Фчшкцец шьфт



Yüklə 2,49 Mb.
səhifə12/24
tarix14.06.2018
ölçüsü2,49 Mb.
#49037
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

HƏŞR VƏ MƏHŞƏR

Əhli Sünnə vəl Cəmaat insanların öldükdən sonra sorğu-sual olunmaları üçün Həşr olunacaqlarına da iman edirlər. İnsanlar dirildikdən sonra mələklər onları çılpaq, ayaqyalın və xitan olunmamış (sünnətsiz) olaraq Mevqif (hesab üçün durulacaq yer) deyə adlanan yerə həşr edəcəklər. «Siz bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhliyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz». lnam 94). «Biz Qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik». lsra 97). «O, gün (Qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən, (möminləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacayıq». (Kəhf 47). «O, gün (Qiyamət günü) biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər ahanə qafilərlə gələn əziz qonaqlar) kimi cəm edərik». (Məryam 85-86). «O, gün insanlar (qəbrlərindən qalxıb) heç bir başqa tərəfə meyl etmədən (hamını məhşərə) çağıran İsrafilin ardınca gedəcəklər. Rəhmanın zəməti və heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən». (Ta ha 108). «Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız, sağ tərəf sahibləri. Kimdir onlar? Sol tərəf sahibləri. Kimdir onlar? Və birdə öndə olanlar, öndə olanlarl-Vaqiə 7-10). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlar Qiyamət günü çılpaq, ayaqyalın və və xitan olunmamış (sünnətsiz) halda həşr ediləcəksiniz və şübhəsiz yaradılmışlar arasında Qiyamət günündə ilk paltar geyindirilən adam İbrahim – əlehissəlamolacaqdır598». Aişə - radıyallahu anhə – dedi: «Ey Allahın Rəsulu! Kişilər, qadınlar (birlikdə çılpaq olaraq həşr ediləcəklər və) bir-birlərinə baxmayacaqlar?». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bu kimi şeylərə baxmaq belə ağır olacaqdır»599. Abdullah b. Abbas - radıyallahu anhurəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz ki, sizlər Allaha yürüyərək, çılpaq, ayaqyalın və sünnətsiz olaraq qovuşacaq-sınız»600. Ənəs b. Məlik - radıyallahu anhurəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günü insanlar üç qrup olaraq həşr ediləcəklər. Yürüyənlər sinifi, miniklilər sinifi və üzü üstə sürünənlər sinifi». Ey Allahın Rəsulu! Nəcə olur ki, kafir üzü üstə həşr edilir». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dünyada onu iki ayağı üstündə yeridən, Qiyamət günündə onu üzü üstə yeritməyə qadir deyilmi?»601. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü insanlar üç qrup olaraq həşr ediləcəklər. Birinci firqə - istəklilər, qorxanlar. İkinci firqə - İkisi bir dəvə üstündə, üçü bir dəvə üstündə, dördü bir dəvə üstündə, onu bir dəvə üstündə olaraq (məşhərə) gələrlər. Qalanlarını isə məşriqdən alıb önünə qataraq məğribə götürən və orada toplayacaq olan bir atəşdir (Başqa rəvayətdə: Atəş onları önünə qatıb həşr yerinə gətirəcəkdir. Atəş onların dincəldikləri yerdə dincələr, axşamladıqları yerdə də onlarla birlikdə axşamlar, sabahladıqları yerdə isə onlarla bərabər sabahlayar)»602.

Mevqif – (hesab üçün durulacaq yerdə) günəş insanların başlarına doğru yaxınlaşacaqdır və insanları tər, həyacan bürüyəcəkdir. Kimi topuqlarına qədər, kimisi diz qapaqlarına qədər, kimisi sinəsinə qədər, kimisi də qırtlağına qədər tərə düşəcəkdir. «(Ya Muhəmməd!) Allahı zalimlərin etdikləri əməllərdən əsla qafil sanma! Allah onları cəzasını yubadıb elə bir günə saxlayır ki, həmin gün gözləri hədəqəsindən çıxar. Belə ki, onlar başlarını yuxarı qaldırıb durar, gözlərini də qıpa bilməzlər. Onların qəlbləri də boşdur». (Ürəkləri duyğusuzdur, orada xeyrdən heç bir əsər-əlamət yoxdur). (İbrahim 42-43). «(Ya Peyğəmbər!) Onları ürəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə qorxut. (O, gün) zalimlərin nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar. Allah gözlərin xəyanətini və qəlblərin gizlətdiyini biləndir». (əl-Mumin 18). «Ey cinlər və insanlar! Sizinlə əməlli-başlı məşğul olacağıq». (ər-Rəhman 31). «Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izn verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir». (ən-Nəbə 38). Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qul hansı halı üzərə ölmüşsə, yenə də o, halı üzərə diriləcəkdir»603. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «İnsanlar aləmlərin Rəbbi üçün Qiyama durduqları gün – ayəsi barəsində belə buyurduğunu xəbər verdi: İnsanların hər biri qulaqlarının yarısına qədər tərə batmış olaraq qiyama duracaqlar”604. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Şübhəsiz ki, Qiyamət günü tər yerin dibini 70 qulac isladacaqdır və heç şübhəsiz ki, insanların təri ağızlarına, qulaqlarına qədər çatacaqdır. Ravi Sevr: “Bunların hansını söylədiyində tərəddüt etmişdir»605.

Əməllərinə görə isə bir qrup insanlar o, dəhşətli bir gündə Allah – subhənəhu və təalə – nin kölgəsi altında olacaqlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yeddi sinif insan vardır ki, heç bir kölgənin olmadığı bir gündə Allah onları öz kölgəsi altında kölgələyəcəkdir: «Ədalətli imam (dövlət başçısı), Allaha ibadət etməklə böyüyən bir gənc, qəlbi məscidlərə bağlı olan bir kimsə, bir-birlərini Allah rizası üçün sevən kimsə (görüşəndə də, ayrılanda da bunu Allah üçün edərlər), gözəl bir qadın tərəfindən (zinaya) çağırılan zaman - mən Allahdan qorxuram - deyib ondan uzaqlaşan kimsə, sağ əlin verdiyini sol əlinin bilməyəcəyi şəkildə (gizli) sədəqə verən kimsə, təklikdə Allahı yad edib göz yaşı tökən kimsə»606. Allah bizi də onlardan etsin. Amin!


HAQQ-HESAB

Əhli Sünnə vəl Cəmaat insanların dirildikdən sonra əməllərinin qarşılığının veriləcəyinə və əməllərinin hesaba çəkiləcəyinə inanırlar. Əməl səhifələri açılacaqdır. Kitabı sağ tərəfdən veriləcək olanlar yüngül haqq-hesab olunacaqlar və onlar yaxınlarının yanına sevinclə dönəcəkdir. Kitabı sol tərəfdən və ya arxa tərəfdən verilən kimsə isə həlak olmasını təmənna edərək Cəhənnəmə atılacaqdır. O: «Kaş ki, mənə kitabım verilməyərdi! Kaş ki, hesabımın nə olduğunu bilməzdim!» deyəcəkdir. «Peyğəmbər göndərilən ümmətləri sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də sorğu-sual edəcəyik». (əl-Əraf 6). «Əməl dəftərləri açılacağı zaman». (ət-Təkvir 10). «Kimin əməl dəftəri sağ əlinə verilmişsə onunla yüngül haqq-hesab çəkiləcək və o, ailəsinin, yaxınlarının yanına sevinclə qayıdacaqdır. Kimin əməl dəftəri arxa tərəfdən verilmişsə o: «Ay öldüm!» deyə şivən qopardacaq və Cəhənnəmə varid olacaqdır». (əl-İnşiqaq 7-10). «Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: «Alın, əməl dəftərimi oxuyun. Mən öz hesabıma yetişəcəyimə möhkəm inanmışdım!» Bundan belə o, xoş güzaran içində yüksək bir Cənnətdə olacaqdır. Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: «Kaş əməl dəftərim mənə verilməyəydi, hesabımın nə olduğunu bilməyəydim!». (əl-Haqqə 19-27). «Əməl dəftəri qarşısına qoyulacaq. (Ya Muhəmməd!) günahkarların orada yazılmış pis əməllərindən qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: «Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahlarımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır». (əl-Kəhf 49). «Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. Oxu kitabını. Bu gün sən özün-özünə haqq-hesab çəkməyə kifayətsən». (əl-İsra 13-14). Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – güldü və nəyə görə güldüyünü səhabələrdən soruşdu. Biz: «Allah və Rəsulu daha gözəl bilir» dedik. Peyğəmbər: «Qulun Rəbbinə olan xitabından» deyə buyurdu. Qul: «Ey Rəbbim! Sən məni zülmdən qorumadınmı?» dedi. Allah: «Bəli, qorudum» deyə buyurar. Qul: «Mən bu gün özüm üçün özümün şahidliyindən başqa heç kəsi istəmirəm» deyər. Allah: «Bu gün sənə tək şahid olaraq nəfsin, çox şahid olaraq Kiramən Kətibin kifayət edər». Ağzına möhür vurulur və digər orqanlarına danış deyilər. Onlar da qulun əməlini bir-bir xəbər verərlər. Sonra qul danışmaq üçün sərbəst buraxılır. Qul orqanlarına: «Vay olsun sizə! Uzaq olun məndən! Mən sizin qurtulmağınız üçün çalışırdım» deyər607.



Qiyamət günü tərəzilər qurulacaq və bununla qulların əməlləri çəkiləcəkdir. Qulun əməllərinin əvəzi hesaba çəkiləcəkdir və etdiklərinin qarşılığı onlara veriləcəkdir. «O, gün əməllərin çəkilməsi haqdır. Tərəziləri ağır gələnlər nicat tapanlardır. Tərəziləri yüngül gələnlər isə ayələrmizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir». (əl-Əraf 8-9). «Biz Qiyamət günü ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, hər hansı bir əməli nəzərə alarıq. Haqq-hesab çəkməyə biz kifayətik». (əl-Ənbiya 47). «O, gün tərəzisi ağır gələn kimsə (Cənnətdə) xoş güzaran içində olacaqdır! Tərəzisi yüngül gələn kimsənin isə Məskəni Həviyə olacaqdır! Bilirsənmi Həviyə nədir? O, çox qızmar bir atəşdir». (əl-Qariə 6-11). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim incədən-incəyə (yüngül) hesaba çəkilərsə o, əzaba uğramış olacaqdır». Aişə - radıyallahu anhə – dedi: Allah: «Onunla yüngül haqq-hesab çəkiləcək». (əl-İnşiqaq 8) deyə buyurmadımı?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, əməllərin ərzi haqqındadır. Qiyamət günü hesaba çəkilən əzab görəcəkdir»608. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç şübhəsiz ki, Qiyamət günü iri cüssəli, yekə bədənli birini gətirirlər. Lakin Allah yanında ağcaqanadın qanadı ağırlığında (bir savabı) da olmaz. Bu ayəni oxuyun: «Onlar o, kəslərdir ki, Rəbbinin ayələrini və onun hüzurunda duracaqlarını inkar etdilər. Onların bütün əməlləri puça çıxmışdı. Buna görə də biz onlar üçün heç bir daş-tərəzi qurmayacağıq». (əl-Kəhf 105)609. Abdullah b. Amr b. As - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü tərəzilər qurulur. Adam gətrilir və tərəzinin bir gözünə qoyulur. Əməllərini isə digər gözünə qoyurlar. (Günah) əməlləri çox olduğundan o, adam Cəhənnəmə göndərilir. Cəhənnəmə gedərkən Allahın yanından bir carçı: «Tələsməyin! Onun çəkilməmiş bir həsənəti qaldı» deyər. Üzərində Lə İləhə İlləllah yazılmış bir kağız parçası gətrilir və adamla birlikdə tərəziyə qoyulur və tərəzisi ağır gəlir»610. İbn Məsud - radıyallahu anhu – bir dəfə Ərak ağacından bir misvaq qırdıqda ayaqlarının olduqca incə olduğundan onu görənlər gülməyə başladılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəyə gülürsünüz?». Onlar: «Ey Allahın Rəsulu! Ayaqlarının incəliyinə gülürük!» O, buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, onlar mizanda (tərəzidə) Uhuddan da ağır gələcəklər»611. Əbu Darda - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Tərəziyə qoyulacaq ən ağır şey gözəl əxlaqdır»612.

Bütün bu əməllərdən başqa insanın etdiyi zikrlər də tərəzilərdə çəkiləcəkdir. Əbu Məlik əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Təharət imanın yarsıdır, Əlhəmdulilləh də mizanı doldurur»613. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Rəhmanın sevdiyi, mizanda ağır gələn və dildə yüngül iki kəlmə vardır: «Subhənəllahi və Bihəmdihi və Subhənəllahil Azim»614.

Qulun etdiyi bütün əməllər çəkiləcəkdir. Əgər xeyr işləmişsə xeyr görəcəkdir, əgər pislik etmişsə pisliklə qarşılaşacaqdır. «Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir, kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir». (əz-Zilzal 7-8). «Rəbbinə and olsun ki, biz onların hamısını sorğu-suala çəkəcəyik». (əl-Hicr 92). «Oğlum bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin tərkində olsa da, Allah onu ortaya gətirər. HəqiqətənAllah bütün incə və nazik işləri bilən Lətif və xabirdir». (Loğman 16).

Buna görə də yaxşılıq on qatdan yeddi yüz qata və Allahın qullara olan lütfü, qullarına bir ehsan olmaq üçün daha çox qatlarla da mükafatlan-dırılacaqdır. Pis əmələ gəldikdə isə pisliyin də əvəzi onun bir bənzəri olacaqdır. İnsan işlətdiyi pislikdən başqası ilə cəzalandırılmayacaqdır. «Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz». (əl-Ənam 160). İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – də Uca və Böyük Allahdan etdiyi rəvayətdə buyurur: «Allah bütün yaxşı və pis əməlləri yazmışdır». Sonra bunu açıqladı: «Hər kim bir yaxşılıq etməyi niyyət edib, lakin onu yerinə yetirməzsə Allah onu öz dərgahında tam bir həsənət (savab) olaraq yazar. Hər kim də bir yaxşıliq etməyi niyyət edib və onu yerinə yetirərsə, Allah onu öz dərgahında on həsənətdən, yeddi yüz həsənətə qədər yazar. Hər kim bir pis əməl etməyi niyyət edib, lakin onu yerinə yetirməzsə, Allah onu öz dərgahında bir həsənət olaraq yazar. Hər kim bir pis əməl etməyi niyyət edib və onu yerinə yetirərsə, Allah onu öz dərgahında tam bir pis əməl olaraq yazar»615.



Qiyamət Günü Haqq-Hesab Iki Cür Olacaqdır:

1. Hisəbul-Ərz təqdim etmək deməkdir. Onlara əməlləri təqdim olunacaqdır. Məs: Əbu Abdurrahman ən-Nubulli deyir ki, mən Abdullah b. Amr - radıyallahu anhu – nun belə dediyini eşitdim: Rəsulullah - sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü mənim ümmətimdən bir nəfəri bütün insanların qarşısında çağıracaqlar. Onun qarşısına günahlarla dolu doxsan doqquz kitab qoyulacaq. Hər birinin uzunluğu gözün son görmə həddi qədər olacaqdır». Sonra ondan soruşacaqlar. «Sən bunlardan hansınısa inkar edirsən?» O: «Yox, ya Rəbbim!» deyəcəkdir. Allah buyuracaq: «Səndə bunlara qarşı bir yaxşı əməl varmı?» Həmin şəxs qorxudan özünü itirərək: «Yox, ya Rəbbim!» deyəcəkdir. Ona deyiləcək: «Sənin bir yaxşı əməlin var. Bu əməlinə görə sənə bu gün ədalətsizlik olunmayacaqdır». Onun qarşısına: «Lə İləhə İlləllah» kəlməsi yazılmış vərəqə çıxarılacaq. Həmin insan deyəcək: «Ya Rəbbim! Bu vərəq bu qədər günahların qarşısında nə gücə malikdir». Günahları tərəzinin bir gözünə, həmin kəlməni isə tərəzinin o, biri gözünə qoyacaqlar. «Lə İləhə İlləllah» olan tərəzi ağır gələcəkdir. Rahmən və Rahim olan Allahın adı qarşısında heç bir şey ağır gəlməz»616.

2. Hisəbun-Niqaş münaqişə etmək deməkdir. Onlarla etdikləri əməllərə görə münaqişə ediləcəkdir. Məs: İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mömini yaxınlaşdırar. Onun üzərinə örtüyünü qoyar və onu örtər. Ona buyurar: «Filan günahını bilirsənmi? Filan günahını bilirsənmi?» Qul: «Bəli, ya Rəbbim!» deyər. Bütün günahlarını tək-tək ona söyləyərlər. Qul artıq həlak olduğunu zənn etdiyi təqdirdə Allah ona buyuracaq: «Dünyada ikən səni bu günahlardan saxladım. Bu gün də bu günahlarını sənə bağışlayıram». Sonra ona etdiyi yaxşılıqların yazıldığı kitabı verərlər.

Kafir və münafiqə gəlincə: «Bütün insanların eşitdiyi bir şəkildə onlara deyiləcək. Bunlar Rəbbinə qarşı yalan söyləyən kimsələrdir. Bunu da bilin ki, Allahın lənəti zalimlərin üzərinədir» deyiləcəkdir. «Allaha iftira yaxandan daha zalim kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər belə deyərlər: «Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!» Bilin ki, zalimlər Allahın lənətinə gələcəklər. (Hud 18)617. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü kafir gətrilir və ona: «Nə deyirsən? Əgər yer dolusu qədər qızılın olsaydı onu (qurtarmaq üçün) fidyə verərdin?» deyə soruşulacaq. O: «Bəli» deyə cavab verəcəkdir. Bu dəfə ona deyiləcək: «Səndən daha yüngül və asandı istənilmişdi». Bir rəvayətdə: «Mənə heç bir şeyi şərik qoşmamağın (istənilmişdi). Lakin sən şərik qoşmaqdan başqa bir şey qəbul etmədin!»618.



Kafirlərin yaxşı və pis əməlləri tərəzidə çəkiləcək kimsələrin əməlləri kimi hesaba çəkilməyəcəkdir. Çünki onların yaxşı əməlləri yoxdur. Ancaq əməlləri sayılıb və əməllərindən xəbərdar olunacaqlar. Onlara etdikləri söyləniləcək və bununla da rəzil ediləcəklər. «Biz onların etdikləri əməlləri qəsdən dağınıq zərrələrə döndərərik». (əl-Furqan 23). «Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllrdən heç bir fayda əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq». (İbrahim 18). «O, gün nə bir insan, nə də bir cinn günahı barəsində sorğu-sual olunmayacaqdır. Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar». (ər-Rahmən 39). Çünki kafirin etdiyi yaxşı əməllərinin əvəzi dünyada veriləcəkdir. Qiyamət günü gələcəyi vaxt savabların yazıldığı səhifələrin bom-boş olduğunu görəcəkdir. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kafir yaxşı bir iş gördüyü zaman onun müqabilində dünyada ikən əvəzi verilir. Möminə gəlincə şübhəsiz Allah onun həsənətlərini axirəti üçün onun lehinə saxlayır. Dünyadakı itaətinə görə isə onun ruzisini verir»619. Aişə - radıyallahu anhərəvayət edir ki: “Ya Rəsulullah! İbnu Cənan cahiliyyə dönəmində qohumluq əlaqələrini möhkəmlədərdi. Bunun ona bir faydası olacaqmı?” deyə soruşdum. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Xeyr, ona faydası olmaz. Çünki o, heç bir zaman: Ya Rəbbim! Qiyamət günü günahlarımı bağışla” deməmişdir620. Lakin bəzi qrup alimlər qeyd edrilər ki, kafirlərin dünyada etdikləri əməlləri onlar üçün Cəhənnəm əzabının yüngülləş-məsinə səbəb olacaqdır. Əbu Talib və s. kimi. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – şəfaəti vasitəsilə Əbu Talibin əzabının yüngülləşdirilməsi məsələsi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in şəfaətinə xas bir istisna hal olaraq qəbul edilmişdir.

«(Allahın vəhdəniyyətini danan, Quranı yalan hesab edən) kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqda ürəyi yanan onu su bilər. Nəhayət gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O, öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. Allah da onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir». (ən-Nur 39). «(Ya Muhəmməd!) De ki: «Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar haqqında xəbər verimmi? O, kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini zənn edirdilər». (əl-Kəhf 103-104). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü cinlər və insanlar xaric olmaqla, Allah yaratdıqları heyvanlar haqqında hökm verəcəkdir. Belə ki, buynuzsuza haqsızlıq etmiş olan buynuzluya qisas tətbiq ediləcəkdir. Bu işlər tamamlanıb heç bir heyvanın digərində haqqı qalmadıqda Allah heyvanlara: «Torpaq olun!» deyə buyurar. O, vaxt kafir: «Kaş ki, mən də torpaq olardım» deyər621.

Buna görə də əziz və hörmətli qardaş və bacılarım gününüzü və vaxtınızı nəyə sərf etdiyinizi fikirləşin. Çünki o, günü bu haqda fikirləşmək sizə heç bir fayda verməyəcəkdir. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü hər bir qul beş şey haqqında: ömrünü nəyə sərf etdiyini, cavanlığını necə keçirdiyini, var-dövləti necə qazanıb hara xərclədiyini və öyrəndiyi elmə necə əməl etdiyi barəsində soruşulmadıqca ayağını Rəbbinin hüzurundan çəkməyəcəkdir»622.


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə