Фчшкцец шьфт


SIRAT Əhli Sünnə vəl Cəmaat Qiyamət günü insanların keçəcəkləri sırat körpüsünə də inanırlar. Sırat –



Yüklə 2,49 Mb.
səhifə13/24
tarix14.06.2018
ölçüsü2,49 Mb.
#49037
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

SIRAT

Əhli Sünnə vəl Cəmaat Qiyamət günü insanların keçəcəkləri sırat körpüsünə də inanırlar. Sırat – məna etibarı ilə geniş yol, izlənilən yol deməkdir. «Şübhəsiz bu mənim sıratımdır (yolumdur). O, halda ona uyun». (əl-Ənam 153). Allahın haqq dini olan bu sıratın üzərində doğru yeriyən bir kimsə axirətdə də o, sıratın üzərində doğru yeriyə biləcəkdir.

Sırat Cəhənnəm üzərində qurulmuşdur. Tükdən incə və qılıncdan itidir623. Cənnət ilə Cəhənnəm arasındakı körpüdür. İnsanlar əməllərinə görə sıratın üzərindən keçəcəklər. Kimisi bir göz qırpımında, kimisi ildırım kimi, kimisi rahat əsən külək kimi, kimisi yürüyən at kimi, kimisi dəvə kimi, kimisi yeriyərək, kimisi qaçaraq, kimisi sürünərək, kimiləri də zəncirlərlə tutulub Cəhənnəmə salınacaqdır. Hər kəs əməlinə görə oradan keçəcəkdir. Ta ki, günahlarından və kirlərindən təmizlənənə qədər. Sıratı keçən kimsə isə Cənnətə girməyə hazır olacaqdır. Ən sondakı qarnı üzərində sürünərək keçər və: “Ya Rəbbim! Nə üçün məni süründürdün?”. Allah: “Mən səni süründürmədim, əksinə əməllərin səni süründürdü” buyurar. «O, gün mömin kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəfindən axıb şölə saçdığını (sırat körpüsündə onlara yol göstərdiyini) görəcəksən». (əl-Hədid 12). Aişə - radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: «(Yadda saxla! Qiyamət günü) Elə bir gündür ki, yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq!». (İbrahim 48) - ayəsi haqqında: «O, gün insanlar harada olacaqlar, ya Rəsulallah?» deyə soruşdum. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sırat üzərində»624. Ənəs - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: «Ey Allahın Rəsulu! Mənim üçün şəfaət edərsənmi?». O: «Bəli» deyə buyurdu. Mən: «(Məhşərdə) Səni harada axtarım?» dedim. O: «Məni Sırat körpüsünün yanında axtar» deyə buyurdu. Mən: «Əgər səni orada tapmasam». O: «O, zaman məni Kövsər bulağının yanında axtar» deyə buyurdu. Mən: «Əgər səni orada da tapmasam?» dedim. O: «O, zaman məni tərəzinin yanında axtar. Çünki Qiyamət günü mən bu üç yerdən birinin yanında olacağam»625. Aişə - radıyallahu anhə – deyir ki, atəşi xatırlayıb ağladım. Peyğəmbər: “Nə üçün ağlayırsan? (səni ağladan nədir?)” deyə soruşdu. Mən: “Cəhənnəmi xatırlayıb ağladım. Qiyamət günü ailənizi xatırlayacaq-sınızmı?” deyə soruşdum. Peyğəmbər: “Üç yerdə kimsə kimsəni xatırla-maz: Mizan yanında – hesabı ağırmı, yüngülmü gəldi – öyrənincəyə qədər. Əməl dəftərinin verildiyi zaman, yəni kitabının sağınamı, solunamı, yoxsa arxasınamı qoyulacağını bilənə qədər. Sırat (körpüsü) Cəhənnəmin üstünə qurulduğu (və oradan) keçildiyi zaman, iki tərəfdən tikanlar, qırmaqlar və Allah onlarla istədiyi məxluqu tutduğu zaman, kimin qurtulub, kimin də qurtulmadığı aydın olduğu zaman”626. Ənəs - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sırat ülgüc və ya qılınc kimi itidir, mələklər mömin kişi və qadınları qurtarırlar (kömək edirlər). Cəbrail - əleyhissəlam - qarşımı kəsər mən də: “Ya Rəbbim, qurtar, qurtar, o gün çox kişi və qadın ora düşər”.

İman və əməllərə görə onlara nur verilir. Atəşdən gələn qırmaqlar günahlara görə qaparlar. Münafiqlər dünyada möminlərlə olduqları kimi, axirətdə də möminlərlə birlikdə onlara nur veriləcəkdir. Lakin körpüyə çatdıqda onların nuru sönər. Utbə b. Yəkzandan gələn rəvayətdə İbn Abbas - radıyallahu anhu – deyir ki: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”. (ət-Təhrim 8). Sırat üzərində möminin nuru yanmağa davam edər, lakin münafiqin nuru isə sönər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim mömin haqqında bilmədiyi bir şey söyləyərsə (onu pisləmək üçün iftira atarsa) Allah dediyindən dönənə qədər onu Cəhənnəm körpüsü üzərində həps edər”627.

Reşideyn b. Səid, Amr b. Həris yolu ilə Səid b. Əbu Həllalın belə dediyini rəvayət edir: “Bizə çatan xəbərlərə görə Sırat bəzi insanlar üçün tükdən daha incə olur, bəzi insanlar üçün geniş bir vadi olur”. Səhl əl-Tustari – rahmətullahi aleyhi - deyir ki: “Kimin dünyada olan Sıratı dar olursa, Qiyamət günü geniş olur”. Yəni: Kim Allahın əmirlərinə itaət edib günahlardan da uzaq olaraq çətin olanı seçərsə dünyada Sıratal Mustəqim üzərədir və bunun qarşılığı da Qiyamət günü Sırat onun üçün genişlənir. Yenə hər kim dünyada şəhvətinə tabe olub günah edər və zəlalətə aparan şübhələrə tabe olaraq yolunu genişləndirərsə Sıratal Mustəqimdən çıxmışdır və buna görə də Qiyamət günü Sırat onun üçün dar olacaqdır. Allah daha doğru bilir. Sələflər bir kimsənin güldüyünü gördükdə ona: “Səni güldürən nədir? Cəhənnəmi arxada qoymadığın müddətdə xoşbəxtçilikdən əmin olmazsan”. Muaz b. Cəbəl - radıyallahu anhu – dan “Mərfu” olaraq rəvayət edilir ki: “Mömin Cəhənnəm körpüsünü keçib onu arxada buraxmadığı müddətdə qorxusu və həyəcanı keçməz”628.

Sıratı keçdikdən sonra Cənnət ilə Cəhənnəm arasındaki bir körpüdə dayandırılırlar və birinin o biri üzərindəki haqqı qisas yolu ilə alınır. Nəhayət tərtəmiz edildikdən sonra Cənnətə girmək üçün onlara izn verilir. Əbu Səid - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Möminlər Cəhənnəmdən qurtulub Cənnətlə Cəhənnəm arasında körpüdə bir müddət həps edilirlər. Bu yerdə aralarında dünyada olan keçmiş haqsıqlıqlar qisas edilir. Beləcə günahlardan təmizlənib paklandıqdan sonra Cənnətə girmələrinə izin verilir. Nəfsim əlində olan Allaha and olsun ki, onlardan hər biri Cənnətdəki evini, dünyadakı evindən daha yaxşı bilir”629.


HOVUZ

Əhli Sünnə vəl Cəmaat Qiyamət günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hovuzunun Havdul-Məvrudun olduğuna da inanırlar. Bu hovuzun suyu süddən daha ağ, baldan daha şirindir. İyi miskdən gözəldir, ətrafındakı qədəhlərin sayı göydəki ulduzlar qədərdir. Eni bir aylıq, uzunluğu da bir aylıq gedilən məsafa qədərdir. Ondan bir dəfə içən bir daha əbədiyyən susamaz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim hovuzum bir aylıq məsafə qədərdir. Suyu süddən ağdır, iyi miskdən gözəldir. Qədəhlərinin sayı göydəki ulduzlar qədərdir. Ondan bir dəfə içən bir daha əbədiyyən susamaz. Ona biri qızıl, digəri gümüş olmaq üzərə iki boru ilə Cənnətdən su axır»630. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hövuzun iki ucu arasındakı məsafə Mədinə ilə Sana və Mədinə ilə Amman arasındakı məsafə qədərdir (Başqa rəvayətdə: «Hövuzun böyüklüyü Amman ilə Yəmən arası qədərdir»)»631. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən hövuzun yanına çatan ilk insanam»632. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən sizdən öncə hövuzun başına gələcəyəm. Mən sizin şahidiniz olacağam. Allaha and olsun ki, mən indi də hövuzuma baxmaqdayam. Mənə xəzinələrin açarları verildi. Mən sizin Allaha şərik qoşmağınıza görə qorxmuram. Lakin dünyanı əldə etmək üçün yarışma-ğınızdan və bu minvalla sizdən əvvəlkilərin məhv olduqları kimi sizin məhv olmağınızdan qorxuram»633. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Evimlə minbərim arası Cənnət baxçalarından bir baxçadır. Minbərimdə hövuzumun üzərindədir»634.

Lakin dində yeniliklər etmişlər o, dəhşətli istidə bundan məhrum olacaqlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hovuza ilk gələn mən olacağam. Mənim yanıma gələcək olan oradan içəcək, oradan bir dəfə içən əbədiyyən susamayacaqdır. Mənim yanıma mənim tanıdıqlarım, onların da məni tanıdıqları bir qism insanlar gələcəklər. Mənimlə onların arasında əngəl qoyulacaqdır». Başqa rəva-yətdə: «Onlar məndəndirlər» deyəcəyəm. Mənə: «Sən onların səndən sonra nələr uydurub ortaya çıxartığını bilmirsən». Bu dəfə mən də: «Məndən sonra dəyişiliklər ortaya çıxaranlar məndən uzaq olsunlar, məndən uzaq olsunlar. (Başqa rəvayətdə: «Ey Allahın Rəsulu! O, gün bizi tanıya biləcəksən?» deyə soruşdular. Peyğəmbər: «Sizin başqa ümmətlərdə olmayan bir əlamətiniz olacaqdır. O, vaxt sizlər (dünya da ikən almış olduğunuz) dəstəmazın əsəri olaraq üzünüz, əlləriniz və ayaqlarınız işıq saçar halda yanıma gələcəksiniz»)»635.

Hovuzun Xüsusiyətləri:

1. Uzunluğu bir ay gedilən məsafə qədərdir. 2. Eni bir ay gedilən məsafə qədərdir. 3. Dördbucaqlı şəklindədir. 4. Suyu baldan şirindir. 5. Süddən ağdır. 6. Buzdan soyuqdur. 7. Bir dəfə içən əbədiyyən susamaz. 8. Qədəhlərin sayı ulduzların sayı qədərdir. 9. İyi misqdən gözəldir. 10. Ona axan su Cənnətdəki Kövsər bulağından bir qızıl və bir gümüş boru ilə axır. Bəzi rəvayətlərdə hər bir Peyğəmbərin öz hovuzu olduğu da qeyd edilir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə onlardan fərqli olaraq Cənnətdə Kövsər bulağı da veriləcəkdir. Kövsər – bol nemətlər deməkdir.

Hovuz ilə Kövsərin fərqi.



1. Hovuz məşhərdə olacaq, Kövsər isə Cənnətdə. 2. Hovuzun ləfzi Quranda varid olmayıb, Kövsər haqqında isə Quranda surə vardır. 3. Kövsər hovuzdan böyükdür. 4. Kövsər əslidir, hovuz isə qoludur. 5. Kövsər yalnız Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə verilib, hovuz isə bütün peyğəmbərlərə: «Həqiqətən biz sənə Kövsəri bəxş etdik». (əl-Kövsər 1). Səmura - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər bir Peyğəmbərin hovuzu vardır. Onlar hansının hovuzundan daha çox insan su içmək üçün gəldiyi barədə bir-birləri ilə iftixar edərlər. Su içmək üçün insanların saylarının ən çox olduğu hovuzun mənim olacağına ümüd edirəm»636. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Mən Cənnətdə yürüdüyüm zaman bir çay gördüm. İki tərəfində incidən oyulmuş qübbələr vardır. Mən: «Ya Cəbrail! Bu nədir?» deyə soruşdum. Cəbrail: «Bu çay Rəbbinin sənə verdiyi kövsərdir» deyə cavab verdi. Mən gördüm ki, onun torpağı təmiz və iyi misk idi»637. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hovuzu ən böyük, ən şirin və su içmək üçün insanların saylarının ən çox olduğu hovuzdur. Allah bizi də onlardan etsin. Amin!
CƏNNƏT VƏ CƏHƏNNƏM

Əhli Sünnə Vəl Cəmaat - Cənnət və Cəhənnəmin insanların əbədiyyən qalmaq üçün girəcəkləri yer olduqlarına inanırlar. Cənnət və Cəhənnəm yaradılmışdır. İndi də vardır. Əbədiyyən yox olmazlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – gecə namazına qaxdıqda bu duanı deyərdi: «Həmd yalnız sənədir. Haqq olan sənsən. Sənin vədin də haqdır. Sənə qovuşmaq da haqdır. Sözün də haqdır. Cənnət də haqdır. Cəhənnəm atəşi də haqdır. Bütün Peyğəmbərlər də haqdır. Muhəmməd də haqdır. Qiyamət də haqdır»638. Ubadə b. Samit – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Kim şəhadət etsə ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur, Muhəmməd onun qulu və Rəsuludur, İsa – əleyhissəlam - onun qulu və Rəsuludur, Məryəmə dediyi söz və Ondan gəlmə bir ruhdur, Cənnət haqq, Cəhənnəm haqqdır, Allah o insanı əməlindən asılı olaraq (və ya olmayaraq) Cənnətə salar (Başqa rəvayətdə: Cənnətin hansı qapısından istərsə, onu oradan içəri salar!)»639.

Cənnət əbədi nemətlər yurdudur. Allah oranı iman edilməsi fərz olan şeylərə iman edən, Allah və Rəsuluna itaət edən, bunu da Allaha ixlas ilə və Rəsuluna tabe olaraq gerçəkləşdirən təqva sahibi olan möminlər üçün hazırlamışdır. Orada olan nemətləri nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də bir insanın xatirindən keçmişdir. «İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Onların öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn Cənnətləridir. Onlar orada əbədi qalacaqlar». (əl-Bəyyinə 7-8). «Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) möminlər üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz». (əs-Səcdə 17). Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Qiyamət günü Cənnət əhlindən olub dünyada ən çətin və məşəqqətli həyat sürən birisi gətirilir və Cənnətə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən dünyada ikən heç çətinlik və sıxıntı gördünmü?» O, da: «Xeyr, ya Rəbbim! Mən heç bir həyat çətinliyi və sıxıntısı görmədim!»640.

Cəhənnəm isə Allahı inkar edib, Rəsuluna baş qaldıran kafirlər, münafiqlər, müşriklər, günahkarlar və zalımlər üçün hazırlanmışdır. Günahkarların atəşi əbədi deyildir. Kafirlərin atəşi isə əbədi olaraq sönməz. Orada ağıla gəlməyən cəzalar və əzablar vardır. De ki: «Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalimlər üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o Cəhənnəm necə də pis məskəndir». (əl-Kəhf 29). Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəm əhli, cəhənnəmliklərə gəlincə isə onlar orada nə ölürlər, nə də həyat tapırlar. Lakin günahları – xətaları – səbəbiylə atəşə düşən bir qrup kimsələr vardır ki, atəş onları təmamilə yandırıb (kül) edər. Yanıb kömür olduqdan sonra onlara şəfaət edilmə izni verilir. Beləcə qrup-qrup çıxarılıb Cənnət çaylarına atılırlar. Sonra: “Ey Cənnət əhli! Bunların üzərinə su tökün” deyilir. Onlar sel yatağında bitən yabanı ot kimi yenidən bitərlər”641. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Qiyamət günü Cəhənnəm əhlindən olub dünyada ən nemətli və gözəl yaşayan birisi gətirilib Cəhənnəmə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən heç dünyada ikən bir xeyir gördünmü?» O, da: «Xeyr, ya Rəbbim! Heç bir xeyir görmədim»642. «Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar». (Yunus 54). Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Qiyamət günü Uca və Böyük olan Allah Cəhənnəmiklərdən ən yüngül əzab olunana: «Dünya və dünyadakı hər şey sənin olsaydı bu əzabdan qurtarmaq üçün onu sədəqə verərdinmi?» O, da: «Bəli, sədəqə verərdim» deyəcəkdir. Allah ona: «Mən səni atəşə atmayacaqdım. Dünyada ikən səndən bundan da yüngülünü istəmişdim. Mənə şərik qoşmamağını. Lakin sən dünyaya gəldikdə (Allaha ibadət etməkdən) imtina etdin və şirkdən də uzaq olmadın»643.



Əhli Sünnə - Muhəmməd – sallallahu aleyhi və səlləm – in Cənnətə ilk girəcəyinə, həmçinin onun ümmətinin ilk hesaba çəkiləcəyinə və Cənnətliklərin yarısından çoxunun onun ümmətinin təşkil edəcəyinə iman edirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündə Cənnətin qapısına gələcəyəm və qapının açılmasını istəyəcəyəm». Mənə: «Sən kimsən?» deyə soruşacaqlar. Mən də: «Muhəmməd!» deyəcəyəm. O, da: «Mənə sənin adın verildi. Səndən əvvəl heç kəs üçün qapını açmamaqla əmr olundum»644. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Qiyamət günü cəmaatı ən çox olan kimsə mənəm. Cənnət qapısını ilk döyən də mənəm”645. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə yüz dərəcə vardır. Allah oranı yolunda vuruşan mücahidlər üçün hazırlamışdır. Hər iki dərəcə arasında yerlə göy arası qədər məsafə vardır. Allahdan dilədikdə Firdovsu diləyin. O, Cənnətin orta yerində ən üst yerdədir. Onun üstündə Rahmənin Ərşi vardır. Cənnətin çayları oradan qaynayır»646. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnətdə Allahın yolunda vuruşanlar üçün hazırlanmış 100 dərəcə vardır. Hər iki dərəcə arası göylə yer arası qədərdir”647. Bureydə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnət əhli 120 səffdir. Bu səfflərdən 80 bu ümmətdən, 40 isə digər ümmətlərdən olacaqdır»648. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Bizlər (dünyaya) ən sonda gələnlərik, Qiyamət günü isə ən öndə olanlarıq (Başqa rəvayətdə: Biz Cənnətə ilk girənlərik. (Kitab Əhlinə) kitab bizdən öncə verilmiş, bizə isə sonra verilmişdir. Onlar ixtilaf etdilər. Allah bizi onların ixtilaf etdikləri haqqa izni ilə hidayət etdi649650. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki: (Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən), Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir)”. (əl-Vaqiə 39-40). Ayəsi nazil olduqda Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Siz Cənnət əhlinin 4/1-siz. Siz Cənnət əhlinin 3/1-siz. Siz Cənnət əhlinin yarısısınız...”651. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Biz (düyaya gəlməkdə) ümmətlərin ən sonuncusuyuq. Eyni zamanda hesabları hər kəsdən öncə çəkilənlərik»652. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnət – mən girənə qədər digər Peyğəmbərlərə, Ümmətim girənə qədər digər ümmətlərə haramdır”653.

Bu ümmət yerdən ilk öncə çıxarılacaq, məhşərdə ən yüksək yerə ilk olaraq duran ümmətdir, Ərşin gölgəsinə ilk öncə gələn, aralarında hesabları ilk çəkiləcək olan ümmətdir, sıratı ilk keçən, Cənnətə də ilk girən ümmətdir, Cənnət – Muhəmməd - sallallahu aleyhi və səlləm - girənə qədər digər Peyğəmbərlərə, ümməti girənə qədər digər ümmətlərə haramdır. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Mənim yanıma Cəbrail - əleyhissəlam - gəlib əlimdən tutdu və ümmətimin girəcəyi qapını göstərdi. Əbu Bəkr: “Ya Rəsulullah! İstərdim səninlə bərabər olum”. Peyğəmbər: “Ey Əbu Bəkr! Ümmətimdən Cənnətə ilk olaraq girən kişi sənsən” deyə buyurdu654.



Cənnət Və Cəhənnəmin Mövcud Olması: Əhli Sünnə Cənnət və Cəhənnəmin yaradılmış olduqlarına və indi də var olduqlarına inanırlar. «Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin». (Ali-İmran 133). «(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və göycə, yercə geniş olub, Allaha və onun peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün bir-birinizdən qabağa düşməyə çalışın. Bu Allahın dilədiyi kimsəyə əta etdiyi lütf, mərhəmətidir. Allah çox böyük mərhəmət, kərəm sahibidir». (əl-Hədid 21). And olsun ki, (Muhəmməd əleyhissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) görmüşdü; (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında. (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Məva cənnəti onun yanındadır”. (ən-Nəcm 13-15). Aişə – radıyallahu anhə – rəvayət edir ki, günəş tutuldu. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «…Mən vəd olunduğunuz hər şeyi gördüm. Hətta irəliyə doğru getməyə başladığımı gördüyünüz vaxt Cənnətdən bir salxım almaq istədim (Başaqa rəvayətdə: Əgər o, salxımı dərə bilsəydim dünya durduqca ondan yeyərdiniz (heç qurtarmazdı). Məni geriyə çəkildiyimi gördüyünüz vaxt Cəhənnəmi gördüm. Bu gün kimi ömrümdə qorxulu bir mənzərə görməmişdim…»655. Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Muhəmmədin canı əlində olan Allaha and olsun ki, Cənnət o qədər yaxınlaşdı, o qədər yaxınlaşdı ki, əlimi açsaydım meyvələri (yemişləri) əlimə gələrdi. Cəhənnəm də o, dərəcədə yaxınlaşdı ki, ondan sizə də zərər gələr qorxusuyla qorunmağa başladım”656. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – bizimlə namaz qılarkən buyurdu: «Ey insanlar! Mən sizin imamınızam. Məndən öncə rukuya və səcdəyə getməyin, başlarınızı qaldırmayın. Çünki mən sizi önümdən və arxamdan görürəm. Canım əlində olana and olsun ki, mənim gördüyümü görsəydiniz az gülər, çox ağlayardınız”. Onlar: “Nə gördün Ya Rəsulullah!” dedilər. Peyğəmbər: “Cənnət və Cəhənnəmi” deyə buyurdu657.

Həmçinin - Adəm – əleyhissəlam – və zövcəsinə qadağan olunmuş ağacdan yeməkləri, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Merac səfərində Cənnət və Cəhənnəmi görməsi onların olduğuna dəlalət edir. Cəhənnəm haqqında: «Kafirlər üçün hazırlanmış oddan həzər edin». (Ali-İmran 131). «Həqiqətən Cəhənnəm pusqudur. O, azğınların məskənidir». (ən-Nəbə 21-22). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənə Cənnət göstərildi və oranın əhalisinin çox hissəsini fəqirlərin olduğunu gördüm. Mənə Cəhənnəm göstərildi və oranın əhalisinin çoxunun qadınlar olduğunu gördüm»658. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən hər hansı bir kimsə öldükdən sonra səhər-axşam ona qalacağı yer göstərilir. Cənnət əhlindəndirsə Cənnət, Cəhənnəm əhlindəndirsə Cəhənnəm əhli arasındakı yeri göstərilir və ona: Qiyamət günü Allah səni ora göndərincəyə qədər sənin yerin budur» deyilir659. Kəb b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Möminin canı Cənnət ağaclarına qonan bir quşdur. Ta ki, Uca Allah Qiyamət günündə onu təkrar cəsədinə geri göndərincəyə qədər»660. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «İsraya getdiyim gecə İbrahim – əlehissəlam – ilə görüşdüm. Mənə: «Ey Muhəmməd! Ümmətinə məndən salam söylə və onlara xəbər ver ki, Cənnətin torpağı xoş, suyu gözəl və ora dümdüz bir ərazidir. Orada əkiləcək ağaclar isə: «Subhənəllai Və Bihəmdihi, Lə İləhə İlləllahu, Vallahu Əkbər» sözləridir»661. Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Kim Subhənəllahil Azimi Və Bihəmdihi» deyərsə onun üçün Cənnətdə bir xurma ağacı əkilər»662.

Əhli Sünnə - Cənnət və Cəhənnəmin əbədiyyən yox olmayacağına da inanırlar. Allah Cənnət və Cəhənnəmi, məxluqatını yaratmadan əvvəl var etmişdir. Hər iksinə girəcək insanları da, cinləri də O, yaratmışdır. Cənnət əhli, Cənnət əhlinin əməllərini edərək ölürlər. Cəhənnəm əhli isə Cəhənnəm əhlinin əməlləri ilə əməl edərək ölürlər. Cənnət əhli Allahın lütfü ilə Cənnətə, Cəhənnəm əhli isə Allahın ədaləti ilə Cəhənnəmə girərlər. «(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqlar, altından çaylar axan Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur». (ət-Tövbə 100). «Xoşbəxt olanlar isə, Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca Cənnətdə əbədi qalacaqlar». (Hud 108). «Onlara Cənnətdə heç bir yorğunluq üz verməz. Onlar oradan çıxan da deyillər». (əl-Hicr 48). Bu əlbətdə bizim ruzimizdir. O, bitməz-tükənməzdir». (Sad 54) və s. ayələrdə Allah həm Cənnətin əbədiliyini, həm də oradakıların həyatının əbədi olduqlarını, həyatlarının əsla bitməyəcəklərini və oradan çıxarılmayacaqlarını bildirir. «Onlar orada ilk ölümdən başqa bir ölüm dadmayacaqlar». (əd-Duxan 56).



Cəhənnəm haqqında isə: «Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara Cəhənnəm yolundan başqa bir yol göstərən deyildir. Onlar orada əbədi qalacaqlar. Bu isə Allah üçün çox asandır!». (ən-Nisa 169). «Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm əzabı gözləyir. O, Cəhənnəmdə nə ölər, nə də yaşayar». (Ta ha 74). «Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, nə bir hami, nə də bir mədədkar tapa biləcəklər». (əl-Əhzab 64-65). «Kafir olanları Cəhənnəm odu gözləyir. (Orada) nə onların ölmünə hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq». (Fatir 36). «Onların bu əzabı yüngülləşdiril-məyəcəkdir. Onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!». (əz-Zuxruf 75) və s. ayələrdə Cəhənnəmin, cəhənnəm əhli üçün yaradıldığını, onların orada əbədi qalacaqları bildirilir.

Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə