunu alar. Hətta sizdən biriniz bir dağın ortasına girsə belə o, külək o kimsəni təqib edib ruhunu alacaqdır. Yer üzündə ancaq ən şərli insanlar qalacaqlar. Onlar heç bir yaxşılığı tanımaz və heç bir günahı da rədd etməzlər»592. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «…Allah sura ikinci dəfə üfləmə əmrini verdikdə İsrafil sura üflədikdə Allahın dilədiyi kimsələrdən başqa hər kəs ölür. Canları alındıqdan sonra Ölüm mələyi Güc və Qüdrət sahibi Allahın hüzuruna gələrək: «Ya Rəbb! Göylərdə və yerdə sənin dilədiyindən başqa hər kəs ölmüşdü» deyər. Allah: «(Allah hər şeyi bildiyi halda) Həyatda kim qaldı?» deyə buyurar. Mələk: «Ya Rəbb! Ölməz və diri olan Sən həyatda qaldın, ərşi daşıyanlar, Cəbrail, Mikail və mən». Deyər. Allah: «Cəbrail və Mikail də ölsünlər!» deyə buyurar. Canları alındıqdan sonra Ölüm mələyi Güc və Qüdrət sahibi Allahın hüzuruna gələrək: «Ya Rəbb! Cəbrail və Mikail də öldülər. Mən və ərşi daşıyanlar həyatda» deyər. Allah: «Ərşimi daşıyanlar da ölsünlər» deyə buyurar. Ərşi daşıyanlar da ölürlər. Uca Allah ərşə əmr verir ərş suru İsrafildən alır. Bundan sonra Ölüm mələyi Güc və Qüdrət sahibi Allahın hüzuruna gələrək: «Ya Rəbb! Ərşi daşıyan mələklər də öldülər» deyər. Allah: «(Allah hər şeyi bildiyi halda) Həyatda kim qaldı?» deyə buyurar. Mələk: «Ya Rəbb! Ölməz və diri olan Sən həyatda qaldın və bir də mən» deyər. Allah: «Sən də öl» deyə əmr verər. Ölüm mələyi də ölür…»593.

Allah İsrafil – əlehissəlam – a Sura ikinci dəfə üfürməsini əmr edəcəkdir. O, vaxt kafirlər və münafiqlər: «Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbrlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar. Onlar deyəcəklər: «Vay halımıza! Bizi yatdığımız yerdən (qəbr evindən) kim qaldırdı? Bu Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş. Yalnız bir dəhşətli səs qopan kimi onlar hamısı qarşımızda hazır duracaqlar».(Yasin 51,53).



İki sur arasında olan müddət haqqında dəqiq məlumat yoxdur. Yalnız bir hədisdə Əbu Hureyrə - radıyallahu anhurəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İki sur arasında 40 vardır». Səhabələr: «Ya Əbu Hureyrə! Bu 40 gündür?» deyə soruşdular. Mən cavab verməkdən çəkindim. Onlar: «Bu 40 aydır?» deyə soruşdular. Mən cavab verməkdən çəkindim. Onlar: «Bu 40 ildir?» deyə soruşdular. Mən buna da cavab verməkdən cəkindim». Sonra: Allah səmadan bir su endirəcəkdir. Onlar yaşıl yabanı bitkisi kimi (yerdən) bitəcəklər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Adəm oğlunun hər bədən üzvünü torpaq yeyəcəkdir. Yalnız bel sümüyünün aşağı hissəsində olan xırda sümük müstəsnadır. İnsan təkrar ondan Qiyamət günü yoğrulacaqdır. Torpaq əbədiyyən onu yeməyəcəkdir»594.
ƏL-BAS - Öldükdən Sonra Dirilmək -

əl-Bas məna etibarı ilə bir şeyi qaldırmaq və hərəkət etdirmək deməkdir. İstilahi mənası isə ölülərin Qiyamət günü dirilərək qəbrlərindən çıxmalarıdır. Uca Allah əməllərin qaşılığını vermək üçün ölümlərindən sonra insanları dirildəcəkdir. Kim zərrə qədər xeyir işləmişsə onu görəcəkdir, kim də zərrə qədər bir pislik etmişsə onun əvəzini görəcəkdir. «Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir, kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir». z-Zilzal 7-8). Peyğəmbərlər göndərməyin nəticəsi də elə budur. «Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və (Qiyamət günü dirildib oradan da) çıxarda-caqdır». (Nuh 17-18). «Sizi (Adəmi) də ondan (torpaqdan) yaratdıq. Sizi ləndən sonra) ora qaytaracaq və (Qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq». (Ta ha 55).

Sura ikinci dəfə üfürüləcəyi vaxt ölülər diriləcəklər. O, zaman insanlar aləmlərin Rəbbinin hüzurunda çılpaq, ayaqyalın, paltarsız və xitan (sünnət) olunmamış halda qalxacaqlar. «Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O, gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi dirildib əvvəlki halına salarıq». lnbiya 104). Onlar: «Biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirilib yeni məxluqmu olacağıqdeyirlər. (Ya Muhəmməd!) De ki: «stəyirsiniz) daş, yaxud dəmir olun! Və ya ürəyinizdə zünüzü dağlar, göylər kimi) böyük bir məxluq hesab edin! (Yenə diriləcəksiniz)». Onlar deyəcəklər: «O, halda bizi kim dirildə-cəkdirDe ki: «İlk dəfə sizi yoxdan yaradan Allah dirildəcəkdir!». lsra 49-51). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlar Qiyamət günü çılpaq, ayaqyalın və xitan (sünnət) edilməmiş halda həşr ediləcəklər». Aişə - radıyallahu anhə – dedi: «Ey Allahın Rəsulu! Kişilər, qadınlar (birlikdə çılpaq olaraq həşr ediləcəklər və) bir-birlərinə baxmayacaqlar?» Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bu kimi şeylərə baxmaq belə ağır olacaqdır»595. «(Qiyaməti inkar edən) İnsan: «Mən öldükdən sonra (qəbirdən) çıxardılıb diriləcəyəmmideyə soruşur. Məgər insan ilk öncə onu heçdən (yoxdan) yaratdığımızı xatırlamırmı? (Məryam 66-67). «Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (Qiyamət günü) yenidən dirildəcək». r-Rum 27). «Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı. Kafirlər Cəhənnəm oduna göstəriləcəkləri gün onlardan soruşacaqdır: «Məgər bu doğru deyilmiOnlar: «Bəli, Rəbbimizə and olsun ki, doğrudurdeyə cavab verəcəklər. Allah buyuracaqdır: «Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı». lhqaf 33-34).

əl-Bas - Öldükdən Sonra Dirilis - sabit, dəyişməz bir haqdır. Kitab, sünnə və müsəlmanların icma ilə qəbul etdikləri həqiqətdir. Bu xüsusda ayələr olduqca çoxdur. Uca Allah öldükdən sonra diriliş haqqında Kitabında dəfələrlə söz açmışdı. Ta ki, insanlar buna iman etsinlər, imanları artsın. Bu böyük gün üçün əməl etsinlər
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə