Фчшкцец шьфт


illik məsafəir”697. Cəhənnəmin Uğultusu Və Qəzəbi



Yüklə 2,49 Mb.
səhifə15/24
tarix14.06.2018
ölçüsü2,49 Mb.
#49037
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
40 illik məsafəir”697.

Cəhənnəmin Uğultusu Və Qəzəbi: (Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar. Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi (nemətlər) içində əbədi qalacaqlar”. (əl-Ənbiya 101-102). “O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər”. (Furqan 12). “Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir! Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər! O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): “Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?” – deyə soruşacaqlar”. (əl-Mulk 6-8). Şəhiq – Cəhənnəmdən çıxan səs, eşşək səsi kimi. Şəhiq – sinədən gələn səs. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Kim mənim söyləmədiyim bir şeyi mənə isnad edərsə özünə Cəhənnəmin iki gözü arasında bir yer hazırlasın”. Səhabələr: “Ya Rəsulullah! Cəhənnəmin iki gözümü var?”. O: “Bəli” dedi və bu ayəni oxudu: “O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər”. (Furqan 12). Uzaqdan – kəliməsini 100 il məsafəsində olduğunu söyləmişlər. Muğis b. Səmi rahmətullahi aleyhi - deyir ki: “Cəhənnəm hər gün iki dəfə uzun uzadı nəfəs alıb verir. Bunu da imtahana məruz qalan insan və cinlərdən başqa hər bir şey eşidir (Başqa rəvayətdə: Qiyamət günü bunu eşidən Mələklər və Peyğəmbərlər qorxudan səcdəyə qapanırlar və: Ya Rəbbim! Nəfsim, nəfsim. Bu gün nəfsimdən başqa heş kimsəyə zamin deyiləm” deyərlər)”. “O gün (Qiyamət günü) hər kəs öz canının hayında olar, hər kəsə əməlinin əvəzi (cəzası) verilər və onlara heç bir haqsızlıq edilməz!”. (ən-Nəhl 111).



Cəhənnəmin Dərəcələri Və Çüxurları: (Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!”. (ən-Nisa 145). “Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr (müxtəlif mükafatlar və cəzalar) vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!”. (əl-Ənam 132). “Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O yer necə də pisdir! Onların Allah yanında (bir-birindən fərqli) dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir”. (Ali İmran 162-163). AbdurRahman b. Zeyd b. Əsləm – rahmətullahi aleyhi - deyir ki: “Cənnətin dərəcələri yuxarıya doğru çıxar, Cəhənnəmin dərəcələri isə aşağıya doğru enər”. İbn Əbi Dunyə, İkrimə – radıyallahu anhu – dan rəvayət edir ki: (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər”. (əl-Hicr 44) ayəsində: “Cəhənnəmin yeddi təbəqəsi vardır” deyər. Əbu Hureyrə: (Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!”. (ən-Nisa 145) aysinin təfsirində deyir ki: “Dərkul Əsfəl” üzəri qapılarla bağlı olub üstən və altdan atəş yağan yerdir. Ayədə olduğu kimi: “Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır. Allah Öz bəndələrini bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun!”. (əz-Zumər 16). İbni Mubarək, Yəhyə b. Əyyubdan, o da Ubeydullah b. Zuhridən, o da Əbu Yəsar – rahmətullahi aleyhi – dən rəvayət edir ki: “Cəhənnəmin hər qatında yetmiş yer vardır. Hər bir yerdə fərqli bir əzab vardır ki, o əzabı digər yerdə görə bilməzsən”. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəmin yeddi qapısı vardır (Başqa rəvayətdə: Süvari iki qapı arasını 70 ilə qət edər). Onlardan biri mənim ümmətimə qılınc qaldıranlar üçündür»698. İbn Cureyc “(Cəhənnəmin) yeddi qapısı var” ayəsinin təfsirində deyir: 1. Cəhənnəm. 2. Laza (od). 3. Hutəmə (odlanmış), 4. Səhr (Cəhənnəm), 5. Səqər (alov). 6. Cahim. 7. Həviyə (uçurum) Əbu Cəhl bu qatdadır”699. Ubey b. Kəbb – radıyallahu anhu – deyir ki: «Cəhənnəmin yeddi qapısı vardır. Bunlardan biri Hərurilər üçündür»700. İbn Ömər – radıyallahu anhu – deyir ki: “Cəhənnəmin yeddi qapısından hər biri bir pis əməl üçün varsa, Cənnətin səkkiz qapısının hər biri bir saleh əməl üçün vardır”.

Cəhənnəmin Suyu: «Cəhənnəm odu onların üzlərini yandırar. Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar». (əl-Muminun 104). «Onların dəriləri yanıb bişdikcə əzabı (həmişə) dadsınlar deyə o, dəriləri başqası ilə əvəz edəcəyik». (ən-Nisa 56). «Onlar orada nə bir sərinlik, nə də içməyə bir şey tapacaqlar. Qaynar sudan və irindən başqa». (ən-Nəbə 24-25). «Hələ qarşıda Cəhənnəm vardır. İrinli-qanlı sudan içirdiləcəkdir. O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar. Ona hər tərəfdən ölüm gələr lakin ölməz». (İbrahim 16-17). «Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!». (əl-Kəhf 29). “O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər”. (əl-Furqan 12). “Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər! O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun”. (Mulk 7-8). “Rəbbi barəsində mübahisə aparan bu iki zümrə (möminlər və kafirlər bir-birinə) düşməndir. Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su töküləcəkdir. O su ilə qarınlarında olanlar (bağırsaqları, ciyərləri) və dəriləri əridiləcəkdir. Hələ onlar üçün (başlarına vurulacaq) dəmir toppuzlar da vardır”. (əl-Həcc 19-21). Rəsulullah - sallallahu aleyhi və səlləm – Sədid - suyu haqqında buyurdu: «O, ağıza yaxınlaşdırılacaq və onu (Cəhənnəmdə əzab çəkən) heyvanın su içdiyi kimi içər. Su onun sifətinə yaxınlaşanda onu yandıracaq və içənin başının dərisi qopacaq. O, suyu içəndə isə onun bağırsaqları parça-parça olub arxa dəlikdən çıxacaqdır»701. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəhənəmliklərin başlarına qaynar su tökülür. Bu su vücudlarına nüfuz edəcəkdir. Belə ki, qarınlarına qədər çatır, içlərində nə var, nə yox hamısını atar (çölə) və ayaqlarını deşib keçər. “O su ilə qarınlarında olanlar (bağırsaqları, ciyərləri) və dəriləri əridiləcəkdir”. (əl-Həcc 20). sonra əriyən bədənləri əvvəlki halını alar”702. İbn Məsud – radıyallahu anhu – deyir ki, kim Sədidi görmək istəyirsə buna baxsın – deyərək insanları məscidə yönəldir. Əbu Səid əl-Xudri – radıyallahu anhu – deyir ki, bu su yağın çöküntüsünə oxşayır və onu üzə yaxınlaşdırdıqda başın dərisi onun üstünə düşər». (Allah əzab mələklərinə buyurar:) “Onu tutub Cəhənnəmin tən ortasına sürüyün! Sonra başına əzab olaraq qaynar su tökün! (Və ona belə deyin:)(Bu əzabı) bir dad görək! Sən ki (öz aləmində) çox qüvvətli, möhtərəm bir şəxs idin!”. (əd-Duhan 47-50). Sələf alimləri bu ayənin Əbu Cəhl haqqında nazil olduğunu söyləyirlər. Əvzai – rahmətullahi aleyhi - deyir ki: “Əbu Cəhl Qiyamət günü gətirilir və başının ortasından bir yarığ açılır. Sonra bir qab su gətirilir və bu yarığa tökülür və ona: “Dad, sən özünü çox şərəfli və böyük görürdün”. Həmim – İbn Abbas – radıyallahu anhu – deyir ki: “Yandırıb yaxan sudur”. Dahhaq – rahmətullahi aleyhi - deyir ki: “Həmim – Allah yer və göyləri yaratdığı gündən bəri, Cəhənnəm əhli o sudan içənə qədər qaynayar və bu su onların başlarına tökülər”. İbni Zeyd – rahmətullahi aleyhi - deyir ki: “Həmim – Cəhənnəm əhlinin atəş hovuzlarında toplanan göz yaşlarıdır və bu su onlara içirdilir”. Ğasaq – İbn Abbas – radıyallahu anhu – deyir ki: “Kafirin dərisi ilə əti arasından axan şeydir”. Atiyyə – rahmətullahi aleyhi - deyir ki: “Cəhənnəm əhlinin dərisindən axan su”. Əbu Səid – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Əgər Ğasaqdan bir qab bu dünyaya tökülsəydi onun pis qoxusunu dünya əhli hiss edərdi”703. Mucahid – rahmətullahi aleyhi - deyir ki: “Ğasaq – həddən çox soyuq olduğu üçün dadına baxılmayan sudur”. Cabir - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Uca və Böyük olan Allah içki içən şəxsə Tinətul Xabəldən içirəcəyinə söz vermişdir». Səhabələr: «Ey Allahın Rəsulu! Tinətul Xabəl nədir?» deyə soruşdular. Peyğəmbər: «Cəhənnəm sakinlərinin təri və ya (yanmaları nəticəsində) bədənlərindən axan sudur»704. Muhl – Əli, İbn Abbas - radıyallahu anhum deyirlər ki: “Muhl – Yağın çöküntüsü kimi qaradır”.

Cəhənnəm Atəşi: “Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir. (Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır)”. (əl-Məaric 15-16).(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, nədir Səqər! O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz! İnsanı yandırıb-yaxar!”. (əl-Muddəssir 27-29). Saleh b. Həyan, İbn Bureydə - radıyallahu anhu dan rəvayət edir ki: “O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz! – Sümükləri, əti, beyni yeyər və insanı belə buraxar”. Sələflər deyirlər ki: “Qəlb xaric hər şeyi yandırar və bu halı ilə bağırar”. İbn Zeyd – rahmətullahi aleyhi - deyir ki: “Onların sümüklərini parçalayar və sonra əvvəlki halını alar, dərisi də həmçinin”. (Allah dərgahından belə bir nida gələcəkdir:) “Onu tutub qandallayın! Sonra da Cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! Çünki o, böyük olan Allaha inanmırdı”. (əl-Həqqa 30-32). Kəb – rahmətullahi aleyhi - deyir ki: “Üzü üstə Cəhənnəmə sürüklənirlər. Sürüklənmənin şiddətindən əti, sümükləri hətta beyni də dağılır”. Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) Cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər). O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Duyun Cəhənnəmin (ələmini) təmasını!” (deyiləcəkdir)”. (Qəmər 47-48). “Kitabı (Quranı) və peyğəmbərlərimizə göndərdiklərimizi (vəhyi, möcüzələri və hökmləri) yalan hesab edənlər (bu hərəkətlərindən dolayı hansı cəzalara məruz qalacaqlarını) mütləq biləcəklər! O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar, Sonra da onlara belə deyiləcəkdir: “Haradadır şərik qoşub ibadət etdikləriniz...”. (əl-Mumin 70-72).



Cəhənnəmliklərin Yeməyi Və İçməyi: «İrindən başqa yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər». (əl-Haqqa 36,37). «Onların yeməyi (zəhərdən və acı) zəridən başqa bir şey olmayacaqdır. (O, yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar». (əl-Ğaşiyə 6-7). «(Ey insanlar!) Qonaq olmağa bu Cənnət yaxşıdır, yoxsa zəqqum ağacı? Biz onu zalimlər üçün bir bəla etdik. O, elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən çıxar. Onun meyvəsi şeytanların başı kimidir. Onlar ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar. Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır. Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!». (əs-Saffət 62-68). «Həqiqətən (Cəhənnəm-dəki) zəqqum ağacı künahkar kimsənin yeməyidir». (əd-Duhan 43-44). “Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar! Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz, Qarınlarınızı onunla dolduracaqsınız. Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz. Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz. Bu onların haqq-hesab günündəki ziyafətidir. (Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz?”. (əl-Vaqiə 51-57). Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Əgər Zəqqumdan bir damcı bu dünyaya düşsəydi o, damcı dünyadakı canlıların yaşayışını təmin edən hər bir şeyi məhv edərdi. Artıq zəqqumdan başqa yeyəcəyi olmayan Cəhənnəm əhlinin halı necədir?»705. İbn Abbas – radıyallahu anhu – deyir ki: “Zəqqum ağacının əslinin atəşdən olduğunu bildirdi”. Həsən – radıyallahu anhu – deyir ki: “Kökü Cəhənnəmin dərinliklərindən və budaqları üst tərəfinə qədər uzanır”. Başqa rəvayətdə: “O, qaynayan bir ağacdır”. Cəfər, Əbu Umran əl-Cuvəni – rahmətullahi aleyhi - rəvayət edir ki: “Bizə çatan xəbərlərə görə ondan alınan hər bir loxmanın qarşılığında o, da eynisini onu alandan alır”. “Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!». (əs-Saffət 62-68). Zəqqum yedikdən və qaynar su içdikdən sonra onları Cəhənnəmə geri götürürlər. Ayə qaynar suyun Cəhənnəmdən kənarda olduğuna dəlalət edir. Onlar Dəvənin suya götürülməsi kimi götürülürlər. Sonra isə Cəhənnəmə qaytarılırlar. (Onlara belə deyiləcəkdir:) “Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!” Onlar onunla (Cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar”. (ər-Rahmən 43-44). Qatadə, İbni Cureyc – rahmətullahi aleyhi - və s. Rəvayət etmişlər. «Dərgahımızda qandallar və Cəhənnəm. Boğaza tıxılıb qalan yemək (zəqqum) və şiddətli əzab vardır!». (əl-Muzəmmil 12-13). İbn Abbas – radıyallahu anhu – deyir ki: “O, insanın boğazına ilişən bir tikandır (Tikanlı bitki). Nə aşağı gedər, nə də geri çıxar”. “Bu gün bax burda onun yaxın bir dostu yoxdur. İrindən başqa bir yeməyi də yoxdur”. (əl-Həqqa 35-37). İbn Abbas – radıyallahu anhu – deyir ki: “O, onların ətlərindən axan qan və sudur. (Atəş əhlinin yarasından axan sarı su) Bu da onların yeməyidir”.

Cəhənnəm Xəstəlikləri: Şəfi b. Mati – rahmətullahi aleyhi - deyir ki: “Cəhənnəmdə 70 xəstəlik (növü) vardır və bunların hər birinin Cəhənnəmin fərqli yerlərində olduğunu bildirdi”. Aməş, Mucahid – rahmətullahi aleyhi - rəvayət edir ki: “Cəhənnəm əhli qoturluq xəstəliyinə tutulurlar. Özlərini o qədər qaşıyırlar ki, sümükləri görsənməyə başlayar və deyərlər: “Nə üçün bu xəstəlik bizi tutmuşdur?”. Onlara: “Möminlərə əziyyət etdiyiniz üçün” deyilər.

Cəhənnəmliklərin Qoxusu: Əbu Bəkr b. Ayyaş – rahmətullahi aleyhi - deyir ki, bir nəfər Məhkulun belə dediyini bildirdi: “Cəhənnəm əhlinə bir qoxu gəlir və onlar: “Ey Rəbbimiz! Cəhənnəmə girdiyimiz gündən bəri bundan daha pis qoxu hiss etmədik?”. Allah: “Bu zina əhlinin cinsi orqanlarından gələn qoxudur” deyə buyurar. Məzun b. Zazan – rahmətullahi aleyhi - deyir ki: “Mənə çatan xəbərlərdən Cəhənnəmə atılan bəzi insanlar pis qoxularıyla başqalarına əziyyət verərlər və onlara: “Vay halınıza, dünyada ikən nə edirdiniz?” deyərlər. Onlar: “Mən alim idim. Lakin öz elimimdən istifadə etməzdim”.

Ona Hər Tərəfdən Ölüm Gələr” Ayəsinin Təfsiri: “Ona hər tərəfdən (bədəninin hər yerindən) ölüm gələr, lakin ölməz (ki, birdəfəlik canı qurtarsın). Hələ bunun ardınca (daha) dəhşətli bir əzab gələcəkdir!”. (İbrahim 17). Ölüm vücudunda olan hər tükün altından gəlir. Dahhaq – rahmətullahi aleyhi - deyir ki: “Ölüm ayaq barmaqlarından belə gəlir, ona elə bir şiddətli əzab gəlir ki, ölüm kimidir. Ayaq barmaqları və tükləri belə ağrını vücudunun hər tərəfində hiss edər. Cəhənnəm əhli beləcə ölməyəcək və dincəlməyəcəkdir”. İbni Cureyc – rahmətullahi aleyhi - deyir ki: “Ruhu qırtlağına ilişib qalır, nə aşağı düşər nə də çıxar. “Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)”. (əl-Ələ 13). Əvzai, Bilal b. Sadın – rahmətullahi aleyhi - belə dediyini bildirdi: “Qiyamət günü atəş deyəcək: “Ey atəş! Yandır, həlak et, geri çəkil, tut lakin öldürmə”.



Cəhənnəmliklərin Geyimi: «(Məgər Cənnətdə olanlar) Cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?». (Muhəmməd 15). «Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdir. Başlarına da qaynar su töküləcəkdir». (əl-Həcc 19). «O, gün günahkarları qandallanmış görəcəksən! Köynəkləri qətrandan olacaqdır, üz gözlərini də atəş bürüyəcəkdir!». (İbrahim 49-50). Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Geyimin topuqlardan aşağı keçən hissəsi Cəhənnəmdədir»706. Əli, İbn Abbas - radıyallahu anhum deyirlər ki: “Qatran - ərinmiş qurğuşundur”. İkrimə – rahmətullahi aleyhi - deyir ki: “Ərinmiş qızıldır”. Mamər, Qatadə – rahmətullahi aleyhi - deyirlər ki: “Qurğuşundur”. Əbu Məlik əl-Əşari - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətimdə cahiliyyə adətlərindən qalma dörd əlamət vardır ki, onu heç vaxt tərk etməyəcəklər. Əsl-nəcabətlə fəxr etmək, nəsəbə söymək, ulduzlardan vəsilə istəyərək yağmur diləmək və ölünün arxasıyca fəryad edərək ağlamaq. Ölünün arxasıyca fəryad edərək ağlayan kimsə ölümündə öncə tövbə etməzsə Qiyamət günü bədəni xəstəlik (qotur və ya dəridə xırda-xırda irin) olacaqdır və onun üzərinə qatrandan geyim geyindiriləcək-dir»707.

Cəhənnəmin Dumanı Və Qığılcımı: “Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri? (Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində, Qapqara duman kölgəsində olacaqlar! (O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir”. (Vaqiə 41-44). İbn Abbas - radıyallahu anhu deyir ki: “Kölgə dumandandır”. Əbu Malik – rahmətullahi aleyhi - deyir ki: “Cəhənnəm dumanından kölgə”. Qatadə – rahmətullahi aleyhi - deyir ki: “İsti küləkdir”. “Girin (Cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!”. (əl-Mursələt 30). “O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar. O (hər biri) bir saray boyda qığılcımlar saçar”. (əl-Mursələt 31-32). Həsən və Dəhhaq – rahmətullahi aleyhi - deyirlər ki: “Saray kimi – Böyük ağacların kökü kimi – deyə açıqlamışlar. Mucahid – rahmətullahi aleyhi - deyir ki: “Ağac və Dağ parçaları kimi qığılcımlar”.



Cəhənnəmin Zəncirləri, Qandalları Və Dəmir Halqaları: “Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq”. (İnsan 4). “Acizlər özlərini yuxarı tutanlara deyərlər: “Xeyr bəs gecə-gündüz qurduğunuz hiylələr? O zaman ki, bizə Allahı danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə için-için peşman olarlar. Küfr edənlərin boyunlarına zəncir vurarıq. Onlar ancaq (dünyada) etdikləri əməllərin cəzasını çəkərlər”. (Səba 33). “O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər. Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar”. (əl-Mumin 71-72). “Dərgahımızda (onlardan ötrü ağır) qandallar və (alovlu) Cəhənnəm; Boğaza tıxanıb qalan yemək (zəqqum)(yandırıb-yaxan) şiddətli əzab vardır”. (əl-Muzəmmil 12-13).(Allah dərgahından belə bir nida gələcəkdir:) “Onu tutub qandallayın! Sonra da Cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!”. (əl-Həqqa 30-32). Ayənin təfsirində: “Arşın 70 Baa-dır. Bir Baa isə Kufə ilə Məkkə arası qədərdir”. İbn Munkədir – rahmətullahi aleyhi - deyir ki: “Dünyanın bütün zəncirləri bir yerə toplansa ayədə zikr edilən bir halqaya belə çatmaz”.

Cəhənnəmliklərin Döşəyi: “Onlar üçün Cəhənnəmdən (Cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!”. (əl-Əraf 41). Muhəmməd b. Kəb, Dahhaq, əs-Suddi və s. Dedilər ki: “Mihad – döşək, Gavaş – isə yorğandır”. Vəhb b. Munəbbih – rahmətullahi aleyhi - deyir ki: “Atəş əhli – Cəhənnəmdə yaşayan insanlardır, onlar nə sakinləşirlər, nə yatarlar, nə ölürlər, atəşin üzərində yeriyər, oturar, içəcəkləri Cəhənnəm əhlinin yaralarından axan su, yeyəcəkləri atəş zəqqumu, döşəkləri və yorğanları atəşdən, paltarları atəş və qatrandandır. Cəhənnəm əhli bir ucu Cəhənnəm gözətçilərinin əlində olan zəncirlərə bağlıdırlar, gözətçilər onları üzü və beli üstə sürükləyərlər. İrinləri Cəhənnəmdə olan quyulara axar və onların içəcəyidir”. Vəhb bunları söylədikdən sonra o, qədər ağladı ki, ürəyi getdi708.

Cəhənnəmin Toppuzları: “Hələ onlar üçün (başlarına vurulacaq) dəmir toppuzlar da vardır. (Kafirlər) oradan – (Cəhənnəmdə düşdükləri) qəmdən qurtarmaq istədikcə, yenidən ora qaytarılar və (onlara): “Dadın atəşin əzabını!” (deyilər). (əl-Həcc 21-22). Əbu Səid – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəmliklərə (əzab üçün) təhsis edilən dəmir toppuzlardan biri yerə qoyulacaq olarsa (dünyaya düşsə) bütün cinlər və insanlar toplansalar belə onu yerdən qaldıra bilməzlər»709. Əbu Səid – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəmdəki dəmir toppuzlardan biri ilə bir dağa vursalar o, dağı parçalıyar və toz halına salar»710.

Cəhənnəmin Daşları: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)”. (ət-Təhrim 6). “Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!”. (əl-Bəqərə 24). Rabi b. Ənəs – rahmətullahi aleyhi - başda olmaqla bir qrup alimlər Daşların – Allahdan qeyri tapınan bütlər olduğunu söyləmişlər. (Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız! Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar”. (əl-Ənbiya 98-99). Mamər, Səid b. Cərir – rahmətullahi aleyhi - rəvayət edir ki: “Bizə çatan xəbərlərdən kafir Qiyamət günü qəbrindən dirildikdə şeytanıyla bir olacaqdır. Allah onları atəşə salana qədər bu şeytan ondan ayrılmaz. Bu vaxt kafir: “Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar. (Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər! Nəhayət, o, (Qiyamət günü) hüzurumuza gəldikdə (öz yanında olan yoldaşına) belə deyər: “Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!” Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm (küfr) etdiyinizə görə əzaba da ortaqsınız!”. (əz-Zuxruf 36-39)”. “Cəhənnəm də azğınlara göstərilər. Və onlara belə deyərlər: “İbadət etdikləriniz (bütlər) haradadır? Allahdan başqa (ibadət etdikləriniz?). Onlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir köməkləri çatarmı?” Onlar (müşriklər) və azğınlar (üzüqoylu üst-üstə) oraya (Cəhənnəmə) atılarlar! İblisin bütün əsgərləri də (ora sürüklənib salınarlar). Onlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub deyərlər: “Allaha and olsun ki, biz (haqq yoldan) açıq-aydın azmışdıq! Çünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq. Bizi yalnız günahkarlar azdırdı”. (əş-Şuəra 91-99). Müfəssirlərin çoxuna görə daşlardan qəsd kükürd daşlarıdır. Lakin bu daşlarda beş özəllik vardır: Tez yanar, pis qoxuludur, çox tüstülər, vücuda yapışar və kül olduğu zaman əriyib axar. Mücahid – rahmətullahi aleyhi - deyir ki: “Leşdən daha pis qoxan bir daşdır”.

Cəhənnəmin İlanları Və Əqrəbləri: Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəmdə elə bir ilanlar var ki, qalınlıqları dəvənin boynu kimidir, onlardan biri sancdığı zaman acısı 40 bahar davam edər. Atəşdə elə bir əqrəblər var ki, qatır kimidir. Onlardan biri sancdığı zaman acısı 40 il davam edər”711. Mucahid, Yəzid b. Şəcərə – rahmətullahi aleyhi - yoluyla rəvayət edir ki: “Cəhənnəmdə dəniz sahilləri kimi sahillər və o sahillərdə quyular, (o, quyularda) qatır kimi əqrəblər, dəvələrə bənzəyən ilanlar və bayquşlar var. Cəhənnəm əhli əzablarının bir az yüngülləşdirilməsini istədikləri zaman onlara: Sahilə gedin – deyilər. Oraya çatdıqda bayquşlar onları qaparaq param-parça edərlər. Onlarda sürətlə atəşə doğru qaçarlar. Daha sonra qoturluq xəstəliyinə tutularlar. Dərilərini o, qədər qaşıyarlar ki, sümükləri görünməyə başlayar. Onlara: Bu sizi narahat edir? Onlar: “Bəli”. Deyərlər. Onlara: “Bu Müsəlmanlara etdiyiniz əziyyətə görədir”.

Cəhənnəmliklərin Yaşı: Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə Cənnətlik olaraq ölərsə istər böyük, istər kiçik olsun, yaşı nə olursa olsun 30 yaşında bir kimsə olaraq Cənnətə girər və artıq bu yaş əbədiyyən dəyişməz. Cəhənnəmliklər üçün də vəziyyət belədir (Başqa rəvayətdə: 33 yaşında)»712. Muaz İbn Cəbəl – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnətliklər Cənnətə tüksüz, sürməli olaraq 30 və ya 33 yaşında olaraq girəcəklər”713. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “İstər qəzadan, istərsə də yaşın keçməsindən ötrü ölən hər kəs 33 yaşında dirildilir. Cənnət əhlidirsə: Adəm - əleyhissəllam – boyu, Yusuf - əleyhissəllam – ın surətində (gözəlliyi), Əyyub - əleyhissəllam – ın qəlbi üzərində yaradılır. Əgər Cəhənnəm əhli olarsa onu dağlar kimi böyüdər və şişirdərlər (Başqa rəvayətdə: İsa - əleyhissəllam – ın yaşı olaraq 33714)”715.

Cəhənnəm Əhlinin Allahdan Uzaq Olmaları: “Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır. Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar! Sonra Cəhənnəmə varid qalacaqlar. Sonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir”. (əl-Mutaffifin 14-17).



Cəhənnəm Əhlinə Verilən Cəza: “Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq”. (Məryəm 86). “Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar! Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz, Qarınlarınızı onunla dolduracaqsınız. Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz. Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz. Bu onların haqq-hesab günündəki ziyafətidir”. (əl-Vaqiə 51-56). Əbu Səid əl-Xudri, Əbu Hureyrə - radıyallahu anhum – ya həqiqətən Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “...Qiyamət günü olduqda bir carçı qışqıraraq: «Hər ümmət (dünyada ikən) kimə ibadət edirdisə qoy onun ardınca düşsün». Bundan sonra Allahdan başqa bütlərə, tağutlara və s. ibadət edənlərin hamısı heç bir kimsə qalmadan Cəhənnəmə sürüklənirlər. Sonda yalnız əməlisaleh kimsələr, (Allaha ibadət edən) günahkarlar, həmçinin də Kitab Əhlindən bir qurup kimsələr qalır. İlk öncə Yəhudilər çağrılırlar və onlardan: «(Dünyada ikən) Nəyə ibadət edirdiniz?» deyə soruşulur. Onlar: «Biz Allahın oğlu Üzeyr – əleyhissəlam – a ibadət edirdik!» deyərlər. Onlara: «Yalan deyirsiniz! Allah özünə nə bir zövcə (yoldaş), nə də bir övlad götürmüşdür! (İndi) Nə istəyirsiniz?». Onlar: «Ey Rəbbimiz! Biz çox susadıq, bizə su ehsan et!» deyərlər. Onda onlara: «Ora su içməyə gedərsinizmi?» deyə işarə edilərək Cəhənnəmə sürüklənirlər. Cəhənnəm onlara şərab (ilğım) kimi görsənir. Onlar da onu (su zənn) edib Cəhənnəmə tökülürlər. Sonra Xristianlar çağrılaraq onlara da: «(Dünyada ikən) Nəyə ibadət edirdiniz?» deyə soruşulur. Onlar: «Biz Allahın oğlu İsa – əleyhissəlam – a ibadət edirdik!» deyərlər. Onlara: «Yalan deyirsiniz! Allah özünə nə bir zövcə (yoldaş), nə də bir övlad götürmüşdür! (İndi) Nə istəyirsiniz?». Onlar: «Ey Rəbbimiz! Biz çox susadıq, bizə su ehsan et!» deyərlər. Onda onlara: «Ora su içməyə gedərsinizmi?» deyə işarə edilərək Cəhənnəmə sürüklənirlər. Cəhənnəm onlara şərab (ilğım) kimi görsənir. Onlar da onu (su zənn) edib Cəhənnəmə tökülürlər...”716.

Cəhənnəm Əhlinin Ağlaması: “Onları orada inilti (ah-nalə) gözləyir. Onlar orada (heç bir xoş söz) eşitməzlər”. (əl-Ənbiya 100). “Bədbəxt olanlar od içərisində (Cəhənnəmdə) qalacaqlar. Onların orada ah-fəryad gözləyir”. (Hud 106). Rabi b. Ənəs deyir ki: “Zəfir – boğazdan çıxan səs, Şəhik – sinədən çıxar”. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cəhənnəm əhli o, qədər ağlayarlar ki, sonunda göz yaşları tükənir. Daha sonra göz yaşları yerinə qan gəlməyə başlayar belə ki, üzlərində iz salır. Əgər gəmilər göndərilsəydi onun içində üzərdi”717. Salih əl-Məri – rahmətullahi aleyhi - deyir ki: “Mənə çatan xəbərlərə görə atəş əhli Cəhənnəmdə o, qədər bağırırlar ki, səsləri kəsilir. Belə ki, sadəcə ağrı çəkən xəstənin iniltisi kimi bir səs qalır”. Malik, Zeyd b. Əsləm – rahmətullahi aleyhi – dən: “Yüz il səbr edərlər, yüz il ağlayarlar sonra da: “İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir sığınacaq (heç bir qurtuluş) yoxdur!”. (İbrahim 21). Əbu İdris əl-Hevlanı – rahmətullahi aleyhi - deyir ki: “Nəfsimi ağlama günündən öncə ağladıram, nəfsimi ağlamanın fayda vermədiyi gün gəlmədən öncə ağladıram. Sonra bir parça atəş gətirdi və əlini üzərinə qoydu.Yandırana qədər əlini çəkmədi və: “Ah, ah Cəhənnəm atəşinə, fayda verməyən günə ah, ah”.

Cəhənnəm Əhlinin Atəşdən Çixmaq Istəyi: “Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil taleyimiz (bədbəxtliyimiz) bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq! Ey Rəbbimiz! Bizi oradan (Cəhənnəm odundan çıxart! Əgər bir də (Sənin xoşuna gəlməyən pis işlərə) qayıtsaq, şübhəsiz ki, zalım (özümüz özümüzə zülm etmiş) olarıq”. (Allah) buyurar: “Orada zəlil (məyus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! (Cəhənnəm odundan xilas edilməyinizi Məndən diləməyin!)”. (əl-Muminun 106-108). “Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!” (Cəhənnəm gözətçiləri) deyəcəklər: “Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar möcüzələr gətirməmişdilər?” Onlar: “Bəli (gətirmişdilər)!” – deyə cavab verəcəklər. (Cəhənnəm gözətçiləri onlara:) “Elə isə özünüz dua edin!” – deyəcəklər. Kafirlərin duası isə boş şeydir (heç vaxt qəbul olunmaz)”. (əl-Mumin 49-50). “Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” (Onlara belə deyəcəyik:) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (Cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!”. (Fatir 37). “Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): “Siz (həmişəlik burada) qalacaqsınız!” – deyə cavab verəcəkdir!”. (əz-Zuxruf 77). İbn Məsud – radıyallahu anhu – deyir ki: “Bu sözdən sonra artıq Cəhənnəmdən çıxma yoxdur”. Qatadə – rahmətullahi aleyhi - deyir ki: “Bundan sonra qapılar qapanır, artıq onlardan hıçqırıq, ah nalədən başqa bir şey hiss edilməz”. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Əgər bir insan sevincdən ölmüş olsaydı Cənnət əhli ölərdi, əgər bir kimsə üzüntüdən ölsəydi Cəhənnəm əhli ölərdi”718. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cəhənnəmdən dörd nəfər çıxarılır və Allaha gətirilirlər. Biri: “Ey Rəbbim! Məni oradan çıxartdıqdan sonra geri döndərmə”. Allah onu bağışlayar719. Başqa rəvayətdə: Ey Rəbbim! Mənim səndən umduğum bu deyildir?” deyər. Allah: “Nə umurdun?” deyə buyurar. O: “Məni oradan çıxartdıqdan sonra geri göndərməyəcəyini umurdum”. Bundan sonra Allah onu bağışlayar və Cənnətə salar”720.

Cəhənnəm Zəbbaniləri: “Onun üstündə on doqquz (nəfər gözətçi mələk) vardır. Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi (çünki onların kitablarında bu mələklərin sayı on doqquzdur), iman gətirənlərin imanının daha da artması, kitab əhlinin və möminlərin (bununla əlaqədar Muhəmməd əleyhissəlam barəsində) şübhəyə düşməməsi, həmçinin qəlblərində mərəz (nifaq və şəkk mərəzi) olanların və kafirlərin: “Allah bu misalla nə demək istəyir?” – demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni (haqq yoldan) belə sapdırır və istədiyini də doğru yola salır. Rəbbinin ordularını özündən başqası bilməz. Bu (vəsf olunan Səqər) insanlar üçün ancaq bir öyüd-nəsihətdir!”. (əl-Muddəssir 30-31). Suddi deyir ki, Qureyşdən Əbu Əşdeyn adlı biri dedi: “Ey Qureyş! On doqquz – sizi qorxutmasın. Sağ çiynimlə onunu, sol çiynimlə də doqquzunu itəliyərəm. Siz də Cənnətə girərsiniz” dedi. “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)”. (ət-Təhrim 6). İbrahim əl-Həkəm b. Əban, atasından, İkrimə – rahmətullahi aleyhi - belə dediyini rəvayət edir: “Cəhənnəm əhlindən Cəhənnəmə ilk girənlər onun qapısında 400 yüz min üzləri qapqara gözətçi görürlər. Allah onların qəlbindən mərhəməti almış və heç birinin qəlbində zərrə qədər də mərhəmət yoxdur. Birinin çiyni ilə digər çiyni arasında məsafə quş uçuşu ilə iki aylıq məsafədir. Sonra qapının üzərində 19 gözətçi görürlər. Birinin köksünün genişliyi 70 illik məsafədir... (Onların mərhəməti yox, sadəcə əzab üçün yaradılmışlar)”721. Məlik – Cəhənnəm gözətçilərinin ən böyüyüdür. Səmura b. Cundəb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Bu gecə sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) çox iyrənc və çirkin bir adamın yanına gəldik (sən gördüyün çirkin adamların ən çirkini). Atəşi alovlandırır və ətrafında fırlanırdı. Mən: «Bu nədir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» dedilər... Atəşi alovlandıran çirkin adam isə Cəhənnəmin gözətçisi Malikdir...”722.

Cəhənnəm Əhlinin Əksəriyyəti Qadınlardır: Usamə b. Zeyd - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «(Merac gecəsində) Cənnətin qapısında durub içəri baxdım. Oraya girənlərin böyük çoxluğunun miskinlər olduğunu gördüm. Mal sahiblərindən Cəhənnəmlik olanlardan başqaları (haqq-hesab) üçün həps olumuşlar. Atəş əhli olan zənginlərin isə Cəhənnəmə atılmaları öncə əmr olunmuşdur. Cəhənnəmin qapısında da durdum. Bir də baxdım ki, Cəhənnəmə girənlərin çoxu qadınlardır (Başqa rəvayətdə: «Biz nəyə görə Cəhənnəm əhlinin çox hissəsi olacağı» dedilər. Peyğəmbər: «Çünki çox lənət edir, ərlərnizə qarşı nankorluq edirsiniz. Yaxşılığa qarşı küfr edirsiniz. Onlardan birinə dünya durduqca yaxşılıq etsən və sonra səndən məmnun olmayacaq bir şey görsə – səndən heç bir xeyir görmədim deyər. Ağıl və din naqisliyi də vardır. Sizin qədər ağlı başından alaraq kişiyə üstün gələni görmədim». Qadınlar: «Ağıl və din naqisliyi nədir?» deyə soruşdular. Peyğəmbər: «Ağlı nöqsanlığa gəldikdə – iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir. Dini naqisliyə gəldikdə isə – (heyzli günlərdə) namaz qılmazsınız və ramazanda da (bir müddət) oruc tutmazsınız»723. Amr b. As – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnətin içinə baxdım əksəriyyətinin fəqirlər olduğunu gördüm. Cəhənnəmə baxdım əksəriyyətinin qadınlar və zənginlər olduğunu gördüm”724. Əyyub, İbn Sirin – rahmətullahi aleyhi - dən rəvayət edir ki: “Öyünün və xatırlayın ki, kişilər Cənnətdə qadınlardan daha çoxdur”725.

Cəhənnəmdə Kafirin Halı: Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Qiyamət günü kafirin dişi Uhud dağı boyda, dərisinin qalınlığı da üç günlük yol qədərdir»726. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Kafir bir-iki fərsax uzunluğunda olan dilini Qiyamət günü yerlə sürür. İnsanlar onun üzərinə basarlar»727. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəmdə kafirin iki çiyni arasındakı məsafə sürətli süvarinin yürüşü ilə üç günlük məsafədir»728. Başqa rəvayətdə: “Oturduğu yer Məkkə ilə Mədinə qədər məsafədədir”. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəm əhli dağlar kimi böyüdülmüş və şişirdilmişdir”729. Zeyd b. Ərqam – radıyallahu anhu – deyir ki: “Cəhənnəm əhli atəş üçün o, qədər böyüdülür ki, bir dişi Uhud dağı qədər olur”730. Həsən – radıyallahu anhu – Cəhənnəmdən bəhs edərkən dedi: “...Mələklər üzlərinə və arxalarına vuraraq onları Cəhənnəmə sürükləyərlər, onlardan biri onu döyən mələyə: Mənə mərhəmət et!” deyər. Mələk: “Sənə mərhəmətlilərin ən mərhəmətlisi mərhəmət etmədiyi halda mən sənə necə mərhəmət edim” deyər. Ammar – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Dünyada iki üzlü olanın Qiyamət günü atəşdən iki dili olur”731. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü İbrahim - əleyhissəlam - atası Azəri üzü qap-qara və toz içində olduğu halda görür». Atasına: «Mən sənə dünyada ikən mənə asi olma demədimmi?» Atası: «Bu gün artıq mən sənə asi olmayacağam» deyər. İbrahim: «Ya Rəbbim! Sən yenidən dirilmə günündə məni rüsvay etməyəcəyini vəd vermişdin. Rəhmətdən uzaq atamın halından daha rüsvay edici başqa nə var?» deyə buyurar. Allah: «Mən Cənnəti kafirlərə haram etdim. Ey İbrahim! Ayaqlarının altında nə var» deyə buyurar. İbrahim - əleyhissəlam - yerə baxar və qana bulaşmış bir sırtlan görür. Dərhal ayaqlarından tutulub Cəhənnəmə atılır»732. Nə üçün kafirlər bu görkəmi alacaqlar? Cavab: Cəhənnəmin böyüklüyünə, hərarətinin şiddətinə görə Allah kafirləri börüdəcəkdir ki, əzabı daha çox dadsınlar. Çünki adi insan ora atıldığı zaman əriyib yoxa çıxar. Allah Qorusun.

Cəhənnəmin Gəlişi Və Başın Çıxması: “Xeyr! Yer dağılıb parça-parça olacağı; Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir”. (Fəcr 21-24). “O böyük bəla (Qiyamət) gələndə, O gün insan nələr etdiyini (dünyadakı bütün yaxşı, pis əməllərini) yadına salacaqdır. Cəhənnəm də hər görənə görünəcəkdir”. (ən-Nəziat 34-36). İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, gün Cəhənnəm gətrilir. Cəhənnəmin yetmiş min yuları olacaqdır və hər bir yularında yetmiş min mələk tutacaqdır. Mələklər (bu yulardan) tutub Cəhənnəmi çəkib gətirəcəklər»733. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: Qiyamət günü Cəhənnəmdən bir baş uzanır. Görən iki gözü, eşidən iki qulağı və danışan bir dili vardır və o: “Mən üç növ insan üçün yaradıldım: Təkəbbürlülər, Allahdan qeyrisinə ibadət edənlər və surət çəkənlər üçün (Başqa rəvayətdə: Zalım idarəçilər, haqsız insan öldürən)”734.



Sizdən Elə Bir Kəs Olmaz Ki, Oraya Varid Olmasın” – Ayəsi Barədə: “Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. (Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz gözləri ilə görəcəklər. Cənnətliklər Cəhənnəm odunun içindən yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra Cənnətə qayıdacaqdır). Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!”. (Məryəm 71-72). Sələflər bu ayəni eşidəndə ağlayardılar. Abdullah b. Rəvaha – radıyallahu anhu – bu ayəni eşitdikdə ağlamağa başladı. Zövcəsini, yaxınlarını da ağlatdı. Ondan nə üçün ağladığını soruşduqda o: “Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür – Cəhənnəmə qəti olaraq girəcəyimi, lakin oradan çıxıb-çıxmayacağımı qəti olaraq bilmədiyim üçün ağladım”. Əbu Meysərə – rahmətullahi aleyhi - yatağına girdiyi zaman dedi: “Kaşki anam məni doğmayaydı?”. Zövcəsi: “Allah səni İslamla mükafatlandırdı” dedi. O: “Allah mənim Cəhənnəmə girəcəyimi bildirdiyi halda oradan çıxıb-çıxmayacağımı bildirməmişdir”. Həsən – radıyallahu anhu – deyir ki, bir nəfər qardaşına: “Ey qardaşım, Cəhənnəmə mütləq girəcəyini bilirsənmi?”. O: “Bəli” dedi. O, da: “Bəs, oradan çıxıb-çıxmayacağın haqda bir şey eşitdinmi?”. O: “Xey”. Onda nə gülürsən” dedi. Bu adamı o, gündən sonra gülən kimsə görmədi”. Həsən – radıyallahu anhu – deyir ki: “Vallahi oraya girən hər bir mömin üzülür. Allah onun Cəhənnəmə girəcəyini və çıxmayacağını bildirdiyi halda necə üzülməsin?”735. Səhabə və ondan sonra gələnlər Cəhənnəmə düşmək barəsində ixtilafa düşdülər. Bəziləri deyirlər ki: “Bundan qəsd edilən Sırat körpüsüdür”. Bu görüşdə: İbn Məsud, Cabir, Həsən, Qatadə, AbdurRahman b. Zeyd b. Əsləm – Allah Onlardan Razı Olsun - və s. Bəziləri də qeyd edirlər ki: Cəhənnəmə girmək – mütləqdir. Bu görüş İbn Abbas – radıyallahu anhu – ya nisbət edilmişdir. Lakin mömin üçün Cəhənnəm sərin və salamat olur İbrahim - əleyhissəlam – üçün olduğu kimi və s.

Cəhənnəmin Vəsfi: “Cəhənnəm alovlandırılacağı zaman; Və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman; Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!”. (ət-Təkvir 12-14). Qatadə – radıyallahu anhu – deyir ki: “Allahın qəzəbi və insanların günahları Cəhənnəmi qızışdırır”. İnsan oğlunun Allahın qəzəbinə səbəb olan günahlarından ötrü Cəhənnəm qızışır. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Allah Cənnəti yaratdığı zaman Cəbrail - əleyhissəlam - a buyurdu: “Get ora bir bax!”. O, da gedib Cənətə baxdı və: «(Ey Rəbbim!) Sənin izzətinə and olsun ki, onu eşidib və ora girməyən qalmayacaqdır. Hər kəs ora girəcəkdir» dedi. Allah Cənnətin ətrafını məkruhlarla (nəfsin xoşlanmadığı şeylərlə) bəzədi və: «İndi get ora bax!» deyə buyurdu. Cəbrail gedib ora bir də baxdı və: «Qorxuram ki, ora heç kimsə girməsin» dedi. Allah Cəhənnəmi yaradıb Cəbrailə: «Get ora bir bax!» deyə buyurdu. Cəbrail: «İzzətinə and olsun ki, onu eşidən ora girməyəcəkdir» dedi. Sonra Allah Cəhənnəmin ətrafını şəhvətlərlə (nəfsin xoşladığı şeylərlə) bəzədi və: «Get ora bir kərə də bax!» deyə buyurdu. Cəbrail də baxıb gəldikdən sonra: «İzzətinə and olsun ki, bir nəfər də belə qalmayıb hamının ora girməsindən qorxuram» dedi736. Əbu Hureyrə, Ənəs – radıyallahu anhum – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnət məkruhlarla (nəfsin xoşlanmadığı şeylərlə), Cəhənnəm isə şəhvətlərlə bəzədilmişdir»737. Əbu Musa – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü olduğunda hər müsəlmana bir Yəhudi və Xristian verilər və ona: «Bu sənin atəşdən qurtuluşun üçün sənə fidyə olaraq verilmişdir» deyilər738. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündə müsəlmanlardan bəzi kimsələr dağlar misalı günahlarla gəlirlər. Lakin Allah onların bu günahlarından bağışlayıb Yəhudilərə, Xristianlara yükləyər»739. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanından bir cənazə keçdi. İnsanlar cənazə haqqında xeyirli sözlər dedilər. Peyğəmbər: «Vacib oldu!» deyə buyurdu. Sonra bir cənazə də keçdi. İnsanlar onun haqqında pis sözlər danışdılar. Peyğəmbər: «Vacib oldu!» deyə buyurdu. Ömər: «Ey Allahın Rəsulu! Vacib olan nədir?» deyə soruşdu. Peyğəmbər: «Birinci cənazəni xeyirlə yad etdiniz və ona Cənnət vacib oldu. İkinci cənazəni isə pisliklə yad etdiniz və ona Cəhənnəm vacib oldu. Sizlər Allahın yer üzündəki şahidlərisiniz» deyə buyurdu740. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Kafir ilə onu öldürən əbədiyyən Cəhənnəmdə bir yerdə olmaz, Allah yolunda ölən ilə Cəhənnəm atəşi bir yerdə olmaz, qulun qəlbində imanla həsəd bir yerdə olmaz»741. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Sizə Cəhənnəm əhlindən xəbər verimmi?». Səhabələr: «Bəli, ey Allahın Rəsulu» dedilər. Peyğəmbər: «Bunlar simic, paxıl, təkəbbürlü kimsələrdir» deyə buyurdu742. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Bir nəfəri gətirib oda atacaqlar. Cəhənnəmdə bağırsaqları qarnından bayıra çıxacaqdır və orada eşşək dəyirmanın ətrafında fırlandığı kimi fırlanacaqdır. Cəhənnəm əhli onun ətrafında toplaşıb soruşacaqlar: «Ey filankəs, sənə nə olub? Məgər sən bizi günahlardan çəkinməyə və xeyirli işlər görməyə çağıran deyildin?». O: «Bəli, mən xeyirxaxlığa çağırırdım, lakin özüm buna əməl etmirdim, günahlardan çəkindirirdim, lakin özüm pis işlər edirdim»743. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Bir qadın evdə həps etdiyi pişiyə görə Cəhənnəmə düşdü. Pişiyi evdə həps edərək nə yemək vermiş, nə də onun özü üçün ov etməsinə izn vermişdir (Başqa rəvayətdə: Fahişə bir qadın isti bir gündə quyunun ətrafında fırlanan və susuzluqdan dilini çıxarmış bir köpək gördü. Qadın ayaqqabısını çıxarıb (quyudan su götürərək) köpəkə verdi. Bu səbəblə qadın bağışlandı»744. Bureydə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Hakimlər üç cürdür. Biri Cənnətlik, ikisi isə Cəhənnəmlikdir. Haqqı bilib doğru hökm verən Cənnətlikdir, haqqı bilib (bilə-bilə) ədalətsiz hökm verən Cəhənnəmlikdir, cahilcəsinə hökm verən də Cəhənnəmlikdir»745.
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə