Фчшкцец шьфт


TƏQVA Təqva – Vəqyə, Vuqayə –



Yüklə 2,49 Mb.
səhifə16/24
tarix14.06.2018
ölçüsü2,49 Mb.
#49037
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

TƏQVA

Təqva – Vəqyə, Vuqayə – sözündən alınmışdır. Allah onu qorudu, onu qorudum, onu əziyyətə qarşı saxladım. Nəfsini saleh əməllərlə günahlardan və əzabdan qoruyan adam. Qalxan, qorunmaq deməkdir. Yəni Allahın əzabı ilə özün arasında bir maneə, qalxan tutmaqdır. Allahın əzabından qorunmaq isə Onun qadağalarından çəkinməklə, əmr etdiklərini yerinə yetirməklə mümkündür746. «Ey iman gətirənlər! Allahdan haqq təqvası ilə qorxun». (Ali İmran 102). «O, halda Allahdan gücünüz çatdığı qədər qorxun». (ət-Təğabun 16). «Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin». (əl-Əhzab 70). «Kim Allahdan qorxarsa Allah ona çıxış yolu verər və heç ummadığı yerdən də onu ruziləndirər». (ət-Taləq 2,3). «Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız O, sizə haqla-nahaqqı ayırd edən (bir nur) verər. Günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf, mərhəmət sahibidir». (əl-Ənfal 29). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, səhabələr: «Ya Rəsulullah! İnsanların ən şərəflisi kimdir?» deyə soruşdular. Peyğəmbər: «Təqvaca ən üstünlər…» deyə buyurdu747. İbn Rəcəb Hənbəli – rahmətullahi aleyhi – deyir ki: «Qulun Rəbbi üçün təqvası, Rəbbi ilə özü arasında, Rəbbinin qəzəbindən, əzabından, cəzasından özünü qorumaq üçün bir vasitə qoymasıdır ki, bu da Rəbbə olan ibadətləri etməsi və Ona üsyan olan şeylərdən qaçmasıdır»748. Ömər, Ubeyy b. Kəb – radıyallahu anhum – Təqva haqqında soruşdu. Ubeyy: «Tikanlı bir yolla getdinmi?» dedi. Ömər: «Bəli» dedi. Ubeyy: «Oradan necə keçdin» dedi. Ömər: «Ətəklərimi topladım (tikanlar batmasın deyə) diqqətlə yeriməyə çalışdım» dedi. Ubeyy: «Təqva elə budur» dedi. İbn Mutəz öz şerində deyir ki: «Günahın kiçiyindən də qaç. Tikanlı yolda yeriyən kimsə kimi et, gördüyü şeylərdən qaçdığı kimi. Kiçikdir deyə kiçik görmə, dağlar da kiçik parçalardan meydana gəlmişdir»749. Həsən – rahmətullahi aleyhi – deyir ki: «Müttəqilərin təqvası davamlıdır. O, qədər ki, haram olur qorxusuyla halallardan çoxunu tərk edərlər». Sufyan əs-Souri – rahmətullahi aleyhi – deyir ki: «Onlara Müttəqilər deyildi. Çünki onlar qaçınılmayan bəzi şeylərdən qaçdılar». Əhməd b. Hənbəl – rahmətullahi aleyhi – deyir ki: «Zamanın birində tək qaldım demə. Tək qaldım. Lakin üzərimdə gözətçi var de. Zənn etmə ki, Allah səndən bir an belə qafildir. Heç bir qeyb Ona gizli də deyildir». İbni Səmmak qardaşına nəsihət edərək: «Əmmə Bad! Gizli halında sığınacağı, açıq halında gözətçin olan Allaha qarşı təqvalı olmağı sənə tövsiyə edirəm. Hər an, gecə və gündüz Allahı ağlından çıxarma. Bil ki, Onun hökmü altından çıxıb başqasının hökmü altına girməyəcəksən, Onun mülkündən çıxıb başqasının mülkünə girməyəcəksən, Onun qadağalarından çəkinməyi surətləndir. Ondan olan qorxunu isə çoxalt». İbn Abbas - radıyallahu anhu – deyir ki, mən bu ayəyə əməl edən adam görmədim: «Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınız, pis əməllərdən ən çox çəkinəninizdir». (əl-Hucurat 13). Görürsən ki, bir adam başqasına: «Mən səndən daha hörmətliyəm» deyir. Halbuki bir kimsə başqa bir kimsədən yalnız Allah qorxusu (təqva) ilə üstün ola bilər»750. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Heç bir ərəbin, ərəb olmayandan, ərəb olmayanın da ərəb olandan, ağın qaradan, qaranında ağdan Təqvası müstəsna olmaqla Allah dərgahında heç bir üstünlüyü yoxdur. Bütün insanlar Adəmdəndir, Adəm də torpaqdan»751. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yalnız mömunlərlə dostluq et və yeməyini də yalnız təqvalı kimsə yesin»752.

Təqva Hikmətin Başıdır: Kim Allahı daha çox tanıyarsa Allahdan daha çox qorxar. Əməlsiz qorxu da kifayət deyildir. Həqiqi qorxu odur ki, insanda əməl yaratsın. «Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allahdan qorxun. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır». (əl-Həşr 18). «İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə (haram edilməməişdən əvvəl) daddıqları şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevir». (əl-Maidə 93). «Xeyr, elə deyildir. Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə şübhəsiz ki, Allah belə müttəqiləri sevər». (Ali İmran 76). «Həqiqətən Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir». (ən-Nəhl 128). «Şübhəsiz ki, Allah müttəqiləri sevər». (ət-Tövbə 4). «Kim Allahdan qorxsa Allah onun işini avand edər». (ət-Talaq 4). «Allahdan qorxun! Allah sizə öyrədir». (əl-Bəqərə 282). «Ən yaxşı tədarük (azuqə) isə təqvadır». (əl-Bəqərə 197). «Ey iman gətirənlər Allahdan qorxun və doğru söz söyləyin. Allah əməllərinizi islah etsin və günahlarınızı bağışlayar». (əl-Əhzab 70-71). İbn Abbas – radıyallahu anhu – qorxanlar barəsində soruşulduqda o, dedi: «Onların qəlbləri qorxu ilə sevinir və gözləri daima yaşarır və onlar deyirlər ki: «Biz necə sevinək ki, ölüm bizim arxamızdadır, qəbir bizim qarşımızdadır, bizim görüşəcəyimiz yer Qiyamətdir, keçəcəyimiz yol Cəhənnəmin üzərindədndir və Allahın qarşısında duracağıq. Belə olduğu halda biz necə sevinək». «Onlar öz fövqlərində olan Allahdan qorxar və özlərinə buyurulanları edərlər!». (ən-Nəhl 50). Rəvayətlərdə gəlir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – Cəbrail – əleyhissəlam – dan soruşur ki: «Nə olub ki, mən Mikail – əleyhissəlam – ı heç vaxt gülən görmürəm». O: «Cəhənnəm yaradılandan bəri o, heç vaxt gülməyib». Fudey b. İyad – rahmətullahi aleyhi – deyir ki: «Əgər səndən soruşsalar ki, Allahdan qorxursan, sən sus və heç bir söz demə. Çünki sən desən ki, Allahdan qorxuram yalan danışmış olarsan, yox əgər desən ki, Allahdan qorxmuram onda küfr etmiş olarsan. Bu zamanədə çoxlarından soruşsan ki, Allahdan qorxursan deyər ki, bəli qorxuram. Lakin o, kimsə günahlara davam edir böyüyünə, kiçiyinə əhəmiyyət vermədən edir. Belə olduğu halda Allah qorxusu harada». Süleyman əd-Dərani – rahmətullahi aleyhi – deyir ki, Harunun anasından soruşdum ki: «Sən ölmək istəyirsən?». O: «Xeyr» dedi. Mən: «Nə üçün ölmək istəmirsən?». Qadın: «Allaha and olsun ki, əgər mən bir məxluqa asi olsam, onun əmrlərini yerinə yetirməsəm mən onunla görüşmək istəmərəm. Necə ola bilər ki, mən Xaliqə asi oluram və onunla görüşmək istəyirəm». «Axirət (Cənnət) isə Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlər üçündür». (əz-Zuxruf 35). «Müttəqilər isə şübhəsiz ki, Cənnətlər və nemətlər içində olacaqlar». (ət-Tur 17). «Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə». (əd-Duxan 51). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bu kəlimələri məndən öyrənib onlara əməl edər və onları başqalarına çatdırar?» deyə buyurdu. Mən, ey Allahın Rəsulu! Əlimi tutdu və beş kəliməni buyurdu: «Haramlardan çəkin ki, insanların ən abidi olasan, Allahın sənin üçün tədbir etdiyinə razı ol ki, insanların ən zəngini olasan. Qonşuya yaxşılıq et ki, mömin olasan, özün üçün istədiyini insanlar üçün də istə ki, müsəlman olasan və bir də çox gülmə ki, çox gülmək qəlbi öldürür»753.

Təqvanın Yeri Qəlbdir: Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Allah sizin surətlərinizə və mallarınıza baxmaz. Lakin sizin qəlblərinizə və əməllərinizə baxar»754. Əbu Hureyrə -radiyallahu anhu– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Allahın qulları! Qardaş olun, müsəlman-müsalmanın qardaşıdır. Ona zülm etməz, onu tək buraxmaz, ona yalan danışmaz. Üç dəfə sinəsinə işarə edərək təqva buradadır»755. Əbu Bəkr - radıyallahu anhu – deyir ki: «Mən sizə Allahın əmr və qadağaları xüsusunda təqva ilə hərəkət etnməyinizi və Allahı layiq olduğu şəkildə tərif etməyinizi, qorxu və ümüdü ilə Allahdan israrla istəməyinizi tövsiyə edirəm. Allah Zəkəriyyə – əleyhissəlam – ın duasını qəbul edrək: «Onlar xeyirli işlər görməyə tələsər, rəğbət və qorxu ilə Bizə ibadət edərdilər. Onlar bizə müti idilər». (əl-Ənbiyya 90). Ömər - radıyallahu anhu – deyir ki: «Mən sizə Allaha qarşı təqvalı olmağınızı tövsiyə edirəm. Çünki kim Onun qatında təqvalı olarsa Allah o, qulunu qoruyar. Kim Onun rizası üçün verərsə, Allah o qulunu mükafatlandırar. Kim də Ona şükr edərsə O, qulunun xeyrini artırar. Təqvanı iki gözünün arasına qoy və qəlbinin maddəsi et». Əli - radıyallahu anhu – deyir ki: «Sənə Allaha qarşı təqva ilə davranmağı tövsiyə edirəm. Onun hüzuruna gedib Onunla qarşılaşacaqsan. Ondan qeyri varacağın yer yoxdur. O, dünyanın da, axirətində mülkünə sahibdir». Ömər b. AbduAziz – rahmətullahi aleyhi – deyir ki: «Sizə Allaha qarşı təqvalı olmağınızı tövsiyə edirəm ki, təqvadan başqası qəbul olunmaz, sadəcə təqva əhlinə mərhəmət olunur və sadəcə təqvaya savab verilir. Allah bizi də, sizi də təqva əhlindən etsin». «Müttəqilər müstəsna olmaqla o, gün dostlar bir-birinə düşmən kəsiləcəklər». (əz-Zuxruf 67). Zeyd b. Əsləm – rahmətullahi aleyhi – deyir ki: «Kim Allahdan qorxarsa insanlar o, kimsəni pis görsələrdə Allah onu insanlara sevdirər». Sufyan əs-Souri – rahmətullahi aleyhi – deyir ki: «Allahdan qorxsan insanlara qarşı bu sənə kifayətdir. Əgər insanlardan qorxsan onlar Allaha qarşı sənin üçün bir köməkçi ola bilməzlər».

Cəhənnəmdən Qorxanların Vəsfi756: “Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn nə Nəim cənnətləri) gözləyir”. (ər-Rahmən 46). Mucahid – rahmətullahi aleyhi – deyir ki: “Allah bu ayədə hər nəfsin etdikləriylə hesaba çəkiləcəklərini bildirmişdir. Kim pis bir şeyə yönəldikdə Allahdan qorxub onu etməzsə Allah qatında onun üçün iki Cənnət vardır”. Başqa rəvayətdə: “O, günah etməyə təşəbbüs edərkən Rəbbini xatırladığı zaman tərk edən kimsədir”. Başqa rəvayətdə: “O, elə bir kimsədir ki, günah etməyə yönələrkən Rəbbini xatırladığı an vaz keçər”. Həsən – rahmətullahi aleyhi – rəvayət edir ki: “Cənnət: Ya Rəbbim! Məni nə üçün yaratdın?”. Allah: “Mənə qulluq edən və məndən qorxanlar üçün”. Əbu Suleyman əd-Darani – rahmətullahi aleyhi – deyir ki: “Dünya və Axirətdə bütün xeyirlərin əsli Allahdan qorxmaqdır. Allah qorxusu olmayan qəlb isə xarab bir qəlbdir”. Fudeyl bə İyad – rahmətullahi aleyhi – deyir ki: “Sağlam və səhhəti yaxşı olan adam üçün Allahdan qorxmaq ümüd etməkdən daha fəzilətlidir. Lakin ölüm anında isə ümüd etmək qorxmaqdan daha fəzilətlidir”. Numan b. Bəşir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “Mən sizi alov saçan atəşə qarşı xəbərdarlıq etdim! Mən sizi alov saçan atəşə qarşı xəbərdarlıq etdim!”. Bazarın ən uzaq yerində olan bir kimsə ilə bazarda olan hər kəs Peyğəmbər - sallallahu aleyhi və səlləm – in səsini eşidə bilirdi”757. Adiy b. Hatim – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Atəşdən özünüzü qoruyun!” deyib üzünü çevirdi. Sonra yenə: “Atəşdən özünüzü qoruyun!” deyib üzünü çevirdi və bunu üç dəfə təkrar etdi. Sanki biz onun atəşin istisindən üzünü çevirdiyini zənn etdik. Sonra buyurdu: “Cəhənnəm atəşindən bir parça xurma ilə də olsa - sədəqə verərək - özünüzü qoruyun. Əgər – bir parça xurma tapmasanız - gözəl bir sözlə özünüzü mühafizə edin”758. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki: «Və ən yaxın qohumlarını qorxut!» (əş-Şuəra 214)-cü ayəsi nazil olduqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – ayağa qalxıb buyurdu: «Ey Kəb b. Luey oğullar! Özünüzü oddan xilas edin. Ey Abdi Mənaf oğulları! Özünüzü oddan xilas edin. Ey Həşim oğulları! Özünüzü oddan xilas edin. Ey Abdulmuttalib oğulları! Özünüzü oddan xilas edin. Ey Muhəmmədin qızı Fatimə! Özünü oddan xilas et. Çünki mən səni Allahın əzabından qorumağa qadir deyiləm. Yalnız sizinlə qohumluq əlaqələrim olduğu üçün sizə yaxşılıq edirəm (siz əməl edin. Mən sizə Qiyamət günü fayda verə bilmərəm. Öz qızına deyir ki: Sən məndən nə istəyirsənsə mən sənə verərəm. Lakin Allah qatında əməlin olmasa sənə heç bir fayda verə bilmərəm)»759. Hərb b. Həyyan – rahmətullahi aleyhi – bəzi gecələr çölə çıxar və səsi çatdığı qədər qışqırardı: “Nə qəribədir Cənnəti istəyib lakin yatan kimsənin halı, nə qəribədir Cəhənnəmdən qaçmaq istəyib lakin yatan kimsənin halı. Sonra bu ayəni oxudu: “Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi?”. (əl-Əraf 97). Malik b. Dinar – rahmətullahi aleyhi – dən rəvayət edildiyinə görə o, deyərdi: “Əgər köməkçilərim olsaydı Bəsrədə minarə-lərdən gecə insanları Cəhənnəm var, Cəhənnəm var deyə səsləyərdim”. “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!”. (Ali İmran 190-192). “Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər. Və belə deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir! Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!”. (Furqan 63-66). “Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!”. (əl-İsra 57). “O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər”. (əl-Məaric 27). “Bu (varislik), məqamımdan (qiyamət günü haqq-hesab üçün hüzurumuza durmaqdan) və əzabımdan qorxanlara aiddir!”. (İbrahim 14). “Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar. Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq. Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu”. (ət-Tur 25-27).

Peyğəmbər – sallallahu aleyhi və səlləm – çox vaxt Cəhənnəm əzabından Allaha sığınardı. Bunu namazda və digər hallarda etməyimizi əmr edərdi. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ən çox etdiyi dua: “Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də gözəl (nemətlər) ver və bizi Cəhənnəm əzabından qoru”760. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allahım! Cəhənnəm əzabından sənə sığınıram”761. Əbu Nuaym rəvayət edir ki, Ömər – radıyallahu anhu – dedi: “Əgər göydən bir səsin belə dediyini eşitsəydim: Ey insanlar! Hamınız Cənnətə gircəksiniz, sadəcə bir nəfər girməyəcəkdir deyilsə qorxuram ki, o kişi mən olum”. İmam Əhməd, Abdullah b. Rumidən rəvayət edir ki, Osman – radıyallahu anhu – dedi: “Əgər mən Cənnət ilə Cəhənnəm arasında bir yerdə olsaydım və hara düşəcəyimi bilməsəydim, əmr edilmədən öncə qum olmağı istəyərdim”.



Bu qorxu bir kimsənin vəhşi heyvandan və ya insandan olan qorxusu deyildir. Bu qorxu ibadət olan qorxudur ki, insan bunun sayəsində əmrləri yerinə yetirib qadağalardan çəkinir. Qorxunun vacib olan nöqtəsi bir kimsəni fərzləri yerinə yetirib haramlardan çəkindirəcək qədər olan nöqtəsidir. Bundan daha çox olan qorxu onu nafilələri etməyə, məkruhlar-dan çəkinməyə sövq edirsə bu gözəl bir qorxudur. Sufyan b. Uyeynə – rahmətullahi aleyhi – deyir ki: “Allah Cəhənnəmi bir rəhmət olaraq yaratdı və qullarını onunla qorxudub haramdan vaz keçib tərk etmələrinə vəsilə etdi”762.

Qayə: Allaha itaət etmək, sevdiklərini və razı qaldıqlarını etməkdir. Qadağalarını və çirkin gördüklərini də tərk etməkdir. Sələflərdən bəziləri Cəhənnəm qorxusundan və ya yanlarında Cəhənnəm xatırlandıqda daima ağlayar təşviş içində olardılar. Hətta bəziləri yanında Cəhənnəm xatırlandıqda ürəyi gedib yerə yıxılardı. AbdulAziz b. Rəvad – radıyallahu anhu – deyir ki: Allah, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)”. (ət-Təhrim 6). Ayəsi vəhy edildikdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu səhabələrinə oxudu. Bir gənc orada ürəyi gedib yıxıldı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – mübarək əllərini uşağın qəlbi üzərinə qoydu, qəlbi vurmağa başladı. Peyğəmbər: “Ey cavan! Lə İləhə illəllah” de. Cavan ona söyləniləni təkrar etdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu Cənnətlə müjdələdi. Səhabələr: “O, bizdəndirmi?” dedilər. Peyğəmbər: “Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu (varislik), məqamımdan (Qiyamət günü haqq-hesab üçün hüzurumuza durmaqdan) və əzabımdan qorxanlara aiddir!”. (İbrahim 14). Ayəsini heç eşitmədinizmi?” deyə buyurdu763. əl-Curcani “Kitabun Nəvahin”-də, Cəfər b. Suleymandan, o da Liğman əl-Hənəfidən rəvayət etdiyinə görə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəhənnəm əzabından dolayı gecə vaxtı kömək edin deyə qışqıran bir gəncin yanına gəldi. Səhəri isə: “Ey cavan! Dünən gecə mələklərdən bir qismini çox ağlatdın” deyə buyurdu. Suleyman b. Suheym rəvayət edir ki, İbn Ömər – radıyallahu anhu – nu görənlər mənə xəbər verdilər ki: “İbn Ömər – radıyallahu anhu – namaz qıldığı zaman sanki üzərində bir ağırlıq varmış kimi bir tərəfə əyilib bükülərdi. Hətta bizdən başqa kimsə onu görsəydi onu yaralı sayardı. O, isə Cəhənnəmi zikr etməkdən belə idi. “Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman (Dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm diləyərlər”. (əl-Furqan 13) kimi ayələri oxuduğu zaman olurdu. Yezid b. Həvşəb deyirki: “Ömər b. AbdulAziz və Həsənul Bəsri – rahmətullahi aleyhi – dən daha çoz Allahdan qorxan görmədim. Sanki atəş bu iki nəfər üçün yaradılmışdır”. Damira, Həfsə b. Ömər – radıyallahu anhə – dən rəvayət edir ki, Həsən ağlayırdı. Nə üçün ağlayırsan deyə soruşdum. O: “Cəhənnəmə atılmağımdan qorxuram” dedi. Fırat b. Suleyman, Həsən – rahmətullahi aleyhi – nin belə dediyini rəvayət edir: “Möminlər eşitmə və görmə qabiliyyətlərini itirmiş, artıq bilməyənlər onları xəstə zənn edərlər. Vallahi onlar elə bir qəlb sahibləridir ki, məgər ayəni eşitmədin: “Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir!”. (Fatir 34). Dünyada həddindən çox zorluq və zəhmət gördülər. Möminlərin çəkmədikləri əziyyət və məşəqqət qalmadı. İnsanları üzən şeylər heç bir zaman onları üzmədi, lakin onları üzən və ağladan Cəhənnəmdir”764. İbn Əbi Dunyə, AbdurRahman b. əl-Həris b. Hişam – radıyallahu anhu – dan rəvayət edir ki, Abdullah b. Hənzələ – radıyallahu anhu – bir gün xəstələndiyi üçün onu ziyarətə getdik. Yanında oturan biri: “Onlar üçün Cəhənnəmdən (cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!”. (əl-Əraf 41) bu ayəni oxuduqda belə ağladı ki, öləcəkdir zənn etdim. Dedi ki: “Cəhənnəm təbəqələri arasına girdilər. Sonra ayağa qalxdı”. Orada olanlardan biri: “Ey AbdurRahman! Otur”. O: “Cəhənnəmi xatırlamaq məni oturmaqdan saxladı. Bimirəm bəlkə də Cəhənnəmə girənlərdən biri də mənəm” dedi. Əbu Bəkr b. Ayyaş – rahmətullahi aleyhi – rəvayət edir ki, Fudeyl b. İyad – rahmətullahi aleyhi – nin arxasında namaz qıldım. Yanımda da oğlu Əli vardı. Fudeyl: (Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki...”. (ət-Təkəsur 1) ayəsini oxumağa başladı və bu ayəyə çatdıqda: (Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!”. (ət-Təkəsur 6) oğlu Əli ürəyi gedib yıxıldı. Fudeyl isə (ağladığı) üçün ayəni tamamlaya bilmirdi. Sonra bizə qorxan bir kimsənin namazı kimi namaz qıldırdı. Namaz bitdikdən sonra Əlinin yanında idim. Yalnız gecə yarısı özünə gələ bildi”. Həsən – rahmətullahi aleyhi – Allahdan qorxanları zikr edərkən deyir ki: “Cənnət xatırlandığı zaman onun üçün darıxdıqlarından ağlayardılar. Cəhənnəm xatırlandığı zaman sanki Cəhənnəm qulaqlarının dibindəymiş kimi fəryad edib ağlayardılar”. Əbu Nuaym rəvayət edir ki, Əli bir gün İbn Uyeynənin yanında idi. Sufyan – rahmətullahi aleyhi – Cəhənnəmdən danışdığı zaman Əlinin əlində bir kağız var idi. Bir fəryad (ah) çəkdi, əlindəki düşdü və ya ürəyi getdi. Sufyan – rahmətullahi aleyhi – ona tərəf dönərək: Əgər bilsəydim sən burdasan Cəhənnəmdən bəhs etməzdim. Ayılmadı ta ki, Allah diləyənə qədər”. Ata əl-Xorasani – rahmətullahi aleyhi - deyir ki: “Ey filan və filan! Bu gecədə qiyama qalxmaq və bu günlərdə oruc tutmaq, yaralardan axan pis sudan, dəmirin insanın dərisini yarpaq kimi parça-parça etməsindən daha asantdır” deyər və sonra namaza durardı. Sərar Əbu Abdullah deyir ki, Ata b. Suleymi – rahmətullahi aleyhi – çox ağladığı üçün qınadım. Mənə: “Necə olur ki, mənim faydam üçün olan bir şeydə məni qınayırsan ey Sərar! Cəhənnəm əhlini və onların gördüyü əzabı xatırladığım zaman özümü onların yerində hiss edirəm. İki əlim boynuma bağlanmış və atəşə aparılıram, necə ağlamayım, sızıldamayım. Necə olur ki, vücudum əzab görür və mən ağlamayım”. Cənnət və Cəhənnəmdən danışıldı. Mutarrif – rahmətullahi aleyhi – deyir ki: “...Cəhənnəm haqqında dedikləriniz mənimlə Cənnət arasına girdi”. Abdullah b. Əbu Zuheyl – rahmətullahi aleyhi – deyir ki: “Cəhənnəm ağıllı kimsəni Cənnətdən bəhs etməsinə əngəl (mane) oldu”. İbni Vəhb – rahmətullahi aleyhi – hamama girdiyi zaman birisinin bu ayələri oxuduğunu eşitdikdə: “O zaman onlar od içində bir-birilə çənə-boğaz olacaq, acizlər (tabe olanlar) təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: “Biz (dünyada) sizə tabe idik. İndi siz Cəhənnəm odunun (azacıq da olsa) bir hissəsini bizdən dəf edə bilərsinizmi?!”. (əl-Mumin 47) yerə yıxılıb özündən getdi”. İbn Əbi Dunya, Said b. Ahzəmidən rəvayət edir ki, İbn Məsud – radıyallahu anhu – ilə birlikdə gedərkən dəmirçilərin yanına çatdıq. Onların atəşdən bir dəmir parçası çıxartdıqlarını gördükdə ağlamağa başladı (Başqa rəvayətdə: Yerə yıxıldı)”765. İbn Əbi Zubab rəvayət edir ki: “Təlhə və Zubeyr – radıyallahu anhum – dəmirçilərin körügünə gələr onlara baxıb ağlayardılar”. əl-Əla b. Muhəmməd deyir ki: “Ata əs-Sulləmi – rahmətullahi aleyhi – nin yanına girdim, onu yerdə ürəyi getmiş gördüm. Yoldaşına nə olub ona? deyə soruşdum. O: “Qunşudan biri təndiri yandırıb qızdırdı. O da bunu gördükdə ürəyi gedib yıxıldı”. Ömər – radıyallahu anhu – atəş yandırıldığı zaman əlini atəşə salar və deyərdi: “Ey Xattabın oğlu! Sən buna səbr edə biləcəksənmi?”.

Cəhənnəm Atəşinin Qorxusundan Yatmayanlar: Əsəd b. Vidah deyir ki: “Şəddad b. Əus – radıyallahu anhu – yatmağa getmək istədiyində yerində (özünə rahatlıq) tapmaz, oyana-buyana çevrilənərdi və sonra: “Ey Allahım! Cəhənnəmi xatırlamaq məni yatmaqdan qoydu!” dedikdən sonra təkrar namazgahına qayıdardı. Malik b. Dinar, Rabia b. Heysəmi – rahmətullahi aleyhi – nin qızının ona belə dediyini rəvayət edir: “Ey ata! Insanlar gecə yatarkən sən nə üçün yatmırsan?”. O: “Ey qızım! Atəş, Cəhənnəm imkan vermir ki, atan yatsın” deyərdi. Sələflər deyərdilər: “Cəhənnəm dünya sevgisini qəlbimdən çıxardı”. Əbu Mehdi rəvayət edir ki: “Sufyan əs-Sovri – rahmətullahi aleyhi – sadəcə gecənin ilk vaxtlarında yatardı. Sonra qorxu və dəhşət içində qışqıraraq: “Atəş, atəş, atəş qorxusu məni yatmaqdan və dünya şəhvətlərindən qoydu. Sonra dəstəmaz alar və deyərdi: “Ya Rəbbi! Mənim nəyə ehtiyacım olduğunu sadəcə sən bilirsən, Cəhənnəmdən qurtulmaqdan başqa heç nə istəmirəm”.

Cəhənnəm Qorxusundan Ağlamaq Allah Qorxusundan Ağlamaqdır: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sağılan süd çıxdığı yerə qayıtmadıqca Allah qorxusundan ağlayan bir kimsə də Cəhənnəmə girməz. Allah yolunda tozla Cəhənnəm tüstüsü birləşməz»766. Əbu Umamə Suday b. Aclən əl-Bəhili - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah qatında iki damla və iki (ayaq izindən) daha sevimli bir şey yoxdur. Allah qorxusundan axıdılan göz yaşı ilə Allah yolunda axıdılan qan damlası, ayaq izlərinə gəlincə isə: Allah yolunda atılan ayaq izilə, Allahın fərz etdiyi bir ibadətdən birini yerinə yetirmək üçün atılan addım izi»767. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki göz vardır ki, onlara atəş dəyməyəcəkdir. Birinci gecə yarı Allah qorxusundan ağlayan göz, ikinci gecə Allah yolunda növbə çəkən göz”768. Əbu Ömər – rahmətullahi aleyhi – deyir ki: “Kim Allah qorxusundan ağlarsa Allah onu atəşdən qoruyar. Kim də Cənnət üçün darıxıb ağlayarsa Allah onu oraya salar”. Fərkat əs-Subhi – rahmətullahi aleyhi – deyir ki: “Bəzi kitablarda oxuduğuma görə Cənnət onun üçün ağlayana Allah qarşısında şəfaətçi olaraq deyər: “Ya Rəbbim! Mənə görə ağladığı üçün Cənnətə sal onu. Cəhənnəm isə onun üçün Rəbbindən atəşdən onu qoruması üçün şəfaətçi olub: “Ey Rəbbim! Məndən qorunduğu və qorxub ağladığı üçün onu atəşdən qoru” deyər. AbdurRahman b. Səmura - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bu gecə bir yuxu gördüm: Ümmətimdən bir nəfəri Cəhənnəmin kənarında gördüm. Allah qorxusu onu Cəhənnəmdən qorudu. Ümmətimdən bir nəfəri də gördüm Cəhənnəmə atılırdı. Allah qorxusundan ağlayan göz yaşları onu oradan çıxardı”.

Cəhənnəmin Gülmələrinə Mane Olduğu Kimsələr: İsmail əs-Suddi deyir ki, Həccac, Səid b. Cubeyr - radıyallahu anhu – ya dedi ki: “Eşitdim ki, heç gülmürsən?”. O: “Cəhənnəm alovu alovlandırılmış, zəncirləri hazır hala gəlmiş, Zəbbanilər hazır gözləyərkən mən necə gülə bilərəm” dedi. Osman b. AbdulHəmid – rahmətullahi aleyhi – deyir ki: “...Allaha and olsun ki, mən Cəhənnəm atəşindən qurtulduğumu bilməyənə qədər gülməyəcəyəm”. Əbu Zərr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: “Ya Rəsulullah! Musa - əleyhissəlam - ın səhifələrində nə vardır?” deyə soruşdum. O: “Axirətə inanıb sevinənə və Cəhənnəmə inanıb gülənə heyrət edirəm” deyə buyurdu769. “Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!”. (əl-Əraf 179). Rəvayətlərdə gəlir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – Cəbrail – əleyhissəlam – dan soruşur ki: «Nə olub ki, mən Mikail – əleyhissəlam – ı heç vaxt gülən görmürəm?». O: «Cəhənnəm yaradılandan bəri o, heç vaxt gülməyib»770. “Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!”. (əl-Bəqərə 74). İbn Abbas, Cuzani və bəzilərinin Mücahid – rahmətullahi aleyhi – vasitəsilə rəvayət etdiklərinə görə belə dedi: “Elə daşlar düşür ki, bir qrup insan toplansa belə onu yerindən qaldırmazlar. Bilin ki, o daşlar Allah qorxusundan düşür”. Abdullah b. Amr b. əl-As, Tavus – rahmətullahi aleyhi – rəvayət edir ki: “Ay – heç günahı olmadığı və heç bir şeydən sorğuya çəkilməyəcəyi halda Allah qorxusundan ağlayar”.

Cəhənnəm Qorxusundan Xəstələnənlər: Həsən – rahmətullahi aleyhi – Cəhənnəmdən qorxanları belə zikr edir: “Cəhənnəm qorxusu onları pərişan etmiş, dəmir çubuq kimi zəiflətmişdir. Onlara baxan birisi: Bunlar xəstədir. Halbuki xəstə deyillər. Axirəti zikr etmək onları bu hala gətirmişdir. Bu nə çətin bir iş”. Təhəccüd namazında Tur surəsini oxuyan bir kimsənin: Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır! Onu heç kəs dəf edə bilməz!”. (ət-Tur 7-8) ayəsinə gəldikdə bunu eşidən Ömər: “Allaha and olsun Kəbənin Rəbbi haqdır”. Sonra evinə qayıtdı və bir ay xəstə yatdı. Ziyarətə gələnlər xəstəliyin nə olduğunu başa düşə bilmədilər. Ömər b. AbdulAziz – rahmətullahi aleyhi – nin ölməsinə səbəb olan xəstəliyin başlanğıcı Cəhənnəm qorxusudur. İbn Əbi Dunyə rəvayət edir ki: “Xuzeyfə - radıyallahu anhu – deyir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in vaxtında bir cavan vardı. Yanında Cəhənnəm xatırlandığında ağlayırdı. Elə bir hala gəldi ki, yatağa düşdü. Bu hal Peyğəmbər - sallallahu aleyhi və səlləm – xəbər verildi. Onu ziyarətə gəldikdə cavan Peyğəmbər - sallallahu aleyhi və səlləm – gördükdə boynuna sarıldı və elə oradaca da yerə yıxılıb ruhunu tapşırdı. Peyğəmbər: “Qardaşınızı hazırlayın. Cəhənnəm qorxusu onun ciyərlərini parçalamışdır. Nəfsim əlində olan Allaha and olsun ki, Allah onu Cəhənnəm atəşindən qorudu. Kim bir şeyi ümid edərsə onu tələb edər, kim də bir şeydən qorxarsa ondan qaçar”771. Həfs b. Amr əl-Cafi deyir ki: “Davud ət-Tai – rahmətullahi aleyhi – bir neçə gün şikayət etdi. Şikayətinin səbəbi Qurani Kərimi oxuyarkən bir ayə ilə qarşılaşır və onu səhərə qədər təkrar edir beləcə xəstələnir. Onu bir gün başı bir daş üzərində ölü tapdılar”772. İbni Şimak – rahmətullahi aleyhi – deyir ki: “Allahı tanıyan ariflərin qəlbini iki əbədi olanın zikri parçalamışdır: Onlar Cənnət və Cəhənnəmdir”. İbrahim b. Muhəmməd əl-Basri – rahmətullahi aleyhi – rəvayət edir ki: “Ömər b. AbdulAziz – rahmətullahi aleyhi – nin yanında olan rəngi qaçmış bir kişiyə baxdı və ona: “Nə olub sənə?” dedi. Adam: “İnşəallah xəstəlik və müsibətlərdir ey Əmirul Muminin!” dedi. Ömər - radıyallahu anhu – ondan üç dəfə soruşdu, o da eyni şəkildə cavab verdi. Sonda: Söyləmək istəmədim ey Əmirul Muminin! Mən dünyanın dadını daddım, artıq gözümdə kiçik, Qızılı və gümüşünün (mənim üçün) fərqi yox. Sanki mən Cəhənnəmə, insanlar da Cənnətə sürülürlər. Buna görə də gecələrim yuxusuz, gündüzümü isə qaranlıq etdim. Bunların hamısı Allahın əffi və məğfirəti, savab və cəzası yanında kiçik və dəyərsizdirlər”. Əhməd b. Əbil Havari, Əli b. Əbil Hurdan rəvayət edir ki: “Allah Zəkəriyyə oğlu Yəhyə - əleyhissəlam – a belə vəhy etdi: Ey Yəhyə! İzzətimə and olsun ki, Əgər Firdovs Cənnətini görmüş olsaydın bədənin əriyər və nəfsin onu istəməkdən ölərdi. Yox, əgər Cəhənnəmi görmüş olsaydın ağlamaqdan göz yaşlarından sonra irin axardı”. Saleh b. Mərr deyir ki: “Günahı düşünmək ağlamağın səbəbidir. Əgər qəlb buna icabət etməzsə çətinliklərlə qarşılaşar. Əgər yenə də buna icabət etməzsə atəşin təbəqələri arasına yuvarlanar”. Rəvayət edildiyinə görə Murrə bunu söylədikdən sonra ürəyi getdi və məsciddəki insanlardan hıçqırıqlar yüksəlməyə başladı. Vəhb b. Munəbbih – rahmətullahi aleyhi – deyir ki: “Bəni İsraildən bir abid vardı, rəngi qaralana qədər günəşin altında namaz qılardı. Yanından ötən bir nəfər: “Elə bil atəşdə yanıb” dedi. O: “Bu sadəcə atəşi xatırlamaq üçün edildi, (həqiqi) atəşə girsəydi necə olurdu”.

Cəhənnəm Qorxusundan Yemək Və İçməkdən İştahları Qaçanlar: İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: “Cəhənnəm qorxusu mənim yemək və içməyimi buraxmağıma və iştahamın kəsilməsinə səbəb olur”. Abdurahman b. Auf - radıyallahu anhu – oruc olduğu zaman iftar yeməyi ilə birlikdə gəldi və bu ayəni oxudu: “Dərgahımızda (onlardan ötrü ağır) qandallar və (alovlu) Cəhənnəm; Boğaza tıxanıb qalan yemək (zəqqum)(yandırıb-yaxan) şiddətli əzab vardır!”. (əl-Muzəmmil 12-13) və ağlamağa başladı. Oruclu olduğu halda yeməyini yemədən qalxdı”. Yunus, Həsən – rahmətullahi aleyhi – nin belə dediyini rəvayət edir: “İki nəfər bir-biriləriylə qarşılaşdılar. Biri digərinə: Rəngin solmuş və zəif görünürsən” dedi. O: “Bəli, Üç gündür orucam. İftarımı açmaq istədikdə bu ayələr ağlıma gəlir: “Hələ qarşıda (bunun ardınca) Cəhənnəm vardır. (Hər bir inadkar təkəbbür sahibinə orada Cəhənnəm əhlinin bədənlərindən axan) irinli-qanlı sudan içirdiləcəkdir! O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar (boğazından aşağı keçirə bilməz). Ona hər tərəfdən (bədəninin hər yerindən) ölüm gələr, lakin ölməz (ki, birdəfəlik canı qurtarsın). Hələ bunun ardınca (daha) dəhşətli bir əzab gələcəkdir!”. (İbrahim 16-17). Buna görə də üç gündür ki, yemək yemirəm. Bunu etməyə mane olan ayədəki sözlərdir” dedi773. İmam Əhməd, Salih b. Mərr yoluyla, Ata b. Suləmi – rahmətullahi aleyhi – dedi ki: “Cəhənnəm xatırlandığı zaman boğazımdan nə yeyəcək, nə də içəcək keçər”. “Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar”. (əl-Muminun 104). Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Dişləri ağarmış vəziyyətdə durarlar – Atəş üzlərinə dəydikdə üst dodağı başının yarısına qədər çatar, alt dodağı isə göbəyinə qədər sallanar”774. Dişləri görünən kəllə gördükdə bu onları yeməkdən yayındırar və ayəni xatırlayardılar. Həsən – rahmətullahi aleyhi – iftarını açması üçün bir qab su verildi. Suyu ağzına yaxınlaşdırdıqda ağlamağa başlayaraq dedi: “Cəhənnəm əhlinin sözləri: “Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” və onlara verilən cavabı xatırladım: Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab verəcəklər”. (əl-Əraf 50). AbdulMəlik b. Mərvan soyuq su içdi, lakin ağlayaraq yarıda buraxdı. Ona: “Ey Möminlərin Əmiri! Səni ağladan nədir?” deyildi. O: “Qiyamət günü susuzluğun şiddəti və Cəhənnəm əhlinə soyuq suyun qadağan edilməsini xatırladım” dedi və ayəni oxudu: “...arzuladıqları şeylərlə onların arasına sədd çəkilər”. (Səba 54). Onlara yalnız bu su ilə cavab veriləcəkdir: “...Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!”. (əl-Kəhf 29).

Ey Qardaşım! Bu da möminlərin sifətləri. O, möminlər ki, gecə və gündüz Allah yolunda çalışar, xeyirdə hamıdan irəlidə olmalarına rəğmən yenə də öz eyblərini, günahlarını xatırladıqları zaman ağlayar, Rəbblərindən qorxar və ümüd içində dua edərdilər. Onun rəhmətinə ümüd edər və əzabından qorxardılar. Belə olduğu halda onlar haradadırlar, biz haradayıq. Özümüzə arxayın, Cənnət vəd olunmuş kimi yer üzündə gəzirik, hələ də: «Qəlbin təmiz olsun» Allah bağışlayar deyərək yer üzündə gəzirik. Allahın əmrlərini yerinə yetirmədikcə, qadağalarından çəkinmədikcə, Allahdan qorxmadıqca qəlbin təmiz olması mümkün deyildir. İbni Uyeynə deyir ki, İbrahim ət-Təmimi – rahmətullahi aleyhi – dedi: Özümü Cənnətdə hiss etdim. Oranın meyvələrindən yeyib, orada olan hər (gözəllikdən) daddım. Sonra da özümü Cəhənnəmdə hiss etdim. Zəkkumdan, irindən içir, zəncir və qırmaqlarla bağlı (əzab edilirəm). Özümə: “Hansı daha gözəldir (hansını istəyirsən)” dedim. Dünyaya dönüb saleh əməl etmək” dedim. Mən də: (İndi gözlərini aç) əminlikdəsən, artıq əmələ başlaya bilərsən” dedim.
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə