Фчшкцец шьфт



Yüklə 2,49 Mb.
səhifə17/24
tarix14.06.2018
ölçüsü2,49 Mb.
#49037
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

CƏNNƏTİN VƏSFİ

Adəm - Əleyhissəlam - In Girib Çıxdığı Cənnət Hansıdır?: Munzir b. Said – rahmətullahi aleyhi – təfsirdə deyir ki: Allahın Adəm – əleyhissəlam – söylədiyi: (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”. (əl-Bəqərə 35). Ayəsində bir qrup: Allah Adəm – əleyhissəlam – ı Qiyamət günü möminlərin girəcəyi əbədiyyət Cənnətinə salmışdır. Digər bir qrup isə: Bu Cənnət başqa bir Cənnət baxçasıdır. Allah onu Adəm – əleyhissəlam – üçün yaratmış və onu oraya salmışdır. Əbədiyyət Cənnəti deyildir”. Əbul Həsən əl-Mərvədi – rahmətullahi aleyhi – isə təfsirində deyir ki: “Adəm və Həvva – əleyhimussəlam – ın daxil olduğu Cənnət barəsində iki ixtilaf vardır: 1) Bu Cənnət əbədiyyat Cənnətidir. 2) Bu Cənnət Allahın ikisi üçün yaratmış olduğu imtahan yurdu etdiyi Cənnət baxçasıdır. Mükafat olaraq yaratmış olduğu əbədiyyat Cənnəti deyildir. İkinci görüşdə olanlar da iki qrupa ayrılmışlar: 1) Bu Cənnətin göydə olduğunu söyləmişlər. Çünki Adəm və Həvva – əleyhimussəlam – oradan enmişlər. 2) Bir qism də onun yerdə olduğunu söyləmişlər. Enməyi isə - bir yedən digər bir yerə keçmək kimi adlandırmışlar. (O halda) şəhərlərdən birinə gedin...”. (əl-Bəqərə 61). Əbu Salih, İbn Abbas - radıyallahu anhu – dan: “Enin” – ayəsi barəsində bunu zikr edir: Bir yerdən digər bir yerə getmək kimidir” demişdir. Munzir b. Said – rahmətullahi aleyhi – deyir ki: “Cənnətin əbədiyyat Cənnəti olmayıb yer üzündə bir Cənnət olduğu görüşü Əbu Hənifə və əshabının görüşüdür”. İbn Uyeynə – rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən!”. (Ta ha 118). Ayəsini açıqlayarkən orada yəni – yer üzündə demişdir”. İbn Quteybə “əl-Mârif” 11-18 deyir ki: “Sonra Allah onu Ədn baxçasının şərq tərəfindən çıxardı və onu (yaradıldığı torpağın) alındığı yerə yolladı. İbn Quteybə burada Vəhb – rahmətullahi aleyhi – dən bir nəql də edir ki: “Adəm – əleyhissəlam – ın Ədn baxçasından çıxarıldıqdan sonra endiyi yer Hindistanın şərq tərəfidir. Qabil qardaşını öldürüb Ədnin şərqindəki Yəmən vadilərinə qədər daşıdıqdan sonra onu orada basdırır”.

Adəm - Əleyhissəlam - In Girib Çıxdığı Cənnət Əbədiyyət Cənnətidir Deyənlərin Dəlilləri: 1. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Allah (Qiyamət günü) insanları toplayır, möminlər ayağa qalxırlar. Nəhayət Cənnət onlara yaxınlaşdırılır». İnsanlar Adəm – əlehissəlam – gələrək: «Ey atamız! Cənnəti bizə açdır» deyəcəklər. Adəm: «Sizləri Cənnətdən ancaq atanız Adəmin xətası çıxartdı. Mən bunun sahibi deyiləm. Sizlər mənim oğlum İbrahim – əlehissəlam – ın yanına gedin» deyəcəkdir775. 2. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm ilə Musa – əleyhimussəlam - Rəbbləri qatında bir-birləri ilə mücadələ etdilər. Nəticədə Adəm, Musaya hüccətlə qələbə çaldı. Musa: «Sən, Allahın əli ilə yaratdığı, öz ruhundan üfürdüyü, mələklərini sənə səcdə etdirdiyi, Cənnətdə yerləşdirdiyi, sonra da etdiyin xətadan ötrü insanları yer üzünə endirən Adəm deyilsənmi?» deyə soruşdu776. 3. (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”. (Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə nemətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri var” - dedik”. (əl-Bəqərə 35-36). Enin – kəliməsi yüksəkdən aşağıya doğru olur. Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri var – ifadəsi Enin - əmrindən sonra gəlmişdir. Bu o, deməkdir ki, onlar daha öncə yer üzündə deyildilər. 4. (Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: “Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?”. (Ta ha 120). Cənnət dünyada olsaydı Adəm – əleyhissəlam – İblisin sözlərinin yalan olduğunu bilərdi. Çünki Adəm – əleyhissəlam – bilirdi ki, dünya keçici, fanidir. 5. Cənnətdən Enin – sözüylə qəsd edilən Adəm, Həvva və İblisdir – deyilmişdir. Bir qrup qeyd edir ki: Cənnətdən Enin – sözüylə Adəm, Həvva və İlan qəsd edilir, Digər bir qrup deyir ki: Adəm və Həvva – əleyhimussəlam – nın zurriyyətidir – deyilmişdir. Lakin bu görüşlərin hər ikisi də zəifdir. Səhih olan birinci görüşdür. (Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar!”. (Ta ha 123). 6. Onlar qeyd edirlər ki, Cənnət kəliməsi bütün yerlərdə Mərifə olaraq əl-Cənnəh olaraq işlənmişdir. (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal...” (əl-Bəqərə 35). Lakin başqa hər hansı bir baxça qəsd edildiyi zaman “əl” müəyyənlik olmadan işlədilmişdir. “O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir irmaq axıtdıq”. (əl-Kəhf 32). 7. Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki: “Allah Adəm – əlehissəlam – ı Cənnətdən çıxardıqda onu Cənnət meyvələri ilə ruziləndirdi. Ona hər bir şeyin sənətini öyrətdi. Sizin yediyiniz o, meyvələr də (Cənnət) meyvələrindən törənmədir. Lakin Cənnətdəki meyvələr xarab olmaz, dünyada olanlar isə xarab olurlar. 8. İbn Abbas - radıyallahu anhu – deyir ki: (Nəhayət) Adəm rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir”. (əl-Bəqərə 37). Ayəsi barədə deyir ki: “Adəm – Ya Rəbbim! Məni əlinlə yaratmadınmı?”. Allah: “Bəli” – dedi. Adəm: “Ey Rəbbim! Mənə ruhundan üfürmədinmi?”. Allah: “Bəli” – dedi. Adəm: “Ey Rəbbim! Məni Cənnətə yerləşdirmədinmi?”. Allah: “Bəli” – dedi. Adəm: “Ey Rəbbim! Rəhmətin qəzəbini üstələmədimi?”. Allah: “Bəli” – dedi. Adəm: “Tövbə etsəm, halımı düzəltsəm, məni Cənnətinə təkrar salarsanmı?”. Allah: “Bəli” – dedi777. 9. “And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) görmüşdü; (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında. (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Məva cənnəti onun yanındadır”. (ən-Nəcm 13-15). Sidrətul Muntəha göyün üstündə olduğu sabitdir.

Adəm - Əleyhissəlam - In Girib Çıxdığı Cənnət Əbədiyyət Cənnəti Deyildir Deyənlərin Dəlilləri: 1. Allah əbədiyyət Cənnətinə girməyi bütün Rəsulların dili ilə açıqlamışdır. O, girmək zamanı da hələ gəlməmişdir. Allah kitabında Cənnəti bir çox vəsflərlə vəsfləndirmişdir. Sonradan bu şeyləri dəyişməsi isə mümkün deyildir. 2. Allah müttəqilər üçün hazırlamış olduğu Cənnət əbədi qalmaq yurdudur. Oraya kim girərsə bir daha oradan çıxmaz. Lakin Adəm – əlehissəlam – girdiyi Cənnətdə qalmamışdır. Allah Cənnəti salamtlıq yurdu olaraq anmışdır. Oranı əmr, nəhy (qadağa), imtahan yurdu olaraq anmamışdır. Lakin Adəm – əlehissəlam – o, yerdə ən böyük imtahana məruz qalmışdır. 3. Allah oranı içində əbədiyyən Allaha üsyan olunmayacaq bir yurd kimi anmışdır. Lakin Adəm – əlehissəlam – girdiyi Cənnətdə Rəbbinə asi olmuşdur. Allah Cənnəti qorxusuz, kədərsiz, üzüntü olmayan bir yurd kimi anmışdır. Lakin Adəm və Həvva – əlehimussəlam – ın qorxu və üzüntü hiss etdikləri məlumdur. Darus Səlam olduğu halda, Adəm və Həvva – əlehimussəlam – orada fitnə (imtahandan) səlim olmamışdır. Darul Qərar olduğu halda onlar orada qərar tutmamışlar. Oraya girənlər haqqında: “Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da deyillər. (Cənnətdə əbədi qalacaqlar)”. (əl-Hicr 48). Adəm və Həvva – əlehimussəlam – isə oradan çıxmışlar. Yenə orada boş, faydasız şeylərin (yalan) olmadığı, günahların olmadığı xəbər verilmişdir. Halbuki Adəm – əlehissəlam – o, yerdə İblisin yalan sözlərini və günahkar sözlərini eşitmişdir. Allah oranı doğruluq və sədaqət məqamı olduuğunu xəbər vermişdir. İblis isə orada yalan söyləmiş və yalanına and içmişdir. 4. Allah: (Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara): “ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu”. (əl-Bəqərə 30). Allah – Cənnətul Məvada deməmişdir. Yer üzündə buyurmuşdu. 5. (Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: “Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?”. (Ta ha 120). Əgər Allah, Adəm – əlehissəlam – ı əbədiyyət Cənnətinə və əskilməz-tükənməz olan bu Cənnətə yerləşdirsəydi Adəm – əlehissəlam – İblisi rədd edərək: Mənə verilən bu əskilməz-tükənməz səltənəti sən mənə necə göstərəcəksən, halbuki mən onun içindəyəm. Nə verə bilərsən sən mənə. (İstədiyim hər bir şey var burada). Əgər bunları bilsəydi İblisin sözünə qulaq asmaz onun nəsihətini qəbul etməzdi. Lakin o, əbədiyyət yurdunda olmadığı üçün arzu etdiyi əbədiliklə İblis onu aldatmışdır. 6. Əgər Adəm – əlehissəlam – əbədiyyət Cənnətində olsaydı – bu Cənnətə təmiz və pak olanlardan başqası girməz, necə ola bilər ki, murdar, lənətlənmiş, aşağı olan İblis oraya girmiş, Adəm – əlehissəlam – ı fitnəyə məruz qoymuş və ona vəsvəsə vermişdir. O, məlun Müttəqilərin yurduna necə girmişdir? 7. (Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!”. (əl-Əraf 13). Necə ola bilər ki, bu sözlərdən sonra İblis Cənnətul Məvaya girsin. Əgər desəniz ki, ilanın qarnına girib, ilan şəkilində Cənnətə girərək Adəm və Həvva – əlehimussəlam – a vəsvəsə verib. Bu batil bir sözdür. “Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər)”. (Fatir 10). İblisin vəsvəsəsi isə sözlərin ən murdarıdır. Əsla Allaha tərəf yüksəlməz. 8. Munziri – rahmətullahi aleyhi – deyir ki: “Adəm – əlehissəlam – ı Cənnətdə yatırdı...”778. Halbuki əbədiyyət Cənnətində yatmaq yoxdur. Əbu Nəcih, Mucahid – rahmətullahi aleyhi – rəvayət edir ki: “Həvva, Adəm – əlehimussəlam – yatarkən qabırğasından yaradıldı”779. «Orada bizə nə bir yorğunluq, nə də bir məşəqqət, əziyyət toxunacaqdır». (Fatir 35). Cabir – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - salallahu aleyhi və səlləm - buyurdu: «Yatmaq ölümün qardaşıdır və Cənnətliklər yatmazlar»780. 9. Allah, Adəm – əlehissəlam – ı yer üzünün torpağından yaratdığı hamıya bəllidir. Bunun da dəlilləri Quran və Sünnədə var. 10. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri var” - dedik”. (əl-Bəqərə 35-36). Enin – kəliməsi göydən yerə enməyi ifadə etməz. İfadə etsə belə yüksək yerdən daha aşağı bir yerə enməyi ifadə edər. Çünki Adəm – əlehissəlam – ın Cənnəti yer üzündə ən yüksək bir yerdə idi. Oradan da endirildi. Dediyiniz kimi: Enin - əmrinin Adəm, Həvva və İblis olduğudur. Əgər o, Cənnət göydə olsaydı İblisin səcdə əmrinə uymadığı üçün enməsindən sonra onlara çatması və vəsvəsə verməsi mümkün olmazdı. 11. Onlar qeyd edirlər ki, əbədi Cənnət kəliməsi Qurani Kərimdə mərifə olaraq “əl” müəyyənlik ədatı ilə gəlir. Digər Cənnət baxçaları isə “əl” olmadan qeyd olunur. Cavab olaraq deyirik ki, bu belə deyildir. Çünki: “Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə mürşiklərini də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər”. (Nun 17). Bu ayədə “əl” ədatı ilə işlənmişdir, lakin əbədiyyət Cənnəti qəsd edilməmişdir. 12. Onlar qeyd edirlər ki, Adəm – əlehissəlam – tövbə edərsə Allah onu Cənnətə qaytaracağını vəd etmişdir sözünə gəlincə deyirik ki: Əksinə Allah, Adəm – əlehissəlam – ı çıxdığı Cənnətə deyil, əbədiyyət Cənnətinə qaytardığı zaman vədi yerinə yetmiş olacaqdır. Qayıtmaq (dönmək) – kəliməsi birinci hala, zaman və məkana qayıtmağı ifadə etməz. Hətta bənzərinə dönməyi də ifadə etməz. “Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, (sizin bütpərəst dininizin haqq olduğunu etiraf etməklə) Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə (Öz əzəli elmi ilə) hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül emişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!”. (əl-Əraf 89).

Adəm – Əlehissəlam – In Girib Çıxdığı Cənnət Əbədiyyət Cənnətidir Deyənlərin, Yer Üzündə Bir Cənnətdir Deyənlərə Cavabı: 1. Onlar qeyd edirlər ki: Allah əbədiyyət Cənnətinə girməyi yalnız Qiyamət günü olacağını xəbər vermişdir. Cənnətə mütləq giriş haqqında bu söz doğrudur. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – İsra gecəsi Cənnətə girmişdir, Möminlərin və Şəhidlərin ruhları Cənnətdə yaşıl quşların boğazında dolaşırlar. Bu girişlər Allahın xəbər verdiyi Qiyamət günündəki girişdən ayrıdır. 2. Cənnət haqqında zikr etdiyiniz Cənnətin vəsfləri bunlar haqdır. Onları nə biz inkar edirik, nə də Əhli İslamdan bir kimsə. Lakin biz deyirik ki, bu kimi şeylər ayələrdən də göründüyü kimi möminlər Cənnətə girdikləri zaman baş verəcəkdir. Doğrusunu Allah Bilir781.

Cənnətdə Ev: Osman - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allah rızasını tələb edərək bir məscid inşa edərsə (Başqa rəvayətdə: İçində Allahın adı zikr edilsin deyə782) Allah ona Cənnətdə bir ev inşa edər (Allah onun üçün Cənnətdə bir mislini inşa edər)783. Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah, bir qulun övladının canını aldığı zaman ölüm mələyinə deyər: “Ey ölüm mələyi! Qulumun övladının canını aldınmı? Gözünün nurunu, qəlbinin meyvəsini (istiliyini) aldınmı?”. Mələk: “Bəli”. Allah: “O, nə etdi?”. Mələk: “Sənə həmd etdi və İstincə etdi - İnnə Lilləhi Və İnnə İleyhi Raciun -” dedi. Allah: “Ona Cənnətdə bir ev bina edin və adını Həmd evi qoyun” deyə buyurdu784. Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim gecə və gündüz fərzlər xaric 12 rükət (sünnət) qılarsa Allah ona Cənnətdə bir ev bina edər”785.

Cənnət Nemətləri: «Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) möminlər üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz». (əs-Səcdə 17). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən birinizin Cənnətdəki bir parça yeri üzərinə Günəşin doğduğu və batdığı şeylərin hamısından xeyirlidir (Başqa rəvayətdə: Cənnətdəki bir qamçı miqdarında yer dünya və dünya nemətlərindən xeyirlidir)»786. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Əziz və Cəlil olan Allah: Mən yaxşı qullarım üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın qəlbindən keçirmədiyi şeylər hazırladım” buyurdu. Allah Kitabında bunu təsdiqləyən dəlil bu ayədir: “Etdiklərinin əvəzi olaraq onlar üçün nə kimi şeylər saxlandığını heç kimsə bilməz”787. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: “Allah Cənnət əhlinə: Ey Cənnət əhli! Deyə xitab edər. Onlar: “Ey Rəbbimiz! Sənin iki dəfə çağrışını qəbul etdik – buyur. Xeyir sənin iki əlindədir” deyərlər. Allah: “Razı oldunuzmu” deyə buyurar. Onlar: “Ya Rəbbi! Necə razı olmayaq. Sən bizə məxluqatdan heç kimə vermədiyin ehsanı verdin” deyərlər. Allah: “Bundan da daha qiymətlisini verimmi?” deyə buyurar. Onlar: “Ya Rəbbi! Bundan daha qiymətli nə ola bilər?” deyərlər. Allah: “Mən sizə rızamı halal edirəm. Artıq bundan sonra əbədiyyən sizə qəzəb etmərəm” deyə buyurar788.

Cənnət Haradadır: Mücahid – rahmətullahi aleyhi – deyir ki, İbn Abbas – radıyallahu anhu – ya: “Cənnət haradadır?” deyə soruşdular. O: “Yeddi göyün üstündədir”. Ona: “Cəhənnəm haradadır?”. O: “Təbəqə-təbəqə yeddi dənizin altındadır”789.

Cənnətin İyi: Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Bir zimmini790 öldürən Cənnətin iyini belə almaz. Cənnətin iyi isə 40 illik məsafədən hiss edilir»791. Əbu Hureyrə - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah və Rəsulunun zimmətinə sahib olan kafiri (Muahəd) haqsız yerə öldürən kimsə Allahın əhdini pozmuşdur. Bu kimsə Cənnətin iyini belə duymayacaqdır. Halbuki Cənnətin qoxusu qırx illik məsafədən gəlir (Başqa rəvayətdə: 100 illik məsafə792793. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Uhud günü müsəlmanlar geri çəkildilər. (Əmim Ənəs b. Nadr – radıyallahu anhu – hansı ki, Bədrdə iştirak etməmişdi, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dedi: “Ya Rəsulallah! Mən sənin müşriklərlə olan birinci döyüşündə iştirak etməmişəm. Vallahi! Əgər Rəbbim mənə müşriklərlə döyüşmək imkanını verərsə Allah bilir mən onların başına nə oyun açacağam): Uhud döyüşündə müsəlmanlar məğlubiyyətə uğradıqda o: “Allahım, mən bunların (yoldaşlarını qəsd edir) etdiklərinə görə Səndən üzr istəyirəm. Bunların da (müşrikləri qəsd edir) etdiklərindən uzaq olduğumu bildirirəm”. Daha sonra irəli atıldı. Sad b. Muaz – radıyallahu anhu – qarşısına çıxdı. Ənəs: “Ey Sad! Nadrın Rəbbinə and olsun ki, bu da Cənnət. Mən onun qoxusunu Uhud tərəfdən hiss edirəm”. Sad: “Ey Allahın Rəsulu! Mən onun etdiklərini edə bilmədim”. Ənəs – radıyallahu anhu – deyir ki: “Bədənində qılınc, nizə zərbələrindən 80 yara var idi. Onun öldürülmüş olduğunu və müşriklər tərəfindən əzalarının kəsildiyini gördük. Onu yalnız bacısı barmaq uclarından tanıdı”. Ənəs: “Möminlər içərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər”. (əl-Əhzab 23) ayəsinin onun və onun kimilər barəsində nazil olduğunu bilirik794.

Cənnətin Açarları: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnətin açarları – Lə İləhə İlləlahdır795. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, bir bədəvi: “Ya Rəsulullah! Cənnətin açarları nədir?”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Lə İləhə İlləllah796. Vəhb b. Munəbbih – rahmətullahi aleyhi – dən: «Lə İləhə İlləllah – cənnətin açarı deyilmidir?» deyə soruşan bir kimsəyə o, belə cavab vermişdir: «Bəli, lakin hər açarın dişləri vardır. Əgər dişli açar gətirərsənsə qapı sənin üzünə açılır. Yox, əgər açarın dişləri olmazsa qapı açılmaz»797. Salman Farisi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Heç kəs Cənnətə daxil olmaz - Bismilləhir Rahmənir Rahim – (yazısı) olan vəsiqəsi olmadıqca. (orada) Bu filan oğlu filana Allahdan yazılı vir kitabdır. O, kimsəni meyvəli (baxçalı) yüksək bir Cənnətə yerləşdirin”798.

Cənnətin Yolu Birdir: Allah, Qurani Kərimdə öz yolundan bəhs edərkən bir, Cəhənnəm yollarından bəhs edərkən çoxluq kəliməsindən istifadə etmişdir. “Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”. (əl-Ənam 153). “Doğru yolu (İslamı) göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol (və ya haqdan kənara çıxan) da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola salardı”. (ən-Nəhl 9).(Allah) buyurdu: “Mənə görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə gəlib çatacaq doğru yoldur!)”. (əl-Hicr 41). İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in ətrafında oturmuşduq. O, torpaq üzərində bir düz xətt çəkərək buyurdu: «Bu düz yol Allahın haqq yoludur». Sonra bu düz yolun sağ və sol tərəflərindən yollar (xətlər) çəkdi: «Bu isə digər yollardır. Bu yolların hər birinin başında o, yolu izləməyə dəvət edən bir şeytan vardır. Bu yolu gələnlər üçün gözəlləşdirir» deyə buyurdu və bu ayəni oxudu:
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə